Abaran mahalı — İrəvan xanlığında mahal adı.[1]
Tarixi Azərbaycan əraziləri | |
Abaran mahalı | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Abaran mahalı |
Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur[2]. Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur[3]. XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyənin[4] və Abaran nahiyəsində Abaran kəndinin[5] olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində "imarət, saray" mənasında işlənən aparank sözündən əmələ gəldiyi göstərilir[6]. Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar Türk etnoniminə[7] [8] cəmlik bildirən — an şəkilçisinin qoşulması ilə əmələ gəlib "aparların (avarlar) yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir. Mahal xanlıqdan əvvəl İrəvan əyalətinin Abaran nahiyəsini[9][10] əhatə edir. Nahiyə oradakı Baş Abaran kəndinin və Abaran çayının adı ilə adlanırdı. 1935-ci ildə Aparan adlandırılmışdır. 1939-cu ildən Aparan rayonunun və mərkəzinin adıdır. Orta əsrlərdə ermənicə yazılışı Aparan idi[11] [12] Lakin 1590-cı ilə aid türkcə mənbədə Abaran kimidir[13]XVIII əsrin ortalarına aid ermənicə mənbədə Abaranda ermənilərin yaşadığı göstərilsə də[14]toponim erməniə deyildir.XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Abarançay[15] [16] Azərbaycanda Avarandaq (Qusar r-nu), Avaran kəndi (Xaçmaz rayonu) toponimləri ilə mənşəcə eynidir. Abaran qədim türk mənşəli tayfanın adıdır və mənşəcə Abar (Avar) tayfası ilə bağlıdır. Eramızın II–III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması qeyd olunur .[17][18] V əsr erməni müəllifi Yeqişe Balasakanda yaşayan bir tayfanın "Aparn" adlandığını yazmışdır. [19] Hər iki etonim Abar (Avar) tayfasının adını əks etdirir. Cənub-Şərqi Avropa çöllərində hunlarda Abar (Avar) tayfasının adını V əsr müəllifi Prisk Paniyski 463-cü ilə aid hadisələrdə çəkmişdir. 555-ci ildə Qərbi Türk xaqanlığının sərkərdəsi Istəmi Dərbənd keçidi ilə Albaniyaya (Arrana) gəldikdə burada abarlarla toqquşmuşdu .[20] X əsrdə xəzərlərin tayfaları içərisində (abar, abas, uquz, tarna, bizal və s.) abar tayfası da vardı.[21] Ona görə Abaran (ermənicə yazılışı Aparan) toponiminin erməni dilində aparan "saray" sözündən ibarət olması fikri qondarmadır. Abaran adlı türk mənşəli tayfanın mövcud olması XVI əsrdə Rəvan əyalətində Abaranoğlu (bax) kəndinin adı ilə də təsdiqlənir.[22]
Abaran çayı İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. Uzunluğu 98 km-dir. Hidronim apar (avar) Türk tayfasının adını[23] əks etdirir. Etnohidronimdir.