Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Savalan
Savalan — Kişi adı və təxəllüs. Savalan Ocaqverdizadə — fizioloq, tibb elmləri doktoru Savalan Talıblı — Azərbaycan jurnalisti. Savalan Əmirov Təxəllüsü olanlar Xaqani Savalan — film direktoru, prodüser, Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas Mahmud Savalan — Ərdəbil şəhərində anadan olmuş kulturist. Rafiq Savalan — nasir, publisist, tərcüməçi, Digər Savalan (dağ) — İranın Ərdəbil ostanında dağ. Cənubi azərbaycanlıların mübarizə simvolu. Savalan (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Savalan bələdiyyəsi — Azərbaycan Respublikasının Qəbələ rayonunda bələdiyyə.
Əhvalat
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Navarlar
Navar xalqı — İordaniya, Suriya, Livan və Fələstində istifadə edilən bir neçə köçəri icma üçün ərəb terminidir. Alçaldıcı hesab edilən bu termin ərəblər tərəfindən bir neçə müxtəlif etnik qruplar üçün istifadə olunur. Onlar tarixən "qaraçılar" adlandırılıblar, əslində isə onlar özlüyündə qaraçı deyillər. Dom xalqı xüsusilə Navar kimi tanınır. Həm onlar, həm də qaraçılar Hindistandan gəlsələr də, iki kəskin fərqli etnik və mədəniyyətdən gəlmişdilər. Bu sayca kiçik, geniş yayılmış insanlar Cənubi Asiyadan, xüsusən də Hindistandan bölgəyə köçüblər. Digər ölkələrdə olduğu kimi, onlar özlərini şərəfsiz, lakin ağıllı hesab edən əhalinin qalan hissəsindən uzaq durmağa meyillidirlər. Nəvarlar ənənəvi olaraq toy və şənliklərdə musiqili əyləncələr təqdim edirdilər. Navarlı qadınların bu cür fəaliyyətlərdə iştirakı gəlirli olsa da, eyni zamanda qrupun aşağı statusunu gücləndirir. Navar həm də festivallarda falçı, sehrbaz və heyvan təlimçisi kimi fəaliyyət göstərir.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Navaea
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Aleksey Navalnı
Aleksey Anatolyeviç Navalnı (rus. Алексей Анатольевич Навальный; 4 iyun 1976, Butın[d], Moskva vilayəti – 16 fevral 2024[…], Xarp həbsxanası[d], Yamalo-Nenets Muxtar Dairəsi) — Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri, ictimai xadim, siyasi məhbus idi. == Həyatı == 1976-cı il iyunun 4-də Moskva vilayətində doğulub. Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib, Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında, ABŞ-nin Yel Universitetində də təhsil alıb. 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko") müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!" gənclər hərəkatının, "Xalq" hərəkatının yaradıcılarından biri və Gələcək Rusiya Partiyasının (yaxud Tərəqqi Partiyası) lideri olmuşdur. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb. === Zəhərlənməsi === 20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb.
Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır. == Həyatı == Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir. Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.
Mahmud Savalan
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı – 29 oktyabr 2023) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb (1964–1966). Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyirdi (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru idi (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib.
Savalan (Qəbələ)
Savalan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib, telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədilə kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb. Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir ki, tinglərə qulluq göstərilir.
Savalan (Təbriz)
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. Əski gilixan şəhəri, sağalanin yaxinliğindadir. 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Savalan (dağ)
Savalan dağı — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir.
Savalan Mirzəyev
Savalan Mirzə oğlu Mirzəyev (gürc. სავალან მირზა ოკლი მირზოევი; 29 avqust 1986, Qaratəhlə[d], Qardabani rayonu) — Gürcüstan dövlət və ictimai-siyasi xadimi, Gürcüstan Parlamentinin 9 və 10-cu çağırış deputatı. O, Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri olmuşdur. Savalan Mirzə oğlu Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstan SSR-in Qardabani rayonun Qara Təhlə kəndində ziyalı ailəsində dünyaya gəlib. 2007-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. Savalan Mirzəyev 12 iyun 2013-cü ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin milli azlıqların məsələləri üzrə müşaviri təyin edilib. Savalan Mirzəyevin nəsli bir neçə yüz ildir ki, Qardabani rayonun Qara Təhlə kəndində yaşayır.
Savalan Ocaqverdizadə
Savalan Rüstəm oğlu Ocaqverdizadə (1895-1977) — fizioloq, tibb elmləri doktoru (1959), professor (1961). Savalan Rüstəm oğlu 1895-ci ildə Şuşa qəzasının Ağdam şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmişdi. Savalan Ocaqverdizadə 1977-ci ildə Bakı şəhərində vəfat edib.
Savalan TV
«Savalan TV» — «İran Radio və Televiziya» şirkətinin sahibi olduğu regional İran telekanalı. Telekanalın yayımı İranın Ərdəbil ostanı ərazisini əhatə edir. Telekanal 2000-ci ildən bəri azərbaycan və fars dillərində yayımlanır. Telekanal İranın «Səhənd TV», «Eşraq TV» və «Azərbaycan TV» telekanalları ilə əməkdaşlıq edir.
Savalan Talıblı
Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan SSR) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015) Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar. İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb. Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb.
Savalan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Savalan dağı
Savalan dağı — İranda dağ, geoloji olaraq yatmış vulkandır. Savalan Dağı Ərdəbil şəhəri yaxınlığındadır. Hündürlüyü 4811 m. Hündürlüyünə görə Cənubi Azərbaycan vilayətinin ən hündür dağıdır. Savalanın düz zirvəsində göl yaranmışdır. Ərazisində dağ-xizək idmanı sahələri və turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Zirvəsi qarla örtülü olan Savalan dağının ətəyində qədim şəhərlər olan Ərdəbil, Sərab və Meşkin, həmçinin Ərşə mahalı yerləşir. Bu dağ Şimalda Araza, Cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir. Bu silsilə Qərbdən 20, Şərqdən isə 40 km enə mailkdir.
Savalan qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança). Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur. Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir. "Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır.
Savalan Əmirov
S. T. Əmirov 05 may 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə orta məktəbi, 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) "mühəndis-geoloq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962–64-cü illərdə təyinat üzrə Azərb. E. A. geologiya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1964–1967-ci illərdə SSRİ EA Kristalloqrafiya institutunun əyani aspiranturasında təhsil almış, 1968-ci ildə Moskva şəhərində "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün homentitin strukturası mözusunda namizədlik dissertasiyası müdafiə edərək Azərb. E. A. kimya institutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrsində işləmişdir. S. T. Əmirovun əsas tədqiqat sahəsi yüksək adsorbsiya, katalizator, molekulyar ələk xassələrinə malik olan təbii və suni seolitlərin atom-kristal strukturlarının açılmasına kristollokimyasına faza çevrilmələrinə və tətbiqinə həsr olunmuşdur. Görkəmli alim, akademik Xudu Məmmədovla birlikdə təklif etdiyi seolitlərin kristallokimyəvi təsnifatı bu sahədə işləyən alimlər tərəfindən qəbul olunmuş və dərs kitablarında və monoqrafiyalarda öz yerini tutmuşdur. Prof. S. T. Əmirov 1983-cü ildə konkursdan keçərək AzPİ-nin "KMT və Korroziya" kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuşdur.
Xaqani Savalan
Xaqani Həşimov (Xaqani Savalan) (10 sentyabr 1965, Kəlbəcər rayonu) — film direktoru, prodüser, "RITM production"un direktoru, "CineMAN" jurnalının təsisçisi. Xaqani Savalan 10 sentyabr 1964-cü ildə Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib. "Tayfun-S" şirkətinin prezidenti işləyib. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Aztelefilm" Yaradıcılıq Birliyində film direktoru olub. 2004-cü ildə yaradılmış "Ritm production" müstəqil kino şirkətinin təsisçilərindən biri və direktorudur. 40-cı qapı (film, 2009)(tammetrajlı bədii film) Almas Yıldırım (film, 2004) Cabir Novruz (film, 2002) Əsrin şahidi (film, 2002) Fotoqraf (film, 2002) Həsən bəy Zərdabi (film, 2003) İki xalqın oğlu (film, 2004) İrəvan teatrı (film, 2003) Koroğlu (film, 2003) Kömür (film, 2004) Qədim Şəmkir (film, 2003) Lal (film, 2003) Maestro (film, 2002) Mədəniyyət salnaməsi. Qürbət əmi (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Mir Teymur (film, 2003) Oyun (film, 2003) Ömür yolu.
İoann Qavalas
İoann Qavalas (yun. Ἰωάννης Γαβαλᾶς, translit. Ioánnis Gavalás; bilinmir – 1250) — Bizans yunanı maqnat və Rodos adasının hökmdarı (hak. 1240–1248). O, 1248-ci ildə adanın nəzarətini Genuya Respublikasına itirmiş və ağalığını qəbul etmiş Nikeya imperiyasından kömək istəmişdir. Nikeya qoşunları adanı fəth etmiş, lakin adanı öz əyalətinə çevirən nikeyalılar adanın nəzarətini İoanna qaytarmamışdır. Cheynet, Jean-Claude. Pouvoir et Contestations à Byzance (963–1210) (ingilis). Paris: Publications de la Sorbonne. 1996.
Savalan (qəzet)
"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər. "Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib.