Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Nürgüd
Nürgüt — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd. Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək == Əhalisi == Əhalisi 176 nəfərdir (2009). Əhalisi arıçılıq,əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.
PalSüd
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Tarsus
Tarsus ― Mersin ilinin ilçəsi. == Tarixi == Tarsus şəhəri Kilikiya Erməni Çarlığının ilk paytaxtı olmuşdur.
Xurşud
Xurşud — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Xurşud Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Salyan düzündədir. XIX əsrdə balıq vətəgəsinin adı olub. Vətəgənin adı Xurşud Şəxs adı ilə bağlıdır. Yaşayış məntəqəsinin ilk sakinləri Cənubi Azərbaycandan gəlib balıq vətəgəsində muzdla işləyən ailələr olmuşdur. == Din == Kənddə Xurşud kənd məscidi dini icması fəaliyyət göstərir.
Armud
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Arçud
Arçud Borçalı bölgəsində kənd adı. == Toponimkası == Arçud - Borçalı bölgəsində kənd adı. İrəvan quberniyasının Aleksandropol qəzasında bir azərbaycanlı kəndi də (1988-ci ildə həmin kəndin 700 ailəsi Azərbaycana deportasiya edilmişdir) Arçut adlanırdı. Həmin qəzada Arçut adlı xaraba kənd vardı. Türk dillərində arça (ardıc) ağac adındandır.
Narse
Narse (Qafqaz Albaniyası)
Nursu
Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır. Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var. Nursu-Şahbuz rayonunda ça. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür.Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən, qar və qrunt. qismən yağış suları ilə qidalanır.
Eliza Norvud
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Harşad Arora
Harshad Arora (3 sentyabr 1987, Dehli) – Hind aktyor və model. O, əsasən "Colors TV"də yayımlanan Əbədi Sevgi teleserialında "Zeyn Abdullah" və "Star Plus" telekanalında yayımlanan Dahleez serialında "Adarş Sinha" rolları ilə tanınmışdır. == Həyatı == === Erkən illəri === Harşad Arora 3 sentyabr 1987-ci ildə Dehli, Hindistan-da doğulmuşdur. === Karyera === Arora televiziya debutunu Star Plus-un döyüş kriminal trillerində Har Yug Mein Aayega Ek — Arjun epizodu ilə etdi. 2013-cü ildən 2014-cü ilə qədər Hindistan Televiziya Akademiyası Mükafatı, Hindistan Telly Mükafatı və Kalakar Mükafatı da daxil olmaqla bir çox mükafat qazanan Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı seriyalında Preetika Rao (Aaliya Zain Abdullah) ilə birlikdə baş rol olan Zeyn Osman Abdullah (Zain Osman Abdullah) rolunu oynadı. 2015-ci ildə Arora Colors TV-nin Fear Factor: Khatron Ke Khiladi 6-ya qatıldı. 2016-cı ildə Tridha Choudhury-ilə birlikdə Star Plus-un Dahleez qanuni dramında Adarsh Sinha rolunu oynadı. 2016–2017-ci illərdə Arora,Ragini Nandwani ilə Life OK-un fövqəltəbii dramı SuperCops vs Supervillains-də Jai rolunu oynadı. 2018-ci ildə Star Bharat-ın fantastik Mayavi Maling serialında Angad rolunu oynadı. 2019-cu ildən bəri Arora, Anusha Mishra və Priyanka Purohit ilə SAB TV-nin Tera Kya Hoga Alia-da Alok rolunu oynamışdır.
Maqsud Cavadov
Maqsud Əlisimran oğlu Cavadov (13 aprel 1912, Basqal, Şamaxı qəzası – 25 may 1972, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövrünün ən yüksək mükafatı olan "Lenin", iki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuşdur. == Həyatı == Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914–1918-ci illərdə isə təhsilini Şəki Gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğma kəndinə qayıtmış və orada şərbaflıq (ipək toxuculuğu) ilə çalışmağa başlamışdır. === Əmək fəaliyyəti === Maqsud Cavadov 1920–1924-cü illərdə nahiyə və kənd soveti müəssisələrində işləmişdir. Yerli təşkilatlar onu ali təhsil almaq üçün Bakıya ezam etmişlər. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Maqsud Əlisimran oğlu Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1927-ci ildə bu institutun fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1927-ci ildə Pedaqoji İnstitut ilə Azərbaycan Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M. Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrası ilə bağlanmışdır. M. Cavadov universitetdə təhsilini davam etdirmiş və 1930-cu ildə (Bakı) Dövlət Universitetinin də fizika-riyaziyyat fakültəsini bitirmişdir. O, 1930–1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının "Ali riyaziyyat" kafedrasında çalışmışdır.
Maqsud Cəlilov
Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə "Dinlə ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında işləmişdir. 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır.
Maqsud Hacıyev
Maqsud Hacıyev – Ədəbiyyatşünas, tərcüməçi, publisist. == Həyatı == Maqsud İbrahim oğlu Hacıyev 10 sentyabr 1935-ci ildə keçmiş Qonaqkənd rayonunun (indiki Quba rayonu) Gümür kəndində anadan olmuşdur. Azərbaycan EA Dilçilik İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Əmək veteranıdır. O, bir sıra beynəlxalq simpoziumlarda məruzələrlə iştirak etmişdir.İxtisasca şərqşünasdır."Tat dilinin Qonaqkənd ləhcəsi"(1971), "İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət" (İsfahan, 1973, 1974), "Beş il qonşu diyarda" (1976), "İran etüdləri" (1979), "Dörd ildə gördüklərim"(1985), "Əfqan şerində Lenin və oktyabr mövzusu" (Kabul, 1987), "Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası" ( rus və dəri dillərində, Kabul, 1988), "Əfqanıstan görüşləri" (1989), "Azərbaycan tatlarının dili" (1995)və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınmışdır.O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə etmiş, Ç.Çaplinin "Səhnə işıqları", Şərq xalqlarının həyatına dair "Məzəli əhvalatlar", əfqan xalqının nağıllarından ibarət "Çilan və şeytan" kimi tərcümə kitablarını oxuculara təqdim etmişdir."Azərbaycan Sovet Ensiklopediyası"nın 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.Maqsud Hacıyev Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, "Bilik" Maarifçilik Cəmiyyətinin Yaxın və Orta Şərq ölkələri üzrə siyasi icmalçısı, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri Filologiya doktoru, Beynəlxalq Şərqşünaslar Assosiasiyanın həqiqi üzvü, Mahir Sənətkar diplomçusu, Nailiyyət Ali Jurnalist mükafatı laueratı, Respublika Tat mədəniyyət mərkəzinin sədri, Azərbaycan Ziyalılar Universitetinin professoru, Əfqanıstan müharibəsi iştirakçısı, Əmək veteranıdır.
Maqsud Maqsudov
Maqsud Maqsudov — Göyçay Rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası İmişli Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == Maqsud Maqsudov 30-cu illərdə bir sıra mühüm dövlət vəzifələrində çalişmış, əvvəlcə Xaçmaz, sonra isə Şəki rayonlarında MTS-lər üzrə partiya komitəsinin katibi işləmişdir. 1935-ci ildə Balakən Rayon Partiya Komitəsinin birinci katibi, 1 il sonra isə İmişli Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1939-cu ildə Göyçay Pedagoji Texnikumunun direktoru, 1947-ci ildə isə Göyçay rayon Icraiyyə Komitəsinin sədri seçilmişdir.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Maqsud Məmmədov
Maqsud Məmmədov (baletmeyster) (d.1929) — azərbaycanlı baletmeyster, rəqs quruluşçusu, libretto müəllifi. Maqsud Məmmədov (aktyor) (d. 1969) — aktyor, qrim rəssamı. Maqsud Məmmədov (rektor) — 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru.
Maqsud Narikbayev
Maqsud (Maksut) Sultan oğlu Nərikbayev (qaz. Мақсұт Сұлтанұлы Нәрікбаев; 30 mart 1940, Elkeldi rayonu[d], Almatı vilayəti – 12 oktyabr 2015, Astana) — Sovet və Qazaxıstan dövlət xadimi, Qazaxıstan Baş Prokuroru (1995–1996), Qazaxıstan Ali Məhkəməsinin sədri (1996–2000), Qazaxıstan Ali Məhkəmə Şurasının üzvü, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, ən yüksək hakim ixtisas dərəcəsi, hüquq doktoru, professor. == Həyatı == 1940-cı ildə Qazaxıstan SSR, Almatı vilayətinin Taldı-Kurqan rayonu, Erkin kəndində anadan olub. Ukraynada bir texniki məktəbdə oxuyan Qazaxıstan Prezidenti N. A. Nazarbayevin tələbə yoldaşı. Huac qəbiləsindən gəlir. 1959-cu ildə Ukraynada bir texniki məktəbi bitirdikdən sonra mədəni və informasiya təşkilatlarında çalışdı: bir klub rəhbəri, Taldı-Kurqan Radio və Televiziya Müdirliyinin müxbiri və redaktoru. Taldı-Kurgan Rayon İşçi Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin mədəniyyət şöbəsinə rəhbərlik edirdi. Qazaxıstan Dövlət Universitetini bitirib. S. M. Kirov, hüquq sahəsində ixtisaslaşmışdır. 1974-cü ildə universiteti bitirdikdən sonra Taldı-Kurqan şəhər prokurorluğunda stajyer olaraq çalışdı və daha sonra böyük müstəntiq oldu.
Maqsud Nəcəfov
Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998-2019), riyaziyyat üzrə elmlər doktoru, professor. Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş, həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. == Həyatı == Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir. 22 aprel 2021-ci ildə vəfat etmişdir. === Ailəsi === Ailəli idi. 3 övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Maqsud İbrahimbəyov
Maqsud İbrahimbəyov (11 may 1935, Bakı – 22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-nin Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti. "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenləri laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır. == Həyatı == Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.
Maqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Maqsud Əliyev
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. == Həyatı == Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. == Elmi fəaliyyəti == Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.