Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
Çili Milli Kitabxanası
Çili Milli Kitabxanası (isp. Biblioteca Nacional de Chile)— Çilinin milli kitabxanasıdır. O, Santyaqodakı Avenida Libertador General Bernardo O'Higgins-də, 1925-ci ildə inşa edilən bir binada yerləşir, baxmayaraq ki, onun tarixi indiki evinə köçürülməzdən əvvəl on doqquzuncu əsrin əvvəllərinə çatır. Biblioteca Nacional, Instituto Nacional və az sayda qurumlarla birlikdə Patria Vieja dövründə yeni yaradılmış Çili Respublikasının yaratdığı ilk qurumlardan biridir. El Monitor Araucano qəzetində 19 avqust 1813-cü ildə Milli Kitabxananın Proclama de Fundación ("Vəqfin Bəyannaməsi") nəşr olundu. Bu vizyonla bütün vətəndaşlara öz kitablarını təqdim etməyə çağırıldı. bir böyük ictimai kitabxana. Digər respublika qurumlarında olduğu kimi, kitabxana da milli qoşunların realistlər ordusu tərəfindən məğlub edildiyi Rancaqua faciəsindən sonra bağlandı. Chacabuco döyüşünün qalibiyyəti ilə yenidən açıldı və hökumət tərəfindən dəstəkləndi və əhəmiyyətli kolleksiyalar almağa başladı. Çilinin ali direktoru Bernardo O'Higgins, Milli Kitabxananın ilk direktoru olaraq professor Manuel de Salasın adını çəkdi.
Çili milli futbol komandası
Çili Milli Futbol Komandası — indiyə qədər yeddi FİFA Dünya Çempionatında mübarizə etmişdir. 1962-ci ildə ev sahibliyi etdiyi turnirdə üçüncü yeri əldə etmişdir. İlk Dünya Çempionatına 1930-ci ildə qatılmışdır. Bu çempionatda, Meksika və Fransanı məğlub etməsinə baxmayaraq digər qrup matçında Argentinaya 4-2 məğlub olaraq turnirdən kənar qalmışdı. 1934 və 1938-ci ildə təşkil edilən turnirlərə Cənubi Amerika boykotuna dəstək verərək qatılmayan Çili, 1950 FİFA Dünya Çempionatında da Argentinanın turnirə qatılmama qərarı sonrası oyun keçirmədən finala keçdi. Çili, İspaniya və İngiltərəyə 2-0 məğlub olaraq qrupda qaldı. Eyni qrupda olan və İngiltərəni 1-0 məğlub edərək tarixin ən böyük sürprizlerinden birini edən ABŞ-ni son matçda 5-2 yensə də, qrupdan çıxmağı bacara bilmədi. 1954 və 1958 finallarına da qatılan Çili, 1962 FIFA Dünya Çempionatında tənzimləmə haqqını əldə edərək iştirak vizasını cibinə qoydu. 2. Qrupda Qərbi Almaniya, İtaliya və İsveçrə ilə qərarlaşan Çili, İsveçrəni 3-1 məğlub edərək turnirə yaxşı bir başlanğıc etdi.
Dəniz mili
Dəniz mili - uzunluq vahidi. 1 dəniz mili 1852 metrə bərabərdir. Əsasən beynəlxalq dəniz yollarının ölçülməsi üçün, həmçinin aviasiyada istifadə olunur. 1 dəniz mili 10 kabeltə bərabərdir.
Mili Balakirev
Mili Alekseyeviç Balakirev (21 dekabr 1836 (2 yanvar 1837), Nijni Novqorod, Rusiya imperiyası[…] – 16 (29) may 1910, Sankt-Peterburq, Rusiya imperiyası) — rus bəstəkarı. Balakirev "Qüdrətli dəstə"nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir. Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığı ilə ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur. Balakirev "Qüdrətli dəstə" bəstəkarları ilə yaşıd olmağına baxmayaraq , onların tərbiyəçisi və rəhbəri olmuşdur (Boradin və Kui hətta ondan yaşlı idilər). Sonradan dəstənin üzvləri Boradin, Musorqski və Rimski-Korsakov incəsənətdə öz xüsusi, təkrarolunmaz yolu tapıb keçmiş müəllimini yaradıcılıq cəhətdən ötdülər. Lakin Balakirevin nüfuzu onların arasında həmişə yüksək idi.
Mili Balakiryev
Mili Alekseyeviç Balakirev (21 dekabr 1836 (2 yanvar 1837), Nijni Novqorod, Rusiya imperiyası[…] – 16 (29) may 1910, Sankt-Peterburq, Rusiya imperiyası) — rus bəstəkarı. Balakirev "Qüdrətli dəstə"nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir. Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığı ilə ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur. Balakirev "Qüdrətli dəstə" bəstəkarları ilə yaşıd olmağına baxmayaraq , onların tərbiyəçisi və rəhbəri olmuşdur (Boradin və Kui hətta ondan yaşlı idilər). Sonradan dəstənin üzvləri Boradin, Musorqski və Rimski-Korsakov incəsənətdə öz xüsusi, təkrarolunmaz yolu tapıb keçmiş müəllimini yaradıcılıq cəhətdən ötdülər. Lakin Balakirevin nüfuzu onların arasında həmişə yüksək idi.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. == Etimologiyası == Oykonim "bil" — talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
MIDI
MIDI (ing. Musical Instrument Digital Interface) – musiqi alətlərinin rəqəmli interfeysi; musiqi sintezatorlarının, musiqi alətlərinin və kompüterlərin birləşməsini nəzərə alan ardıcıl interfeys standartı. MIDI standartı həm aparat vasitələrinə, həm də kodlaşdırma və ötürmə üsullarına aid edilir. Musiqi və səs MIDI-qurğular arasında ötürülür. Standartın aparat vasitələrinə aid olan hissəsi MIDI-portlar adlanan giriş-çıxış kanallarının tiplərini müəyyənləşdirir və MIDI In, MIDI Out və MIDI Thru kimi üç port tipinə qoşulan MIDI kabelinin spesifik tipini müəyyənləşdirir. Sintezator və ya başqa MIDI-qurğu məlumatı MIDI In portundan alır, məlumatların ekranda əks olunması MIDI Thru portu vasitəsilə yerinə yetirilir ki, bu da başqa qurğuların da onları almasına imkan verir. MIDI-qurğular özlərinə məxsus məlumatları digər qurğulara MIDI Out poru vasitəsilə göstərir. İnformasiya MIDI-qurğular arasında səs parametrlərinin kodlaşdırıldığı (məsələn, tonun yüksəkliyi və səsin ucalığı 8-baytlıq formatda) MIDI-məlumatlar şəklində ötürülür. MIDI-qurğulardan musiqinin yaradılması, yazılması və səsləndirilməsi üçün istifadə etmək olar. MIDI standartından istifadə etməklə kompüterlər, sintezatorlar və sekvenserlər bir-biriylə əlaqə saxlaya bilər, bununla da həm vaxta qənaət edər, həm də faktiki olaraq musiqini idarə edərlər.
Mali
Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda Mavritaniya və Əlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-d'İvuar və Qvineya ilə həmsərhəddir. == Tarixi == Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana İmperatorluğu (III-XI əsrlərdə), Mali İmperatorluğu (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə) 2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi. Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını, demokratiyanın bərqərar olunacağını elan etdilər.
MiFi
MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər. MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar. Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca "dairəvi", "aralıq", ku "dağ" deməkdir (Dairəvi dağ kəndi). Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. Teymur Rüstəmov (1973–1992). Şamil Talıbov (1974–1994).
Mill.
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Mini
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
MILF
MILF (milfa) (ing. «Mother I'd like to fuck.»: azərb. sikmək istədiyim ana‎) qısaltma (abbreviatura) və ümumi danışıqda (jarqon) vulqar ifadədir. MILF cinsi cəhətdən cəlbedici yetkin qadına, adətən uşaq dünyaya gətirən qadına aiddir. Sözün düzgün mənasında, sözügedən qadın cazibədarlığını bildirən kişiyə ana olmaq üçün kifayət qədər yaşlı olmalıdır. Termin "Amerikan piroqu " (1999) filmi sayəsində məşhurlaşdı, baxmayaraq ki, abbreviatura özü əvvəllər yaranıb: söz artıq bir neçə ildir ki , internetdə dolaşırdı, bu ifadə əvvəllər Bill və Tedin inanılmaz macərası filmində də eşidilirdi. MILF əvvəlcə 35–55 yaş arası qadınlara istinad etsə də, 2010-cu illərin porno sənayesində bu imiclə iyirmi beş və daha gənc modellərə rast gəlmək qeyri-adi deyil . MILF obrazı ənənəvi qadınlıq ideyalarına meydan oxuyur və pornoqrafiya tədqiqatçıları bunu qadın obrazının stereotipinə qarşı bir oyun hesab edirlər.
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Dıli sado
"Dıli sado" (orijinalda tal. Dıli sədo, tərcüməsi: "Qəlbin səsi") — talış yazıçısı Aytən Eyvazonun 2015-ci ildə talış dilində yazılmış romanı. Əsər 19-cu əsrin sonlarında Talışıstanda baş verən tarixi hadisələrdən bəhs edir və müəllif zamanın koloritini öz əsas personajları vasitəsilə çatdırır, onların arasında ümumi fonda gənc bir sevən cütlük seçilir, onların taleyi belədir. əsərin əsas məqamı . Romanda talış adət-ənənələri, həyat tərzi, məişət və şəxsiyyətlərarası münasibətlər təsvir olunur. В романе описаны талышские традиции, образ жизни, бытовые и межличностные отношения. Kitabın redaktoru Əlimərdan Şükürzadədir və kitab talış şairi Vüqar Mirzəzadənın maliyyə dəstəyi ilə nəşr edilib. 18 mart 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Etnoqlobus" onlayn xəbər agentliyi "Tolışi Ədəbiјoti Bınyvışton" ("Talış ədəbiyyatı yazıçıları") təşəbbüs qrupunun köməkliyi ilə romanın təqdimatını keçirmişdir. Romanın müəllifi görülən işlərdən bu şəkildə danışmışdır: Romanın talış dilində yazılması, dilin inkişaf etdirilməsi, onun canlılığı, ədəbi ənənənin qurulması məqsədi daşıması da vacibdir. Oxucu üçün maraqlı olar ki, romandakı dialoqlar talış dilinin Lənkəran və Lerik dialektlərini əks etdirir .
Erməni dili
Erməni dili (erm. Հայերեն — Hayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil. Ermənistan Respublikasının dövlət dilidir. == Erməni dilinin tarixi == Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır: 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr), 2. Orta Ermənicə (XII–XVI əsr), 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər) Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.