Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazim Ağayev (alim)
Ağayev Nazim Möhsün oğlu (24 dekabr 1937, Bakı – 25 avqust 2015) — azərbaycanlı alim, texnika üzrə elmlər doktoru. == Həyatı == Ağayev Nazim Möhsün oğlu 1937-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1961-ci ildə təhsilini başa çatdırmışdır. == Elmi fəaliyyəti == 1961–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış,1965-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. 1975-ci ildən həmin institutda laboratoriya rəhbəri vəzifəsini icra etmişdir. 1976-cı ildən ömrünün sonunadək Sumqayıt şəhərində Neft-Kimya Prosesləri İnstitutunun filialında (indiki Polimer Materialları İnstitutu) "Metalların polimerlərlə mühafizəsi" laboratoriyanın müdiri vəzifəsində çalışmışdır. 1998-ci ildə Lvov şəhərində Ukrayna Elmlər Akademiyasının Fizika-Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır. N.M.Ağayevin 150-dən artıq elmi əsəri ölkəmizdə və xaricdə nəşr olunmuşdur. O, Qərbi Almaniyanın, İtaliyanın, İngiltərənin, Çexoslovakiyanın elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuş, Beynəlxalq simpoziumlarda və konfranslarda məruzələrlə çıxış etmişdir.
Nazim Babayev (alim)
Nazim Həbib oğlu Babayev (14 iyul 1937, Ordubad – 12 iyul 2014, Sumqayıt) — professor, texnika elmləri doktoru. 12 iyul 2014-cü ildə Sumqayıt şəhərində vəfat etdi. == Həyatı == Nazim Babayev 14 iyul 1937-ci ildə Ordubad şəhərində anadan olmuşdur. === Uşaqlıq dövrü === Uşaqlığı çox pis dövrə düşüb. Bu haqda sonralar o, belə demişdi: "Aclıq idi, çörək tapılmırdı. Anam gilas yığıb gətirib Horadiz tərəflərdə buğdaya dəyişirdi." Orta məktəbdə oxuduğu illər də çox çətin keçmişdir. Mal-qoyun otarmaqla yanaşı, evin bütün təsərrüfat işləri ilə də məşğul olmuş. Amma çətinliklərə baxmayaraq, dərslərindən geri qalmırdı. 8-ci sinifdə oxuyanda o, elektromühərrik düzəldib məktəbə aparır. Bu hadisə nəinki məktəbdə, ölkə səviyyəsində maraqla qarşılanır.
Nazim Hüseynov (alim)
Nazim Hüseynov (17 iyul 1961, Behrud, Ordubad rayonu) — Hidrometeoroloq. Texnika elmləri doktoru, professor.[mənbə göstərin] == Həyatı == Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir.
Nazim Məmmədov (alim)
Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi. == Həyatı == Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib. Elmi əsərlərinin sayı- 368 Xaricdə dərc olunan əsərlərinin sayı- 283.
Nazim Abbasov (alim)
Abbasov Nazim Tanrıverdi oğlu (1 aprel 1930, Marksovka, Ağstafa rayonu – 19 noyabr 2004) — Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri (1972–2004). 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Abbasov Nazim Tanrıverdi oğlu 1930-cu il aprel ayının 1-də Azərbaycan SSR Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. Abbasov Nazim 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib. O, 1949-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1954–1957-ci illər ərzində S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspirantı olmuşdur. Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabr ayının 19-da vəfat etmişdir. == Elmi fəaliyyətləri == Abbasov Nazim 1959-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A. Rozenfeldin elmi rəhbərliyi altında "Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Nazim Abbasovun rəsmi opponentləri f-r.e.d., prof.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Adnan Yalım
Adnan Yalım (25 fevral 1957, Nevşəhər) — türkiyəli rəssam. == Həyatı == 1957-ci ildə Nevşehdə doğulub. Atası müəllim olduğu üçün ibtidai və orta təhsilini müxtəlif bölgə və kəndlərdə almışdır. 1979-cu ildə İstanbul Dövlət İncəsənət Akademiyasına daxil olmuş, 1984-cü ildə magistr dərəcəsi ilə məzun olmuşdur. Həmin il Parisə gedərək tədqiqat və araşdırmalarda iştirak etdi. Parisdən qayıtdıqdan sonra Malatya İnönü Universitetində məruzəçi olaraq işə başladı. 1989-cu ildə sənətində dərəcə aldı. 1990-cı ildə yenidən xaricə getdi və Paris, Amsterdam və Venesiyada tədqiqatlarda iştirak etmişdir. Sənətkarın 13 şəxsi və çoxsaylı ölkə və beynəlxalq səviyyədə sərgilərdə iştirak edib.
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Faytonçu Nazim
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. == Həyatı == 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Nasim Abışov
Şablon:"Əməkdar müəllim Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N.Ə.Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Fiziki kimya” ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış “Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində” orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N.Ə.Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin “Kimyadan Təhsil Assosiasiyasının“ diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur. Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Nazim Abbasov
Nazim Abbasov (alim)
Nazim Abdullayev
Nazim Abdullayev (polis) — şəhid, polis baş serjantı. Nazim Abdullayev (həkim) — əməkdar həkim.
Nazim Kazımov
Nazim Kazımov (4 aprel 1950, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006), professor (2008). == Həyatı == Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olub. 1966-1970 illərdə ADMT-nun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967—1973-cü illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1973—1978 illərdə ADK-nın Xalq musiqisi fakültəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir. 1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981—1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə yenidən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur. N. Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Nazim Kirxlarov
Nazim Nadir oğlu Kirxlarov (20 dekabr 1993; Suraxanı rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Kirxlarov 1993-cü il dekabrın 20-də Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O internat məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nazim Kirxlarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Kirxlarov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim Mahmudov
Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri. == Həyatı == Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == 1962-ci il martın 6-da anadan olub. Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995). Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.
Nazim Mustafa
Nazim Yusif oğlu Mustafayev (Nazim Mustafa; 2 yanvar 1957, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı. == Həyatı == Nazim Mustafa 2 yanvar 1957-ci ildə Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1963–1972-ci illərdə Güllübulaq kənd orta məktəbində, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1977–1980-ci illərdə təyinatla Güllübulaq kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980–1981-ci illərdə Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komsomol Komitəsində məktəblər üzrə üçüncü katib işləmiş, 1980-ci ilin noyabr-dekabr aylarında Ermənistan LKGİ MK-nin göndərişi ilə Bakı Zonal Komsomol Məktəbinin müdavimi olmuşdur. 1981-ci ilin sentyabr ayında Amasiya Rayon Komsomol Komitəsində ideoloji məsələlər üzrə ikinci katib seçilmiş, 1982-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1983–1984-cü illərdə Amasiya Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1983-cü ilin mart ayında Ermənistan LKGİ MK nəzdində Komsomol Məktəbinin müdavimi olmuşdur. Nazim Mustafa 1985-ci il yanvarın 1-dən 1988-ci il dekabrın 1-dək Ermənistan KP Amasiya Rayon Komitəsində idoloji məsələlər üzrə təlimatçı işləmişdir.
Nazim Mustafayev
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Nazim Mustafayev 1941-сi il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə.M.Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N.Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır.
Nazriya Nazim
Nazriya Nazim (malaya. നസ്രിയ നസീം, ing. Nazriya Nazim; 20 dekabr 1994, Tiruvanantapuram[d]) — Hindistan aktrisası, müğənnisi, modeli, teleaparıcısı.
Nazım Axtılı
Nazım Axtılı — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Əsl adı Məhərrəm olan şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Axtı kəndində anadan olub. O, Nazım Axtılı və Şair Axtılı təxəlüssü ilə yazıb yaratmışdır. == Həyatı == Nazım Axtılının şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adının Məhərrəm olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Axtı kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Yaradıcılığına gəldikdə isə şair "Nazim Axtı" və "Şair Axtı" təxəllüsü ilə yazıb. Molla Pənah Vaqiflə mehriban münasibətdə idi. Nazimin sevgi lirikası klassik üslubda yaradılıb. Aşiqin ülvi obrazı ənənəvi bədii vasitələrlə formalaşır.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.