Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morioka
Morioka (yap. 盛岡市) — Yaponiyanın Honşu adasında olan Tohoku regionunda yerləşən İvate prefekturasının paytaxtı.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Ryota Morioka
Ryota Morioka (12 aprel 1991, Hyoqo prefekturası) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ryuzo Morioka
Ryuzo Morioka (d. 7 oktyabr 1975) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Marokau
Marokau (fr. Marokau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 48 km cənub-şərqdə, Haodan isə 120 km qərbdə yerləşir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Adanın sahəsi 14,7 km²-dir. Daxilində laqun vardır. Okean suları ilə kiçik boğazla birləşir. Ada 1903-cü ildə siklomdan güclü zərər görmüşdür. == İnzibati bölgüsü == İnzibati baxımından Hikueru kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 99 nəfər yaşayır.
Modika
Modika (it. Modica) — İtaliyanın Siciliya regionunda şəhər.
Moloja
Moloja — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 520 nəfərdir. Bəzi tədqiqatçılara görə, oykonimin tərkibindəki molo komponenti talış dilindəki mölo (molla) sözünün fonetik variantıdır, jə isə “yer” mənasındadır. Ehtimal ki, yaşayış məntəqəsini molla saldığı üçün belə adlandırılmışdır. Digər mülahizəyə görə, Molojə talış dilində “molla döyən” deməkdir. Görünür, oykonim talış, məlo jə sözündən yaranmışdır. Üçüncü, fərqli mülahizəyə əsasən, bu oykonim malon jə sözündən olub, “mal-qaranın vurulduğu yer” deməkdir. Bu oykonimi malon şə sözünün talış dilində fonetik variantı kimi qəbul etsək, mənası “mal-qaranın getdiyi yer, örüş yeri” deməkdir.
Moloma
Moloma (rus. Моло́ма) — Rusiyanın Kirov vilayətində çay. Çayın mənbəyi Voloqda vilayətində yerləşir. Vyatka çayının sağ qoludur. Uzunluğu 419 km, hövzəsinin sahəsi 12,700 km2-dir. Şimal Uvallarından başlanır. Qarışıq mənbələrdən qidalanır. Noyabrdan aprelin axırınadək donmuş olur. Yazda 276 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Moorea
Cortaderia (lat. Cortaderia) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Lamprothyrsus Pilg. Moorea Lem.
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — "sahil" sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq "odun ürəyi" deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb "rifah" deməkdir. Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. 1886–25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962–6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Morula
Morula — Morula (lat. Morus: tut), möhkəm bir top içərisində 16 hüceyrədən (blastomerlər adlanır) ibarət olan erkən mərhələli bir embriondur. Bir morula bir blastokistdən fərqlənir ki, morula (gübrələmədən 3-4 gün sonra) kürə formalı 16 hüceyrədən ibarət bir kütlədir, blastokistdə (döllənmədən 4-5 gün sonra) içərisində boşluq vardır daxili hüceyrə kütləsi. Bir morula, toxunulmaz və implantasiya edilməsinə icazə verilsə, nəticədə blastokist halına gələcək. Morula, tək hüceyrəli ziqotdan başlayaraq, erkən embrionun bir sıra bölünmə bölmələri tərəfindən istehsal olunur. Embrion 16 hüceyrəyə bölündükdən sonra tuta bənzəməyə başlayır və bu səbəbdən morula adlandırılır . Döllənmədən bir neçə gün sonra, morulanın xarici hissəsindəki hüceyrələr, desmosomların və boşluq birləşmələrinin əmələ gəlməsi ilə sıx bağlanır və demək olar ki, fərqlənmir. Bu proses sıxılma kimi tanınır. Xarici və içəridəki hüceyrələr fərqli olaraq trofoblasta (xaricində) və daxili hüceyrə kütləsinə (içərisində) atalar əmələ gəlir. Trofoblast hüceyrələrindən natrium ionlarının aktiv nəqli və suyun osmozu nəticəsində morulanın daxilində bir boşluq əmələ gəlir.
Coroya
Dalbergiya (lat. Dalbergia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acouroa Aubl. Amerimnon P.Browne Coroya Pierre Drakensteinia DC. Drakenstenia Neck. Ecastaphyllum P.Browne Endespermum Blume Fornasinia Bertol. Hecastophyllum Kunth Miscolobium Vogel Podiopetalum Hochst. Pterocarpus P.J.Bergius Securidaca L. Semeionotis Schott Trioptolemea Mart. ex Benth. Triptolemea Mart. == Növləri == Dalbergia abrahamii Bosser & R.Rabev.
Eucalyptus porosa
Paroza evkalipti (lat. Eucalyptus porosa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Fransua Moriak
Fransua Moriak (fr. François Mauriac; 11 oktyabr 1885[…], Bordo – 1 sentyabr 1970[…], Parisin 16-cı dairəsi[d]) — fransız yazıçı, Fransa akademiyasının üzvü (1933), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), XX əsrin ən tanınmış katolik yazıçılarından biri. == Həyatı == Fransız yazıçısı, şair və dramaturq Fransua Şarl Moriak Bordo şəhərində, varlı kommersant Jan Pol Moriakın çoxuşaqlı ailəsində doğulmuşdu. İki yaşında atasını itirdiyindən anasının valideynləri Marqarita Moriakı və uşaqlarını öz himayələrinə götürmüşdülər. Marionitlər kollecində təhsil almış, 1905-ci ildə Bordo universitetinin ədəbiyyat bölümünü bakalavr dərəcəsi ilə bitirmişdi. Fransız ədəbiyyatına, xüsusən də Rasin və Paskal kimi klassiklərin yaradıcılığına marağı kollec illərindən başlanmışdı. Magistratura təhsili üçün medievist və arxivşünaslar hazırlayan Ekol de Şarta daxil olsa da, "Le Tempes present" jurnalından aldığı təklif nəticəsində təhsilini yarımçıq buraxmışdı. Jurnal onun şeirlər məcmuəsinin nəşrini vəd edirdi. Həqiqətən də, 1910-cu ildə müəllifin "Birləşən əllər" adlı ilk kitabı işıq üzü gördü. Tanınmış yazıçı Moris Barresin tərifli rəyindən sonra Moriakın ədəbiyyata gedən yolu açıq idi.
Gadus morhua
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Hidemasa Morita
Hidemasa Morita (10 may 1995, Takatsuki, Osaka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroto Muraoka
Hiroto Muraoka (d. 19 sentyabr 1931) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Madoka Haci
Madoka Haci (d. 8 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.