Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Lüqan (Averon)
Lüqan (fr. Lugan, oks. Luganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12134. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.9%).
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir. Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.
Arqun
Arqun (çay, Asiya)
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cuzqun
Cuzqun (lat. Calligonum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == GRIN saytında cuzqun cinsinə aid taksonların aşağıdakı siyahısı verilib: Calligonum aphyllum (Pall.) Gurke — Yarpaqsız cuzqun — Qafqaz, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir, Orta Asiya Calligonum arborescens Litv. — Ağacşəkilli cuzqun Calligonum azel Maire Calligonum bakuense Litv. — Bakı cuzqunu Calligonum caput-medusae Schrenk — Meduzbaşlı cuzqun Calligonum caput-medusae var. rubicundum Herder ex Regel Calligonum comosum L'Her. Calligonum comosum var. turkestanicum Korovin Calligonum elatum Litv. — Hündür cuzqun Calligonum eriopodum Bunge Calligonum leucocladum (Schrenk) Bunge — Джузгун белокорый Calligonum membranaceum Litv. Calligonum microcarpum I.G.Borshch.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Quzğun
Quzğun (lat. Corvus corax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.