Azərbaycan–Litva münasibətləri — Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Litva münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Litvadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Tamerlan Qarayev | ||||
Ünvan | Vilnüs, Gedimino pr., 35 | ||||
Azərbaycandaki Litvanin səfirliyi | |||||
Səfir | Egidijus Navikas | ||||
Ünvan | Bakı, İzmir pr., 23 | ||||
Digər | |||||
Quruluş tarixi | 20 noyabr 1995 | ||||
Dövriyyə | 0,033 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Pozenovskaya küçəsi 15 ünvanında Litvanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Vintsas Kreve-Mitskəviçyus rəhbərlik etmişdir[1].
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayına qədər Litva dövlətində Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəliyi fəaliyyət göstərib və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Səlahiyyətli nümayəndə olub. (Mənbə: "Dünya Azərbaycanlıları" Ensiklopediyası, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 2006-cı il, səh.320. Buraxılışa məsul şəxs - Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev).
İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-də qurulmuşdur[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur[4]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[5]. 4 mart 2016-cı il tarixindən Kamran Nəbizadə işçi qrupunun rəhbəridir[3].
Litvaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir[6]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[6].
Əmtəə dövriyyəsi (min doll.)
Il | Ixrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2014 | 1 000 | 42 000 | 43 000 |
2015 | 31 200 | 37 100 | 68 300 |
2016 | 3 100 | 28 700 | 31 800 |
2017 | 2 300 | 23 900 | 26 200 |
2018 | 19 500 | 20 100 | 39 600 |
2020[7] | 2 366,28 | 22 075,20 | 24 441,48 |
2021[8] | 13 904,06 | 28 124,32 | 42 028,38 |
2022[9] | 6 507,21 | 26 404,77 | 32 911,98 |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |