Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eurr
Eurr (fr. Éourres, oks. Eüras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05047. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 143 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 86 yaşında (15-64 yaş arasında) 59 nəfər iqtisadi cəhətdən fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 69.6%). Fəal olan 59 nəfərdən 39 nəfər (20 kişi və 19 qadın), 20 nəfər işsiz (10 kişi və 10 qadın) idi.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Ceyms Mürre
Ser Ceyms Oqastes Henri Mürre (d. 7 fevral 1837-ci il, Denholm, Şotlandiya - 26 iyul 1915-ci il, Oksford) — Böyük Britaniya leksikoqrafı. "İngilis dilinin yeni lüğəti"nin redaktoru (sonradan "İngilis dilinin Oksford lüğəti" adını aldı). == Həyatı == Ceyms Mürre Şotlandiyanın Denholm kəndində tacir ailəsində anadan olub. Ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə 14 yaşında özəl məktəbi buraxmalı olub. 17 yaşında Xoikada ibtidai məktəbdə dərs deməyə başlayır. Gənclik illərində Mürre həm bank katibi, həm də müəllim işləmiş, lakin digər sahələrə, xüsusilə də filologiyaya həmişə böyük maraq göstərmişdir. İngilis Filoloji Cəmiyyətinə üzv olması və 1868-ci ildə nəşr olunan Şotlandiya dialekti haqqında kitabı ona bir çox mühüm elmi əlaqələr qurmağa imkan verdi. 1861-ci ildə öz gələcək həyat yoldaşı Meqqi Skot ilə tanış olub. İki ildən sonra qızları anadan olur, ancaq tezliklə tuberkulyozdan vəfat edir.
Hürr Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 10 oktyabr 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Mure (Fransa)
Mure (fr. Mouret, oks. Moret de Dordon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12161. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 20 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 538 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfər (15-64 yaş) arasında 253 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.8%, 1999-cu ildə 70.2%).
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Müre (rayon)
Müre (fr. Muret) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Müre. Rayon əhalisi 2006-cı ildə 186 503 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 114 nəf / km². Rayon ərazisi — 1639 km².
Nikolay Marr
Nikolay Yakovleviç Marr(gürc. ნიკოლოზ მარი; 25 dekabr 1864 (6 yanvar 1865) və ya 6 yanvar 1865, Kutaisi – 20 dekabr 1934[…], Leninqrad) — rusiya və sovet şərqşünası, qafqazşünası. == Həyatı == Nikolay Yakovleviç Marr 25 dekabr 1864-cü ildə (yaxud 6 yanvar 1865-ci il-də), bəzi mənbələrdə 25 may (6 iyun) 1864-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdur. Onun atası şotland Ceyms Marr Gürcüstana gəlmişdir. Knyaz Qurieli Ceyms Marra Kutaisinin botanika bağında torpaq hədiyyə etmişdir. Ceyms Marr burada yaşamışdır. O, yaşının səksəni keçdiyi bir dövrdə cavan bir gürcü qızı ilə evlənmişdir. Bu kəbindən sonra Nikolay Yakovleviç Marr dünyaya gəlmişdir. Onun valideynləri eyni dildə danışmağı bacarmamışlar. Belə ki, ata ingilis, fransız dillərini, ana isə yalnız gürcü dilini bilmişdir.
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası. == Həyatı == Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. == Həyatı == Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
La-Mür
La-Mür (fr. La Mure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38269. Kommunanın 2006-cu il üçün əhalisi 5334 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 720 ilə 1 204 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. == Tarix == 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. == Təsvir == Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Mur çayı
Mur çayı— Mərkəzi Avropada (Avstriya) Mərkəzi Şərq Alplarındakı Hohe Tauern Milli parkında çay. == Fiziki xüsusiyyətləri == Mur çayının mənbəyi dəniz səviyyəsindən 1898 m hündürlükdən başlayır. Çay Drava çayının sonra isə Dunayın bir qoludur. Mur çayının ümumi ümumi uzunluğu 480 kilometr (300 mil) təşkil edir. Təxminən 330 km məsafədə Avstriyanın içərisində; 95 km məsafədə Sloveniyadan axır (67 km Avstriya və Xorvatiya sərhədlərində, 28 km isə Sloveniya daxilində) və qalan hissəsi isə Xorvatiya ilə Macarıstan arasında sərhəd təşkil edir. Çay üzərindəki ən böyük şəhər Avstriyanın Qrats şəhəridir. Çayın hövzəsi 13,800 km2 ərazini əhatə edir.
Qari Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. == Diskoqrafiyası == === Studiya albomları === 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby === Konsert albomları === 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qeri Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. == Diskoqrafiyası == === Studiya albomları === 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby === Konsert albomları === 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qordon Mur
Qordon Mur (ing. Gordon Earle Moore; 3 yanvar 1929, San-Fransisko, Kaliforniya, ABŞ – 24 mart 2023) — "İntel" korporasiyasının rəhbəri. == Həyatı == Qordon Mur 3 yanvar 1929-cu ildə ABŞ, Kaliforniyada anadan olmuşdur. == Tədqiqatlar == Sequoia Liseyindəki son orta məktəb illərində kimya və riyaziyyata olan həvəsi yarandı. Tam elmlərə olan sevgisi ilə motivasiya edilən Gordon, Kaliforniyadakı San Jose Dövlət Universitetində təhsil almağa başladı. O zaman həyat yoldaşı Betty Irene Whitaker ilə tanış oldu. 1950-ci ildə Berkeley Universitetinə (Kaliforniya) daxil oldu və oradan kimya ixtisası ilə bitirdi. O zaman 21 yaşında idi. Xüsusi təhsilini davam etdirdi və 1954-cü ildə Kaliforniya Texnologiya İnstitutundan (Caltech) Fizika və Kimya doktoru dərəcəsi aldı. Daha sonra, gənc tədqiqatçı, Maryland, Laureldəki Johns Hopkins Universiteti tərəfindən işə götürüldü; Orada Tətbiqi Fizika Laboratoriyasının texniki qrupuna qoşulur.
Rocer Mur
Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 oktyabr 1927[…], Stokuell, London qraflığı[d] – 23 may 2017[…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub. Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub. === Ceyms Bond obrazı === Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Çarlz Mur
Çarlz Mur (ing. Charles Moore; 10 may 1820, Dandi – 30 aprel 1905, Sidney) — Böyük Britaniya (Şotlandiya) və Avstraliya botaniki. == Elmi fəaliyyəti == Çarlz Mur toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ferdinand Müller 19 bitki növünü Çarlz Murun şərəfinə adlandırmışdır.
Toni Mur
Toni Mur (ing. Tony Moore; 20 dekabr 1978, Leksinqton, Kentukki) — amerikalı komiks rəssamı. O, qorxu və elmi fantastika kimi müxtəlif janrlarda gördüyü işləri ilə tanınır. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Fear Agent", "The Exterminators" və "Gəzən Ölülər"in ilk altı sayıdır. Toni Mur həm də "Invincible" komiksindəki Brit adlı personajın yaradılmasına kömək etmişdir. Toni komiks yazıçısı Robert Kirkman ilə uşaqlıqdan dostdur.
Stanford Mur
Stanford Mur (4 sentyabr 1913[…], Çikaqo, İllinoys – 23 avqust 1982[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı. Zülal kimyası sahəsində tədqiqatlar aparmışdır (Uilyam Hovard Stayn ilə birlikdə). Zülalları təhlil etmək üçün istifadə edilən ion mübadiləsi xromatoqrafiyası; bir amin turşusu analizatoru hazırlanmışdır. 1960-cı ildə pankreatik ribonukleaz fermentinin əsas strukturu yaradılmışdır. Kristian Anfinsen və Vilyam Stayn ilə birlikdə ferment kimyasına mühüm töhfələrə görə kimya üzrə Nobel mükafatı laureatı (1972il).ABŞ Milli Elmlər Akademiyasının (1960il)və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Gənclik və təhsil == Stanford Mur İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Atası Con Hovard Mur Çikaqo Universitetində hüquq fakültəsinin tələbəsiykən (J. D. 1917), Anası (Rut Fouler) Stanford Universitetini bitiribmiş. Valideynləri Standordda tanış olublar və 1907-ci ildə evləniblər. Deyirlər ki, görüş yerinin xatirəsinə valideynlər oğluna bu adı veriblər. Stanford Mur 4 yaşında (çox erkən yaşında) İllinoys ştatının Vinnetka şəhərindəki ümumtəhsil məktəbində oxumağa başladı.
Hürr Riyahi (şəhər)
Hürr Riyahi— İranın Xuzistan ostanının Şuş şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,839 nəfər və 1,390 ailədən ibarət idi.
Müre-le-Şato
Müre-le-Şato (fr. Muret-le-Château, oks. Muret del Castèl) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12165. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 192 yaşdan yuxarı (15-64 yaş arasında) 154 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 80,2%, 1999-cu ildə 80.3%).
Hürr Dava Partiyası
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.