Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Nahid
Nahid — kişi adı. Nahid Hacızadə — Azərbaycan yazıçısı Nahid Teymurzadə — İkinci Qarabağ müharibəsi şəhidi Nahid Mikayılov — Nahid Nəsirov — Nahid Ağalarov — Nahid Həsənov — Nahid İbrahimzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Bağırov — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Cəfərov — Azərbaycan diplomatı, ictimai-siyasi xadim Nahid Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Əxtər — pakistanlı ifaçı. Nahid Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Nahid (peyk) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır.
Nəcd
Nəcd — Ərəbistan yarımadasında qədim ərazi. Nəcd vilayəti geniş Ərəbistan yarımadasının bir qismini əhatə edir. Nəcd kəlməsi lüğətdə "hündür yer" mənasındadır. Bu məntəqə başqa yerlərdən yüksəkdə olduğuna görə oranı bu adla adlandırmışlar. Nəcd vilayətinin mərkəzi şəhəri hazırkı Ərəbistan yarımadasının paytaxtı olan Riyaz şəhəridir. Bu ölkənin başqa tanınmış məntəqələrindən Qəsim şəhərinə yaxın olan Üneyzə və Bureydə məntəqələri və bir çox başqa məntəqələri vardır. Nəcd cənub tərəfdən Yəmamə və Əhqad, şərq tərəfdən İraq, Əhsa və Qətif, şimal tərəfdən Şam səhrası və nəhayət, qərb tərəfdən Hicaz məntəqəsi ilə əhatə olunmuşdur. Bu ölkənin əhalisi barəsində tarixçi Alusi yazır: Nəcd əhalisi iki qismə — şəhərdə və çöllükdə yaşayanlara bölünürdü. Şəhərlilər köçərilərə nisbətən az idilər. Nəcd əhalisinin ən çox yediyi şey çəyirtkədir.
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Nəzm
Nəzm — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olan bədii əsər deməkdir ("nəzm" - نظم - söz olaraq sıra, tərtib, nizam, sıralanmış və ya şeir anlamına gəlir). Nəzm əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Nəzm nümunələri xalq yaradıcılığı və ədəbiyyat olmaqla olduqca geniş bir arealı əhatə edir. Lap qədimdən nitq yarandığı dövürlərdən ov, əmək nəğmələri, oxşamalar, bayatılar və s. şəkildə şifahi xalq ədəbiyyatı yaranmağa başlamışdır. Sonralar nəzmin bu qolu xalq ozanları, aşıqları sayəsində daha da zənginləşmiş və öz qayda qanunları yaranmışdır. Yazılı ədəbiyyat nümunələri yarandıqdan sonra bu iş daha da təkmilləşmiş müxtəlif xalqların söz adamlarının başqa-başqa dillərdə bədii söz sənətinə verdiyi töhfələr nəticəsində ümumi nizam qanunauyğunluqlarını gözləyən bayatı, rübai, məsnəvi, qəzəl, qoşma, gəraylı və s. növlər yaranmışdır. Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir.
Yəzd
Yəzd — İranın Yəzd ostanının və Yəzd şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 423,006 nəfər və 114,716 ailədən ibarət idi.
Mahamudun Nahid
Mahmud Vaezi
Mahmud Vaezi (13 sentyabr 1952, Tehran) — İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Azərbaycanın “Dostluq” ordeni laureatı (21.04.2016).
Nahad Əliyev
Nahad Əliyev - 1966-1993-cü illərdə Azərbaycan Sovet Ensiklopediyasında məsul katib və Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb.1994cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru. Əliyev Nahad Məmməd Bağır oğlu - 1942-ci il noyabr ayının 15-də Bakı şəhərində anadan olub. 1959-cu ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetin geoloji-coğrafiya fakültəsinə daxil olub, 1964-cü ildə bitirib. Həmin ilin dekabrında təyinatla Xaçmaz rayonunun Qusarçay orta məktəbində müəllimlik edib. 1966-cı ilin yanvar- may aylarında Hidromeliorasiya institutunda kiçik elmi işçi, həmin ilin avqustundan isə Azərbaycan Sovet Ensiklopediyasında kiçik redaktor işləyib. 1966-cı ilin noyabrından 1967-ci ilin dekabrınadək ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra, 1968-ci ilin yanvarından yenidən Azərbaycan Sovet Ensiklopediyaya işə qəbul olunaraq redaktor ,”Qeoloqiya və coğrafiya ”şöbəsinin elmi redaktoru, böyük elmi redaktor,“İllüstrasiya və kartoqrafiya” redaksiyasının müdiri, məsul katib, Universal ensiklopediyalar üzrə baş redaktor vəzifəsində çalışıb. 1993-cü ilin may ayından Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Öyrətmən” nəşriyyatında redaksiya müdiri, 1994-cü ildən “Azərbaycan” nəşriyyatının baş redaktoru olub. 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası yaradılıb. R.Rzanın baş redaktorluğu dövründə işıq üzü görən "Yaşıl ensiklopediya" (1970 il) böyük mübahisə doğurduğundan, qısa zaman ərzində ləğv olunub.
Nahid (peyk)
Nahid (fars. ناهید "Venera" mənasını verir) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır. Əmir Kəbir adına Tehran texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır. Nahid, günəş panelləri ilə təchiz edilmiş bir müşahidə peykidir, 250 ilə 370 kilometr arasındakı bir yüksəklikdə orbitə çıxarılması nəzərdə tutulmuşdur. Nahid Peyki peyklərdə bəzi əsas texnologiyaları test etmək üçün yerüstü peyklərə çatma strategiyası kontekstində müəyyən edilmiş tədqiqat peykidir.
Nahid Ağalarov
Nahid Bağırov
Nahid Rza oğlu Bağırov (4 aprel 1979, Bakı) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1998–2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000–2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001–2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Ailəlidir, iki övladı var. 2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.
Nahid Cəfərov
Nahid Muxtar oğlu Cəfərov (20 iyul 1984-cü il, Lənkəran rayon Mamusta kəndi) - Azərbaycan diplomatı, ictimai-siyasi xadim, "Oyan" Hərəkatının liderlərindən biri. Siyasi fəaliyyətə başlamazdan öncə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu/3-cü katib vəzifəsini icra etmişdir. Nahid Cəfərov 20 iyul 1984-cü ildə Lənkəran rayon Mamusta kəndində mühəndis ailəsində anadan olmuşdur. Milliyyətcə talışdır. Atası Cəfərov Muxtar Şahi oğlu Lənkəran rayon Şürük kəndində yerləşən "Maşın Sınaq Stansiyasında" tikintiyə texniki nəzarət üzrə mühəndis vəzifəsində çalışması Nahidin ailəsinin həmin kəndə köçməsinə səbəb olmuşdur. Nahid Cəfərov orta təhsilini Lənkəran rayon Şürük Kənd Orta Məktəbində almışdır. Nahid Cəfərov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr pilləsini bitirmiş və 2006-2007-ci illərdə Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkil etdiyi "Kiber Təhlükəsizliyi" adlı sessiyaya iştirakçı qismində qəbul olunmuş və daha sonra 2010-cu ilə qədər həmin təşkilatda layihələr üzrə kordinator vəzifəsində çalışmışdır. 2010-1012-ci illərdə Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq əlaqələr və diplomatiya proqramı üzrə magistratura dərəcəsi üzrə təhsil almış və 2012-ci ildə ADA tərəfindən təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinə ezam edilmişdir. 2015-2017-ci illərdə Nahid Cəfərov Amsterdam Üniversitetində Biznesin idarə olunması (Execetive MBA) ixtisası üzrə magistraturaya qəbul olunmuş və həmin ixtisas üzrə axşam bölməsində təhsil almışdır.
Nahid Hacıyev
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadə
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Həsənov
Nahid Mikayılov
Nahid Nəsirov
Nahid Səfərov
Nahid Teymurzadə
Nahid İbrahimzadə
Nahid Əxtər
Nahid Əxtər (pənc. ناہید اختر ; urdu ناہید اختر) — pakistanlı ifaçı. O, "Pakistanın bülbülü" də adlandırılır. Nahid Əxtər, 1970–1980-ci illərin ikinci yarısında Lollivudun ən yaxşı ifaçısı idi. 1974, 1975 və 1985-ci illərdə Nigar Film Mükafatını və 2007-ci ildə Prezident Mükafatını qazanıb. Əxtər 26 sentyabr 1956-cı ildə Pəncabın Multan şəhərində anadan olub. Onun 3 bacısı və 4 qardaşı var. Bacısı Həmidə Əxtər də müğənni idi.
Navid Əfkari
Qalın mətn Navid Əfkari (fars. نوید افکاری‎; 22 iyul 1993, Şiraz – 12 sentyabr 2020, Şiraz) — Yunan-Roma güləşi üzrə bir neçə dəfə İran çempionu olmuş güləşçi. İranın Ali Məhkəməsi güləşçini 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürməkdə günahlandıraraq ona ölüm hökmü verib. Güləşçi isə öz növbəsində mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və əslində mühafizəçini öldürmədiyini deyib. ABŞ prezidenti Donald Tramp, Konqres üzvləri, avropalı siyasi xadimlər o cümlədən Azərbaycan parlamentinin deputatı Asim Mollazadə İran hakimiyyətini bu addımdan çəkinməyə çağırıb. İranın Şiraz şəhərindən olan Navid Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb. 2018-ci ildə hökumət əleyhinə etirazlarda iştirak edib. Dövlətə məxsus su anbarının yerli mühafizəçisi Həsən Türkəmən Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib. Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Sonradan elə həmin il onların üçüncü qardaşı Həbib də həbs edilib.
Nahid Məmmədov (əsgər)
Sen-Nazer (rayon)
Sen-Nazer (fr. Saint-Nazaire) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luar-Atlantik. Suprefektura — Sen-Nazer. Rayon əhalisi 2006-cı ildə 297 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 169 nəf / km². Rayon sahəsi — 1758 km². Qəsəbə, Atlantik Okeanının yaxınlığında, Loire çayının sağ sahilində böyük bir limana sahibdir. Qəsəbə Fransanın "la Brière" adlanan ikinci ən böyük bataqlığın cənubundadır.