Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Kvazulu-Natal
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Rafael Nadal
Rafael Nadal Parera (isp. Rafael Nadal Parera) (3 iyun 1986, Manakor, Mallorka, İspaniya) — ispan tennisçi, hal-hazırda dünyanın 2 nömrəli tennisçisidir. Tutqun bir Real Madrid tərəfdarıdır. Dörd yaşında hələ də məşqçiliyini edən əmisi Toninin səyləriylə tennisə başladı. Əslində solaxay olmayıb. Əmisi tərəfindən sonra solaxay edilmiş, iki əlini də istifadə edə bilmə qabiliyyətinə malikdir. Rafael Nadal, peşəkar tennis dünyasında ilk dəfə 17 yaşında oynadığı 2003 Monte Karlo Master Series turniriylə diqqət çəkdi. Karol Kusera və Albert Kostanı məğlub etdikdən sonra Guillermo Koriaya məğlub oldu. ATP səviyyəsində oynadığı üçüncü turnirdə Karlos Moyanı məğlub edib hər kəsi çaşdırdı. Oynadığı ilk Böyük Dəbilqə serialı tennis turniri olan 2003-ci il Uimbldonda 3-cü tura yüksəldi.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Özgü Namal
Məlahət Özgü Namal (28 dekabr 1978, Üsküdar, İstanbul ili) — Türkiyənin kino, serial və teatr aktrisası. 28 dekabr 1978-ci ildə Üsküdarda anadan olub. Salonikidən olan anası Akile Namal təqaüdçü dövlət qulluqçusu, Makedoniyadan olan atası Kubilay Namal isə təqaüddə olan tacirdir. 1997-ci ildə Masal Real Teatrında uşaq tamaşaları ilə peşəkarcasına fəaliyyətə başlayıb. Namal Üsküdar Cümhuriyyət Liseyini və İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Fakültəsini bitirib, daha əvvəl Kadıköy Xalq Təhsili Mərkəzində və Müjdat Gezen Teatrında aktyorluq təhsili alıb. Kino və teatr onun ən böyük həvəsi olsa da, fotoqrafiya da hobbiləri arasındadır. O , Qurdlar Vadisi serialındakı Elif Eylül obrazı ilə məşhurdur. 2005-ci ildə Afife Teatr Mükafatlarında "Kiralık Oyun" adlı tamaşada oynadığı ikinci plan rolu ilə ilin ən uğurlu musiqili-komediya aktrisası mükafatını qazandı. 2009-cu ildə yayıma başlayan və 2011-ci ildə finala çıxan Hanımın Çiftliği serialında baş rolu Mehmet Aslantuğla paylaşıb. Bundan əlavə, 2006–2010-cu illər arasında 4 il Axess reklamlarında çəkilib.
Yuci Naka
Yuci Naka (中 裕司, Naka Yūji); 17 sentyabr 1965, Hirakata, Osaka prefekturası), həmçinin YU2 and Muuu Yuji — Yaponiya geymdizayneri və proqramçısı. Keçmişdə o, "Sonic Team" komandasının rəhbəri olmuşdur, ancaq hal-hazırda "Prope" şirkətinin başçısıdır. "IGN" saytının hazırladığı "tarixin ən yaxşı 100 videooyun müəllifləri" siyahısında Yuci Naka 47-ci yerdədir. Yuci Naka 17 sentyabr 1965-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olmuşdur. O, proqramçılığı videooyun jurnalları üçün kodlar yayımlayaraq öyrənmişdir. Əldə etdiyi təcrübə onu orta məktəbdə təhsil alarkən proqramçılıq üzrə təlim almağa təşviq etmişdir. Orta məktəbdən məzun olduqdan sonra Yuci Naka ali təhsil almaqdan imtina etmiş və Osaka şəhərində qalmışdır. Bu dövrdə o, maaşı az olan müxtəlif işlərdə çalışmışdır. İlkin olaraq, Yuci Naka "Namco" şirkətində işləmək istəyirdi, ancaq şirkət sadəcə ali təhsilli şəxsləri işə alırdı. Buna görə də o, "Sega" şirkətində köçəkçi proqramçı olaraq işə alınmışdır.
Kvazulu-Natal vilayəti
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
İsmayıl bəy Nakam
İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb. Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı.
Fərhad və Şirin (Nakam)
Fərhad və Şirin — XIX əsr Azərbaycan şairi İsmayıl bəy Nakam (1829–1906) tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış məsnəvidir. == Tarixi == Nakam əsərini 1898–1899-cu illərdə (h/q 1316) yazmış və öz xətti ilə köçürərək məcmuə yaratmışdır. Nakam da ənənəyə əsasən əsərin müqəddiməsində Allahı, peyğəmbəri nət etmişdir. Sonra da eşq vəməhəbbətdən söz açıb, Nizami haqqında fikir söyləmişdir: deyərək Nizami Gəncəvini xatırlayır, onun yaradıcılığına yüksək qiymət verir, özünü isə onun davamçısı adlandırır. İsmayıl bəy Nakam özünü dastanlar qəhrəmanı olan Fərhad və Məcnunla müqayisə etmişdir. Eşq vadisinin divanəsi kimi Allahdan kömək istəmişdir: Əsərin müqəddiməsində vəhdəti-vücudla əlaqədar bir sıra misralardan görünür ki, şairin fəlsəfi dünyagörüşü mütərəqqi sufi tərzi-təfəkkürü ilə uyğun olmuşdur. O, bütün varlığı, kainatı, eşqi, aşiqi, məşuqəni və bütün sevgi və məhəbbət təzahürlərini ilahi bir qüvvədə, vahid bir məbdədə görmüş, hər bir şeyin yeganə, mütləq və ilahi qüvvədən əks olunduğunu düşünmüşdür. == Məzmunu == İsmayıl bəy Nakam poemanı Sasani hökmdarları Hürmüz və Xosrovdan yox, Ərmənzəmin hökmdarı Məhinbanudan başlayır. Nakam da özündən əvvəlki müəlliflər kimi Şirini Məhinbanunun yeganə qardaşı qızı kimi təqdim edir. O da Şirinin gözəlliyini təsvir edir, onun kamalı haqqında söz açır: deyə Nakam Nizaminin "Xosrov və Şirin" poemasındakı Mədain əhvalatını, Şirin haqqında Şapurun Xosrova Məlumatını və Sasani sarayına aid digər hadisələri təkrarən nəzmə çəkməyi lazım bilməmişdir.
İsmayıl bəy Sədrəddinbəyov (Nakam)
İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Baykal
Baygöl (saxa Баай күөл) — Rusiya Federasiyasında göl. Dünyanın ən böyük şirin su mənbəyidir. Rusiyanın cənub-şərqində yerləşir. Baygöl gölü 600 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə "Bai-kul" yəni, Bəy göl anlamını verir. Gölün şərqində yerləşən Svyatoy Nos yarımadasını materikə Civırkuy bərzəği birləşdirir. == Etimologiyası == Qədim Türklər əsasən Baykal gölü ətrafında yaşamışlar.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Hakan
Hakan — türk kişi adı. Hakan Çalhanoğlu — İtaliya A Seriyası təmsilçilərindən olan İnter Milan klubunda çıxış edən Türkiyəli peşəkar futbolçu Hakan Şükür — Türkiyə futbolçusu, milliyyətcə albandır. Hakan Boyav — Türkiyəli aktyor. Hakan Fidan — Türk hərbçisi, bürokrat və Milli İstihbarat Təşkilatı (MIT) rəhbəri. Hakan Erol — Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı. Hakan Utangaç — Pentagram qrupunu qurmuşdur. Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hakan Günday — Türk yazıçıdır. Hakan Peker — Türk rəqqas, bəstəkar, müğənni və musiqi prodüseridir. Hakan Yavuz — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi.
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Kakao
Kakao ağacı (lat. Theobroma cacao) — əməköməcikimilər fəsiləsinin teobrom cinsinə aid bitki növü.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatkal
Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — Qırğızıstan və Özbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır. Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km². Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.
Elgün Camal