maaş
macəraçı
OBASTAN VİKİ
Macəra
Macəra — insanın başına gələn ona həyəcan verən bir hadisə və ya hadisələr zənciri, sərgüzəşt, əyləncədir. Həm də nəticəsi qeyri-müəyyən olan cəsarətli bir təşəbbüs də ola bilər.
Macəra filmi
Macəra filmi - Film janrıdır. Döyüş filmlərindən fərqi ondadır ki, qəhrəman düşdüyü çətin vəziyyətdən çıxmaq üçün qeyri-adi yollar axtarır. == Xüsusiyyəti == Bu janr üçün kəskin gərginlik, hadisələrin məzmununun macəraya, sərgüzəştlərə, yeni həyatın adi gərdişini pozan, qəhrəmanı hər hansı bir təhlükəyə sövq edən gözlənilməz hadisələrə əsaslanaraq səciyyəvidir. Macəra filmləri süjet quruluşunu, əsasən macəra ədəbiyyatı janrından əxz edir.
Macəra oyunu
Macəra oyunu (ing. Adventure game) — videooyun janrı. Burada oyunçu videooyunun öz mühitindəki obyektlərlə qarşılıqlı əlaqə qurmaq və digər personajlarla söhbət etmək qabiliyyətinə malik protaqonistini idarə edir. Hər hansı bir macəra oyununun əsas elementi ssenarili süjeti inkişaf etdirmək üçün oyunçunun həll etməli olduğu bir sıra tapmacaların olmasıdır. Macəra oyunları fantaziya, elmi fantastika, qorxu, komediya və ya satira da daxil olmaqla geniş mövzuları əhatə edir. Həm macəra oyunu elementlərini, həm də döyüş oyununun elementlərini ehtiva edən videooyunlar da var ki, bunlar döyüş-macəra oyunları adlanır. == Tarixi == Macəra oyunlarının "qızıl dövrü" 1980-ci illərin ortalarından başlamışdır. Növbəti onillikdə böyük videooyun şirkətləri (əsasən Amerikadakı "LucasArts" və "Sierra") əhəmiyyətli kommersiya və bədii uğurları olan çoxsaylı videooyunlar satışa çıxarmışdır. Əsasən Avropa və Kanadadan olan kiçik istehsalçılar indiki dövrdə videooyun bazarının kənarında kiçik, lakin xüsusi auditoriyaya xidmət göstərərək, bu işi öz əllərinə keçirmişlər.
Macəra turizmi
Macəra turizmi — Turist səyahətlərinin müəyyən məkanlara (məsələn, dənizin dibinə, dağın zirvəsinə, Antarktida və s. kimi uzaq ərazilərə) münasibətdə həyata keçirilməsidir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanununa əsasən, macəra turizmi - turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm formasıdır. Müasir dövrdə bir sıra dövlətlər (Avstraliya, Yeni Zelandiya, Rusiya, Böyük Britaniya və s.) tərəfindən Antarktidada bununla bağlı turizm bazaları yaradılmışdır. Yeni Zelandiya, Braziliya, Boliviya, Hindistan, Nepal, Tanzaniya məşhur macəra turizmi mərkəzlərindən hesab olunur. Macəra turizmi fiziki aktivliyi sevən, yeni ərazilər kəşf etmək istəyən, çılğın ruhlu insanlar tərəfindən ən çox sevilən turizm sahələrindən biridir. Macəra turizmi konfort zonasından çıxmaq istəyənlər üçün nəzərdə tutulur. Dağlıq ərazilər, bataqlıqlar, səhralar, qütbətrafı ərazilər, sürətli dağ çayları, cəngəlliklər macəra turizmi üçün əlverişli ərazilər hesab olunur. == Ədəbiyyat == Buckley, R. Adventure Tourism. Wallingford, UK: CABI. 2006.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert və Vorddan cizgi serial çəkməyi xahiş etdi. Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır.
Macəra diyarı
Macəra diyarı (ing. Adventureland) — Qreq Mottolanın 2009-cu ildə ekranlara çıxan filmi. == Süjet == 1987-ci ilin yayında, kolleci təzəcə başa vuran Ceyms, arzusunda olduğu Avropa səyahətinə çıxmağa həyəcanlanır. Ancaq valideynləri ona maddi dəstək verə bilmir və nəticədə planları qəfil dayandırılır. Ceyms pul qazanmaq niyyəti ilə yerli əyləncə parkında işə düzəlir. Əvvəlcə o, qarşıda darıxdırıcı bir yay olacağını güman edirdi. İşdə tanış olduğu həmkarı Emə aşiq olacağını heç ağlına da gətirməzdi.
Döyüş-macəra oyunu
Döyüş-macəra oyunu — həm döyüş, həm də macəra elementlərini daşıyan videooyun janrı. Macəra oyun janrının populyarlığının tənəzzülə uğramasından sonra, terminin istifadəsi daha ümumiləşmişdir. Oyunçuların bir oyunun janrını sadəcə "döyüş" və ya "macəra" adlandırması qeyri-adi bir haldır. Döyüş-macəra mürəkkəb bir janrdır və buna görə də, terminin tərifi çox inklüzivdir. Bu fakt, döyüş-macəranın bəlkə də ən genişhəcmli videooyun janrı olmasına gəlib çıxarır. Adətən, saf macəra oyunlarında oyunçuların həll etməsi üçün situativ məsələlər olur və çox az və ya heç bir döyüş hissəsi olmur. Bu tip oyunlarda döyüş elementləri olsa da, onlar yalnız mini-oyunların içərisinə yerləşdirilmiş olur. Saf döyüş oyunlarının reflekslərə meydan oxuyan gerçək-zamanlı qarşılıqlı əlaqəyə əsaslanan geympleyi olur. Bu səbəblərə görə, döyüş-macəra oyunları həm refleksə, həm də zəkaya, həm zorakı, həm də qeyri-zorakı situasiyalarda meydan oxuyur. == Altjanrlar == Döyüş-macəra oyunlarının rəngarəng olması və çətin təsnifatlaşdırılmasına baxmayaraq, terminin bir qolu olan xüsusi altjanrlar var.
Macəra (film, 1960)
"Macəra" (it. L'Avventura) — italyan rejissor Mikelancelo Antonioninin filmi. Film Kann kinofestivalının (1960) xüsusi mükafatına layiq görülüb. "Macəra" filmi Mikelancelo Antonioniyə dünya şöhrəti gətirən Yadlaşma trilogiyasının ilk filmidir.
Zatura: Kosmik macəra
Zatura: Kosmik macəra (ing. Zathura: A Space Adventure) — Con Favronun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş amerikan elmi fantastik, macəra filmi. Film Kris Van Ollsburqun 2002-ci ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilmişdir. Kris həmçinin 1981-ci ildə işıq üzü görmüş Cumanci kitabının müəllifidir. Zatura "Cumanci" filminin spin-offudur. Film, zirzəmilərində Zatura adlı sirli stolüstü oyun tapan iki gənc qardaş, Volter və Dennidən bəhs edir. Cumancidə olduğu kimi, bu oyunda da edilən hər bir seçim canlanır. Qardaşlar oyunu oynayarkən, onların evi kosmosa daşınır və onlar robotlar, yadplanetlilər və digər müxtəlif təhlükələrlə dolu kosmosa sürüklənirlər. sonypictures.com/movies/… — Zatura: Kosmik macəranın rəsmi saytı Zatura: Kosmik macəra — Internet Movie Database saytında.
Macəra axtarışında (film, 1996)
Macəra axtraışında (ing. The Quest) — 1996-cı ildə Jan-Klod Van Damm tərəfindən çəkilən macəra filmidir, o həm də filmin ssenaristlərindən biri və baş rolun ifaçısıdır. == Məzmunu == Kafelərin birində yaşlı bir ziyarətçi xuliqanların dəstəsi ilə təkbətəkdir. Sarsıdılmış ustanın kim olduğu soruşulur. Xatirələr yaşlı insanı uzaq keçmişə aparır. Tibetin İtirilmiş Şəhərinin başçısı müxtəlif ölkələrin ən güclü döyüşçülərinə "Qanq-qenq" turnirində iştirak etmək üçün dəvətnamə göndərir. Qalibin mükafatı nəgəng Qızıl Əjdahadır. Kristofor Dyubua (Jan-Klod Van Damm) — yoxsul gənclərin dəstəsinin rəhbəridir. Quldurlar onun pullarını oğurlamağa çalışır, onların bazasına vururlar, sonra polis Dyubuanı təqib etməyə başlayır. Limanda gizlənir və gözlənilmədən oradan üzüb qaçır.
Macəra axtrışında (film, 1996)

Bıçaqlar çəkildi: Sirli macəra
Bıçaqlar çəkildi: Sirli macəra (ing. Glass Onion: A Knives Out Mystery) — Rian Conson tərəfindən süjet xətti yazılmış və rejissorluğu edilmiş və Conson və Ram Berqmanın prodüseri olduğu 2022-ci il istehsalı olan Amerika müəmma filmidir. 2019-cu ildə çəkilmiş olan "Bıçaqlar çəkildi" filminin davamı olan filmdə Daniel Kreyq texnoloji milyarderi olan Miles Bron (Edvard Norton tərəfindən canlandırılmışdır) və Bronun ən yaxın dostları ətrafında baş verən yeni bir işi həll etməyə çalışarkən usta detektiv Benoit Blank rolunu canlandırmışdır. Digər rolları isə Janelle Monae, Ketrin Hahn, Leslie Odom Jr., Cessika Henvik, Medelin Klayn, Keyt Hadson və Deyv Botista canlandırmışdırlar. Hələ Bıçaqlar çəkildi filmi yayımlanmamışdan əvvəl Conson davam filminin mümkünlüyündən danışmışdı. 2020-ci ildə isə onun yeni bir süjet xətti üzərində işlədiyi və Kreyqin rolunu yenidən canlandıracağı xəbəri təsdiqlənmişdir. 2021-ci ilin mart ayında isə keçirilmiş olan hərracda Netflix şirkəti, Bıçaqlar çəkildi filminə məxsus olan iki davam filminin hüquqlarını 469 milyon dollara satın almışdır. == Süjet xətti == 2020-ci ilin may ayında Karantində olan qubernatora, alimə, keçmiş modelə və yayımçıya, müştərək dostları, texnoloji milyarderi olan Maylz Brondan onun şəxsi Yunan adasındakı malikanəyə baş çəkmək və əyləncə gecəsinin sahibinin “qətl” sirli oyununda iştirak etmək üçün dəvətnamələri olan tapmaca qutuları gəlir. Oxşar bir paketi avaralıqdan əziyyət çəkən xüsusi detektiv olan Benua Blan da alır və dəvəti həvəslə qəbul edir. Yunanıstana gələn rəngarəng dəstə Maylzın keçmiş iş şəriki, məhkəmədə şirkəti mühakimə etdiyi Endi Bredin gəlişinə təəccüblənir və çox da sevinmir.
Macəra zamanı (III mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının üçüncü mövsümü 11 iyul 2011-ci ildən, 13 fevral 2012-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Conquest of Cuteness Morituri Te Salutamus Memory of a Memory Hitman Too Young The Monster Still Wizard Battle Fionna and Cake What Was Missing Apple Thief The Creeps From Bad to Worse Beautopia No One Can Hear You Jake vs.
Macəra zamanı (II mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının ikinci mövsümü 11 oktyabr 2010-cu ildən, 2 may 2011-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır.
Macəra zamanı (IV mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının dördüncü mövsümü 2 aprel 2012-ci ildən, 22 oktyabr 2012-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Hot to the Touch Five Short Graybles Web Weirdos Dream of Love Return to the Nightosphere Daddy's Little Monster In Your Footsteps Hug Wolf Princess Monster Wife Goliad Beyond this Earthly Realm Gotcha!
Macəra zamanı (IX mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının doqquzuncu mövsümü 21 aprel 2017-ci ildən, 21 iyul 2017-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır.
Macəra zamanı (I mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının birinci mövsümü 5 aprel 2010-cu ildən, 27 sentyabr 2010-cu ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. Serial başlamazdan əvvəl, ilk olaraq "Nicktoons" televiziyasında yayımlanan "Random!" adlı xüsusi bir proqramda qısametrajlı cizgi filmi kimi nümayiş olunub. Bu bir neçə dəqiqəlik cizgi filmi tamaşaçılar tərəfindən o qədər bəyənilib ki, hətta Cartoon Network rəhbərliyinin diqqətindən də yan keçməyib. Televiziya Pendlton Vordu studiyaya dəvət etmiş və ona bu layihədə komanda ilə birlikdə işləməyi və cizgi serialı ortaya qoymasını istəmişdir. "Macəra zamanı"nın ilk mövsümü insan övladı Finnin və onun istədiyi kimi forma və ölçülərə çevrilə bilən sehrli ögey it qardaşı Ceykin maraqlı sərgüzəştlərindən bəhs edir. Finn və Ceyk nüvə müharibəsi ilə kökündən dəyişmiş olan “Ooo” dünyasında bir ağac evində yaşayırlar. Finn və Ceyk mövsüm boyu bu dünyanın digər sakini olan canlılara kömək edir və bəzən onlarla eyni macəralarda iştirak edirlər. İkili tez-tez epizodlarda görünən əsas personajlar olan Şahzadə Saqqız, Buz Kralı, Vampir kraliçası Marselin, Yumru kosmos şahzadəsi və BMO ilə bir araya gəlir. == Epizodlar == === Slumber Party Panic === Şahzadə Saqqız Konfet Krallığının yaxınlığındakı qəbirstanlıqda, Finn və Ceyk ilə ölü Konfet İnsanlarını həyata qaytarmaq məqsədi ilə elmi təcrübə aparır.
Macəra zamanı (VIII mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının səkkizinci mövsümü 26 mart 2016-cı ildən, 2 fevral 2017-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır.
Macəra zamanı (VII mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının yeddinci mövsümü 2 noyabr 2015-ci ildən, 19 mart 2016-cı ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Bonnie and Neddy Varmints Cherry Cream Soda Mama Said Football Stakes Part 1: Marceline the Vampire Queen Stakes Part 2: Everything Stays Stakes Part 3: Vamps About Stakes Part 4: The Empress Eyes Stakes Part 5: May I Come In? Stakes Part 6: Take Her Back Stakes Part 7: Checkmate Stakes Part 8: The Dark Cloud The More You Moe, The Moe You Know Summer Showers Angel Face President Porpoise Is Missing!
Macəra zamanı (VI mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının altıncı mövsümü 21 aprel 2014-cü ildən, 5 iyun 2015-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Wake Up / Escape from the Citadel James II The Tower Sad Face Breezy Food Chain Furniture & Meat The Prince Who Wanted Everything Something Big Little Brother Ocarina Thanks for the Crabapples, Giuseppe! Princess Day Nemesis Joshua and Margaret Investigations Ghost Fly Everything's Jake Is That You?
Macəra zamanı (V mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının beşinci mövsümü 12 noyabr 2012-ci ildən, 17 mart 2014-cü ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. == Epizodlar == Finn the Human Jake the Dog Five More Short Graybles Up a Tree All the Little People Jake the Dad Davey Mystery Dungeon All Your Fault Little Dude Bad Little Boy Vault of Bones The Great Bird Man Simon and Marcy A Glitch is a Glitch Puhoy BMO Lost Princess Potluck James Baxter the Horse Shh!
Macəra zamanı (X mövsüm)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının finalı olan onuncu mövsümü 17 sentyabr 2017-ci ildən, 3 sentyabr 2018-ci ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır.
Macəra zamanı (mövsüm 1)
Pendlton Vordun yaradıcısı olduğu "Macəra zamanı" cizgi serialının birinci mövsümü 5 aprel 2010-cu ildən, 27 sentyabr 2010-cu ilədək Cartoon Network telekanalının efirində yayımlanmışdır. Serialın animasiya elementləri Cartoon Network Studios və Frederator Studios tərəfindən birgə hazırlanmışdır. Serial başlamazdan əvvəl, ilk olaraq "Nicktoons" televiziyasında yayımlanan "Random!" adlı xüsusi bir proqramda qısametrajlı cizgi filmi kimi nümayiş olunub. Bu bir neçə dəqiqəlik cizgi filmi tamaşaçılar tərəfindən o qədər bəyənilib ki, hətta Cartoon Network rəhbərliyinin diqqətindən də yan keçməyib. Televiziya Pendlton Vordu studiyaya dəvət etmiş və ona bu layihədə komanda ilə birlikdə işləməyi və cizgi serialı ortaya qoymasını istəmişdir. "Macəra zamanı"nın ilk mövsümü insan övladı Finnin və onun istədiyi kimi forma və ölçülərə çevrilə bilən sehrli ögey it qardaşı Ceykin maraqlı sərgüzəştlərindən bəhs edir. Finn və Ceyk nüvə müharibəsi ilə kökündən dəyişmiş olan “Ooo” dünyasında bir ağac evində yaşayırlar. Finn və Ceyk mövsüm boyu bu dünyanın digər sakini olan canlılara kömək edir və bəzən onlarla eyni macəralarda iştirak edirlər. İkili tez-tez epizodlarda görünən əsas personajlar olan Şahzadə Saqqız, Buz Kralı, Vampir kraliçası Marselin, Yumru kosmos şahzadəsi və BMO ilə bir araya gəlir. == Epizodlar == === Slumber Party Panic === Şahzadə Saqqız Konfet Krallığının yaxınlığındakı qəbirstanlıqda, Finn və Ceyk ilə ölü Konfet İnsanlarını həyata qaytarmaq məqsədi ilə elmi təcrübə aparır.
Dəniz səyyahı Sindbadın macəraları (film, 1941)
== Məzmun == == Film haqqında == Film saxlanılmayıb. 1941-1945-ci illər müharibəsinin başlanması ilə əlaqədar filmin istehsalı yarımçıq qalmışdır. Film səsli olmalı idi.
Flikin macəraları (cizgi filmi, 1998)
Bir böcəyin həyatı (ing. A Bug's Life) — 1998-ci ildə "Pixar" animasiya studiyası tərəfindən istehsal olunmuş animasiya filmi. Film ilk dəfə 14 noyabr 1998-ci il tarixində ABŞ-də göstərilmişdir. Film Con Lasseterin rejissorluğu ilə çəkilib.
Heklberri Finnin macəraları
Heklberri Finnin macəraları — Mark Tvenin 1884-cü ildə çıxartdığı roman. Mark Tven məşhur "Tom Soyyerin macəraları" (1876) adlı romanının davamı kimi bu romanı yazmışdır. Kitabda Heklberri Finnin dostu Tom Soyyerlə birlikdə Missisipidə başlarına gələn macəralardan danışılır. == Roman əsasında filmlər == Heklberri Finn, 1920 Cizgi filmi, Hek Finn, 1937-ci il filmi, Heklberri Finn 1974 Musiqili film və s.
Konanın macəraları (animasiya serialı)
Konanın macəraları (ing. Conan the Adventurer) — 1992-1993-cü illərdə yayımlanan serialdır. İlk dəfə cizgi serialı 1 oktyabr 1992-ci ildə yayımlanmış, sonuncu seriyası 22 oktyabr 1993-cü ildə yayımını bitirmişdir.
Oliver Tvistin macəraları
Oliver Tvistin macəraları — Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur. Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (1966)
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir. Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub... Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)

Sakit Yonun Macəraları (1985)
Tanınmış səyyah, uzaq qalaktikaya uçan kapitan və onun dostu, professor, planetin əhalisi, qəribə məxluqlar filmdə maraqlı və baxımlıdırlar. Biz filmə tamaşa edərkən qeyri-adi və təəccüb doğuran bir aləmə düşürük. Filmin ssenarisi Polşa fantast yazıçısı Stanislav Lemin əsəri əsasında yazılmışdır. Əsərin müəllifi: Stanislav Lem Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Gennadi Tişşenko, Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Cəmil Əmirov Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Rauf Dadaşov, Bəhmən Əliyev, Vaqif Məmmədov, Gennadi Tişşenko, Firəngiz Quliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Sakit Yonun macəraları (film, 1985)

Den Kruinkşankın memarlıq macəraları
Den Kruinkşankın memarlıq macəraları (ing. Dan Cruickshank's Adventures in Architecture) — BBC tərəfindən istehsal edilmiş və 2008-ci ilin aprelində "BBC Two" telekanalında efirə verilmiş sənədli film. Səkkiz seriyalı filmdə Britaniya memarlıq tarixçisi Den Kruinkşank dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini araşdırır. == Ədəbiyyat == Cruickshank, Dan. Adventures In Architecture. Weidenfeld & Nicolson (hardcover). 3 April 2008. ISBN 978-0-297-84444-0. == Xarici keçidlər == Dan Cruickshank's Adventures in Architecture "BBC Online"da.
Şarlottanın toru 2: Vilburun böyük macərası
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı
Ən yaxşı döyüş və macəra filminə görə Saturn mükafatı ((ing. Saturn Award for Best Action or Adventure Film)) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1994-cü ildə təsis edilmiş, ilin ən yaxşı döyüş və macəra janrında olan filminə verilən mükafatdır. 1994–2010-cu illərdə Ən yaxşı döyüş, macəra və triller filminə görə Saturn Mükafatı ((ing. Saturn Award for Best Action, Adventure or Thriller Film)) adı ilə verilirdi. "†" — həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı qazanmışdı. "‡" — həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatına nominasiya göstərilmişdi.

Значение слова в других словарях