Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd. == İstinadlar == == Xarici keçidlər == •Xristian kilsəsinin parçalanması. Avropa xristianlarının şərq-müsəlmanölkələrinə qarşı apardıqları Səlib yürüşləri dünya tarixində böyük təsir gücünə,mühüm nəticələrəsəbəb olmuşdur. Xristian-katolik kilsəsinin başçılığı altında aparılan bu yürüşlər amansızlıq və qəddarlığı ilə yadda qalmışdı. IV əsrdə Roma imperiyasının parçalanması ilə xristian kilsəsi də bölündü. Qərbi Avropada xristian kilsəsinin başçısı Roma papası, Şərq (Bizans) kilsəsində isə Patriarx sayılırdı.Qərbi Roma imperiyasının xarabalıqları üzərində öz dövlətlərini quran Avropanın "barbar" başçılığı xristianlığı qəbul edərək bu hakimiyyətin İsa Peyğambər tərəfindən onlara verildiyini iddia etməyə başladılar. Bütün bunlar Qərbi Avropada xristian dinini möhkəmləndirdi. Papa və Patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi ilə nəticələndi. Qərb kilsəsi katolik (ümumdünya), Şərq isə pravoslav (həqiqi din) kilsəsi adlandı. 1091-ci ildə peçeneqlər Konstantinopola hücum edəndə Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Kilsə (Kəlbəcər)
Kilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kilsə Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Qasım Məhərrəmoğlu saldığına görə ona Qasımlı da deyilir. Kənd meşənin ortasında, köhnə kənd yerində, qədim alban kilsəsinin ətrafında salındığına görə belə adlandırılmışdır.
Kilsə (Xoy)
Kilsə (fars. كليسا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kilsə (dəqiqləşdirmə)
Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolik kilsəsi, protestan kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizm dinlərinə xas deyil. Kilsə (bina) — Xristianların ibadetlərini həyata keçirdikləri bina, məbəd. Kilsə-təşkilat — ümumi inamla birləşən insanlar cəmiyyəti. Kilsə-rəşkilat dinin saflığını qoruyur və yeni üzvləri cəlb edir. Yaşayış məntəqələri Kilsə (Mahnişan) Kilsə (Xoy) — Kilsə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd.
Kilsə (fərqləndirmə)
Kilsə sözü xristianlıqda iki fərqli mənada işlənir: Kilsə (bina): ibadət və toy mərasimi kimi dini vəzifələrin yerinə yetirildiyi bina, məbəd. Kilsə (təşkilat): Öz ruhaniləri, binaları, digərlərinə nisbətən fərqli təlimlərə sahib xristian təriqətləri.
Kilsə doktoru
Kilsə doktoru — Kilsə doktoru fəxri bir ünvandır. Katolik Kilsəsi tərəfindən teologiya sahəsində ən yüksək səlahiyyətə sahib olduğu qəbul edilən istər kişi, istərsə də qadın vəftizli şəxsdir. İmanlarının dərinliyi və müqəddəs, nümunəvi yaşayışları, onların təlimlərinin düzgünlüyü ilə birlikdə, yazılarına və təlimlərinə xristian doktrinasında uzunmüddətli və diqqətəlayiq bir çəki və təsir qazandırır.
Kilsə məclisi
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Milne Torpağı
Milne Torpağı (dan. Milne Land; qren. Ilimananngip Nunaa) — Qrenlandiyanın şərqində yerləşən ada. Skorsbi körfəzi ndə yerləşir. Sahəsi 3913 km²təşkil edir. 113 km uzunluğa, eni isə 45 km-dir. Adanın ən hündür nöqtəsi 2200 metrdir. Burada yaşayış yoxdur. Britaniya kral donanmasının üzvü David Milnenin şərəfinə adlandırılmışdır.
Qızıl kilsə
Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə. Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir. Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir. 1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir. 1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib.
Sylvia Miles
Sylvia Miles (9 sentyabr 1924, Qrinviç Villic[d], Nyu-York ştatı – 12 iyun 2019, Manhetten, Nyu-York ştatı) — amerikalı aktrisa. arrış (1961) MidniMurder, Inc. (1960) Pght Cowboy (1969) Son film (1971) Məryəmi öldürən kişi nədir?
Titulyar kilsə
Titulyar kilsə — Roma ətrafında inşa edilmiş və adları onları tez-tez tanıyan havadarlarına aid edilən bir çox erkən xristian kilsələrindən (toplu olaraq "tituli" kimi tanınır): Bu növün tituluna istinad edən ən qədim mətn IV əsrə aiddir — Böyük Afanasiyin Ariellərə qarşı müdafiəsi. V əsrin sonunda Liber Pontificalis 25 tituli tanıdı. XII əsrdə daha üçü əlavə edildi. Roma Katolikliyində bu kilsələrdən birinin sahibi tituldur. Bu sahiblər əvvəlcə ənənəvi olaraq yüksək sosial statuslu yerli Romalılar idi. Romalı İtalyan olmayan bir titula sahib olan ilk kilsə Santi-Kuattro-Koronati idi: Ditrix Trir, 975-ci ildə Papa VII Benedikt tərəfindən titullu təyin edildi. Bu bazilika, əvvəlcə, şübhəsiz ki, geniş Roma villasına sahib olan qurucusuna görə Titulus Aemilianae adlanırdı. Bu gün kardinal presbiyer dərəcəsindəki kardinallar kollecinin hər bir üzvünə titullu bir kilsə təyin edilmişdir. Kollec beynəlmiləlləşdikdən sonra hər bir kardinala bir titul verildi və onu Roma ruhanilərinin fəxri üzvü etdi. Bu gün kardinal ağsaqqallar titullu kilsələri ilə sərbəst himayə münasibətlərinə malikdirlər (adları və gerbləri kilsədəki xatirə lövhəsində yazılmışdır, kilsələrini saxlamaq və bərpa etmək üçün pul da alır), lakin artıq faktiki kilsənin rəhbərliyində iştirak etmirlər.
Xristianlıqda kilsə
Xristian kilsəsi (q.yun. Κυριακόν) — kilsənin yaradıcısı İsa Məsihin Tanrı və Xilaskar olması kimi ortaq bir inancla birləşən xristianların dini icması. Dini araşdırmalarda, kilsə ümumi bir etiqad əsasında birləşən, ayrı bir icma və ya ümumdünya xristian icmalarının birliyi olaraq xristianlar birliyini ifadə edir.
Yaşıl kilsə
Müqəddəs Vəftizçi Yuhənna kilsəsi (erm. Սուրբ Հովհաննսես Մկրտիչ եկեղեցի) — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə (erm. Կանաչ Ժամ — Kanaç jam) kimi tanınan, hal-hazırda fəaliyyət göstərməyən kilsə. Kilsə 1818-ci ildə, digər mənbələrə görə 1847-ci ildə inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. İlk dəfə həmin vaxt erməni mənbələri kilsənin zəng qülləsinin və gümbəzinin Azərbaycan Ordusu tərəfindən dağıdıldığını iddia edib. 2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edildiyini iddia etmişdir.
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İstehkam kilsə
İstehkam kilsə (alm. Wehrkirche‎, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var. Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir. Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof‎) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə.
Kilsə (Mahnişan)
Kilsə (fars. كليسا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb. 1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Kilsə Ataları
Kilsə Ataları ( yun. Ἐκκλησιαστικοί Πατέρες ; pravoslavlıqda müqəddəs atalar) — IV əsrin sonlarından doqmatikanın, iyerarxik təşkilatın və ibadətlərin formalaşmasında xüsusi çəkiyə malik olan keçmişin görkəmli və nüfuzu kilsə xadimləri münasibətdə istifadə edilən fəxri titul. Hesab olunur ki, Kilsə Ataları ortodoksallıq, həyatlarının müqəddəsliyi və kilsənin tanınması ilə seçilir; Katolik tədqiqatçılar bu meyarlara qədimliyi də əlavə edirlər. Kilsə Atalarının fəlsəfi və teoloji təlimi patristika, ilahiyyat elminin bu təlimi öyrənən bölməsi isə patrologiya adlanır. Katoliklik və pravoslavlıqda eyni asketlər və ruhani yazıçılar Kilsə Ataları adlandırılır, lakin onların ehtiram səviyyəsində fərq var. Qərbdə klassik patristik dövr adətən Sevilyalı İsidor , Rus Pravoslav Kilsəsində - Dəməşqli İoann , Yunan kilsələrində - Qriqori Palamas və onun tərəfdarları ilə başa çatmış hesab olunur. Sonrakı ilahiyyatçılar Qərbdə Kilsə doktorları, onların təlimi isə sxolastika adlanır.
Miles Stevart
Miles Stevart (4 may 1971, Sidney) — Avstraliyanı təmsil edən triatlonçu. Miles Stevart Avstraliyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 6-cı pillədə başa vurdu.
Miloe Vasiç
Miloe Vasiç (serb. Милое Васић; 3 sentyabr 1869 – 4 noyabr 1956, Belqrad) Serbiyanın məşhur arxeoloqu və tarixçisi olmuşdur. O, Balkan yarımadasında, xüsusən də Serbiyada Neolit dövrünə aid arxeoloji qazıntıları ilə tanınmışdır. Vasiçin ən böyük nailiyyəti, Vinça mədəniyyətinin kəşf edilməsində və tədqiqində lider rolunu oynamasıdır. == Erkən həyatı və təhsili == Miloe Vasiç 1869-cu ildə Serbiyanın Vranje şəhərində anadan olmuşdur. Erkən yaşlarından etibarən tarixə və qədim mədəniyyətlərinə maraq göstərmişdir. O, Belqrad Universitetində təhsil almış və burada tarix və arxeologiya sahəsində dərin biliklər əldə etmişdir. Ali təhsilini başa vurduqdan sonra, Vasiç Almaniyada, Berlin Universitetində doktorantura təhsili almışdır. == Karyerası və kəşfləri == === Vinça mədəniyyəti və qazıntılar === Miloe Vasiçin arxeologiya sahəsində ən böyük töhfəsi, 1908-ci ildə Belqrad yaxınlığında, Dunay çayı sahilində yerləşən Vinça ərazisində aparılan qazıntılardır. Vasiç burada bir neçə mərhələdə qazıntılar aparmış və ilk dəfə Vinça mədəniyyətinin izlərini üzə çıxarmışdır.
Aşina Mişe
Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi. === Oğulları === Aşina Yuankin Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. == Hakimiyyəti == 657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
Dəbil kilsə məclisi
Dəbil kilsə məclisi 506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb. Bu yığıncaqda erməni, alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional, yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər. 551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək, hüquqi cəhətdən avtokefal kilsə oldu. Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı. Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar. Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi. 551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın, Çolanın, Lpinanın katolikosu” adını daşıyırdı.
Ekumenik Kilsə Məclisləri
Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır. == I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il) == Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu . tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Kilkə
Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi. Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir.