Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V.Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A.Zuokas. Liberal - Demokrat Partiyası, lider: V.Mazuronis. Litva Sosial - Demokrat Koalisiyası,lider: A.M.Brazauskas.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. == Adı == Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub.Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi. 1738-ci ildən bəri Prussiya xəritələrində Klein Litau, Klein Litauen, Preussisch Litthauen, Little Lithuania, Litvania ifadələri işlənilirdi.
Lista burnu
Lista burnu — Antarktidanın Cənubi Şetland adalarının Smit adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Riqqs zirvəsinin qolunu əmələ gətirir.Burunun adı Argentina tərəfindən verilmişdir. == Yerləşməsi == Burun Qarmen burnundan 4.26 km cənub-qərbdə, Batak burnundan 2.54 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Litva Karayları
Litva Kəraimləri — Litvada yaşayan türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı “Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq” mənasını daşıyan ərəb və qədim yəhudi sözü “kara”-dan gəlir. ”Karaim” ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur. Böyük Vitautas dövründə Trakayda knyaz tərəfindən Krımdan köçürülmüş 380 karaim ailəsi məskunlaşmışdır. Sonralar karaim ailələri Birjayda, Nauyamestisdə, Panavejisdə, Pasvalisdə, Upitdə və Vilnüsdə də məskunlaşdılar. Litva karaimləri ayrıca cimat-icma təşkil edirdilər, onun inzibati və mənəvi mərkəzi Trakay şəhəri idi. Böyük knyaz Kazimirin imtiyazlarına (1441-ci il) əsasən şəhər özünüidarəetmə hüququnu – Maqdeburq hüququnu – qazanmışdır.
Litva Krallığı
Litva Krallığı — XIII əsrin ortalarında Krallıq statusu almış şərqi Avropada orta əsr dövləti. 1251–1263-cü ilər arasında Litva monarxiyası. Kral Mindovq, Litva kralı tacına layiq görülən ilk və tek Litva hökmdarı olmuşdur. 1263-cü ildə Mindovqun öldürülməsindən sonra, bu əsrlərdə ölkədə bütpərəstliyin hökm sürdüyü üçün krallıq statusu itirildi. == Krallıq == Litvanın digər hökmdarları, statusları bir kralın vəziyyəti ilə demək olar ki, eyni olmasına baxmayaraq, "Böyük Hersoq" adlanırdı. XIII–XIV əsrlərdə Litvada bütpərəstlik hökm sürərkən, Litva hökmdarları orta əsrlərdə Avropada standart bir krallıq statusu almadılar(çünki Papadan və ya Müqəddəs Roma İmperatorundan bir tac almalı idilər), lakin buna baxmayaraq diplomatik yazışmalarda "kral" (rex) deyə adlandırılırdı. == XV əsrdə krallıq yaratmaq cəhdi == Böyük hersoq Vitovtinin (1392–1430-da hökmranlığı) kral tacını əldə etmək cəhdi də tarixə məlumdur. Almaniyanın kralı (Roma kralı), Müqəddəs Roma İmperiyasının gələcək hökmdarı Siqizmund Vitovtiyə kral tacını və kral ləyaqətinin əlamətlərini göndərir. Litvanın krallığa çevriləcəyi təqdirdə Polşanın itiriləcəyinə inanan polşalılar, Polşa ərazisindən keçən imperator elçilərini ələ keçirdilər və tacı aldılar. Daha sonra Siqizmund Vitovtini kral ləyaqətinə aid etmək hüququna malik olduğunu bildirdi və Vilnüsdə Vitovtiyə tacı özünə qoymağı təklif etdi.
Litva Kəraimləri
Litva Kəraimləri — Litvada yaşayan türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı “Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq” mənasını daşıyan ərəb və qədim yəhudi sözü “kara”-dan gəlir. ”Karaim” ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür. Bu, xəzər və qıpçaq tayfalarından törənmiş türk qrupuna aid olan xalqdır. O, VIII-X əsrlərdə qüdrətli Xəzər dövlətinin tabeliyində olmuşdur. Böyük Vitautas dövründə Trakayda knyaz tərəfindən Krımdan köçürülmüş 380 karaim ailəsi məskunlaşmışdır. Sonralar karaim ailələri Birjayda, Nauyamestisdə, Panavejisdə, Pasvalisdə, Upitdə və Vilnüsdə də məskunlaşdılar. Litva karaimləri ayrıca cimat-icma təşkil edirdilər, onun inzibati və mənəvi mərkəzi Trakay şəhəri idi. Böyük knyaz Kazimirin imtiyazlarına (1441-ci il) əsasən şəhər özünüidarəetmə hüququnu – Maqdeburq hüququnu – qazanmışdır.
Litva Prezidenti
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Litva Respublikası
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V.Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A.Zuokas. Liberal - Demokrat Partiyası, lider: V.Mazuronis. Litva Sosial - Demokrat Koalisiyası,lider: A.M.Brazauskas.
Litva SSR
Litva Sovet Sosialist Respublikası (lit. Lietuvos Tarybų Socialistinė Respublika, Lietuvos TSR) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq respublikasından biri. 21 iyul 1940-cı ildə təşkil olunmuşdur.
Litva bayrağı
Litva bayrağı — Litvanın Dövlət bayrağı
Litva coğrafiyası
Litva — Avropada, Baltik dənizinin sahilində yerləşən dövlət. Sahəsi 65 300 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu — 1 273 km, Belarusiya ilə cənub və cənub-şərqdən — 502 km, Latviya ilə şimaldan — 453 km, Polşa ilə cənubdan — 91 km, Rusiya (Kalininqrad vilayəti) ilə isə qərbdən — 227 km. Sahil xəttinin uzunluğu — 99 km. Ərazisi əsasən düzənlikdən ibarətdir. Ölkənin ən hündür zirvəso Aukştoyo (Aukštojo kalnas) dağıdır. Ölkənin cənub-şərqində, Vilnyusdan 23,5 km aralıda yerləşir. Hündürlüyü 283,84 metr təşkil edir. İri çayları — Neman çayı (Нямунас, lit. Nemunas) və Neris çayı (lit.
Litva dili
Litva dili (lietuvių kalba) Hind-Avropa dillərinə mənsub, əsasən Litvada istifadə olunan dil.
Litva futbolu
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Litva Birlik Kubokunda == Xarici keçidlər == League321.com - Lithuanian football league tables, records & statistics database.
Litva litası
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Litva tarixi
Litva tarixi — Litvanın tarixi. “Tarixdə bir hadisə o birisinin ardınca gəlir, bir yerdə onlar bütöv bir zəncir təşkil edirlər. Keçmişin səhvləri gələcək nəsillərə təsir edir. Əgər dövlət müstəqilliyini itirirsə, sonralar o ya bərpa olunur, ya da birdəfəlik dünya xəritəsindən silinir, xalq isə məhv olur.” Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronoslav Qenzelis belə təsdiq edir. == Litva Mindauqasın dövründə == Mindauqasın Litvası qılınc, qan və kül ilə yaradılırdı. Litvanın Mindauqasın hakimiyyəti altında yaranması, dövlətin yaranması demək idi. Bir millətin ərazisində, başda monarx olmaqla, mülkədarlar sinfinin hakimiyyəti yarandı. Bu təsərrufat, siyasi kommunikasiya və Qərb feodallarının Şərq ölkələrinə törətdiyi təzyiqin qarşısında, ölkəni xarici təhlükədən qorumaq üçün əlverişli şərait yaratdı. XI-ci əsrin sonundan bu ölkələri kəndli üsyanları bürüdü, şəhərlər daha güclü surətdə özlərini bürüzə verməyə başladılar. Bu müəyyən mənada feodal istismarın qarşısını alırdı, dünyəvi və kilsə feodallarını isə başqa ölkələrdə varlanmaq mənbəsi axtarışına sövq edirdi.
Litva tatarları
Litva Tatarları, ən qədim milli azlıqlardan biri hesab edilən Litva Respublikasında və Litvanın tarixi torpaqlarında yaşayan bir etnik qrupdur. == Mənşəyi == Litva tatarları türk və monqol tayfalarının nəslindəndir. Onların əcdadları Qızıl və Böyük Orda (Volqaboyu), Krım xanlığından çıxmadırlar. Litva tatarları müxtəlif qruplara aid idilər və qıpçaq dialektlərində danışırdılar. Litva tatarları digər xalqların və dinlərin əhatə yaşadıqlarına görə 16-cı əsrdə öz ana dillərini itirməli olsalar da, onlar öz etnik mədəniyyətlərini, milli və dini mənsubiyyətlərini qoruyub saxlayıblar. Litva tatarlarının əksəriyyəti sünni müsəlmanlardır. 1998-ci ildə Litva müsəlmanlarının mənəvi mərkəzi – müftiyət bərpa olunmuşdur. Litva tatarlarının məscidləri Nemejisdə və Qırx Tatar kəndində, Rayjyay və Kaunasda fəaliyyət göstərir1. Müharibədən əvvəl Litvada mövcud olmuş altı məsciddən ikisi dağıdılıb: Vilkavişk rayonunun Vinkşnupyay kəndində – İkinci Dünya müharibəsi zamanı və Vilnüsdə (Lukişkes) — Sovet dövründə. Müxtəlif dövrlərdə Böyük Litva Knyazlığında 60-a yaxın məscidin və ya Litva tatarlarının ibadət evlərinin mövcud olduğu təxmin edilir.
Litva yəhudiləri
Litva yəhudiləri ( idiş ליטוואַק‎ dilindən Litvak və ya litvek) — Aşkenazi Yəhudilərinin ərazi və linqvistik alt qrupudur və onlarla tarixi bağlılığı olan Ortodoks iudaizmi Böyük Litva knyazlığı ərazisində meydana gəlmişdir. == Fərqli xüsusiyyətlər == === Dil === Litva yəhudiləri aşkenazi yııhudilərinin ərazi linqvistik altqrupu kimi şimal-şərq və ya litva (var idiş ליטװיש‎ litvish) İdiş dili dialektində danışırlar. Bu dialekt tarixən müasir Belarusiya, Latviya, Litva, Rusiya, Ukrayna və Polşanın bəzi bitişik bölgələrində yayılmışdır . Polşa-Litva Birliyinin dövründən bəri, Polşa-Litva dövlətinin daxili ərazi bölgüsü ilə əlaqədar olaraq, Yəhudi mənbələrində bu şimal-şərq dialekti ərazisi "Litva" ( idiş ליטע‎ . lite) paytaxtı və bölgədəki Yəhudi mədəniyyət mərkəzi isə Vilnüs — "Litvanın Qüdsü" ( Ashkenazi Aramaic ירושלים דליטא, erusholayim d'lito) adlandırılır. === Ənənələr === Litvak Yəhudiləri etnolinqvistik bir alt qrup olaraq, özlərinin Yəhudi ləhcəsi və İvrit dili və Arami dilinin uyğun tələffüzünə əlavə olaraq həm də ənənəvi mətbəxin bəzi özünəməxsus xüsusiyyətlərinə də malikdirlər. Aşkenazi Yəhudilərinin yaşayış yerinin şimal bölgələrində (yəni Yəhudi Litvasında, yuxarıya bax) Hasidizmin çiçəkləndiyi dövrdə, əsasən Vilna Gaonun (Litva ənənəsində: Rabbi Eliyohu ben Shleime Zalmena) təsiri sayəsində geniş yayıla bilmədi, əksinə tərəfdarları. Hasidizmin tərəfdarlarına misnagdim ("etirazçılar") adlanan deyildi . Sonradan, bütün misnagdim (Vilna Gaonun ardıcılları, Hasidizmin əleyhdarları) yerləşməsindən və icma mənşəyindən asılı olmayaraq Litvaks adlandırılmağa başladılar. == Tarix == XIX əsrin ortalarından etibarən, yeşiva adlanan mərkəzləri Vilna Gaon ardıcılları tərəfindən Dünya Yeşivası, Voloj və Ponejeva olan dini təhsil üzrə öz sistemlərini inkişaf etdirdilər.
Litva şəhərləri
Litva şəhərlərinin əlifba sırasıyla siyahısı.
VG-lista
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Azərbaycan–Litva münasibətləri
Azərbaycan–Litva münasibətləri — Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Pozenovskaya küçəsi 15 ünvanında Litvanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etmişdir. === Sovet dövrü === Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. == Diplomatik əlaqələr == 1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayına qədər Litva dövlətində Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəliyi fəaliyyət göstərib və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Səlahiyyətli nümayəndə olub. (Mənbə: "Dünya Azərbaycanlıları" Ensiklopediyası, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 2006-cı il, səh.320. Buraxılışa məsul şəxs - Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev). İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulmuşdur.
Böyük Litva knyazlığı
Böyük Litva knyazlığı (Великое князство Литовское, Руское, Жомойтское и иных; pol. Wielkie Księstwo Litewskie, lat. Magnus Ducatus Lituaniae) — tarixi Şərqi Avropa dövləti. == Tarixi == XIII-XIV əsrlərdə Böyük Litva knyazlığının ərazisi sürətlə böyüdü və hətta Qaradəniz sahillərinə çatdı. Həmin vaxt litvalı knyazlar Tevton ordeninə qarşı gərgin mübarizə aparırdılar, hansı ki, sonda 1410-cu ildə onlar Qrünvald döyüşündə birləşmiş Litva ərazilərinin orduları və müttəfiq Polşa tərəfindən məhv edildilər. 1385-ci ildə böyük Litva knyazı Yaqoyla (Jogaila) Krevsk Litva ilə Polşa arasında uniya yaratdı, hansı ki, bu ona Polşaya hakimliyə şans verdi. Nəhayət, o, 1386-cı ildə Polşa taxt-tacına sahib oldu. 1387-ci ildə Litvada xaçpərəstlik bərqərar oldu və qərbi xristianlıq rəsmi din kimi qəbul edildi. 1392-ci ildən Litvanı faktiki olaraq dahi knyaz Vitovt (Vytautas) idarə edirdi, o, Yaqoylanın qohumu və formal davamçısı idi. Onun hakimiyyəti illərində (1392–1430) Litva öz ən qüdrətli dövrünə çatdı.
Litva Aktivistləri Cəbhəsi
Litva Akivistləri Cəbhəsi və ya LAF ( lit. Lietuvių Aktivistų Frontas) — Litvanın Sovet İttifaqına daxil olmasından sonra 1940-cı ildə yaradılmış qısamüddətli, ifrat sağçı gizli müqavimət təşkilatı idi. Təşkilatın məqsədi Litvanı azad etmək və onun müstəqilliyini bərpa etmək idi. İyun üsyanını planlaşdırdı və həyata keçirdi, qısamüddətli Litva Müvəqqəti Hökumətini qurdu. Hökumət sonradan öz-özünə dağıldı və LAC 1941-ci ilin sentyabrında nasist hakimiyyətləri tərəfindən qadağan edildi. LAC antisemit və anti-Polşa mövqelərinə görə mübahisəli olaraq qalır. == SSRİ dövründə == LAC 17 noyabr 1940-cı ildə yaradılmışdır . Litvanın Almaniyadakı keçmiş hərbi attaşesi Kazis Škirpa tez-tez təsisçi kimi tanınır. LAC Litvanı Sovet İttifaqının və ya Nasist Almaniyasının bir hissəsi kimi deyil, müstəqil ölkə kimi görmək istəyən müxtəlif siyasi əqidəli insanları birləşdirmək məqsədi daşıyırdı. Skirpa tərəfindən yaradılmış Berlin bölməsi əsasən Almaniyadakı keçmiş Litvalı mühacirləri və diplomatları birləşdirdi.
Litva Dil İnstitutu
Litva Dil İnstitutu (lit. Lietuvių kalbos institutas) — Litvanın paytaxtı olan Vilnüs şəhərində yerləşən, dövlət tərəfindən dəstəklənən Litva dilinin araşdırmaları ilə məşğul olan qurum. == Tarixi == İnstitutun mənşəyi 1930-cu ildə Litva dili lüğətinin yazılması ilə bağlıdır. 1939-cu ildə Antanas Smetona Kaunasda Litva Araşdırma İnstitutunun əsasını qoyub. İnstitutun məqsədləri arasında Litva dilini araşdırmaq, Litva dilində materialları yığmaq, onlara nəzarət etmək və Litva araşdırmalarını Litvada və xaricdə təmsil etmək var idi.1941-ci ilin yanvarın 16-da Litva SSR Elmlər Akademiyası təsis olunub. Bundan təxminən eyni vaxtda ona tabe olan Litva Dil İnstitutunun əsası qoyulub. Üçüncü Reyx işğalı zamanında da institut öz fəaliyyətini davam edirdi.II Dünya Müharibəsindən sonra institut 12 işçi ilə fəaliyyətini davam edirdi. 1952-ci ildə o, Litva Ədəbiyyat İnstitutu ilə biləşdirilib. Birləşdirilmiş institutun əvvəl 47, 1980-ci ildə isə 113 işçisi var idi. 1952-ci ildən bəri institutda doktorantura pilləsində təhsil verilməyə başladı.
Litva Elmlər Akademiyası
Litva Elmlər Akademiyası (lit. Lietuvos mokslų akademija) və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası (lit. Lietuvos TSR Mokslų akademija) olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur. Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU ( Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir. Akademiyanın qərargahı Vilnüsdə yerləşir. == Struktur == Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir: Prof.
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Listera
Listera (lat. Listera) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Listera fugongensis X.H.Jin == Həmçinin bax == Listera caurina Listera convallarioides Listera ovata == İstinadlar == Listera:The Plant List saytında takson barədə məlumat.
Litsea
Litsea (lat. Litsea) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Litsea:The Plant List saytında takson barədə məlumat.
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.