Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Manadu
Manadu (mald. ފުނަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Nunu atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Manadu adası Nunu atoluna daxil olan 71 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 177 km şimalda yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Manaduda 1201 nəfər yaşayır: 47 % kişi və 53 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 49 % — 18 yaşından aşağı; 11,9 % — 19 - 25 yaş arası; 31,6 % — 26 - 64 yaş arası və 7,5 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,53 %.
Manaslu
Manaslu (və ya Kutang) — Himalayda dağ. Əsas zirvəsi Manaslu (8156 m) — dünyanın ən hündür səkkizinci zirvəsi. Manaslu Manaslu-Himal (Mansiri-Himal kimi də adlandırırlar) dağ massivinə aiddir. Zirvə Nepalın mərkəzində, Çin sərhəddinin yaxınlığında yerləşir. == Coğrafiyası == Manaslu üç zirvədən ibarətdir: == Etimologiyası == Sanskrit dilində Manaslu «Ruhlar dağ»ı mənası verir. Manasa — ruh, qəlb deməkdir. == Fəth olunma tarixi == Hal-hazırda (2015) Manaslu zirvəsinə 10 fərqli marşrut mövcuddur. 1950-cı ildə Tilman dağın şimal-şərq yamacı boyu tədqiqat işləri aparmış və mümükün dırmanma yolunu göstərmişdir. 1952-ci ildə yaponlar zirvənin 5275 metr hündürlüyünə yetişmiş. Daha sonra növbəti yapononlardan təşkil olunmuş 15 alpinist və onlardan üçü 7750 metrlik hüdürlüyə qalxa bilmişlər.
Manabu Sayto
Manabu Sayto (d. 4 aprel 1990) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Sano Manabu
Sano Manabu (佐野学, 22 fevral 1892, Oita – 9 mart 1953) – Yaponiya iqtisadçısı və sosial aktivisti. Yaponiya Kommunist Partiyasının qurucularından biridir. Fukumotoizmin qatı əleyhdarı olmuşdur. == İlk illəri == 1892-ci ildə Yaponiyanın Oita prefekturasında doğulmuşdur. Ailənin yeddi uşağından altıncısı və üç oğlundan sonuncusu idi. Onun babası Hakuyo Naqasaki şəhərində ranqaku müəllimiliyi etmiş Aleksandr Ziboldun tələbəsi olmuşdur. Sano 1905-ci ildə Kitsuki orta məktəbinə daxil olmuşdur. 1908-ci ildə "Yorozu choho" jurnalı üçün yazdığı məqaləyə görə mükafat qazanmışdır. == Fəaliyyəti == 1917-ci ildə Tokio Universitetindən məzun olmuşdur. Universitetdə tələbə olduğu dövrdə sosialist hərəkatla tanış olmuş və Şincinkay adlı qruplaşmanın qurulmasında kömək etmişdir.
Makalu Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Makalu–Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Bantlü
Bantlü (fr. Banthelu) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 138 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 50 km şimal-şərqində, Serji belediyyənin 21 km şərqində məsafəsində yerləşir.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Manaqua
Manaqua (isp. Managua) — Nikaraqua paytaxtı və ən iri şəhəri; eyniadlı departamentin inzibati mərkəzi. Əhalisi 1,817 milyon (2004). == Coğrafiyası == Ölkənin qərbində, Manaqua gölünün cənub sahilində yerləşir. == Mənbə == Map of Managua city Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine Managua photos, attractions, municipalities, hotels, etc.
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Maniklu
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Manqalur
Manqalur (kann. ಮಂಗಳೂರು; ing. Mangalore) — Hindistanın Karnataka ştatında şəhər, Karnatakanın əsas limanı. Ştatın paytaxtı Banqalordan 350 km qərbdə, Ərəb dənizinin Malabar sahillərində, Qərb Qatlarının ətəyində yerləşir. Karnatakanın cənub-qərbindəki Dakşin Kannada dairəsinin inzibati mərkəzi (əvvəllər Cənubi Kannada). Təmiz çimərliklər, geniş yollar və sakit əraziləri olduğu üçün Manqalor Hindistanın 8-ci ən təmiz şəhəri olaraq tanınır. Manqalor, Hindistanda biznes etmək üçün ən yaxşı 13-cü şəhər və Karnatakada (Banqaloradan sonra) 2-ci yerdədir.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Vanklu
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Yanaul
Yanaul — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Makaltu
Makaltu və ya Makaltuni — Çıldır gölünün cənub-qərbində padşah II Sarduri (e.ə. 753–735) tərəfindən tabe edilmiş şəhərə Urartu tərəfindən verilən ad. Xorxorun "Argişti salnaməsi"ndə qeyd olunmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Adontz, N. Histoire d'Arménie. Les origines du Xe siècle au VIe (Av. J. C.) (francès). Unió General Benevolent d'Armènia. Ivàntxik, A. I. Les Cimmériens au Proche-Orient (francès). Éditions Universitaires Fribourg Suisse i Vandenhoeck & Ruprecht. 1993.
Abaran mahalı
Abaran mahalı — İrəvan xanlığında mahal adı. == Tarixi == Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin və Abaran nahiyəsində Abaran kəndinin olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır.
Abraham Maslau
Abraham Maslou (1 aprel 1908[…], Nyu-York, ABŞ – 8 iyun 1970[…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi. == Həyatı == Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı".
Abşeron kanalı
Abşeron kanalı — Abşeron yarımadasında suvarma kanalı. Samur-Abşeron kanalının davamı olaraq Ceyranbatan su anbarında başlayaraq Gürgan qəsəbəsi ərazisində Xəzərə tökülür. Kanalın uzunluğu 72 km təşkil edir. Təsərrüfat daxili hissələrdə su borulardan istifadə etməklə ötürülür. Su magistral kanaldan və onun açıq qollarından nasoslar vastəsi ilə təsərüfat daxili şəbəkəyə vurulur. Basqılı boru kəmərinin ümumi uzunluğu 1056 km, açıq qolarının uzunluğu isə 37 km-dir. Abşeron yarımadasında şəhər ətrafı kənd təsərrüfatının inkişafında və yaşıllıqların artırılmasında böyük əhəmiyyəti vardır.
Alxançurt kanalı
Alxançurt kanalı — Şimali Qafqazda suvarma və nizamlayıcı kanal. Kanal Alxançurt vadisindən keçməklə Şimali Osetiya, İnquşetiya və Çeçenistan ərazilərinə aiddir. Kanal Alxançurt rayonlar arası suvarma və nizamlama sisteminin əsas kanalıdır. Kanalın əsas su götürmə mənbəyi — Terek çayıdır. Axançurt kanalı əsas iki qola bölünür. Qərb və Şərq kanalları. Bu qolların ayrılma nöqtəsinə kimi kanalın uzunluğu 66,4 km-dir. Qolları ilə birlikdə kanalın ümumi uzunluğu — 182,4 km-dir. Kanal inşasından sonra Açaluk çayıda kanala tökülməyə başlamış. Dövlət su reyestrində obyekt kodu — 07020000222308200003054.