Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Martuni
Martuni — sovet dövlət və partiya xadimi Aleksandr Fyodoroviç Myasnikovun təxəllüsü, həmçinin onun şərəfinə adlandırılan bir neçə toponimlərin adı: == Azərbaycan Respublikası == Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni — Xocavənd şəhərinin əvvəlki adı. Martuni — Şəmkir rayonunda Günəşli kəndinin əvvəlki adı. == Ermənistan Respublikası == Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Martuni — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə mahalı ərazisində rayon mərkəzi, şəhər. Martuni (Qaraqoyunlu) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Qaraqoyunlu mahalı ərazisində kənd.
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Martuni (Ermənistan)
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir. Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir.
Martuni (Qaraqoyunlu)
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir. Toponim gödəklər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur. == Əhalisi == 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir.
Martuni rayonu
Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur.
Marqun şəlaləsi
Marqun şəlaləsi- Fars ostanının Ərdəkan şəhərinin yaxınlığında yerləşir.
Maruni Kilsəsi
Maruni Kilsəsi (ərəb. الكنيسة المارونيّة‎; lat. Ecclesia Maronitarum), və ya rəsmi adı ilə Əntakiyə Süryani Maruni Kilsəsi (ərəb. الكنيسة الأنطاكية السريانية المارونية‎; süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܡܪܘܢܝܬܐ ܕܐܢܛܝܘܟܝܐ) qədim xristian kilsəsidir, patriarxlıq statusuna sahib olan altı Şərqi Katolik kilsəsindən biridir. Tarixi kilsə icmalarının əksəriyyəti Suriyada və Kiprdə olduğu kimi Livanda da yerləşir. Marunilərin Livandan davamlı mühacirəti son illərdə Argentina, Braziliya, Amerika Birləşmiş Ştatları, Meksika, Avstraliya və digər əyalətlər və ölkələrin diasporalarında icmaların yaranmasına səbəb oldu. == Tarix == Livan Marunilərinin tarixi IV əsrin sonlarında, bir qrup şagirdin Müqəddəs Marun ətrafında toplandığı vaxtdan başlayır. Daha sonra Hələbdən Əntakiyəyə qədər bir yolda bir monastır inşa etdilər. V–VI əsrlərdə Mübarək Kirskinin Teodoretinin teoloji məktəbini qurduğu monastır, Xalkidon Kilsə Məclisinin xristologiya təlimini dəstəkləyərək Monofizitlərə və Miafizitlərə qətiyyətlə qarşı çıxdı.
Martuni rayonu (DQMV)
Xocavənd (Martuni) rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə Xocavənd rayonu adlandırılmış və ləğv edilmiş Hadrut rayonunun ərazisi rayonunun tərkibinə qatılmışdır.
Martuni rayonu (Ermənistan)
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Martuni müdafiə rayonu
Martuni müdafiə rayonu (erm. Մարտունու պաշտպանական շրջան) — Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu bölməsi. 1992-ci ilin sentyabrında Qondarma Dağlıq Qarabağ Respublikası Özünümüdafiə Komitəsi sədrinin 14 avqust 1992-ci il tarixli fərmanı ilə regionda fəaliyyət göstərən özünümüdafiə dəstələri və batareyaları əsasında yaradılmışdır. 21-ci (Qırmızı Bazar, komandir N. Babayan), 22-ci (Cütcü, komandir A. Melkumyan), 23-cü (Quzeyçartar, komandir M. Akopyan), 24-cü (Güneyçartar, komandir K. Tovmasyan), 25-ci (Xocavənd, komandir S. Ohanyan), 26-cı (Xocavənd, komandir M. Mosiyan) motoatıcı batalyonlarının birləşməsi əsasında yaradılmışdır. 1992–1994-cü illərdə Martuni müdafiə rayonu Qaradağlı, Aşağı Veysəlli, Muğanlı, Əmiranlar, Kuropatkino, Çərəkdar, Narınclar, Umudlu, Yarımca, Qızıloba, Ağdam, Xocavənd, Ağdərə, Ağcabədi, Füzuli, Qərvənd, Kəlbəcər və s. məntəqələr uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Martuni müdafiə rayonu komandiri postunu 2 ilə yaxın Monte Melkonyan tutmuşdur. Bölmənin çoxlu sayda döyüşçüləri Ermənistan dövlət mükafatlarına layiq görülmüşdülər. Döyüş əməliyyatları zamanı Martuni müdafiə rayonundan 350 döyüşçü öldürülmüşdür.
Martuni rayonu (Azərbaycan)
Xocavənd (Martuni) rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə Xocavənd rayonu adlandırılmış və ləğv edilmiş Hadrut rayonunun ərazisi rayonunun tərkibinə qatılmışdır.
Mardoni
Mardoni Qobri oğlu (q.yun. Μαρδόνιος; e. ə. VI əsr – e.ə. 479, Plateya, Beotiya) — Yunan-İran müharibələri dövründə fars sərkərdəsi. Plateya döyüşündə həlak olmuşdur.
Maregun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Martunis
Martunis (2 may 1997, Banda-Açex[d]) — Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun indoneziyalı futbolçusu; == Həyatı == İndoneziyada 2004-cü ildə meydana gələn zəlzələ və sunamidə zərər çəkmişdir. Yaşanan fəlakətlər zamanı anasını və 2 bacısını itirən 7 yaşındakı Martunis, 21 gün boyunca aclıq və susuzluqla mübarizə apardıqdan sonra xilas edilmişdir. Kanadalı xilasedicilər tərəfindən aşkarlanarkən əynində Portuqaliya milli futbol komandasının 10 nömrəli oyunçusu Ruy Koştanın forması var idi. Fəlakətin "möcüzə uşağı" olaraq xatırlanan Martunis necə sağ qalması ilə bağlı suallara, "Heç qorxmadım; çünki ailəmi yenidən görmək və futbolçu olmaq istəyirəm" cavabını vermişdi. Bundan sonra Portuqaliya Futbol Federasiyası onların evinin yenidən inşa edilməsi üçün 40 min avro yardım etmiş və "Real" Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo isə 2005-ci ildə təbii fəlakətdən zərər çəkənləri ziyarət edərkən onunla da görüşmüşdür. Martunisun təhsil xərclərini qarşılayan Ronaldo, gənc futbolsevərin "Sportinq" (Lissabon) klubunun bazasına gəlməsini təmin etmişdi. == Karyerası == === Yeniyetməlik dövrü === O, 2015-ci ilə qədər İndoneziyanın PSAP Sigli komandasında oynamışdır. == "Sportinq" (Lissabon) == 2015-ci ilin iyul ayında Portuqaliyanın "Sportinq" (Lissabon) klubuna keçmişdir. İmza mərasiminin ardından duyğularını dilə gətirən Martunis belə demişdir: "Röyalarım reallaşdı. Mənə verilən bu fürsət səbəbiylə inanılmaz bir həyəcan duyuram." Klubun prezidenti onun U-19 komandasında oynayacağını bildirmişdir.
Martini
Martini (ing. "Martini" və ya "Dry Martini") ənənəvi olaraq cin və vermut əsasında hazırlanmış aperitif (yeməkdən öncə) kokteyldir. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərinə, "Unudulmazlar" kateqoriyasına daxildir. == Adı == Martininin dəqiq mənşəyi məlum deyil, bir-birindən uzaq yerləşən Amerika şəhərləri Yonkers, New Orleans və San Francisco onun ixtira edildiyini iddia edir. Ənənəvi olaraq martininin mənşəyi San-Fransiskoya aid edilir və adı əvvəlki ingilis adı "Martinez"-dən götürülüb. İngilis adı Martinez 1880-ci illərin yazılı mənbələri tərəfindən təsdiqlənir, lakin onun mənşəyi öz növbəsində müxtəlif əfsanələrlə izah olunur. Peter Tamony hesab edir ki, sonuncu samit itkisi ya praktiki səbəblərə görə baş verib. Məsələn, ingiliscə Martinez sözünün cəmini sifariş etmək mümkün deyil. Ya da çox güman ki, vermut adı "Martini"-nin təsiri altında baş verib. == Tərkibi == Orijinal martini şirin idi — 1887-ci il resepti, müştəri daha şirin içki istəsə, şərbət əlavə etməyi tövsiyə edir.
Karvuni
Karvuni (yun. Καρβούνης), əvvəllər Ampel (q.yun. Ἄμπελος) — Yunanıstanda dağ. Egey dənizində Samos adasının mərkəzi hissəsini tutur. Hündürlüyü dəniz səviyyəsindən 1153 metr yüksəklikdədir.
Maroni
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı. Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür. Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır. Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Arqun
Arqun (çay, Asiya)
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Fabio Maqrini
Fabio Maqrini (23 dekabr 1965) — İtaliyalı kişi ağır atlet. 105 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Fabio Maqrini dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Fundiseius morgani
Fundiseius morgani (lat. Fundiseius morgani) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Mahzuni Şerif
Şerif Cırık və ya tanınan adıyla Aşıq Mahzuni Şerif (17 noyabr 1940 – 17 may 2002, Köln, Şimali Reyn-Vestfaliya), Türk aşığı. == Yaşamı == Mahzuni Şerif Kahramanmaraşın Afşin ilçesinin Berçenek kəndində dünyaya gəlmişdi. 1955-ci ildə sonradan Ankaraya köçürülən Mərsin kiçik zabitlər məktəbinə qeyd oldu. 1960-cı ildə həyat yoldaşı Sunanı qaçırdı və 6 ay kəndində qaldı. Bu sırada məktəbi Balıkesirə köçürüldü. Məktəb komutanının çaba-çalışması ilə yenidən təhsilinə dönən Aşıq Mahzuni, 6 ay dərsdən qaldığına görə bir məlumat üzərinə məktəbdən atılınca yenidən kəndinə döndü. 1964-cü ildə ilk valı ilə musiqi piyasasına girdi. Bir müddət Qaziantəpdə iqamət etdikdən sonra Ankaraya daşındı. 1989–1991-ci illər arasında Xalq Ozanları Federasyonu tərəfindən dünyanın ən böyük 3 ozanı arasında göstərildi. Sivas dramı adlı türküsünü, Sivasda yaşamını itirenlere ithaf etmişdir.
Martini-Henri
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.
Ophrys mangini
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.