Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liktor
Liktor (lat. ligare bağlamaq) — sözündən yaranan Liktor, əsas vəzifəsi Roma Respublikası və Roma İmperiyası dövründə imperator səlahiyyətlərinə sahib olan yüksək vəzifəli magistratların təhlükəsizliyini təmin etmək olan dövlət qulluqçularının Roma xüsusi sinfidir. Liktor ənənəsinin mənşəyi Romanın krallıq olduğu dövrə, bəlkə də hətta romalılarla qonşu olan etrusklara da gedib çıxır. == Seçilmə üsulları == Liktorlar əvvəlcə plebeylərdən seçilsələr də, Roma tarixinin uzun dövründə azad edilmiş qullar arasından seçiliblər. Onlar Roma vətəndaşları idilər, çünki onlara Roma daxilində toqa geyinmək hüququ verilmişdir. Liktorlar fiziki cəhətdən güclü insanlar arasından seçilirdi. Liktorlar hərbi xidmətdən azad edilirdilər və xidmətlərinə görə sabit aylıq əmək haqqı (imperiyanın ilk illərində 600 sesters) alırdılar və institusional struktur kimi təşkil edilirdilər. Daha çox hakimlərin özləri tərəfindən seçilsələr də, zaman-zaman püşkatma yolu ilə seçildikləri də görünürdü. == Liktorun vəzifəsi == Liktorların əsas vəzifəsi imperator gücü ilə magistratların şəxsi təhlükəsizliyini təmin etmək idi. Roma daxilində onlar fascalarla bəzədilmiş çubuqlar, Roma şəhər divarlarından kənarda isə icra hakimiyyətini təmsil edən baltalar gəzdirirdilər.
Diktor
Diktor — Latın dilindən tərcümədə "danışan" deməkdir. Radio və televiziyada diktorun vəzifəsi jurnalist tərəfindən yazılan mətni səsləndirməkdir. Bunun üçün diktor nəinki gözəl səsə, o cümlədən aydın tələffüzə və aktyorluq qabiliyyətinə malik olmalıdır. Onlar xəbərlərin mətnini oxuyur, reklam roliklərinin qəhrəmanları onların səsi ilə danışır, anonsları səsləndirirlər. 90-cı illərin əvvəllərində məlum oldu ki, seyirçiyə və dinləyiciyə düzgün məlumat çatdırılmır. Onda bir çox xəbərlər proqramında özgə mətnini oxuyan diktorlar həm proqram hazırlayan, həm də aparan jurnalistlərlə əvəz olundular.
Viktor
Viktor — kişi adı.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Albertus Piktor
Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen – 1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskaların və a sekkoların müəllifi olmaqla tanınır. == Həyatı == Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqan və qobelen istehsalçısı idi.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Viktor Kulikov
Viktor Kulikov (rus. Виктор Георгиевич Куликов; 5 iyul 1921[…], Verxnaya Lyubovşa[d], Orlov quberniyası[d] – 27 may 2013, Moskva) — SSRİ-nin hərbi xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. Viktor Kulikov Böyük Vətən Müharibəsi iştirakçısı olub. O, 1971-ci ildən 1977-ci ilədək SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – SSRİ müdafiə nazirinin birinci müavini, 1977-ci ildən 1989-cu ilədək isə — SSRİ müdafiə nazirinin birinci müavini və Varşava Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin Birləşmiş Qüvvələrinin baş komandanı vəzifələrini tutub. Viktor Kulikov 2013-cü il mayın 28-də Rusiyanın paytaxtı Moskvada uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.
Viktor Lazniçka
Viktor Lazniçka (çex. Viktor Láznička, 9 yanvar 1988, Pardubitse, Çexiya) — çex şahmatçı, qrosmeyster (2006). 2005-ci ildə Herseq Novidə keçirilən 18 yaşadək gənclər arasında Avropa Çempionatının bürünc medalın sahibi olmuşdur. 2006-cı ildə isə Milli Çempionatın qalibi oldu. Turində keçirilən Olimpiadada komanda da ən yaxşı şəxsi nəticə göstərir. 2007-ci ildə Czech Open-nin qaliblərindən biri olur (Vlastimil Babula ilə). Həmin ildə keçirilən Dünya Kubokunun ilk mərhələsində Bartlomiej Macieja-ya məğlub olur. 2009-cu ilin dekabr ayında 19-cu Magistral Pamplona yarışında 1–4-cü yerləri bölüşdürür. 2010-cu ilin iyul ayında keçirilən World Open Chess yarışında 9 oyundan 7½ xal toplayaraq birinci yerin sahibi olur. Viktor Láznička.
Viktor Lemuan
Viktor Lemuan (fr. Victor Lemoine, 21 oktyabr, 1823, Delm, Fransa — 12 dekabr 1911, Nansi, Fransa) — Fransız dekorativ bitki seleksiyaçısı. Cérémonie d'inauguration du monument Victor Lemoine au parc Sainte-Marie à Nancy, le 13 juin 1926, Nancy : Impr. nancéienne, 1926, 26 p. et 1 gravure.
Viktor Lindelöf
Viktor Yörgen Nilson Lindelöf (17 iyul 1994, Vesteros) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İsveç milli yığmasının heyətində müdafiəçi mövqeyində çıxış edən isveçli futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir. Lindelöf gənc yaşlarında Vesteros şəhərində yerləşən İK Franke, Vesteros İK və Vesteros SK kimi klublarda çıxış etmişdir. 2010-cu ilin sentyabrında Lindelöfün hələ 16 yaşı olarkən o, Vesteros klubunun heyətinin debüt oyununa çıxmışdır. Elə həmin mövsüm o, İsveç liqa sistemində daha yüksək səviyyə hesab olunan ikinci liqaya yüksəlməkdə komandasına kömək etmişdir. Lindelöf 1 dekabr 2011-ci ildə Portuqaliya təmsilçisi Benfika klubu ilə müqavilə imzalamışdır. 8 iyun 2015-ci ildə imzalanan yeni müqavilə sayəsində klubla olan müqavilə 2020-ci ilə qədər uzadılmışdır. 2012–13 mövsümündə gənclərdən ibarət komandanın heyətində Portuqaliya U19 çempionatının qalibi olmuşdur. 19 oktyabr 2013-cü ildə əsas komandanın heyətində ilk oyununa çıxmışdır. 2013–14 mövsümündə ehtiyat komandanın tərkibində 33 oyunda meydana çıxmış və 2 qolla yadda qalmışdır.
Viktor Lyapkalo
Viktor Lyapkalo (rus. Ляпкало Виктор Александрович; d. 18 sentyabr 1956, Uxta, Komi MSSR, RSFSR, SSRİ) — Sovet və Rusiya rəssamı. 1978-ci ildə Saratov İncəsənət Kollecini bitirmişdir. Əsərləri 1990-cı illərə qədər Rusiyada, eləcə də Almaniyada sərgilənmişdi. O, əsərlərində əsasən dolu çılpaq qadınları və həm də incə paltarlı qadınları təsvir edirdi. Виктор Александрович Ляпкало на сайте «Неизвестный соцреализм. Поиски и открытия» Иванов С. В. Ленинградская школа живописи. Очерк истории. Хронология Ленинградской школы живописи.
Viktor Lüstiq
Viktor Lüstiq — XX əsrin ən böyük fırıldaqçılarından biri. Bu kobud və çox cəsarətli adam 1890-cı ildə Çexiyanın Xostin şəhərində anadan olub. Məktəbi bitirdikdə artıq 5 dildə – çex, ingilis, fransız, alman və italyan dillərində sərbəst danışan Viktor Lüstiq evdən gedir və bütün Avropaya səyahət etməyə başlayır. Bir neçə dəfə yaramazlıq etdiyinə görə həbs olunan və saysız-hesabsız yer dəyişdirən Viktor, nəhayət, o dövr üçün Avropanın qumar mərkəzi olan Parisdə məskunlaşır. Burada o, poker və bridc oyunlarını mükəmməl öyrənərək, peşəkar oyunçuya çevrilir. Lüstiq bu oyunlarda o qədər püxtələşir ki, sonda özünə ehtiyacsız və çox zəngin bir həyat tərzini təmin edir. O, öz qurbanları ilə bahalı restoranlarda, teatrda, sərgidə və konsertlərdə tanış olurdu. O, transatlantik gəmi reyslərinin daimi sərnişininə çevrilir. Lüks kayutlarda Avropadan Amerikaya və geriyə səfər edən Lüstiq amerikalıları, avropalıları, tikinti işləri və birja əməliyyatlarında zənginləşən zadəganları azartlı oyunlarla əyləndirirdi. 1920-ci illərdə o, ABŞ-a gəlir və bir neçə il ərzində yüz minlərlə dollar mənimsəyərək, onlarla bankı və şəxsləri aldadır.
Viktor Madaras
Viktor Madaras (mac. Madarász Viktor, 14 dekabr 1830[…], Ştitnik[d], Koşitse bölgəsi – 10 yanvar 1917[…], Budapeşt)— macar rəssam. Daha çox tarixi səhnələr və portretlər rəsm etmişdir. Viktor Madaras 14 dekabr 1830-cu ildə Çestnekdə anadan olmuşdur. Atası Andraş dəmirçi idi. Viktor ilk əvvəl Pozonidə hüquq təhsili alsa da Macarıstan inqilabından sonra qardaşı ilə birgə universiteti tərk edərək qoyaraq orduya qoşulur. Müxtəlif döyüşlərdə iştirak etdikdən sonra tezliklə ikinci leytenant rütbəsi alır. Vilaqosun mühasirəsi zamanı böyük igidlik göstərən Viktor ordunu tərk edərək Peştə ailəsinin yanına qayıdır. Bu zaman o, həm hüquq təhsilini davam etdirir, həm də yerli rəssamlardan rəsm dərsləri almağa başlayır. 1853-cü ildə Viktor Vyana İncəsənət Univeristetinə daxil olur.
Viktor Medvedçuk
Viktor Medvedçuk (ukr. Віктор Володимирович Медведчук; d. 7 avqust, 1954) — Ukrayna dövlət və siyasi xadimi.
Viktor Moçulskiy
Viktor Moçulskiy (rus. Ви́ктор Ива́нович Мочу́льский 11 aprel 1810, Sankt-Peterburq – 5 iyun 1871, Moskva və ya Simferopol) — Rusiya entomoloqu, Baş Ştabın zabiti və kəşfiyyatçısı. Insectes de la Sibérie rapportés d'un voyage fait en 1839 et 1840. Mémoires de l'Académie Impériale des Sciences de St. Pétersbourg, 13: 1-274. (1845) Die Kaefer Russlands. I. Insecta Carabica. Moscow: Gautier, vii + 91 pp. + 9 tables. (1850).
Viktor Avdyuşko
Viktor Antonoviç Avdyuşko (rus. Виктор Антонович Авдю́шко; 11 yanvar 1925, Moskva – 19 noyabr 1975, Moskva) — SSRİ teatr və kino aktyoru. RSFSR xalq artisti (1974) 1949-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Yuli Rayzmanın emalatxanası) bitirmişdir. O, 1948-ci ildə "Gənc qvardiya" filmində kinoda debüt etmişdir. 1957-ci ildə "Sıx düyün" ("Paşa həyata girir") filmində Pavel Mansurov rolunu oynamışdır. Avdyuşkonun ən böyük işi "Gələnlərə sülh" filmindəki əsgər Yamşçikov roludur (1961). Aktyor xüsusilə zahiri sərt, təmkinli, cəsarətli, lakin xeyirxah və müdrik insanların rollarında uğurla çıxış etmişdir (starşina Şesternev, "Dirilər və ölülər", 1964; Qriqori Şiligin, "Fəhlə kəndi", 1966; Marşal Konyev, "Azadlıq əsgərləri", 1977). O, həm də komediya rollarını oynamışdır (dalğıc Mişa, "Otuz üç", 1966). Ümumilikdə aktyor 60-dan çox film rolunu oynamışdır.
Viktor Osimhen
Viktor Osimhen (29 dekabr 1998, Laqos, Laqos ştatı) — Nigeriyalı futbolçu. İtaliyanın "Napoli" və Nigeriya milli komandasının hücumçusu. Nigeriyada anadan olan Osimhen peşəkar karyerasına 2017-ci ildə Almaniyanın "VfL Volfsburq" klubunda başlayıb. Klubda bir yarım mövsüm keçirdikdən sonra o, 2018–19-cu illərdə icarə əsasında Belçikanın "Şarlerua" komandasına keçir. 2019-cu ildə Fransanın "Lill" komandasına keçir. 2020-ci ildə Osimhen İtaliyanın "Napoli" klubuna rekord məbləğə, 70 milyon avroya transfer olur. 2021–22 mövsümündə A Seriyasının Ən Yaxşı Gənc Oyunçusu mükafatını qazanır. Osimhen Nigeriyanın qazandığı 2015-ci ildə keçirilmiş "FIFA U-17 Dünya Kuboku"nda Qızıl buts mükafatını qazanır. O, 2017-ci ilin iyununda Nigeriya millisində debüt edir və 2019 Afrika Millətlər Kubokunda iştirak edib.
Viktor Dubınin
Viktor Petroviç Dubınin (rus. Ви́ктор Петро́вич Дубы́нин; 1 fevral 1943, Martyuş[d], Sverdlovsk vilayəti – 22 noyabr 1992, Moskva) — Sovet və Rusiya hərbi xadimi. Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının 1-ci rəisi - Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini (1992-ci ilin may - noyabr), 40-cı Ordunun komandanı (1986-1987), Ordu generalı (1992). Rusiya Federasiyasının Qəhrəmanı (11 noyabr 2003, ölümündən sonra). Viktor Dubınin 1 fevral 1943-cü ildə Sverdlovsk vilayətinin Kamenski rayonunun Martyuş kəndində anadan olub. Hazırda Martyuş kəndi Sverdlovsk vilayətinin Kamenski şəhər rayonunun bir hissəsidir. Valideynlərinin ailəsi 1937-ci ildə məskunlaşmaq üçün oraya sürgün edilib. 1946-cı ildə və ya 1948-ci ildə onlar Kurqan vilayətinin Qalkinski rayonunun Riqa kənd sovetinin (indiki Kurqan vilayətinin Şumixinski bələdiyyə dairəsinin bir hissəsidir) doğma Bolşaya Riqa kəndinə qayıda bildilər. 1951-ci ildən kənddəki köhnə məktəbdə təhsil alıb. Böyük Riqa kəndində 9 sinfi bitirib, sonra məktəb səkkizillik təhsilə keçirilib.
Viktor Petrov
Viktor Platonoviç Petrov (ukr. Віктор Платонович Петров; təxəllüsləri V. Domontoviç (ukr. В. Домонтович) və Viktor Ber (ukr. Віктор Бер); 10 (22) oktyabr 1894, Dnepr – 8 iyun 1969, Kiyev —Ukrayna və SSRİ yazıçısı, filosofu, sosial antropoloqu, ədəbiyyatşünası, arxeoloqu, filoloqu, etnoqrafı, tarixçisi və kulturoloqu. O, Valerian Pidmogilnı ilə birlikdə Ukrayna intellektual roman janrının, eləcə də romanlaşdırılmış bioqrafiyanın yaradıcılarından biri hesab olunur. Petrov indiki dövrdə yazıçı kimi xatırlansa da, sağlığında o, ilk növbədə alim olmuşdur. O, arxeologiya, antropologiya, tarix, fəlsəfə və ədəbiyyat üzrə məqalələr yazmışdır. Petrov eyni zamanda, 1930-cu illərin sonlarından sovet kəşfiyyatçısı olmuşdur. Viktor Platonoviç Petrov 10 oktyabr 1894-cü ildə Rusiya imperiyasının Yekaterinoslav şəhərində (indiki Ukraynanın Dnepr şəhəri) kahin ailəsində anadan olmuşdur. Onun uşaqlığı Odessada keçmişdir.
Viktor Rappoport
Viktor Romanoviç Rappoport (Rappaport) (rus. Виктор Романович Раппопорт (Раппапорт); 1889, Sankt-Peterburq – 2 iyul 1943, Bakı) — sovet teatr rejissoru, dramaturq, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Viktor Romanoviç Rappoport 1889-cu ildə Sankt-Peterburqda anadan olmuşdur. 1910-cu ildə Sankt-Peterburq İmperator Universitetini bitirmiş və həmin ildən "Teatr və incəsənət" jurnalında işləmişdir. Teatr fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburq Troitski Teatrında başlamış və 1913–1914 mövsümündə teatrın bədii rəhbəri olmuşdur. 1915-ci ildən çar ordusunda hərbi xidmət keçərək bədii kollektivin üzvü olmuşdur. 1917-ci ilin oktyabrından Kote Marcanişvilinin rəhbərlik etdiyi Troitski Teatrında fəaliyyətini davam etdirmiş, 1918-ci ildən Petroqrad Dram Aktyorları İttifaqı Teatrının (keçmiş Suvorin Teatrı) baş rejissoru olmuşdur. Böyük Dram Teatrında və Leninqrad opera və dram teatrlarında tamaşalar səhnələşdirmişdir. Viktor Rappoport 1922–1926-cı illərdə Aleksandr Teatrında çalışmış, 1924-cü ildən həmin teatrın studiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1926-cı ildən Leninqrad Opera və Balet Teatrının rejissoru, 1927-ci ildən isə baş rejissoru olmuşdur.
Viktor ungerniyası
Viktor ungerniyası (lat. Ungernia victoris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin ungerniya cinsinə aid bitki növü. Çoxillik soğanaqlı bitkidir. Soğanağı iri, uzunluğu 7–11 sm, yumurtaşəkilli, diametri 7–12 sm, açılan, tünd-qəhvəyi və ya qaramtıl-qonur rəngli, pulcuqlu olub, boyuncuğunun uzunluğu 17 sm-ə bərabərdir. Soğanağın dib tərəfi yaxşı inkişaf etmiş, sarımtıl-çəhrayı rəngli, şirəli olmaqla, yalançı əlavə kökləri vardır. Yarpaqları ikisıralı, şirəli, hamar, xətti, zirvəsi küt, uzunluğu 20–40 sm, eni isə 1–4 sm-ə bərabərdir. Bu bitki fevralın sonunda inkişafa başlayaraq, aprelin ortalarına kimi maksimal inkişaf edir. Mayın sonundan iyunun sonuna qədər inkişafı zəifləyir və quruyur. İnkişaf etmiş çiçəkqruplarının uzunluğu 12–30 sm olub, bircərgəli çətirşəkilli qına malikdir. Çiçəkqrupları 2–11 ədəd, düz qıfabənzər, sarımtıl-çəhrayı və ya yasəmən çiçəklərinə bənzəyir.
Viktor Corbenadze
Viktor Corbenadze (gürc. ვიქტორ ჯორბენაძე; 28 iyul 1924, Tiflis, Gürcüstan SSR, SSRİ – 1999, Tbilisi) — Tiflisdəki Nikah sarayının memarlarından biri. Dostları arasında "Butsa" kimi tanınan Corbenadze 28 iyul 1925-ci ildə Xarkovda anadan olub, atası Nikoloz Corbenadze isə Qırmızı Orduda xidmət edib. 1928-ci ildə Samtrediaya köçən Corbenadzenin anası Lübov Sanadze ölkənin aparıcı mama həkimlərindən biri olub. Anasının statusu Corbenadzeyə musiqi və xarici dillər üzrə fərdi repetitorlardan təhsil ala bilmək imkanını verib. O, 1940-1946-cı illərdə Tbilisidə Gürcüstan Texniki Universitetində memarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 1952-1956-cı illərdə Moskvada Dövlət Layihə İnstitutuna ("Qiproqor") daxil olmazdan əvvəl (1946-1952) o, Samtredia Kənd Təsərrüfatı Nazirliyinin layihə-tikinti şöbəsində işləmiş və stalinist memar Mixail Parusnikovun şagirdi olmuşdur. Corbenadzenin həyatı boyu Tiflis mədəniyyət səhnəsinin böyük simaları ilə, o cümlədən Nato Vaçnadze, Yuri Meçitov və Sergey Paracanovla sıx əlaqələri olub. O, heç vaxt evlənməyib. Onun Paracanovla (1973-cü ildə həbs olunub) olan yaxın dostluğu onlar haqqında müxtəlif şayiələrin yayılmasına səbəb olub.
Viktor Onisko
Viktor Onisko (ukr. Віктор Онисько ; 17 dekabr 1982, Kiyev – 30 dekabr 2022) — ukraynalı film redaktoru və Rusiya-Ukrayna müharibəsində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin hərbçisi. Viktor Onisko Ukraynanın məşhur kino redaktoru olub. O, təkcə Ukraynada deyil, həm də Avropa və ABŞ-da tanınan 20-dən çox Ukrayna filmi və serialı üzərində işləyib. Bunlara "Sevastopol uğrunda döyüş" (2015), "Leninin süqutu" (2017), "U311 Çerkassı" (2019), "Soyuqqanlılıq" (2019) və "Yüksələn şahin” (2019) daxildir. "Leninin süqutu" İvan Frankonun tarixi romanı əsasında çəkilib. Martın 4-də Onisko hərbi komissarlığa gəlib. O, müharibədə "Tarantino" kod adını daşıyırdı. O, Xerson, Donetsk və Luqansk vilayətləri ərazisində hərbi əməliyyatlarda iştirak edib. O, 30 dekabr 2022-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Viktor Ryabokon
Viktor Ryabokon (rus. Виктор Рябоконь; 1895, Rusiya imperiyası – 27 aprel 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet futbol hakimi. Ümumittifaq kateqoriyalı hakim olmuşdur. 1937-ci il oktyabrın 21-də əksinqilabi faşist təşkilatında və terrorda iştirakda ittiham edilərək həbs edilib. 27 aprel 1938-ci ildə məhkum edilmiş və edam edilmişdir. 1957-ci ildə bəraət almışdır. "A" sinfində baş hakim kimi 6 oyunda hakimlik edib (1936–1937). 1936-cı il SSRİ kubokunun yarımfinalında (Tbilisi "Dinamo"su ilə "Qırmızı Bayraqlı Qluxovo" (5:1) matçında, Uruqvay və Finlandiya işçi komandaları arasında 1928-ci il Ümumittifaq Spartakiadasının 1/4 final oyununda və 1934-cü ildə SSRİ və Türkiyə yığmaları arasında keçirilən oyunda hakimlik edib.
Viktor Ambroz
Viktor Ambroz (ing. Victor R. Ambros; 1 dekabr 1953) — Amerika Birləşmiş Ştatlarından olan molekulyar bioloq və mikroorqanizmin ilk kəşfçisi. “2024-cü ildə mikro RNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimləməsindəki roluna görə Fiziologiya və Tibb üzrə Nobel mükafatçısı. (Qari Ravkan ilə birgə) == Həyatı == 1 dekabr 1953-cü ildə Hannoverdə (Nyu-Hempşir əyalətində) anadan olub. O, Qari Ravkanla birlikdə 2024-cü ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıb. O, həmçinin Genetika üzrə Qruber Mükafatı, Luiza Qross Horovitz Mükafatı, Benjamin Franklin Medalı, Həyat Elmləri üzrə Brictrow Mükafatı, Qardiner Mükafatı, Tibb üzrə Volf Mükafatı və sonda Fiziologiya və Tibb üzrə Nobel Mükafatı kimi mükafatlara layiq görülüb.