Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. == Fakültələri == Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Ryota Morioka
Ryota Morioka (12 aprel 1991, Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryuzo Morioka
Ryuzo Morioka (d. 7 oktyabr 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Marokau
Marokau (fr. Marokau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 48 km cənub-şərqdə, Haodan isə 120 km qərbdə yerləşir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Adanın sahəsi 14,7 km²-dir. Daxilində laqun vardır. Okean suları ilə kiçik boğazla birləşir. Ada 1903-cü ildə siklomdan güclü zərər görmüşdür. == İnzibati bölgüsü == İnzibati baxımından Hikueru kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 99 nəfər yaşayır.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 520 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Moorea
Cortaderia (lat. Cortaderia) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lamprothyrsus Pilg. Moorea Lem.
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Morula
Morula — Morula (lat. Morus: tut), möhkəm bir top içərisində 16 hüceyrədən (blastomerlər adlanır) ibarət olan erkən mərhələli bir embriondur. Bir morula bir blastokistdən fərqlənir ki, morula (gübrələmədən 3-4 gün sonra) kürə formalı 16 hüceyrədən ibarət bir kütlədir, blastokistdə (döllənmədən 4-5 gün sonra) içərisində boşluq vardır daxili hüceyrə kütləsi. Bir morula, toxunulmaz və implantasiya edilməsinə icazə verilsə, nəticədə blastokist halına gələcək. Morula, tək hüceyrəli ziqotdan başlayaraq, erkən embrionun bir sıra bölünmə bölmələri tərəfindən istehsal olunur. Embrion 16 hüceyrəyə bölündükdən sonra tuta bənzəməyə başlayır və bu səbəbdən morula adlandırılır . Döllənmədən bir neçə gün sonra, morulanın xarici hissəsindəki hüceyrələr, desmosomların və boşluq birləşmələrinin əmələ gəlməsi ilə sıx bağlanır və demək olar ki, fərqlənmir. Bu proses sıxılma kimi tanınır. Xarici və içəridəki hüceyrələr fərqli olaraq trofoblasta (xaricində) və daxili hüceyrə kütləsinə (içərisində) atalar əmələ gəlir. Trofoblast hüceyrələrindən natrium ionlarının aktiv nəqli və suyun osmozu nəticəsində morulanın daxilində bir boşluq əmələ gəlir.
Coroya
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. == Növləri == Dalbergia abrahamii Bosser & R.Rabev.
Alvaro Morata
Alvaro Borxa Morata Martin (isp. Álvaro Borja Morata Martín, 23 oktyabr 1992, Madrid) — İtalyanın Yuventus komandası və İspaniya milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar ispan futbolçusudur. Karyerasına Real Madrid heyətində başlayan Morata 2010-cu ilin sonlarında Real Madridin əsas heyətində oynamağa başlamış, 52 rəsmi oyunda (11 qol), o cümlədən Real Madridin qalib gəldiyi 2014 Çempionlar Liqası final oyununda iştirak etmişdir. İlk mövsümündə qızıl dubl qazanan Morata 2014-cü ildə €20 milyona Yuventus klubunun heyətinə keçmişdir. 2016-cı ildə €30 milyon qarşılığında Yuventusdan Real Madrid FK-na transfer edilmişdir. Moratanın Gənclərdən ibarət İspaniya milli futbol komandasında 34 iştirakı ölkənin 2013-cü ildə Gənclərdən ibarət komandaların Avropa Futbol Çempionatında qalib gəlməsinə kömək etmişdir. Moratanın əsas milli komandada debütü 2014-cü ildə baş tutmuşdur. == Klub karyerası == === Real Madrid === Madriddə doğulmuş Morata 2008-ci ildə qonşu Getafe komandasından Real Madridə keçmiş, iki il sonra formalaşmasını tamamlayan Morata kiçik yaşlarından Real Madrid C komandasında çıxış etməyə başlamışdır. Yuvenil A-da 34 qolla nəticələnmiş uğurlu mövsümdən sonra 2010-cu ilin iyulunda Morata Real Madrid Kastiliyaya götürülmüş, ilk komanda məşqçisi Xose Maurinyo oyunçunu dörd komanda yoldaşı ilə birlikdə ABŞ turuna aparmışdır. 15 avqust 2010-cu ildə Morata Alkorkon komandasına qarşı yoldaşlıq oyununda Kastiliyanın tərkibində debüt edən Morata oyunun yeganə qolunu vurmuşdur.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Aqnes Monika
Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986, Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı. 2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şeir toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
Böyük Morava
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Sinonimləri == Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.