Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Mirinda
Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir. Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir. == Tarixi == Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Miruşa
Miruşa (alb. Mirusha / Mirushë; serb. Мируша / Miruša) — Kosovo Respublikasının mərkəzi hissəsində yerləşən regional park. Park Metohiya düzənliyinin şərqində yerləşir. Ərazidə olan təbiət abidələri, özəl landşaft və biomüxtəlifliyə görə park 1982-ci ildə regional park elan edildi. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin klasifikasiyasına əsasən beşinci kateqoriya statusu almış və 55 580 hektar sahə qorunma zonasına daxil edilmişdir. Park üç munisipalitet ərazisində yerləşir: Klina, Malişevo və Oraxovas. == Ümumi məlumat == Miruşa parkı daha çox eyni adlı çayın axdığı kanyonla məşhurdur. Çay kanyon boyu kaskad şəlalələr, karst tipli göllər əmələ gətirmiş. Geoloji struktur baxımdan kanyon ultra əsas və vulkanik-çöküntü süxurlarından təşkil olunub.
Daniel Opritsa
Daniel Opritsa (10 avqust 1981) – Rumıniya futbolçusu. == Həyatı == Daniel Opritsa 1981-ci il avqustun 10-da Dregeneşti-Olt şəhərində anadan olub. == Karyerası == Daniel Orpitsa karyerasına Reşitsa klubunda başlayıb. 2002-ci ilə qədər bu klubun şərəfini qoruyub, 33 matçda 7 qol vurub. Daha sonra Styaua Buxarest klubuna transfer olunan hücumçu karyerasının ən parlaq dövlərini məhz burada keçirib. Buxarest klubunda keçirdiyi 5 mövsümdə 107 matçda forma geyib və 15 qola imza atıb. Daha sonra Dinamo Buxarest klubuna yollanan forvard burada yalnız 5 matçda meydana çıxıb. 2008-ci ildə UTA Arad klubunun heyətində çıxış edib. Burada da çox qalmayan (6 oyun) futbolçu ardınca İspaniyada legioner həyatı yaşayıb. Amma onun İspaniya macərası çox çəkməyib.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu.2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.2008-ci ildə Muşitsa Priştina klubunun tərkibində Kosovo çempionu oldu, ardından Kosovonun Djakovitsa şəhərindən olan Velaznimi klubuna keçdi. 2010-cu ildə Mushitsa Makedoniyanın Renova klubuna transfer olundu.
Mimosa sirissa
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Sinonimləri == Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Mirmusa Ağamirov
Mirmusa Ağamirov (1886, Şuşa — 1947, Bakı) — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri. Şəki məktəblərində (1906-cı ildən) və Bakının bir sıra ali məktəbində müəllimlik etmişdir. AKTU-də, APU-də, BDU-da bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri (1935—1943), professor (1944—1946) olmuşdur. Azərbaycan dilində ilk "Bitki anatomiyası" (1939) dərsliyinin müəllifidir. M.Ağamirovun elmi fəaliyyəti Azərbaycanda pambıqçılığın və qarğıdalı əkinlərinin inkişafına, pambığın və qarğıdalının quraqlığa və şoranlığa davamlılığı məsələlərinə həsr edilmişdir.
Mirpaşa Miriyev
Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı – 12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. == Fəaliyyəti == İkinci Dünya mü­haribəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Jiqmond Morits
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879, Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942, Budapeşt) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi. == Həyatı == Jiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü. 1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu. 1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi.
Sankt-Morits
Sankt-Morits - İsveçrə şəhəri.
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. == Həyatı == Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. === Vəfatı === 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
Ritsa Sərt Təbiət Qoruğu
Ritsa Sərt Təbiət Qoruğu ― Abxaziyanın Qudat rayonun qoruq. Qoruğun əsas məqsədi Ritsa gölü və ətrafındakı dağlıq ərazinin flora və faunasını qorumaqdır. == Tarix == 20-ci əsrdə ərazidəki faktiki nəzarət tez-tez dəyişmişdir. 1930-cu ildə Rusiya Federasiyası ərazidə Ritsinskiy qoruğunu yaratdı. 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa etdikdə qoruğun ərazisi genişləndirildi və müasir RitsaTəbiət Qoruğu yaradıldı. Abxaziya-Gürcüstan münaqişəsinin başlaması və sonrakı müharibə ilə faktiki nəzarət 1996-cı ildə burada Ritsinskiy Milli Parkını quran Abxaziya höümətinə keçmişdir. == Coğrafiya == Ritsa Sərt Təbiət Qoruğu Abxaziyanın dağlıq hissəsində, Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefin dəniz səviyyəsindən 100 metr yüksəklikdən 3 256 min metr yüksəkliyə qədər kəskin fərqlənməsi bir çox bitki və heyvan növünün yaşaması üçün zəngin bir ekoloji şərait yaradır. Parkdakı göllərdən ən böyüyü, ən gözəli və ən məşhuru Ritsa göldür. Ərazidə bir neçə şəlalə var və bunların arasında ən məşhuru 55 metr hündürlüyündəki Qeqskiy şəlaləsidir.