Dettmar Kramer (alm. Dettmar Cramer; 4 aprel 1925[1][2], Dortmund[1] – 17 sentyabr 2015[3], Rayt-im-Vinkl[d], Bavariya, Almaniya Federativ Respublikası) – alman futbol məşqçisi. 1975 və 1976-cı illərdə "Bayern Münhen" klubunun baş məşqçisi kimi iki dəfə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur. 1960-cı illərdə Yaponiyada futbolun inkişafı üçün verdiyi töhfələrə görə "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır.
Dettmar Kramer | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
alm. Dettmar Cramer | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 4 aprel 1925[1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 17 sentyabr 2015[3] (90 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 161 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 53 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Dettmar Kramer 4 aprel 1925-ci ildə Almaniyanın Dortmund şəhərində doğulmuşdur. O, məşqçilik karyerasına "Tevtoniya Lapştadt" klubunda başlamış, 1948-ci ildə Vestfaliya Futbol Assosiasiyasına qoşulmuşdur.[4]
Kramer 1960-cı ildə Yaponiya milli futbol komandasının məşqçisi olmağa dəvət olunmuşdur. Onun Yaponiyadakı vəzifəsi milli komandanı 1964-cü ildə Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlamaq idi.[5] Olimpiya oyunlarında Yaponiyanın Argentina üzərində qazandığı qələbə onu Yaponiyada tanınmış şəxsə çevirmişdir.[4] Kramer Yaponiyada futbolun inkişafı üçün çalışmış, yerli məşqçilər yetişdirmiş, aşağı yaş qruplarının təməlini atmışdır. Buna görə də "Yaponiya futbolunun atası" ləqəbini qazanmışdır. 1968-ci ildə Mexiko şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Yaponiya milli komandasının məsləhətçisi olmuş və komandanın bürünc medal qazanmasında rol oynamışdır. O, 1969-cu ildə Çibada keçirilmiş 1-ci FİFA Məşqçilik Məktəbinin müəllimi, 1988-ci ildə İbarakidə keçirilmiş FİFA/Coca-Cola Dünya Gənclik Akademiyasının təlimçisi olmuşdur.[5]
Kramer Yaponiyadan qayıtdıqdan sonra Almaniya milli komandasının köməkçi məçqçisi kimi 1966-cı ildəki Dünya Kubokuna qatılmışdır.[4] O, ölkəsində "Bayern Münhen" klubunun baş məşqçisi olmuş və klubla iki dəfə UEFA Çempionlar Kubokunun (1975 və 1976), bir dəfə Qitələrarası kubokun (1976) qalibi olmuşdur.[4] Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yunanıstan kimi ölkələrin komandalarını çalışdırmışdır.[5]
1971-ci ildə Yaponiyanın III dərəcəli "Müqəddəs xəzinə" ordeni ilə, 1996-cı ildə Yaponiya Futbol Assosiasiyasının 75 illik Xüsusi Uğur Mükafatı ilə təltif olunmuşdur.[5]