MAV

Mava gəlmək ifadəsi “pişiyin kürsəyə gəlməsi” deməkdir. “Mav”ın qədim mənası “erkək pişik” deməkdir (mav təqlidi sözdür). Mavri pişik balasına deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MATRAQ
MAVİ
OBASTAN VİKİ
Dəmirqapı (Mavəraünnəhr)
Dəmirqapı və ya qədim variant ilə Temir Qapıq — tarixi dövrlərdə Orta Asiyanın Mavəraünnəhr hissəsinin cənub bölgələrində yerləşmiş olan tarixi məşhur keçid. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yol üzərində qayalıq keçid və ya dağ boğazı idi. Səkkinci əsrin ilk on illərindən tarixləndirilən türk runic hərfli abidələrində Temir Qapıq topinimi tez-tez anılmaqdadır. == Mövqe == Tonyukuk abidəsindən göytürklərin İnci çayını (Amudərya) keçərək düşmənlərini Dəmirqapının ö tərəfinə qovub imperiyanın hüdudlarını Göytürk abidələrində daima imperiyanın qərb sərhədləri sayılan Dəmirqapı keçidinə qədər genişlətmiş olduqlarını bilirik. Qəbul edilmiş fikirlərə görə, bu yer Bəlx şəhərini Səmərqəndə bağlayan yolun üzərində qayalıq keçid olmuşdur. Tomsenə görə, 12–20 m genişliyində, 3 km uzunluğunda dar dağ keçidi dünyanın ən möhtəşəm şeylərindən biridir. Ən məşhur Dəmirqapı heç şübhəsiz Göytürk abidələrinin bayaq adı keçən Mavəraünnəhrdəki Baysun-tau dağında, bü günki Dərbənd adlı kəndin yaxınlığında, köhnə Səmərqənd-Tirmiz yolu boyunda yerləşməkdədir. Birinci dəfə boğazdan 630-cu ildə keçən və bu ətrafları bu sözlərlə izah edən məşhur çinli səyyah Hiuan-tsanq demişdir: Şurab (Şurob) çayının nisbətən geniş vadisi 9-10 kilometrə qədər uzanır. Cənubdan, dərə Susyztau silsiləsi ilə (Susiztag), şimaldan Sarymas dağı ilə (1886 m) ilə həmsərhəddir. Bundan əlavə, kiçik Çak-Çak (Çakçak) çayının vadisi Akrabatski aşırımına aparır.
Dəniz mavisi
Dəniz mavisi — rəng. Yaşıl-mavi rəngin variantlarından biridir. Veb rəngi olan dəniz mavisi, televizor və kompüterlərin ekranında istifadə edilən üç rəngdən biridir. HSV rəng açarında dəniz mavisi göy və yaşılın ortasında yerləşir.
Dərin mavi dəniz (film, 1999)
82 milyon dollarlıq büdcəsi ilə Dərin mavi dəniz filmi, 1993 -cü ildə çəkilmiş Climber (Alpinist) filmindən sonra kommersiya baxımından uğurlu bir film çəkməmiş olan Renni Harlin üçün bir sınaq işi olmuşdur. Film əsasən Meksikanın Rosarito şəhərindəki Fox Baja Studiyalarında çəkilmişdir; Burada çəkiliş qrupu James Cameronun 1997 -ci ildə çəkdiyi “Titanik” filmi üçün tikilmiş böyük su çənlərinin üstündə setlər yaratmışdır. Filmin bəzi səhnələrində əsl köpək balıqlarından istifadə olunsa da, əksər köpək balığı səhnələri ya animatronik, ya da kompüter qrafikası ilə yaradılmışdır. Filmin musiqisini Trevor Rabin bəstələyib; LL Cool J “Deepest Bluest (Shark's Fin)” və “Say What” adlı iki mahnı ilə filmə öz töhfəsini vermişdir. Film sənayesinin yay mövsümündə kinoteatrlarda nümayiş etdirilən Dərin mavi dəniz filmi, ABŞ və Kanadada 73 milyon ABŞ dolları və dünya miqyasında 164 milyon ABŞ dolları gəliri ilə orta miqyasda ticarət uğuru əldə etmişdir. == Süjet xətti == Süzen Makalister “Akvatika” adlı sualtı elmi laboratoriyaya başçılıq edir. Orada mako-köpəkbalığının beynindən hasil edilən maddə əsasında Altsheymer xəstəliyinə qarşı preparat hazırlanır. Həkim Makalister təbiət qaydalarını pozaraq, cövhərin həcmini artırmaq üçün gen mühəndisliyinə əl atır. Eksperiment nəticəsində köpəkbalıqları əsl ağıllı və hiyləgər qatillərə çevrilirlər. Dəniz yırtıcılarından birinin azadlığa çıxması ilə qanlı faciə baş verir.
Halikarnas mavzoleyi
Halikarnas mavzoleyi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. 5-ci möcüzə Kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Tikilinin bu günümüzə qədər özünün daş parçaları qalmışdır. Məqbərə eramızdan əvvəl 351-ci ildə yaradılmışdır. O, 4 il, yəni eramızdan əvvəl 355-ci ilə qədər yaşamışdır. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilən əzəmətli məqrəbə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarusu yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehram şəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatlı maşın Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Komi-Mavussi Abdetoqlo
Komi-Mavussi Abdetoqlo (24 dekabr 1993) — Toqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Komi-Mavussi Abdetoqlo Toqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Konstantinos Mavropanos
Konstantinos Mavropanos (11 dekabr 1997-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Arsenal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Yunanıstan futbolçusudur. == Karyerası == === PAS Giannina === Mavropanos Afina şəhərində anadan olmuşdur. Mavropanos öz futbolçu karyerasına səkkiz yaşı olarkən Apollon Smurni klubunun akademiyasında başlamışdır. O, 2016-cı ilin yanvar ayında Yunanıstan Superliqası təmsilçilərindən olan Giannina klubu ilə üç illik müqavilə imzalamışdır. Mavropanos Giannina klubu ilə debütünü 29 noyabr 2016-cı ildə Yunanıstan Kubokunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. Mavropanos liqada debütünü Giannina klubu ilə 5 aprel 2017-ci ildə Veria klubuna qarşı oyunda etmişdir. O, 57-ci dəqiqədə meydandan çıxmış və komandası 3-0 hesabı ilə məğlub olmuşdur. O, ilk qolunu 19 avqust 2017-ci ildə mövsümün ilk liqa görüşündə Asteras Tripoli klubuna qarşı oyunda etmişdir. O, 19-cu dəqiqədə qolla yadda qalmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.
Mavado (Mortal Kombat)
Mavado (ing. Mavado) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Mavana (Urmiya)
Mavana (fars. موانا‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.134 nəfər yaşayır (179 ailə).
Mavanda (Sərdəşt)
Mavanda (fars. ‎‎ماوندا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Mavas
Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi").
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.
Maverick
Maverick — CAR-ın Paramount Group tərəfindən hazırlanmış zirehli transportyor. Ilk dəfə Africa Aerospace and Defence (AAD) Exhibition 2008-də təqdim olunmuşdur.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. == Yaranması == Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Dənizin Sahilində (1936)
Mavi Ekranın Yolları (1966)
== Məzmun == Bu, kəndə kömək məqsədilə yaradılmış kənd təsərrüfatı televiziya kinoalmanaxıdır.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. == Nəslin başlanğıcı == Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. == Sosial vəziyyətləri == Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.
Mavi Lotus
Mavi Lotus - Belçikalı Erjenin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.