Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maserati
Maserati, yarış və idman avtomobilləri çıxaran məşhur İtalyan avtomobil firması. 1914-də Bolonyada quruldu. Ferrari tərəfindən satın alınmasıyla birlikdə zaman içərisində Fiat tərəfindən idarə olunmağa başlandı. == Tarixi == Maserati avtomobil firması 6 nəfərdən ibarət olan Alferi,Bindo,Karlo,Ettore,Ernesto və Mario Maserati qardaşları qurmuşdur.Mario özünü incəsənət sahəsində sınamağa qərar verir.Karlo Maserati öz uğurlu karyerasına avtomobil yarışlarında iştirak etməklə başladı.Ancaq 1919-cu ildə vərəm xəstəliyi nəticəsində vəfat edir.Bindo,Alferi və Ernesto Maserati isə İsotta-Fraschinni adlı avtomobil şirkətində işləyirdilər.Alferi Maserati 1914-cü ildə Bolonya ətrafında öz emalatxanasını açmağa qərar verir.Bir müddət sonra ona 2 qardaş qoşulmağa başlıyır və onlar birlkdə ilk dəfə olaraq idman avtomobili istehsal etməyə nail olurlar.1926-cı ildə edilən maliyyə yardımı köməyi ilə "Maserati" şirkətinin əsasını qoyurlar.Daha sonra şirkət 4,6 və 8 silindrli avtomobillər istehsal etməyə başladı.
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Maseru
Maseru — Lesotonun paytaxtı, eyniadlı bölgənin inzibati mərkəzi. Cənubi Afrika Respublikası ilə sərhəddin yaxınlığında, Kaledon çayının sahilində yerləşir. Bu Lesotonun ən iri şəhəridir; 2006-cı il məlumatına görə 227 800 nəfər əhalisi vardır. 1869-cu ildən şəhər Britaniya protektoratının, 1966-cı ilən isə müstəqil Lesoto dövlətinin paytaxtıdır. Sesoto dilindən tərcümədə şəhərin adı "qırmızı qumluq" deməkdir. == Tarix == Şəhər 1869-cu ildə I Moşveşve tərəfindən salınıb. == Coğrafiyası == Şəhəri CAR ilə Kaledon çayı üzərindəki körpü birləşdirir. CAR tərəfindən Lesoto pataxtına ən yaxın şəhər sərhəddən 18 kilometr məsafədə olan Ledibrand şəhəridir. Maseru dəniz səviyyəsndən 1600 metr yüksəkilikdədir, ərazisi 138 km2 -dir. == Əhalisi == 2006-ci il məlumatına görə əhalisi 227 800 nəfərdir, ölkə əhalisinin 10 %, şəhər əhalisinin isə yarısını təşkil edir.
Matera
Matera (it. Matera) — Cənubi İtaliyada Basilicata bölgəsində yerləşən özü ilə eyni adı olan Matera vilayətinin mərkəzi və 60.757 əhalisi olan bir şəhərdir. == Tarixi == Tuf dağlıq bölgəsində daşları oyaraq tikilən kilisələr ve evlər dünyaca məşhur "Matera Daşları (Sassi di Matera)" adlanır. Bu bölgə 1993'de UNESCO Ümumdünya irsinə salınmışdır. == Avropa mədəniyyət paytaxtı == 2014-cü il Matera və Plovdiv Avropanın mədəniyyət paytaxtı 2019 seçilmişdir. == Yerləşimi == İtaliyanın başqa şəhərlərinə maşın yolu ilə uzaqlığı Potenza (100 km); Bari (65 km); Taranto (75 km); Napoli (251 km); Roma (463 km); Reggio Calabria (391 km) ve Milano (943 km).
Maşiran (Meşkinşəhr)
Maşiran (fars. مشيران‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (199 ailə).
Xasəlar (Üskü)
Xasəlar (fars. خاصه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (238 ailə).
Buddleja misera
Buddleja hieronymi (lat. Buddleja hieronymi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja misera Kraenzl.
Euphorbia misera
Euphorbia misera (lat. Euphorbia misera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Macəra filmi
Macəra filmi - Film janrıdır. Döyüş filmlərindən fərqi ondadır ki, qəhrəman düşdüyü çətin vəziyyətdən çıxmaq üçün qeyri-adi yollar axtarır. == Xüsusiyyəti == Bu janr üçün kəskin gərginlik, hadisələrin məzmununun macəraya, sərgüzəştlərə, yeni həyatın adi gərdişini pozan, qəhrəmanı hər hansı bir təhlükəyə sövq edən gözlənilməz hadisələrə əsaslanaraq səciyyəvidir. Macəra filmləri süjet quruluşunu, əsasən macəra ədəbiyyatı janrından əxz edir.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert və Vorddan cizgi serial çəkməyi xahiş etdi. Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır.
Masira adası
Masira adası (ərəb. مصيرة‎) — Ərəbistan dənizində, Oman sahillərində yerləşən ada. Ada şimal-şərqdən cənub-qərbə 95 km məsafədə uzanır. Eni isə 12 – 14 km-dir. Adanın sahəsi 649 km²-dir. Əhalisi 12 min nəfərdir. Əhali əsasən adanın şimalında cəmləşmişdir. == Coğrafiya və iqlim == Ada Ərəbistan yarımadasından 19 km aralıda yerləşir. yelyefi təpəlidir. Şimalında plato yüksəlir.
Macəra diyarı
Macəra diyarı (ing. Adventureland) — Qreq Mottolanın 2009-cu ildə ekranlara çıxan filmi. == Süjet == 1987-ci ilin yayında, kolleci təzəcə başa vuran Ceyms, arzusunda olduğu Avropa səyahətinə çıxmağa həyəcanlanır. Ancaq valideynləri ona maddi dəstək verə bilmir və nəticədə planları qəfil dayandırılır. Ceyms pul qazanmaq niyyəti ilə yerli əyləncə parkında işə düzəlir. Əvvəlcə o, qarşıda darıxdırıcı bir yay olacağını güman edirdi. İşdə tanış olduğu həmkarı Emə aşiq olacağını heç ağlına da gətirməzdi.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Macəra (film, 1960)
"Macəra" (it. L'Avventura) — italyan rejissor Mikelancelo Antonioninin filmi. Film Kann kinofestivalının (1960) xüsusi mükafatına layiq görülüb. "Macəra" filmi Mikelancelo Antonioniyə dünya şöhrəti gətirən Yadlaşma trilogiyasının ilk filmidir.
Madera qraflığı (Kaliforniya)
Madera — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 152,465 nəfər olmuşdur. Mərkəzi Madera şəhəridir.
Miçel Markos Madera
Miçel Markos Madera və ya Miçel (8 noyabr 1985, Lena[d], Asturiya) — ispaniyalı peşəkar futbolçu. Miçel 2011-ci ildə İspaniyanın Xetafe klubuna transfer olundu. 3 il bu klubda oynadı. Miçel 2014-cü ildə İsrail klublarından Makkabi Hayfaya transfer olundu. Bu klubdakı yeganə qolunu Xapoel qarşısında atdı. Miçel 2015-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ ilə iki illik müqavilə imzaladı. Bu klubda 2 dəfə Azərbaycan Premyer Liqasını və Azərbaycan Kubokunu qazandı. Miçel 2017–2018 mövsümü əvvəlində Qarabağ ilə müqaviləni yenilədi. Qarabağ bu mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsində Samtredia qarşısında çıxdı. Futbolçu 90.
Zatura: Kosmik macəra
Zatura: Kosmik macəra (ing. Zathura: A Space Adventure) — Con Favronun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan elmi fantastik, macəra filmi. Film Kris Van Ollsburqun 2002-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Kris həmçinin 1981-ci ildə işıq üzü görmüş Cumanci kitabının müəllifidir. Zatura "Cumanci" filminin spin-offudur. Film, zirzəmilərində Zatura adlı sirli stolüstü oyun tapan iki gənc qardaş, Volter və Dennidən bəhs edir. Cumancidə olduğu kimi, bu oyunda da edilən hər bir seçim canlanır. Qardaşlar oyunu oynayarkən, onların evi kosmosa daşınır və onlar robotlar, yadplanetlilər və digər müxtəlif təhlükələrlə dolu kosmosa sürüklənirlər. sonypictures.com/movies/… — Zatura: Kosmik macəranın rəsmi saytı Zatura: Kosmik macəra — Internet Movie Database saytında.
Sen-Nikola-de-Maşeren
Sen-Nikola-de-Maşeren (fr. Saint-Nicolas-de-Macherin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38432. Kommunanın 1999-cu il üçün əhalisi 782 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 447 ilə 952 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Macəra axtarışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Macəra axtrışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar. Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır. == Süjet xətti == 2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.
Macəra zamanı (III mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının üçüncü mövsümü 11 iyul 2011-ci ildən, 13 fevral 2012-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Conquest of Cuteness Morituri Te Salutamus Memory of a Memory Hitman Too Young The Monster Still Wizard Battle Fionna and Cake What Was Missing Apple Thief The Creeps From Bad to Worse Beautopia No One Can Hear You Jake vs.
Macəra zamanı (II mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının ikinci mövsümü 11 oktyabr 2010-cu ildən, 2 may 2011-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır.