Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mramorye
Mramorye (serb-kiril. Мраморје) və ya Baqruşa (Багруша) ― Serbiyanın Peruçats kəndində yerləşən orta əsr nekropolu və bölgənin ən yaxşı qorunan nekropollarından biri. Nekropol 14-cü əsrdə tikilib və Drina çayı ilə yaşayış məntəqəsinin girişində çay boyunca uzanan əsas yol arasında yerləşir. Ərazi "müstəsna əhəmiyyətə malik bir mədəniyyət abidəsi" olaraq Serbiya Respublikası tərəfindən qorunur. Lakin ərazi yenə də bir tərəfdən Drina çayı, digər tərəfdən Peruçats qəsəbəsinin genişlənməsinin davam etməsi ilə təhdid olunur. 2016-cı ildə Mramoryenin də daxil oldduğu Serbiyadakı 3 nekropol UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Möhkəm əhəng daşından düzəldilmiş təxminən 200 qəbir daşına sahib olan nekropol XIV əsrdə qurulmuşdur. Nekropol keçmiş Yuqoslaviya ölkələrinin orta əsr cənazə memarlığına xas olan steçki tipli abidələri ehtiva edir. Nekropolda tapılan ən böyük məzar daşları nümunələrinin uzunluğu 2 metr (6.6 ft), eni və hündürlüyü isə təxminən 1 metr (3.3 ft) olmuşdur. Əvvəlki mənbələrdə nekropolda 122 abidənin olduğu qeyd olunsa da, son məlumatlara görə onların sayı 93-dür.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Tremor
Tremor (lat. tremor - "əsmə") — qeyri-ixtiyari, ritmik hərəkətlərdir. Yaranma səbəbindən asılı olaraq fizioloji, serebellar (beyincik), distonik, essensial, ortostatik, Parkinsonizm, psixogen, alkoholizm, periferik neyropatiya mənşəli ola bilər. Hərəkət və postura bağlılığına görə sakitlik, postural, hərəkət, intensiyon, rubral tremor ayırd edilir.
Xramort
Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd inzibati-ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir. 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Kənd dağ ətəyi ərazidə yerləşir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Qramos
Qramos (yun. Γράμμος) — Yunanıstanın şimal-qərbindəki dağ silsiləsi. Albaniya ilə sərhəd yaxınlığında yerləşir. Ən hündür zirvəsi dəniz səviyyəsindən 2522 metrdə yerləşən Suka-Petsikdir (Τσούκα Πέτσικ). 1946–1949-cu illər Yunanıstanda vətəndaş müharibəsi zamanı şiddətli döyüşlərin baş verdiyi yer olmuşdur. Гра́мос // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Kramer üsulu
Kramer üsulu — xətti cəbrdə xətti tənliklər sisteminin həlli üsuludur. Bu üsul 2021-ci ildə onu dərc etmiş Qabriel Kramerin adına adlandırılıb. Lakin Kolin Maklaurin də həmçinin bu üsulu 1748-ci ildə dərc etmişdi (və ehtimalən 1729-cu ildə bu üsul barədə bilirdi). == Təsviri == Tutaq ki, kvadrat xətti tənliklər sistemi (<yəni n {\displaystyle n} məchullu n {\displaystyle n} tənlik) verilmişdir { u j a 11 x 1 + a 12 x 2 + … + a 1 n x n = b 1 a 21 x 1 + a 22 x 2 + … + a 2 n x n = b 2 … … … … … a m 1 x 1 + a m 2 x 2 + … + a m n x n = b m , ( 1 ) {\displaystyle {\begin{cases}uja_{11}x_{1}&+a_{12}x_{2}&+\dots &+a_{1n}x_{n}&=b_{1}\\a_{21}x_{1}&+a_{22}x_{2}&+\dots &+a_{2n}x_{n}&=b_{2}\\\dots &\dots &\dots &\dots &\dots \\a_{m1}x_{1}&+a_{m2}x_{2}&+\dots &+a_{mn}x_{n}&=b_{m}\end{cases}},(1)} və əsas matrisin determinantı sıfırdan fərqlidir. Δ = | a 11 a 12 … a 1 n a 21 a 22 … a 2 n … … … a n 1 a n 2 … a n n | ≠ 0 , ( 2 ) {\displaystyle \Delta ={\begin{vmatrix}a_{11}&a_{12}\dots &a_{1n}\\a_{21}&a_{22}\dots &a_{2n}\\&\dots &\dots &\dots \\a_{n1}&a_{n2}\dots &a_{nn}\\\end{vmatrix}}\neq 0,(2)} Tutaq ki, x 1 , x 1 , . . . , x n {\displaystyle x_{1},x_{1},...,x_{n}} (1) sisteminin hər hansı bir həllidir. Onda (1) bərabərliklərini uyğun olaraq əsas matrisin Δ {\displaystyle \Delta } determinantının hər hansı j {\displaystyle j} sütunun ( j = 1 , n → {\displaystyle j={\overrightarrow {1,n}}} ) elementlərinin A 1 j , x 1 j , . .
Mamore çayı
Mamore (port. Rio Mamoré) — Cənubi Amerika, Boliviya və Braziliya ərazilərindən axan çayan. Madeyra çayının əsas qolunu təşkil edir. Uzunluğu 2000 km təşkil edir. Çay başlanğıcını bir necə çayın birləşməsi ilə Mərkəzi And silsiləsinin ətəklərindən götürür. Şimal istiqamətində axaraq savanna və savanna meşələri ərazisinə istiqamətlənir. Aşağı axarlarında Braziliya Boliviya sərhəddinə istiqamətlənir. Beni çayı ilə birləşərək Madeyranı əmələ gətirir. Çay Qujara-Mirin və İkerones şəhərləri arasında qəmiçilik üçün yararlıdır.
Mamoru Hosoda
Mamoru Hosoda (yap. 細田 守) — yapon anime rejissoru, ssenari müəllifi və animasiyaçı. == Həyatı == Hosoda Yaponiyanın Toyama prefekturasında yerləşən Nakaniikava rayonun Kamiiçi qəsəbəsində anadan olub. Atası dəmiryol mühəndisi, anası isə dərzi kimi işləyirdi. Hosodanın animasiyaçı olmağa Hayao Miyadzakinin birinci animesi olan The Castle of Cagliostro baxmağından sonra ilhamlanmıb. O, İşikava prefekrturasında Kanadzava İncəsənət Kollecinin yağ rəssamlığı öyrənirdi. Məzunluğundan sonra, Hosoda Toei Animation studiyasına boş vaxtında yaratdığı qısa anime göndərib, orda animasiyaçı kimi işə qəbul olundu. O, əvvəl Studio Ghibli-yə müraciət edib, orda iş ala bilməyib, amma Hayao Miyadzakinin özündən tərənnümlü imtina məktubu almış. Toei Animation studiyasında, erkən 2000-ci illərində işləyərkən, o Digimon Adventure seriyasının ilk iki tammetrajlı anime üzərində işləyərək, ictimai diqqəti özünə cəlb etdi. Beləliklə, onun Digimon: The Movie üzərində rejissor rolu Studio Ghibli-nin baş prodüseri Toşio Sudzukinin diqqətini cəlb edib.
Mamoru Oşii
Mamoru Oşii (yap. 押 井 守; 8 avqust 1951, Ota) — Yapon rejissor, televiziya rejissoru və ssenarist. Fəlsəfə yönümlü hekayə yazma tərzi ilə məşhur yazıçı.
Mamoru Çiba
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Mamoru Şiqemitsu
Mamoru Şiqemitsu (yap. 重光 葵; 29 iyul 1887[…] – 26 yanvar 1957[…]) — yapon diplomatı, xariçi işlər naziri, Yaponiyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi. == Bioqrafiyası == Şiqemitsu Oita prefekturasının Ono qəzası, Mie qəsəbəsində anadan olmuşdur. Tokio Universitetində hüquq fakultəsində təhsil almışdır. Bir müddət sonra isə XİN-də işə qəbul olunmuşdur. 1919-cu ildə Paris Sülh Konfransında yapon nümayəndə heyətinin tərkibində iştirak etmişdir. Almaniyada səfir, Portlandda isə konsul işləmişdir. Çində diplomatik xidmətlərini (1931—1932) yerinə yetirərkən bir koreyalı tərəfindən hücuma məruz qalır və ayağını itirir. 1933-1936 illərdə Xariçi İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. Siyasətçilərə Çinə qarşı sərt olmağı əmr etmişdir.
Marmot adası
Marmot adası (ing. Marmot Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 45,2 km² olan ada. Kadyak arxipelaqına daxildir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak borosuna aiddir. Afoqnak adasının şərqində yerləşir. Əvvəlcə Evraşiçi olaraq adlandırılır. Adanı bu cür 1826-cı ildə Qavrila Sarıçev adlandırır. Amerikalılar daha sonra adaya marmot adını verirlər. Adanın uzunluğu təxminən 11,5 km, eni isə 5,5 km-dir. Sahəsi 45,2 km²-dir.
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Qabriel Kramer
Qabriel Kramer — İsveçrə riyaziyyatçı İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer, 1704-ci ildə Cenevrədə anadan olmuşdur. Cenevrədə riyaziyyat və fəlsəfə professoru olmuşdur. Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir. "Cəbri əyrilərin analizinə giriş" adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur. Kramerin bu kitabı, analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir. Kramerin ən böyük xidmətlərindən biri də, Jan və Jak Bernullilərin bütün kitabları ilə, Leybnitsin "Commerciu Epistolcum" adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.
Qırmızı marmot
Qırmızı marmot və ya uzunquyruq marmot (lat. Marmota caudata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Samuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.
Sarıqarın marmot
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Dettmar Kramer
Dettmar Kramer (alm. Dettmar Cramer‎; 4 aprel 1925, Dortmund, Prussiya[d] – 17 sentyabr 2015, Rayt-im-Vinkl[d], Bavariya, Almaniya Federativ Respublikası) – alman futbol məşqçisi. 1975 və 1976-cı illərdə "Bayern Münhen" klubunun baş məşqçisi kimi iki dəfə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur. 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır. == Karyerası == Dettmar Kramer 4 aprel 1925-ci ildə Almaniyanın Dortmund şəhərində doğulmuşdur. O, məşqçilik karyerasına "Tevtoniya Lapştadt" klubunda başlamış, 1948-ci ildə Vestfaliya Futbol Assosiasiyasına qoşulmuşdur. Kramer 1960-cı ildə Yaponiya milli futbol komandasının məşqçisi olmağa dəvət olunmuşdur. Onun Yaponiyadakı vəzifəsi milli komandanı 1964-cü ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlamaq idi. Olimpiya oyunlarında Yaponiyanın Argentina üzərində qazandığı qələbə onu Yaponiyada tanınmış şəxsə çevirmişdir. Kramer Yaponiyada futbolun inkişafı üçün çalışmış, yerli məşqçilər yetişdirmiş, aşağı yaş qruplarının təməlini atmışdır.
Semuel Kramer
Samuel Nuh Kramer (ukr. Сімха Ной Крамер, ing. Samuel Noah Kramer, 28 sentyabr 1897[…] – 26 noyabr 1990[…], Filadelfiya, Pensilvaniya—ABŞ şərqşünası. Mağların şumerlərlə qonşu olmasını, hətta bir dövlət kimi mövcud olub təşəkkül tapmasını və mağlar ölkəsinin mövcudluğunun e.ə. III–II minilliklərə təsadüf etməsini Şumerin ən güclü tədqiqatçısı S. N. Kramer də təsdiq edir. Belə ki, o "Tarix şumerlərdən başlanır" əsərinin 14-cü fəslində Mağan və Dilmun ölkələrinin adını çəkir. Kramerin tədqiq etdiyi əsərlərdən biri də unikal və şedevr sayılan, 450 sətirdən ibarət olan "Enki və kainat" poemasıdır. Bizi maraqlandıran Mağan ölkəsinin adı məhz buradadır. Xatırladaq ki, cəmi mağlara mağan deyilirdi. Poema Enkinin şərəfinə həsr olunmuş himnlə başlanır.