Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narval
Narval (lat. Monodon monoceros) — ağızdan bayıra çıxan böyük dişə sahib orta ölçülü dişli balina. Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşayır. Narval ağ balina kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir. Narvalların erkəkləri uzun düz spiralvari dişlə fərqlənir, hansı ki, əslində uzanmış yuxarı sol köpək dişidir. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Ağ balina kimi narvallar da orta ölçüdədirlər. Dişilər və erkəklər üçün, erkəklərin uzun dişi istisna olmaqla, ümumi boy ölçüsü 3.95 metrdən 5.5 metrə qədər dəyişir; erkəklər dişilərdən bir az daha böyükdürlər. Yetkin narvalın orta çəkisi 800-1600 kiloqramdır. Təqribən 11-13 yaşlarında erkəklər cinsi yetkinliyə çatırlar; dişilərdə isə bu 5-8 yaşlarında baş verir.
Narva
Narva (est. Narva, alm. Narwa‎, rus. keç. Ругодив) — Estoniyada şəhər. İda-Virumaa vilayətin inzibati mərkəzidir. İsveç Karlskoga Danimarka Tinglev Ukrayna Donetsk Finlandiya Lahti Rusiya İvanqorod Estoniya Pyarnu Offizielle Internetpräsenz der Stadt Narvaer Kolleg der Universität Tartu Das Narvamuseum (estn./russ./en.) Stadtansicht, nach J. B. v. Fischer: Versuch einer Naturgeschichte von Livland, 2.
Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi. Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi. Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.
May Narva
May Narva (est. Mai Narva; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014). == Həyatı == May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır. Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016).
Narva-Yıesuu
Narva-Yıesuu (est. Narva-Jõesuu) — Estoniyanın şimali-şərqindəki İda-Virumaa bölgəsində kurort-şəhər. Əhalisi 2,6 min nəfərdir (2012). Şəhərin tarixi adları: Narva-Mündunq (alm. Narwa-Mündung‎) Hungerburq (alm. Hungerburg‎) — rəsmi ad 1922-ci ilə qədər. Ust-Narova — şəhərin tarixi adı. Müasir rus ədəbiyyatında Усть-Нарва şəklində yazılır. 1923-1934-cü illərdə şəhərin rəsmi estonca variantı - Naroova-Yıesuu (est. Naroova-Jõesuu) yazılırdı.
Narva döyüşü
1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı. Rus ordusu Narvaya doğru yola çıxdıqdan sonra XII Karl tez bir zamanda Baltik dənizinin cənub sahillərinə qoşun çıxarıb Kopenhagenə hücum edərək Danimarkanısülh bağlamağa məcbur etdi. İsveçlilər hücum edərək saksoniyalıları polyak kralı II Avqust başda olmaqla Riqanın mühasirəsindən əl çəkib qaçmağa məcbur etdilər. Bu qələbələrdən sonra «İsveç şiri» ləqəbli gənc kral 15 minlik qoşunla Estoniya sahillərinə çıxaraq Narvaya doğru hərəkət etdi. Bu zaman 40 minlik rus ordusu şəhəri mühasirədə saxlasa da,uğur qazana bilmədi. Hərbi sursat və ərzaq çatışmazlığı, payızda yolların keçilməz çətinliyi, rus əsgərləri arasında yayılan aclıq, xəstəlik, soyuq, köhnə və yeni polkların döyüş əməliyyatları aparmaq təcrübəsi və bacarığının yetərsizliyi Narva döyüşünün taleyini İsveçin xeyrinə həll etdi. Noyabrın 18-də Narvaya çatan XII Karl ertəsi gün hücum edib rus polklarını ağır məğlubiyyətə uğratdı.
Narva qəsri
Narva qalası— Estoniyanın şərqində Narvada yerləşən qaladır.1256-cı ildə danimarkalılar tərəfindən əsası qoyulmuş ilk daş qala, 14-cü əsrin əvvəllərində tikilmişdir. 1346-cı ildə 29 avqustda Alman Livoniya ordeni qalanı satın alaraq tarixinin çox hissəsinə sahib olmuşdu.. Narva qalası, həssas bir yerdə — sərhəddə olan bu günə qədər sağ qalan bir real möcüzə adlandırıla bilər. Axı, hər müharibədə düşmən işğalçıları üçün ilk hədəf oldu. Şəhərin hökmdarı hər dəfə qərbin zədələnmiş hissələrini bərpa etməyə çalışdı və qala yenə də düşmənlərdən başqa bir hücumu dəf etməyə hazır olan qalıqları yenidən doğdu. Narvada qala ümumi sahəsi 3 hektardan bir qədər çoxdur. Heykəl qülləsi Uzun Hermann qəsəbənin üstündə 51 m.Bu gün qalalara daimi və müvəqqəti muzey sərgiləri keçirilir, turistlərin qülləsinin üstündə şəhərin mənzərəli panoraması və Narvaqalası, İvano-Borod qəsrinin köhnə əkiz qardaşı ilə müşahidə göyərtəsi var. Təəssüf ki, Narvanada Narva qala tikilməsinin dəqiq vaxtı barədə etibarlı məlumatlar yoxdur. Tarixçilər, əvvəlcə qala XIII əsrin ortalarında Danimarka tərəfindən bir ağacdan tikildiyini qəbul edirlər. Bir əsr sonra şəhər ticarət imtiyazları almış, daş divarları və qüllələri dəyişdirilmiş taxta binalar.
Narva çayı
Narva (est. Narva jõgi) — Estoniya və Rusiya Federasiyasının Leninqrad vilayətinin sərhədindəki çay. Alukse və Bek adları da ədəbiyyatda rast gəlinir. Sonuncu ad 17-ci əsrdə İsveç hakimiyyəti dövründə istifadə edilmiş və Adam Oleari tərəfindəndə xatırlanır. Çay sahilin boyunca yerləşən şəhərlər: İvangorod (Rusiya), Narva və Narva-Yıesuu (Estoniya). Çay sahillərini hazırda iki körpü birləşdirir. 1991-ci ildən bu yana Rusiya-Estoniya sərhədini təşkil edir. Çay sahili boyunca bölgə Prenarovye adlanır. Çay Çud-Pskov gölündən başlayır və Baltik dənizinin Fin körfəzindəki Narva buxtasına axır. Çayın uzunluğu 77 km-dir, bunun 40 km-i yuxarı, 20 km-i orta, 17 km-i isə aşağı axar təşkil edir.
Triin Narva
Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016). Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır. 2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub.
Triyn Narva
Triin Narva (est. Triin Narva; doğ. 12 noyabr 1994, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında FİDE ustası (2016). Triin Narva şahmatçılar ailəsində anadan olub. O, estoniyalı şahmatçılar — Boris Rıtov və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narva və qadınlar arasında Estoniya çempionu (2011) Regina Narvanın qızı, qadınlar arasında beynəlxalq usta May Narvanın isə bacısıdır. 2004-cü ildən 2011-ci ilədək müxtəlif yaş qruplarında (U10, U12, U14, U16, U18) ardıcıl olaraq on iki dəfə şahmat üzrə yeniyetmələr arasında Estoniya çempionatının qalibi olub. 2003-cü ildən 2012-ci ilədək müxtəlif yaş kateqoriyalarında Estoniyanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Ən yaxşı nəticəsi — 18 yaşadək qızların qrupunda blits üzrə Avropa çempionatının bürünc medalı olmuşdur (2012). 2010-cu ildə blits və rapid üzrə Estoniya çempionu olub.
Jerar de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Keçmiş VII arondisman[d] – 26 yanvar 1855[…], Keçmiş VII arondisman[d]) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Cerard de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Keçmiş VII arondisman[d] – 26 yanvar 1855[…], Keçmiş VII arondisman[d]) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Narva Trans FK
Narva-Trans — Estoniyanın futbol klubu. 2 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi. Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu.
Narva şəhər zalı
Narva şəhər zalı — Estoniyanın Narva şəhərindəki tarixi bələdiyyə binasıdır. Bina Town Hall Meydanında Tartu Universitetinin yaxınlığılndakı Narva Kollecinin yanında yerləşir. Bələdiyyə binası İkinci Dünya Müharibəsindən sonra bərpa edilmiş Barokko şəhər memarlığının bir neçə elementindən biri idi. İndi daha çox Sovet dövründən qalma Stalinist strukturlar və Xruşşovlar tərəfindən əhatə olunub. 2023-cü ildə Narva meriyasının yenidən qurulması layihəsi 7 milyon avroya başa çatdırıldı. Bina Narva şəhər hökumətinin oturacağı, habelə turizm məlumat mərkəzi və restoran kimi ilkin funksiyasına qaytarılıb. İçəridə tarixi şəhərin maketi nümayiş etdirilir. Hazırda bu bina Narva Bələdiyyəsi üçün görüş yeri deyil, hansı ki, Pitri meydanındakı binada iclaslar olur.
Darvaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Karvan
Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır. == Baş vermə səbəbi == Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir. == Növləri == Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur: Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində Çay məcrası ilə hərəkət edən Sərt sütunlardan qopan qar uçqunu == Yayıldığı ərazilər == Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Normal
Normal (riyaziyyat)
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi. Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi. 2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Serval
Serval (lat. Leptailurus serval) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin leptailurus cinsinə aid heyvan növü. Servallar praktik olaraq Saxara, ekvatorial zonaları və materikin lap cənub hissələri istisna olmaqla bütün Afrika ərazisində yayılıblar. Hazırda Saxaradan şimalda (Əlcəzair və Mərakeş) bu heyvana çox nadir şəkildə rast gəlinsə də, Qərbi və Şərqi Afrikada ona rast gəlmək adi hal alıb. 14-ə yaxın yarımnövü qeydə alınıb: Leptailurus serval serval, Tanzaniyadan Kap əyalətinə qədər (CAR), Leptailurus serval beirae, Mozambik, Leptailurus serval brachyura, Qərbi Afrika, Sahel, Efiopiya, Leptailurus serval constantina, Şimali Afrika (nəsli kəsilmək üzrədir), Leptailurus serval hamiltoni, Şərqi Transvaal, Leptailurus serval hindeio, Tanzaniya, Leptailurus serval ingridi, Namibiya, cənubi Botsvana, Zimbabve, Leptailurus serval kempi, Uqanda, Leptailurus serval kivuensis, Konqo, Leptailurus serval liposticta, Şimali Anqola, Leptailurus serval lonnbergi, Cənubi Anqola, Leptailurus serval mababiensis, Şimali Botsvana, Leptailurus serval robertsi, Qərbi Transvaal (CAR), Leptailurus serval togoensis, Toqo, Benin.
Xardal
Xardal (lat. Sinapis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Tərkibində yüksək keyfiyyətli yağ olduğu üçün xardal toxumundan bitki yağı istehsalında xammal kimi istifadə olunur. Yağı aldıqdan sonra yerdə qalan hissədən üyüdülmüş xardal tozu əldə edilir. Bu xardal tozundan süfrə xardalı hazırlanır. Xardalı əsas təsiredici maddəsi siniqrin qlükozididir. Qara xardalda 2,81 %, qırmızı xardalda 2,35 %, ağ xardalda isə 0,61 % siniqrin qlükozidi var. Xaççiçəklilər fəsiləsindən olan birillik ot bitkisidir. Vətəni Aralıq dənizidir. Xardalın üç növü var: ağ xardal, qara xardal və qırmızı xardal.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.