Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd. 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Miraq oyk., sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ağa Mirək
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Mirko Bertolina
Mirko Bertolina (11 may 1991) — İtaliyalı xizək yürüşçüsü. Mirko Bertolina İtaliyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mirko Bertolina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Bertolina 3:20.07 saniyəlik nəticəsi ilə 80 atlet arasında 40-cı yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Mirko Filipoviç
Mirko Filipoviç (10 sentyabr 1974, Vinkovci, Vukovar-Sriyem jupaniyası[d]) - məşhur Xorvatiyalı UFC döyüşçüsü. 1974-cü ildə Yuqaslaviya Sosialist Federativ Respublikasında dünyaya gəlmiş Mirko gənc yaşlarından idmanın kikboksing növü ilə məşğul olmuş və ilk naliyyətlərində bu idman növündə qazanmışdır. Bundan başqa taekvondo idman növündə isə qara kəmərə sahib olmuşdur. O, Xorvatiyanı UFC-də təmsil edən ən məşhur idmançıdır. Hal-hazırda Xorvatiya Xüsusi Təyinatlı Polisində çalışır. Məşqisi İvan Hippolyte olmuşdur.
Miron Bialoşevski
Miron Bialoşevski (1922–1983) — Polşa şairi, nasir, dramaturq, aktyor və rejissor. == Həyatı == O, müharibə illərində gizli universitetdə oxuyur, amma təhsilini başa vura bilmir. Varşava üsyanı yatılıdıqdan sonra almanlar tərəfindən həbs edilir və atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılır. Ordan qaça bilir. Sonralar kiçik bir teatr (Teatr Osobny) yaradır və orda aktyor və resijjor kimi çıxış edir. == Yaradıcılığı == Miron Bialoşevskinin yaradıcılığında məşhur Varşava üsyanı xüsusi yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı. Danışıq dilininpoetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi. Miron Bialoşevskinin avtobioqrafik "Varşava üsyanının gündəliyi" kitabı böyük rezonansa səbə olur və 1970-ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs nazirliyi tərəfindən mükafatlandırılır. == Ədəbiyyat == Miron Bialoşevski (1922–1983) (Polşa).
Miron Qrossman
Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator. == Həyatı == Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə Bakıda və Uralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar.
Mirək (Abaran)
Mirək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Mirək (Bicar)
Mirək (fars. ميرك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Rami Miron
Rami Miron (ivr. ‏רמי מירון‏‎; 17 yanvar 1957, Bakı) - olimpiya güləşçisi. == Həyatının erkən dövrü == Azərbaycan yəhudilərindən olan ailədə, 1957-ci ilin 17 yanvar tarixində Bakı şəhərində dünyaya gəlmişdir. Daha sonralar Sovet İttifaqından İsrailə köçmüşdür. == Karyerası == 1975-ci ildə yüngül çəkidə çıxış edən Rami Miron həmin ildə Dünya Gənclər Çempionayında VI, Dünya Çempionatında isə VII yeri tutmuşdur. O, həmçinin 1975-ci ildə Təl Əviv Beynəlxalq Güləş Turnirində qızıl medal qazanmış və İsrail qəzeti Maariv tərəfindən "İlin İdmançısı" mükafatına layiq görülmüşdür.. Bundan sonra İsrail üçün güləşməyə başlamış və 1976-cı ildə Monrealda keçirilən olimpiya yarışlarında sərbəst güləş üzrə İsrail yığmasında çıxış etmişdir. Bu zaman onun 19 yaşı var idi. ABŞ-ni təmsil edən Ronald Jozefi, İşveçli Lennart Lundelli, Avstraliyalı Zsiqmond Kelevitzi məğlub etmiş, lakin macar Janos Kocsis və yarımfınalda qızıl medalı qazanacaq Sovet İttifaqını təmsil edən Pavel Piniginə məğlub olmuşdur. Olimpiya oyunlarının sonunda VII yeri tutumuşdur.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. == Karyerası == Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. == Həyatı == Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Ağa Mirək Mirzə Qiyas
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Birsk
Börü (başqurdca: Börö, rus.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Imron
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.