Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MTV
MTV (ing. Music Television) — Dünyanın ən nüfuzlu və ən çox baxılan musiqi kanalı. Mərkəzi Nyu-York şəhərindədir. Kanalda kliplər, maraqlı verlişlər, konsertlər və s. yayımlanır.
MeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Mum
Mum — ali turşuların və yüksək molekulyar spirtlərin bitki və heyvanlar aləmində mürəkkəb efirləri. Bitki və heyvan mənşəli mumları fərqləndirmək olar. Heyvan mumları: Arıların istehsal etdiyi mum arı şanın qurulmasında istifadə olunur. Qoyunun yunun qaynadaraq Lanolin adlı mumu əldə etmək olar.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
SUV
Sport utility vehicle, SUV və ya yolsuzluq avtomobili (az: idman təyinatlı avtonəqliyyat) həm çəkmə qabiliyyətinə, həm də pikap yük avtomobili xüsusiyyətinə sahib bir avtonəqliyyat vasitəsidir. Nəqliyyat vasitəsi həm mikroavtobus, həm də station wagon xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, asfalt olmayan ərazilərdə də hərəkət edə bilər. Bəzi ölkələrdə bu vasitələrə “yolsuzluq avtomobili”, “dörd təkərdən çəkməli avtonəqliyyat” və ya “4WD” (4 Wheel Drive) deyilir. Bununla birlikdə, bütün SUV avtomobillərinin dörd təkərdən çəkmə qabiliyyəti olmadığı kimi, bütün 4WD avtonəqliyyat vasitələri də SUV deyil. Off-road nəqliyyat vasitələri tamamilə fərqli bir sinifdir və asfalt və ya asfalt yollardan başqa yollar üçün dizayn edilmişdir. Bəzi SUV avtomobillərinin yolsuzluq xüsusiyyətləri olsa da, bu xüsusiyyət əsasən bu cür nəqliyyat vasitələri üçün ikinci dərəcəli xüsusiyyətdir. Bir çoxunun 2WD, 4WD yüksək çəkmə və 4WD aşağı çəkmə qüvvəsinin birindən digərinə keçid imkanı yoxdur. SUV avtomobillərinin gövdəsi digər minik avtomobillərinə nisbətən daha yüksək və daha geniş görünür. Yüksək və geniş korpusun yaratdığı ağırlığı daşıya bilmək üçün SUV nəqliyyat vasitələrinin mühərrikləri daha yüksək həcmdə olur və daha çox yanacaq sərf edirlər.
YUV
YUV — rəng modeli. YUV sistemində parlaqlığı göstərən bir komponent (Y – parlaqlıq siqnalı) və rəngi bildirən iki komponent (U, V – rənglilik siqnalları) olur. YUV modelindən televerilişdə və video-verilənlərin saxlanmasında/emalında geniş tətbiq edilir. Komponentin parlaqlığı "ağ-qara" (bozun çalarlarında) görüntüdən ibarətdir, qalan iki komponent isə tələb olunan rəngi bərpa etmək üçün informasiyanı özündə saxlayır. Bu, rəngli TV meydana çıxanda mövcud ağ-qara televizorlarla uyğunluq üçün çox əlverişli idi. YUV modelindən RGB-yə və əks çevirmə aşağıdakı düsturlarla aparılır: R = Y + 1.13983 * V; G = Y — 0.39465 * U — 0.58060 * V; B = Y + 2.03211 * U; Y = 0.299 * R + 0.587 * G + 0.114 * B; U = −0.14713 * R — 0.28886 * G + 0.436 * B; V = 0.615 * R — 0.51499 * G — 0.10001 * B; İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası. Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
Kompakt SUV
Kompakt SUV və ya Yığcam yolsuzluq avtomobili (kiçik SUV və ya mini SUV kimi də tanınır) orta ölçülü, alt orta kateqoriyalı avtomobil və yolsuzluq avtomobili növüdür. Onun ölçüləri mini SUV və kompakt sinif avtomobildən daha böyükdür. Yığcam yolsuzluq avtomobilləri kimi etiketlənən bir çox yeni avtomobillər texniki cəhətdən yığcam krossover avtomobilləridir və C seqmentli avtomobil platformasının üstündə hazırlanırlar.
La-Mür
La-Mür (fr. La Mure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38269. Kommunanın 2006-cu il üçün əhalisi 5334 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 720 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Le-Muy
Le-Muy — Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azur vilayətində Var departamentində yerləşən kommuna. 1944-cü ilin avqust ayında Cənubi Fransa müttəfiqlərin işğalında azad olunan ilk yerlərdən biri idi.
Luv Films
Luv Films uşaqlıq dostları olan Luv Rancan və Ankur Garg tərəfindən yaradılmış Hindistanın film istehsalı ilə məşğul olan şirkətidir. Mumbayda yerləşən Luv Films bədii filmlər istehsal edir və yayımlayır və eyni zamanda da şirkət qısa müddət ərzində özünü hind kino sənayesində istehsalçılarından biri kimi təsdiqləmişdir. Luv Films 2012-ci ildə Luv Ranjan ilə Sonu Ke Titu Ki Sweety, Pyaar Ka Punchnama seriyalarının və Akaash Vani filminin ssenari müəllifi ilə rejissoru olmuş və eyni zamanda da Microsoft məzunu olan sahibkar Ankur Qarq tərəfindən təsis edilmişdir. Luv şirkətin yaradıcı qüvvəsi olmuş, Ankur isə biznes məsələlərini idarə etmişdir.
MOV (informatika)
MOV — 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində "move" komandasının abreviaturu. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
MTV Azerbaijan
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
Mum lövhələr
Eramızdan əvvəl 7-ci əsrdə Qədim Romada yazı yazmaq üçün mum lövhələrdən istifadə edilirdi. İçəri tərəfi mumla örtülən bu lövhələr taxtadan və ya fil sümüyündən hazırlanırdı və mumun üzərində stilos adlanan metal çubuqla hərflər cızılırdı. Mum lövhələrdən 1500 ildən artıq zaman müddətində istifadə edilmişdir. Eramızdan əvvəl 2-ci əsrdə '''perqament''' papirusu tədricən sıxışdırıb çıxarmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmış qoyun, dana və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi. E.ə. 7-ci əsrdə informasiyanın saxlanması üçün gil lövhələrdən istifadə edilirdi.
Mun-Proanku
Mun-Proanku (fr. Mounes-Prohencoux, oks. Monés Proencós) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Belmon-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12192. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 70 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 192 nəfər təşkil edirdi. 2007-ci ildə 105 yaşdan yuxarı (15-64 yaş arasında) 73 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 57.1%).
Mun xalçaları
Mun xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Mur çayı
Mur çayı— Mərkəzi Avropada (Avstriya) Mərkəzi Şərq Alplarındakı Hohe Tauern Milli parkında çay. Mur çayının mənbəyi dəniz səviyyəsindən 1898 m hündürlükdən başlayır. Çay Drava çayının sonra isə Dunayın bir qoludur. Mur çayının ümumi ümumi uzunluğu 480 kilometr (300 mil) təşkil edir. Təxminən 330 km məsafədə Avstriyanın içərisində; 95 km məsafədə Sloveniyadan axır (67 km Avstriya və Xorvatiya sərhədlərində, 28 km isə Sloveniya daxilində) və qalan hissəsi isə Xorvatiya ilə Macarıstan arasında sərhəd təşkil edir. Çay üzərindəki ən böyük şəhər Avstriyanın Qrats şəhəridir. Çayın hövzəsi 13,800 km2 ərazini əhatə edir.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir. Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl — XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir. Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır. Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
МR 1
ПМА "В-1" və ПМА "В-2" aşqarları