Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marsan
Marsan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində Cınıx kənd icmasına daxil olan üç kiçik məntəqədən (Lələpaşa, Çüdüllü və Marsan) biridir. Ehtimal etmək olar ki, Marsan türk dillərindəki mar (təpə) və sın ("yer", "ölkə", "sıra dağlar" mənalarında) sözlərindən ibarət olub, "təpəlik", "təpəli yer" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən Azərbaycan Türklərindən ibarət hər iki cinsdən toplam 254 nəfər əhali yaşayırdı. 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Turaclı kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2122 nəfər (1.047 nəfəri kişilər, 1075 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Marsan kəndində 244 təsərrüfatda hər iki cinsdən toplam 770 nəfər əhali yaşamaqdadır. Hazırda kənddə tamamilə Azərbaycan Türkləri yaşayır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Marşlar
Aleksandr Marşal
Aleksandr Vitalyeviç Minkov (Tam adı: rus. Александр Витальевич Миньков; 7 iyun 1957, Korenovsk, Krasnodar diyarı) — Rus əsilli müğənni və musiqiçi, Rusiya Federasiyasının Əməkdar artistidir (2007). Solo karyerası ilə tanınsa da, bəzi qrupların da üzvüdür: Araks (Аракс), Gül (Цветы), Salam, mahnı (Здравствуй, Песня!), Qorki Parkı (Парк Горького). 2001 və 2003 tarixlərində Qızıl Qramafon Laureatı ilə mükafatlandırılmışdır.
Alfred Marşal
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. == Həyatı == 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Hamfri Marşal
Hamfri Marşal (ing. Humphry Marshall; 10 oktyabr 1722 – 5 noyabr 1801, Çester qraflığı[d], Pensilvaniya) — amerikalı botanik.
Harold Marşal
Harold Marşal (ing. Harold Marshall; 10 fevral 1918 – 18 yanvar 2013, Kalqari, Alberta) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş kanadalı snayper.
Markar Melkonyan
Markar Melkonyan (ing. Markar Melkonian; Viseyliya[d]) — Amerika ermənisi yazıçı və müəllim. Melkonyanın "Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti" adlı kitabında qardaşı, erməni terrorçusu Monte Melkonyanın həyatı, onun 1990-cı illərdə Ermənistanın müstəqilliyi uğrunda və Birinci Qarabağ müharibəsindəki rolu ətraflı təsvir edilmişdir. == Kitabları == Melkonian, Markar. Marxism: A Post-Cold War Primer. Boulder: Westview Press. 1996. ISBN 978-0-7567-6371-8. Melkonian, Markar. Richard Rorty's Politics: Liberalism at the End of the American Century.
Marsan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Marşal Baqramyan
İvan (Hovannes) Baqramyan (erm. Հովհաննես Քրիստափորի Բաղրամյան; 20 noyabr (2 dekabr) 1897 və ya 2 dekabr 1897, Çardaxlı, Yelizavetpol qəzası – 21 sentyabr 1982[…], Moskva, RSFSR, SSRİ) — Sovet İttifaqı marşalı. == Həyatı == Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub. == Xatirəsi == Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir.
Marşal Timoşenko
Semyon Timoşenko (6 (18) fevral 1895 və ya 18 fevral 1895, Furmanovka[d], Bessarabiya quberniyası[d] – 31 mart 1970[…], Moskva) — Sovet İttifaqı marşalı.
Marşal itburnu
Marşal mahmızlalәsi
Marşal mahmızlalәsi (lat. Corydalis marschalliana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Marşal südləyəni
Marşal südləyəni (lat. Euphorbia marschalliana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır.
Marşan (En)
Marşan (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Samuil Marşak
Samuil Marşak (rus. Самуи́л Я́ковлевич Марша́к;1887—1964) — Rusiya və SSRİ şairi, dramaturqu, tərcüməçisi. Samuil Yakovleviç Marşak 1887-ci ildə Rusiya imperiyasının Voronej şəhərində anadan olmuşdu. Uşaq yaşlarından şeir yazmağa başlamışdır. 1902-ci ildə V.V.Stasov onu M.Qorki ilə tanış etmişdir. 1904-1906-cı illərdə Marşak Yaltada M.Qorkinin mənzilində yaşamışdır. Əsərləri 1907-ci ildən çap olunmuşdur. 1912-1914-cü illərdə London Universitetinin İncəsənət fakültəsində mühazirələr dinləmişdir. Marşak sovet uşaq ədəbiyyatının yaradıcılarındandır. Balacalar üçün yazdığı şeir, poema, nağıl, tapmaca, povest və pyeslərində mühüm ictimai məzmunlu mətləblərdən uşaq dilinə və psixologiyasına uyğun canlı, şən, maraqlı və anlaşıqlı bir tərzdə bəhs edilir.
Tomas Marşal
Tomas Marşal — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 28-ci vitse-prezidenti.
Turqud Marşal
Turqud Marşal (2 iyul 1908[…], Baltimor, Merilend – 24 yanvar 1993[…], Betesda, Merilend) — hüquqşünas. Hətta Martin Lüter Kinqdən və Malkolm X-dən afro-amerikalılara qarşı diskriminasiya qanunlarına qarşı mübarizə aparan və mülki hüquqları uğrunda hərəkatının yaradılmasında Turqud Marşalın böyük zəhmətinə aid etmək olar. Martin Lüter Kinq küçələrdə mübarizə aparırdırsa Turqut Marşal məhkəmələrdə döyüşləri aparırdı. Amerikanın tarixi hüquqşünaslardan biridir. 1933-cü ildə Hovard Universitetində hüquqi təhsilini almıdır. Marşal öz hüquqi təcrübəsini Baltimorda toplamağa başlamışdır. Ədətən mülki işlərlə məşğul idi. Tez bir zamanda dövlətin qabaqcıl vəkillərin birinə çevrildi. Onun Ali Məhkəmədə ilk qalibiyyəti 32 yaşında oldu. Onun ən məşhur işlərindən biri Braun Təhsil Şurasına qarşı tarixi məhkəmə işini hesab etmək olar (1954-cü il).
Marşal itburnusu
Marşal itburnusu (lat. Rosa marschalliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan, Aşağı Don), Gürcüstanda (Kayşauri) təbii arealı vardır. == Azərbaycanda yayılması == Quba, Xəzər ovalığı, Naxçıvan MR-ın dağ və düzənliyində, Lənkəran düzənliklərində, meşə kənarları və kol cəngəlliyində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlıqayalı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 90–120 sm-ə qədər ortaboylu kollardır. Qopartikanı iri, oraqvarı əyilmiş və ya düzdür, tək-tək bəzən 2–2 olur.
Marşal Universiteti
Marşal Universiteti — ABŞ-nin Hantinqton şəhərində ictimai tədqiqat universiteti. Universitet ABŞ Ali Məhkəməsinin dördüncü sədri Con Marşalın şərəfinə adlandırılıb. == Tarixi == Marshall Universiteti 1837-ci ildə özəl məktəb kimi təsis edilmişdir. İndi universitetin əsas inzibati binası olan Old Main, o zamanlar Virciniya ştatının Hebron kimi tanınan ərazisində tikilmişdir. 30 mart 1838-ci ildə məktəb Virciniya Baş Assambleyası tərəfindən rəsmi olaraq Marşal Akademiyası kimi ayrıldı. 1859-cu ildə Virciniya Baş Assambleyası universitetin adını Marşal Kolleci olaraq dəyişdirdi, lakin bu dəyişiklik hələ də onun əsl kollec statusunu əks etdirmədi. 20 iyun 1863-cü ildə Amerika Vətəndaş müharibəsinin qızğın vaxtında Virciniyadan Qərbi Virciniya ştatı yaratmaq üçün 50 əyalət ayrıldı və kollec yeni ştatın bir hissəsi oldu. 1867-ci ildə Qərbi Virciniya Qanunverici orqanı məktəbi müəllimlər üçün təhsil müəssisəsi kimi canlandırdı və onu Marşal Kollecinin Dövlət Pedaqoji məktəbi adlandırdı. Beləliklə, kollecin dövlət ali təhsil müəssisəsi kimi tarixi başladı. === XX-ci əsr === Köhnə Əsas kampus istisna olmaqla, binaların və kollecin genişləndirilməsi 1907-ci ildə başladı.
Marsa buzlağı
Marsa buzlağı (bolq. ледник Марса, ‘Lednik Marsa’ \'led-nik 'mar-sa\) — 5 km uzunluğu və 1.5 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Patleyna buzlağından şimal-şərqdə, Padala buzlağından şimal-qərbdə yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Bangey yüksəkliyindən şərqdə yerləşmişdir. Buzlaq cənubi Bolqarıstanda yerləşən orta əsr şəhəri olan Marsanın adını daşıyır. == Yerləşməsi == Marsa buzlağı 78°01′50″ c. e. 85°41′40″ q. u.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Emin Paşa (marşal)
Emin Paşa (1790 – 1851) — siyasətçi və elm adamı, dəqiq elmlər və hərbi işlər sahəsində 19-cu əsrin birinci yarısında Osmanlı İmperiyasının ən hörmətli alimlərindən biri. Marşal, Şam valisi. Görkəmli riyaziyyatçı, Krım xanlığının sakini Hüseyn Rıfkı Krımlının oğlu. Kembric Universitetini bitirən ilk Krım tatar. == Bioqrafiyası == Emin Rıfkı 1780 - 1790-cı ilərdə bir riyaziyyatçı, Sultan Torpaq Hərbi Mühəndislik Məktəbinin baş rəisi Hüseyin Rıfkı Tamaninin ailəsində anadan olub. Onun doğum tarixi dəqiq bilinmir. 1835-ci ilə qədər İstanbul Sultan Akademiyasında oxumuşdur. Sultan Akademiyası bir qrup gənc tələbəni əsas Avropa təhsili almaq üçün İngiltərəyə göndərməyə qərar verdikdə, Emin bəy seçilən namizədlər arasında olur və o zaman da ona böyük ümidlər olur. Kembric Universitetinin Dəqiq Elmlər Fakültəsinə daxil olan Emin bəy qısa müddətdə ən yaxşı tələbələrdən biri olur. Universiteti bitirdikdən sonra gənc alim Kembricdə müəllim vəzifəsi almaq üçün diplomunu universitet rəhbərliyinə təqdim edir.
Ernst Buş (marşal)
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885 – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Farslar
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Makasar
Makasar — İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı. Şərqi İndoneziya bölgəsindəki ən böyük şəhəri və Cakarta, Surabaya, Bandunq və Medandan sonra ölkənin beşinci böyük şəhər mərkəzidir. 1971-ci ildən 1999-cu ilə qədər şəhər rayonlardan biri olan Ucunq Pandanq adını aldı. Şəhər Makassar boğazı ilə üz-üzə olan Sulavesi adasının cənub-qərb sahilində yerləşir. Tarixi boyunca Makasar 17-ci əsrdə Niderland Ost-Hind Şirkəti tərəfindən fəth edilməzdən əvvəl Qova Sultanlığının mərkəzi və Portuqaliya dəniz bazasını qəbul edən əhəmiyyətli bir ticarət limanı olmuşdur. Niderland Ost-Hindində əhəmiyyətli bir liman olaraq qaldı, Şərqi İndoneziya bölgələrinə Makasar balıqçıları ilə Avstraliya sahillərinə qədər gedib çıxdı. İndoneziya müstəqillik qazandıqdan sonra qısa bir müddət ərzində Makasarda üsyanın baş verdiyi Şərqi İndoneziya Ştatlarının paytaxtı oldu. Şəhərin sahəsi 199.3 kvadrat kilometrdir (77.0 kv mi) və 2013-cü ildə təxminən 1.6 milyon əhalisi var. Onun daxili ərazisi Makasar şəhəri və 15 rayonu əhatə edən 1.976.168 əhaliyə malikdir. Rəsmi böyük şəhər sahəsi Mamminasata kimi tanınan və 17 əlavə rayon olmaqla, 2548 kvadrat kilometr ərazini əhatə edir (984 kvadrat mil) və 2010 siyahıyaalmasına görə 2.4 milyon əhalisi var.