Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Liktor
Liktor (lat. ligare bağlamaq) — sözündən yaranan Liktor, əsas vəzifəsi Roma Respublikası və Roma İmperiyası dövründə imperator səlahiyyətlərinə sahib olan yüksək vəzifəli magistratların təhlükəsizliyini təmin etmək olan dövlət qulluqçularının Roma xüsusi sinfidir. Liktor ənənəsinin mənşəyi Romanın krallıq olduğu dövrə, bəlkə də hətta romalılarla qonşu olan etrusklara da gedib çıxır. == Seçilmə üsulları == Liktorlar əvvəlcə plebeylərdən seçilsələr də, Roma tarixinin uzun dövründə azad edilmiş qullar arasından seçiliblər. Onlar Roma vətəndaşları idilər, çünki onlara Roma daxilində toqa geyinmək hüququ verilmişdir. Liktorlar fiziki cəhətdən güclü insanlar arasından seçilirdi. Liktorlar hərbi xidmətdən azad edilirdilər və xidmətlərinə görə sabit aylıq əmək haqqı (imperiyanın ilk illərində 600 sesters) alırdılar və institusional struktur kimi təşkil edilirdilər. Daha çox hakimlərin özləri tərəfindən seçilsələr də, zaman-zaman püşkatma yolu ilə seçildikləri də görünürdü. == Liktorun vəzifəsi == Liktorların əsas vəzifəsi imperator gücü ilə magistratların şəxsi təhlükəsizliyini təmin etmək idi. Roma daxilində onlar fascalarla bəzədilmiş çubuqlar, Roma şəhər divarlarından kənarda isə icra hakimiyyətini təmsil edən baltalar gəzdirirdilər.
Diktor
Diktor — Latın dilindən tərcümədə "danışan" deməkdir. Radio və televiziyada diktorun vəzifəsi jurnalist tərəfindən yazılan mətni səsləndirməkdir. Bunun üçün diktor nəinki gözəl səsə, o cümlədən aydın tələffüzə və aktyorluq qabiliyyətinə malik olmalıdır. Onlar xəbərlərin mətnini oxuyur, reklam roliklərinin qəhrəmanları onların səsi ilə danışır, anonsları səsləndirirlər. 90-cı illərin əvvəllərində məlum oldu ki, seyirçiyə və dinləyiciyə düzgün məlumat çatdırılmır. Onda bir çox xəbərlər proqramında özgə mətnini oxuyan diktorlar həm proqram hazırlayan, həm də aparan jurnalistlərlə əvəz olundular.
Viktor
Viktor — kişi adı.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sira tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Albertus Piktor
Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen – 1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskaların və a sekkoların müəllifi olmaqla tanınır. == Həyatı == Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqan və qobelen istehsalçısı idi.
Avreli Viktor
Avreli Viktor (IV əsr) — Roma tarixçisi. == Həyatı == Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi. Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu. Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Həyatı == Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. == Fəaliyyəti == 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Viktor Abakumov
Viktor Semyonoviç Abakumov (rus. Виктор Семёнович Абакумов; 11 (24) aprel 1908, Moskva – 19 dekabr 1954) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri. == Həyatı == Viktor Semyonoviç Abakumov 24 aprel 1908-ci ildə Moskvada anadan olmuşdu və olduqca təmkinli, ağıllı qərar qəbul etməsilə ən təcrübəli mütəxəssisləri belə şoka salırdı. Adi bir ocaqçı ailəsində dünyaya göz açan Abakumov ibtidai təhsil almışdı. Amma bu onun sonralar xalq komissarı vəzifəsinə qədər yüksəlməsinə və general-polkovnik rütbəsi almasına mane ola bilməmişdi. 1921–1923-cü illərdə o, xüsusi təyinatlı 2-ci Moskva alayında sanitar kimi xidmət etmişdi. 1924–27-ci illərdə fəhləliklə məşğul olmuşdu. 1927–28-ci illərdə hərbi sənaye əhəmiyyətli müəssisələrdən birində atıcı vəzifəsinə düzələn Abakumov 1930-cu ildə partiyaya daxil oldu. Az sonra onu Ticarət Nazirliyində şöbə müdirinin müavini təyin etdilər. 1932-ci ildə Abakumov komsomol işinə keçdi.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
Viktor Ambartzumyan
Viktor Ambartzumyan (erm. Վիկտոր Համբարձումյան; 5 (18) sentyabr 1908[…], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 12 avqust 1996[…], Byurakan, Araqatsotn mərzi) — erməni mənşəli SSRİ astrofiziki, nəzəri astrofizikanın yaradıcılarından biri. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1953, 1939-cu ildən müxbir üzvü). Ermənistan SSR Elmlər Akademiyasının prezidenti (1947–1993). == Həyatı == Ambartsumian ulduz və dumanlıqlara, mükəmməl astronomiya və ulduz sistemlərinin dinamikası və ulduz və qalaktika kosmoqoniya fizika sahəsində çalışmışdır. Byurakan Astrofizika Rəsədxanasının banisi hesab edilir. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (2 dəfə: 1968, 1978). Ermənistan Milli Qəhrəmanı (1994 11 oktyabr). Stalin mükafatı iki dəfə qalibi (2 dəfə: 1946, 1950). Ermənistan SSR Dövlət mükafatı (1988) laureatıdır.
Viktor Anisimov
Aktyor
Viktor Ardisson
Viktor Ardisson (fr. Victor Antoine Ardisson; 5 sentyabr 1872, Le-Muy – 9 mart 1944) — Muy Vampiri adı ilə tanınmış fransız məzar oğrusu və nekrofil. == Həyatı == Viktor Ardisson 1872-ci ilin 5 sentyabr tarixində Fransanın cənub-şərqində yerləşən Le Muy şəhərində anadan olmuşdur. Gənclik illərində məzar qazmaqla ailəsini dolandırmağa çalışırdı. Gününü məzarlıqlarda keçirməsi səbəbindən, bir gün məzarlardan oğurluq etməyə qərar verdiyi təxmin edilməkdədir. Məzarlardan edilən oğurluqlarla yanaşı, xüsusi ilə gənc yaşlarda vəfat etmiş qadınların məzarlarına qarşı vəhşiliklər törətməsi ilə tanınmışdır. Ardissonun psixoloji problemlərinin olduğu həbs edildikdən sonra üzə çıxmışdır. İfadəsində dağıtdığı məzarlardan çıxardığı cəsədlərlə danışdığını bildirmişdir. 1901-ci ildə Viktor Ardisson məzarların dağıdılması və cəsədlərin məzərlardan çıxarılması itthiamı ilə həbs edildi. Viktor Ardisson tarixə nekrofil və vampirlik meyilləri olan ilk qatil kimi düşmüşdür.
Viktor Askoçenski
Viktor İpatyeviç Askoçenski (rus. Виктор Ипатьевич Аскоченский, 1.10.1820-18.5.1879) — Rusiya yazıçısı, şairi, tarixçisi. == Həyatı == Viktor İpatyeviç Askoçenski 1820-ci ildə Voronejdə anadan olmuşdu.1839-cu ildə Kiyev Ruhani akademiyasını bitirmişdi.Magistr elmi dərəcəsini almışdı. Viktor Askoçenski 1879-cu ildə vəfat edib. == Yaradıcılığı == == Seçilmiş əsərləri == «Краткое начертание истории русской литературы» (Киев, 1846); «Пансионерка» (Киев, 1848); «В. Г. Григорович-Барский, знаменитый путешественник XVIII века» (Киев, 1854) «Заморским витиям», 1854; «Киев с древнейшим его училищем» (Киев, 1856); «Я. К. Амфитеатров» (Киев, 1857); «Асмодей нашего времени» (роман, 1858, СПб); «Записки звонаря» (СПб., 1862); «Басни» (СПб., 1863); «Нигилисту», 1863; «История Киевской духовной академии по преобразовании её в 1819 году» (Санкт-Петербург, 1863); «По прочтении высочайшего рескрипта гр. М. Н. Муравьеву», 1865; «Ужасное открытие», 1866 «Марфа Посадница, или Падение Новгорода» (стихотворная драма (СПб., 1870); «Письма с того света пятилетнего брата к своей сестре» (СПб., 1871; изд. 3-е, 1876); «Дневник» — личный дневник Аскоченского.
Viktor Astafyev
Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı. == Məlumat == Viktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır. 1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir.
Viktor Babuşkin
Viktor Borisoviç Babuşkin (rus. Ви́ктор Бори́сович Ба́бушкин; 24 avqust 1930 – 25 iyul 1998, Moskva) — SSRİ və Rusiya bəstəkarı, səs rejissoru, RSFSR-in Əməkdar mədəniyyət xadimi (1976).
Viktor Belyayev
Belyayev Viktor Mixailoviç (25 yanvar (6 fevral) 1888 – 16 fevral 1968, Moskva) — musiqişünas, professor == Həyatı == V.M. Belyayev 1888-ci il yanvar ayının 25-də (5 fevral) Uralsk şəhərində anadan olmuşdur. 1906-cı ildən o, Xarkov musiqi məktəbində təhsil alır, sonra isə Peterburq konservatoriyasına daxil olmuş və buranı 1914-cü ildə bitirmişdir. Hələ tələbə ikən o, bir publisist və tədqiqatçı kimi öz qələmini sınayır. "S.Prokofyevin fortepiano üçün pyesləri haqqında", "Kratkoe izlocenie uçeniə o kontrapuntkte i uçeniə o muzıkalğnıx formax", "Fuqi N. Rimskoqo-Korsakova" (Muzıka, 1914), "B.A. Laromnıy: kontrapunkt stroqoqo pisğma S.Ş.Taneeva (Muzıkalğnıy sovremennik, 1916)" əsərləri buna misaldır. 1919-cu ildə V.Belyayev Petroqrad (indiki Sankt Peterburq) Konservatoriyasına musiqi nəzəriyyəsi üzrə professor vəzifəsinə təyin olunur. 1922-ci ildən Moskvada yaşayan V.Belyayev həm Dövlət Musiqi Akademiyasına bədii elmlər üzrə fəxri üzv seçilir, həm də Moskva Konservatoriyasında nəzəriyyə fənlərindən dərs deyir. Onun A.K. Qlazunov və S.V.Raxmaninovun yaradıcılığına həsr olunmuş məşhur monoqrafiyalarının çapı da bu dövrə aiddir. 1924-cü ildən V.Belyayev "Muzıkalğnaə kulğtura" jurnalının xarici ölkələr şöbəsinin müdiri vəzifəsində çalışır. O zamandan başlayaraq alimin yaradıcılığında sanki bir dönüş baş verir. O, xüsusilə Şərq mühiti, etnoqrafiyası, dili, psixologiyası və dünyaduyumuna böyük maraq göstərir və Şərq motivi ömrünün sonunnədək onun əsas tədqiqat obyektinə çevrilir.
Viktor Bondarev
Viktor Nikolayeviç Bondarev (rus. Виктор Николаевич Бондарев; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur. == Həyatı == Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir. O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir.
Viktor Budantsev
Viktor Budantsev (21 yanvar 1961, Ərtik) — Belarusiya idmançısı. == Həyatı == 1988 Yay Olimpiya Oyunları, 1992 Yay Olimpiya Oyunları və 1996 Yay Olimpiya Oyunlarında iştirak etmişdir.
Viktor Bunak
Viktor Valerianoviç Bunak (rus. Бунак, Виктор Валерианович) (22.9.1891, Moskva – 11.4.1979, Moskva) — Rusiya antropoloqu. == Həyatı == Moskva Universitetini (1912) bitirmiş, Moskva Dövlət Universitetinin professoru (1925–48) olmuşdur. 1922-ci ildə D. N. Anuçinlə birlikdə MDU-nun Antropologiya Elmi Tədqiqat İnstitutunu yaratmış, 1923–30-cu illərdə onun direktoru, 1943–48-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin müdiri işləmişdir. Ən iri Rusiya antropoloji ekspedisiyasına (1955–59) rəhbərlik etmişdir. Fiziki antropologiyanın bütün bölmələrinə, o cümlədən insan morfologiyasına, etnik və təkamül antropologiyasına dair fundamental əsərlərin müəllifidir. == Fəaliyyəti == Bunak hamı tərəfindən qəbul edilən göz rəngləri cədvəlini işləyib hazırlamış; konstitusional tiplərin yeni təsnifatını yaratmış; tətbiqi antropologiyanın və standartlaşdırmanın əsasını qoymuşdur. Antropogenez nəzəriyyəsinə dair tədqiqatlarında həmin dövr üçün yeni olan famnogenetik konsepsiyaya əsaslanmışdır. İrqlərin genezisində xronoloji cəhətdən 3 müxtəlif mərhələni ayırmışdır: ən qədim (irqlərin tropik qolu), qədim (cənub qolu) və müasir liyə ən yaxın (qərb və şərq qolları). İrqlərin populyasiya konsepsiyasını qabaqlayaraq, insan irqlərini tarixən formalaşmış dəyişkən statistik kateqoriyalar kimi nəzərdən keçirmişdir.
Viktor Bunyakovski
Viktor Yakovleviç Bunyakovski (16.12.1804, Podolsk quberniyası, Mogilyov qəzasının Bar şəhəri, indiki Ukrayna – 12.12. 1889, Sankt-Peterburq) — rus riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının akademiki. (1830; 1864–89-cu illərdə vitse-prezident). == Həyatı == Təhsilini Koburqda, Lozannada, Parisdə (1820–25) almışdır. Elmi və pedaqoji fəaliyyətinə Sankt-Peterburqda başlamış (1826), 1846–59-cu illərdə Sankt-Peterburq Universitetinin professoru olmuşdur. == Fəaliyyəti == Bunyakovskinin tərtib etdiyi “Sırf riyazi və tətbiqi riyaziyyat leksikonu” (1839) elmi terminologiyanın yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir. Onun “Ehtimal nəzəriyyəsinin riyazi əsasları”nda (1846) həm ehtimal nəzəriyyəsinin, həm də onun sığortaya və demoqrafiyaya tətbiqinin orijinal şərhləri vardır. Riyazi analizdə Bunyakovski bərabərsizliyi məlumdur. Həndəsi tədqiqatlarında Evklidin paralellik haqqında aksiomuna böyük diqqət yetirmişdir. 1878-ci ildə Peterburq Elmlər Akademiyası Bunyakovski adına mükafat təsis etmişdir.
Viktor Butanayev
Viktor Yakovleviç Butanayev və ya Astay Butanayev (12 mart 1946, Kamçatka, Kamçatka diyarı) – xakas kökənli etnoqraf, türkoloq. Başqa öz etnosu olan xakaslar olmaqla, onların ataları olan Yenisey qırğızları və yaxın olduqları qırğızlarla bağlı fəaliyyəti ilə tanınır. İrina Butayevna ilə birlikdə yazdıqları son əsərləri "Yenisey qırğızları" (Bişkek, 2001) adlı əsəri ilə adını geniş kütlələrə duyurmuş və bu kitaba görə, 2002-ci ildə TÜRKSOY tərəfindən mükafata layiq görülmüşdür. == Həyatı == 12 mart 1946-cı ildə Zaporojyedə anadan olmuşdur. Atası hərbçi olduğuna görə uşaqlığını Moldovada keçirmişdir. 1964-cü ildə Daşkənd Milli Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Bir oğlu (Azarxan) və iki qızı (Dariqa və Alanqoa) vardır. Butanayevin müşavirliyi altında da magistr və doktorantura edənlər arasından xakas tarixi ilə bağlı çalışan 5 tarixçi yetişmişdir. == Əsərləri == Бутанаев В. Я. К вопросу о хакасских цифровых знаках.//Уч. зап.
Viktor Durnev
Viktor Vasilyeviç Durnev (14 avqust 1961-ci ildə anadan olub) Sovet və Rusiya idmançısıdır. İdman ustalığına namizəd (1976); SSRİ ağır atletika idman ustası (1977); Ağır atletika üzrə beynəlxalq dərəcəli SSRİ idman ustası (1982). PODA üzrə Poverliftinq atletlərində İdman namizədi (2015). Başqırdıstan Respublikasının görkəmli idmançısı (1997). "Podolskiy rayonuna 3-cü dərəcəli xidmətə görə" fəxri nişan sahibi (2003). == Bioqrafiyası == Durnev Viktor Vasilieviç 14 Avqust 1961-ci ildə Orenburq vilayətinin Efremovo-Zykovo kəndində anadan olmuşdur. İdmanla "Batır" (1975-1981) (məşqiçi L. N. Kopnin) və "Kimyaçı" (1981-1985) (Ufa; məşqçilər G. L. Aferin R. Z. Siraev) idman klublarında məşğul olmuşdur. 1991-ci ildə onurğa zədəsi (qəza) aldı, 1-ci qrup əlildir. "Vityaz" idman klubu, Podolsk (1998-2004); idman klubu MBU FOKI "Mustang" (2013)-ın, 1982-1984-cü illərdə SSRİ milli ağır atletika komandasının üzvü idi. 1998-2004-cü illərdə PODA pauerliftinq idmanı üzrə Rusiya millisinin üzvü idi.
Viktor Dəmirdaş
Viktor Dəmirtaş (15 iyun 1947, Kiyev – 25 dekabr 2019) — Ukrayna aktyoru. == Həyatı == Viktor Dəmirtaş 15 iyun 1947-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 1972-ci ildə Ümumittifaq dövlət mədəniyyət institutunu, V. Belokurovun emalatxanasını bitirmişdir. 2008-ci ildə Ukraynanın əməkdar artisti adını, 2017-ci ildə xalq artisti adını almışdır. == Filmoqrafiya == Bağlı qapı (film, 1981) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Özgə ömür (film, 1987) Ölsəm...
Viktor Dəmirtaş
Viktor Dəmirtaş (15 iyun 1947, Kiyev – 25 dekabr 2019) — Ukrayna aktyoru. == Həyatı == Viktor Dəmirtaş 15 iyun 1947-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 1972-ci ildə Ümumittifaq dövlət mədəniyyət institutunu, V. Belokurovun emalatxanasını bitirmişdir. 2008-ci ildə Ukraynanın əməkdar artisti adını, 2017-ci ildə xalq artisti adını almışdır. == Filmoqrafiya == Bağlı qapı (film, 1981) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Özgə ömür (film, 1987) Ölsəm...
Viktor Ern
Viktor Otto Ern (21 oktyabr 1907, Gədəbəy, Yelizavetpol qəzası – 26 dekabr 1997, Bonn, Şimali Reyn-Vestfaliya) — alman sualtı gəmi zabiti, 2-ci dərəcəli kapitan, Dəmir xaç ordeni kavaleri. İkinci dünya müharibəsi zamanı Kriqsmarində (III Reyx zamanı alman hərbi dəniz qüvvələri bu adı daşıyırdı) sualtı qayıq ikinci dərəcəli kapitanı (Fregattenkapitan) olmuşdur. O, U-14 və U-37 sualtıqayıqlarına rəhbərlik etmiş və Müttəfiq qoşunlarının 24 gəmisini batırmaqla, İkinci dünya müharibəsinin sualtı qayıq asları arasındakı siyahıda 28-ci yerdə qərarlaşmışdır. == Həyatı == O, 1907-ci il oktyabrın 21-də Gədəbəy rayonunda alman kolonistinin ailəsində dünyaya göz açmışdır. Atası Gədəbəydə yerləşən "Simens qardaşları və Co"nun direktoru olmuşdur. Viktor onun üçün yad olan yerdə rahatlıqla böyümüşdür. Sonralar Ern uşaqlığı haqda bu sözləri qeyd etmişdir: "Mənim valideynlərimin evində milli, irqi və dini cəhətdən bir-birindən fərqlənən çoxlu sayda insan yaşayırdı. Mənim ilk müəllimim fransız qadın idi, adı Mile idi. Bizim aşpaz və xidmətçilərimiz ermənilər, sürücü və digər qadın işlərində kömək edənlər ruslar idi. Bağbanlar və gözətçilər isə tatarlar idilər.