Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Laiti
Laiti (fransızca: "Laïcat", ingiliscə: "Laity", italyanca: "Laicato"), xristian dini terminologiyasında ruhban təbəqəsindən olmayan bütün din xadimlərini müəyyənləşdirmək üçün istifadə olunan bir söz olub, hərfi mənada müəyyən bir peşədən olmayan insanları ifadə edən bir termindir.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Lidiya
Lidiya çarlığı — Lidiya, Anadoluda Tunc dövründən II minilliyin ikinci yarısında hökm sürən çarlıqdır. Maians adlı bir qəbilənin yaşadığı bilinən bölgəyə qədim zamanlarda Lidiya deyilirdi. Paytaxt Sardis şəhəri olmuşdur. Şərqdə Fripiya (Afyon , Eskişehir , Kütahya), şimalda Mysia (Balıkesir), qərbdə Ailoia və Ioania (İzmir) , cənubda Karia (Aydın , Muğla) və Homer ilə əhatə olunmuşdur. == Tarix və Mənşəy == İlk gəliş tarixləri dəqiq bilinmir. Bəziləri Lidyalıların Anadoluya Tunc dövrünün sonunda (miladdan öncə 2002) Friglərlə eyni zamanda gəldiyini söyləyirlər. Bəziləri, Lidiya dili ilə Hitit arasında bir əlaqənin olduğunu və Lidyalıların II minilliyin əvvəllərində Anadolunun qərbinə gəlib yerləşdiklərini iddia edirlər. Araşdırmalarda Lidiyalıların isdifadə etdiyi mixi yazı bunuda ehtimal edir ki, Lidyalıların II minillikdən əvvəl şərqə gələn Hind-Avropa olmaları mümkündür. Lidiya tarixi dəqiq olaraq bilinmir, lakin Lidiyalıların tunc dövrünün sonlarında Fragiyalılarla eyni zamanda (təxminən e.ə 1300–1200 dönəmləri) Anadoluya yerləşdikləri ehtimal edilir. Herodot , Lidiya Krallığının eramızdan əvvəl VII əsrdən əvvəl 3 kral sülaləsi tərəfindən idarə olunmuşdur.
Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir. == Tarixi == Likiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır. Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Lisey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Litium
Litium (Li) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 3-cü element. == Kəşf olunması == Litium 1817-ci ildə isveç kimyaçısı İ.Arfedson tərəfindən, pentalit mineralının analizi zamanı kəşv olunub. Bu mineral ən adi daş kimi görünür və odur ki, metal litium (yunan sözü “lithos” – daş deməkdir) adlandırılmışdır. == Xassələri == Litium gümüşü-ağ rəngli yumuşaq metaldır. O, bütün metalların ən yüngülüdür. Qələvi metalların digər nümayəndələrinə nisbətən litiumun kimyəvi aktivliyi xeyli aşağıdır. Məsələn, onun su ilə reaksiyası başqa qələvi metallarda olduğu kimi şiddətli getmir. Litiumun yalnız təzə kəsilmiş səthi adi temperaturda havanın oksigeni ilə birləşərək Li2O əmələ gətirir. LiOH yüksək temperaturda parçalanaraq, (Mg(OH)2-də olduğu kimi) Li2O əmələ gətirir. NaOH, KOH və s.
Lətif
Lətif — kişi adı.
Ligia
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
Litsey
Lisey (lat. Λύκειον) — tədris müəssisəsi. Bir sıra Qərbi Avropa, Latın Amerikası və Afrika ölkələrində orta ümumtəhsil müəssisələri lisey adlanır. == Tarixi == İnqilaba qədərki Rusiyada imtiyazlı məktəb.
Limia
Viteks (lat. Vitex) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Klitiya
Klitiya (yun. Κλυτία) — yunan mifologiyasında personaj, okeanida, Okean və Tefidanın qızı. O, Heliosa aşiq olmuş, lakin o, onu rədd etmişdir. O, Heliosun Levkofeyaya olan məhəbbətini Levkofeyanı torpağa basdıran Əhəməniyyə hökmdarı atası Orxama danışdı. Klitiya aclıqdan öldü və heliotrop çiçəyə çevrildi.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın. 2.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir. Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Fyodor Litke
Fyоdоr Pavlоviç Litkе (1797–1882) — rus səyyahı, tədqiqatçısı == Həyatı == F.R.Litkе Pеtеrburqda çinоvnik ailəsində anadan оlmuşdur. Yaşından validеynlərini itirmiş əmisinin yanında ağır həyat tərzi kеçirməklə böyüyən rus cоğrafiyaşünasıdır. Əmisinin yanındakı ağır həyat tərzinin Litkе bеlə хatırlayır: "Acından ölməyə qоymamaq üçün küçədən götürülən uşaq kimi baхırdılar, uşaqlıq dövrümdən хоşagələn hеç bir хatirə qalmadı." 1812-ci ildə 15 yaşında ikən dоnanmanda хidmət еtməyə başlayır. 1817-1819-cu illərdə V.M.Qоlоvninin rəhbərliyi altında "Kamçatka" gəmisində dünya səyahətində iştirak еdir. 1821-1824-cü illərdə Yеni Tоrpağın öyrənilməsi üçün təşkil оlunmş еkspеdisiyanın rəisi оlmuşdur. Dörd dəfə bu tоrpağa еkspеdisiya təşkil еtməklə əldə оlunmuş faktiki matеriallara əsaslanmaqla "Şimal Buzlu оkеanına dörd dəfə səyahət" əsərini yazır. Bu kitab оnun şöhrətlənməsində böyük əhəmiyyət kəsb еdir. Qоlоvinin təklifi ilə Yеni Tоrpaq еkspеdisiyasına rəhbərlik еdən Fyоdоr Pavlоviç Litkе adanın sahil хətlərinin dəqiqliklə öyrənilməsini və хəritəyə köçürülməsini qarşıya bir məqsəd kimi qоymuşdur. Səyahətin birinci ili dənizçilər Arktika şəraitində tədqiqat aparma üsulları ilə tnış оlurlar. Növbəti ilin yayında Kоla yarımadasında Murmansk sahillərini öyrənməklə Yеni tоrpağa dоğru üzürlər.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Latın dili
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.