Nahid Üzeyir oğlu Teymurzadə (d. 23 iyun 1997: Günəşli, Biləsuvar rayonu – ö. 22 oktyabr 2020; Kəlbəcər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi[1]
Nahid Teymurzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Günəşli, Biləsuvar rayonu, Azərbaycan Respublikası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Günəşli kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan Türkü |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Cəbrayıl uğrunda döyüşlər • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020 2020 2020 2020 |
Nahid Teymurzadə 23 iyun 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil almışdır.
2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulmuş, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Nahid Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]