Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.[2]
Kənd | |
Gödəklər | |
---|---|
40°40′01″ şm. e. 45°15′16″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qaraqoyunlu mahalı]] |
Rayon | [[Çəmbərək rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir.
Toponim gödəklər türk etnonimi[3] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur.
1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir. Ermənilər buraya 1919-1920-ci illərdə Türkiyədən köçürülmüşdür[4].