MÜSTƏŞRİQ
MÜŞABİƏT
OBASTAN VİKİ
Aeroloji müşahidə üsulu
Aeroloji müşahidə üsulu - atmosferin müxtəlif hündürlüklərində meteoroloji elementlərin ədədi qiymətləri barəsində məlumatların toplanması üsuludur. Bu məqsədlə şar-pilot, şar-zond, radio-zond, radio-pilot, sabit səviyyəli aerostat, xüsusi cihazlarla quraşdırılmış təyyarə, meteoroloji raket və Yerin süni meteoroloji peyklərindən istifadə olunur.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Ay müştəri... (film, 1986)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir. Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası
Birləşmiş Millətlər Təşkilatının Gürcüstandakı Müşahidə Missiyası (BMTGMM) 1993 -cü ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 858 saylı Qətnaməsi ilə qurulmuşdur. Əsas məqsəd Gürcüstanın Suxumi şəhərində vəziyyət, həm də atəşkəsin pozulması ilə bağlı məlumatları araşdırmaq, tərəflərin bu kimi hadisələrini həll etməyə çalışmaq və mandatının yerinə yetirilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə hesabat vermək idi. Bölgəyə 88 hərbi məsləhətçinin göndərilməsinə icazə verildi. 15 iyun 2009 -cu ildə Rusiya missiyanın uzadılmasına veto qoyanda sona çatdı. Son müşahidəçilər 15 iyul 2009 -cu ildə bölgəni tərk etdilər. 1993 -cü ilin sentyabrında bölgədə yenidən döyüşlər başladıqdan sonra missiyanın original mandatı ləğv edildi. BMTGMM sonradan Təhlükəsizlik Şurası tərəfindən 1993 -cü ilin Noyabr ayında əlaqədar tərəflərlə əlaqələri davam etdirmək və vəziyyəti izləmək və bildirmək üçün müvəqqəti bir səlahiyyət aldı. Məqsəd hərtərəfli bir siyasi həll yolu əldə etmək idi. 1994-cü ilin may ayında hər iki tərəf atəşkəs və qüvvələrin ayrılması haqqında Saziş imzaladı. 1994 -cü ilin iyulunda Təhlükəsizlik Şurası müşahidəçilərin sayının artırılmasına (cəmi 136 -ya) və genişləndirilmiş missiyaya icazə verdi.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır.Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünya görüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir. == Daxili müşahidə metoduna fərqli yanaşmalar == === Vilhelm Vundt və daxili müşahidə metodu === Psixologiyada daxili müşahidə metodu Vilhelm Vundtun adı ilə bağlıdır.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Hacı Davud Müşkürlü
Imam Hacı Davud (ləzg. Имам Хьажи Дауд; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan Xanı, De-fakto Quba hakimi (1718-1726), Ləzgi hərbi kommandir, Qafqazın ilk imamı, Fəqih, Müdərris, Şair, Fətva müəllifi, Carın hökmdarı və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim. == Həyatı == Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulub. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq fars və türk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra Ləzgistan və Şirvan kimi bölgələrdə imamlıq etmişdir.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. == Giriş == Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. == Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması == Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Həqiqi Dövlət Ədliyyə Müşaviri
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir. Həqiqi dövlət ədliyyə müşavirinin poqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Poqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur. Poqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri poqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır. == Azərbaycan Respublikasının həqiqi dövlət ədliyyə müşavirləri == 16 oktyabr 1992 — İxtiyar Əlibala oğlu Şirinov — Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993). 14 sentyabr 1993-cü ildə məhrum edilib. 9 noyabr 1993 — Əli Ömər oğlu Ömərov — Azərbaycan Respublikasının Baş prokuroru (1993–1994).
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Mihri Müşfik Hanım
Mihri Müşfik Xanım (26 fevral 1886, Konstantinopol – 1954, Nyu-York, Nyu-York ştatı) – Türkiyə rəssamı. Türkiyədə müasir şəkil işlərini ilk başladan qadın rəssamdır. Xüsusilə portretləri ilə tanınır. O, bir çox tanınmış şəxslərin portretlərini çəkib; portretini çəkdiyi insanlar arasında Mustafa Kemal Atatürk və Papa XV Benedictus da var. Qızlar üçün Gözəl Sənətlər Akademiyası olan İnas (Qızlar) Sənayesi Nesiş Məktəbi'nin ilk qadın meneceri oldu və bir çox qadın rəssamların üzə çıxmasında əməyi keçdi. Rəsmə olan sevgisinə görə aristokrat həyat tərzini tərk etdi, bohem və kasıb bir həyat yaşadı. O, rəssam Hale Asafın xalasıdır. == Həyatı == Bohem rəssamı Mihri Müşfik Xanım Ançabadze, 26 fevral 1886-cı ildə İstanbul, Kadıköydə olan Rasim Paşa Konağında, Baklatarlası Məhəlləsində doğulmuşdur. Onun atası Dr. Əhməd Rasim Paşa anatomiya mütəxəssisi idi və Hərbi Tibb Məktəbində hörmətli təlimatçı idi.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Müşfiq (1978)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına, faciəli taleyinə həsr olunmuşdur. Görkəmli şairin anadan olmasının 70 illiyi münasibətilə çəkilmiş kinolentdə Mikayıl Müşfiqin həyatına aid səciyyəvi epizodlar, fotoşəkillər, əlyazmaları, kitablar və təbiət mənzərələri canlanır, şairin misraları səslənir.
Mikayıl Müşfiq (film, 1978)
== Məzmun == Film tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına, faciəli taleyinə həsr olunmuşdur. Görkəmli şairin anadan olmasının 70 illiyi münasibətilə çəkilmiş kinolentdə Mikayıl Müşfiqin həyatına aid səciyyəvi epizodlar, fotoşəkillər, əlyazmaları, kitablar və təbiət mənzərələri canlanır, şairin misraları səslənir.
Mikayıl Müşfiqin Xatirə Muzeyi
Mikayıl Müşfiqin Xatirə Muzeyi - Mikayıl Müşfiq ocağı 1988-ci ildə, Polis-polkovniki Əbülhəsən Əhmədov, Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Müşfiqin 80 illik yubileyindən sonra Müşfiq ocağının yaradılması qərarına gələrək, Xızının Sayadlar kəndində yaradılıb. Şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərcivəsində atası Əbdülqədirin bağ yerində salınır. 2004-cü il 15 sentyabr tarixində keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb. == Muzey binası == Muzey binası 1992-ci ildə tikilərək 1 mərtəbədən və 1 otaqdan ibarət olub, 55 kvadrat metr sahəni əhatə edir. Məhz buna görə də Mikayıl Müşfiqin şəxsi əşyalarının bir qismi qohumlarının evində saxlanılır. Muzey Mikayıl Müşfiqin yaradıcılıq və həyatını əks etdirir. Mikayıl Müşfiq muzeyi-“Müşfiq ocağı” Xızının Sayadlar kəndində yerləşir. Muzey statusu alandan sonra 8 nəfər işçi ilə 2006-cı ildən fəaliyyətə başlamışdır. Şair 1937-ci ildə güllələndikdən sonra, onun nəşi dənizə atılır.Şairin büstü muzeyin həyətində qoyulmuşdur. Xatirə Muzeyində isə simvolik məzar qoyularaq, büst hazırlanır.
Mikayıl Müşfiqin büstü (Sumqayıt)
Mikayıl Müşfiqin büstü — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru, repesisya qurbanı Mikayıl Müşfiqin (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) şərəfinə ucaldılmışdır. Abidə 1993-cü ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində, 34 nömrəli tam orta məktəbın qarşısında qoyulmuşdur. Abidənin postamenti ağ rəngdədir.
Mikayıl Müşfiqin heykəli
Mikayıl Müşfiqin heykəli - Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində yerləşən şəhər heykəlidir. 1968-ci ildən heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Zeynalova tərəfindən işlənmiş abidənin açılışı 9 iyun 1970-ci ildə baş tutmuşdur. Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir. Abidə yüksək emosional ifadəliyə malikdir. == Təsviri == Heykəlin hündüryülü 1.5 metr, postamentlə birikdə abidənin hündürlüyü isə 3.2 metrdir. İlkin olaraq abidə daha sadə postamentə malik idi. Sonradan yenidənqurma işləri zamanı abidənin postamenti dəyişdirilmiş, bədii və memarlıq baxımından daha maraqlı olan pilləli və stella-pyedastal formalı postament yaradılmışdır. Postament güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmişdir. Horizontal postamentin hündürlüyü 60 sm-dir.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == === Tanınmışları === Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri — "AİS-MRL"lər vasitəsilə 250 km radiusda aparılır. == Radiometeoroloji müşahidələrin tarixi == Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı ("DON", "SON", "Qrom" və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) "MRL-1" və "MRL-2" tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) "MRL-5" tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı "MRL-5" tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki "MRL-5" tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı "MRL-5" tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri ("AİS-MRL") quraşdırılaraq istifadəyə verilmişdir. == Radiometeorologiyanın predmeti və metodu == Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu — meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir. Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür.
Səhra müşğülü