Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. == Həmçinin bax == Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
Narin (xörək)
Narin (qırğ. наарын, нарын; qaz. нарын; özb. норин; uyğ. нерин) — türkdilli xalqların ənənəvi ət yeməyi. Ümumiyyətlə, yemək soğan sousu ilə incə doğranmış qaynadılmış ətdir, əksər hallarda incə doğranmış əriştə də əlavə olunur. == Milli mətbəxlərdə == === Qırğız mətbəxində === Narin ən qədim və məşhur ənənəvi qırğız yeməklərindən biridir. Xalq nağıllarında, mahnılarında və dastanlarında bu yeməyin adına istinadlar tez-tez rast gəlinir. Əvvəllər narin, demək olar ki, bütün bayramlarda, toylarda bişirilirdi. Narin ət yemək ritualının ayrılmaz hissəsidir.
Narin vilayəti
Narin vilayəti — Qırğızıstanda vilayət.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Etimologiya == Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. == Tarixi == Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Narın (şəhər)
Narın (qırğ. Нарын) — Qırğızıstanda şəhər. == Ümumi məlumat == Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır. Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatur qışda −40 °C dir. İllik orta temperatur −6 °C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır.
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Narın çayı
Narın çayı (qırğ. Нарын дарыясы, ing. Naryın River, rus. Нары́н)- Qırğızıstanda çay. Sırdərya çayının əsas qollarından biridir. Çay Qırğızıstanın ən böyük və ən uzun çayıdır. Qərbə doğru Özbəkistan Repsublikasının Fərganə vadisinə doğru istiqamətlənmişdir. Qırğızıstanla Özbəkistan sərhəddində Qırğızıstanın İsıkgöl, Narın, Cəlalabad və Özbəkistanın Namaqan vilayətlərindən keçir. Uzunluğu 807 km, Hövzəsinin sahəsi 59 100 km2-dir. == Etimologiyası == Çay adını 1868-ci ildə Rus qarnizonu olan və indi müasir şəhər olan Narın şəhərindən götürmüşdür.
Narın şəhəri
Narın (qırğ. Нарын) — Qırğızıstanda şəhər. == Ümumi məlumat == Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk — Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır. Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatur qışda −40 °C dir. İllik orta temperatur −6 °C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır.
Yariv Levin
Yariv Levin (ivr. ‏יָרִיב גִּדְעוֹן לֵוִין‏‎; 22 iyun 1969, Qüds) — İsrailli hüquqşünas və siyasətçi. Hal-hazırda Likud və Knessetin spikeri üçün Knesset üzvü olaraq vəzifədədir. Bundan əvvəl İctimai Təhlükəsizlik Naziri, Turizm naziri və Aliyah və İnteqrasiya naziri vəzifələrini tutmuşdur.
Nari (Mərgavar)
Nari (fars. هاشم اباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Nari Li
Nari Li (6 iyun 1972, Kamboca) — Kambocalı marafonçu. Nari Li Kambocanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nari Li birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 20 dəqiqə 20 saniyəyə qət edərək 157 marafonçu sırasında 133-cü yeri tutdu.
Narı (Urmiya)
Narı (fars. ناری‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 698 nəfər yaşayır (141 ailə).
Narı Quliyeva
Narı Əbülfəz qızı Quliyeva (10 iyul 1928, Culfa rayonu, Naxçıvan MSSR – 2005, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Sosialist Əməyi Qəhrəmanı Prezident təqayütçüsü. (1949). == Həyat və əmək fəaliyyəti == Narı Quliyeva 10 iyul 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə V. İ. Lenin adına kolxozda başlamış, 1956-cı ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1956-cı ildən Naxçıvan sovxoz-texnikumunda laborant işləmişdir. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Sovet İttifaqı Kommunist Partiyası 21-ci qurultayının nümayəndəsi olmuşdur. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Narı Quliyeva 2005-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Qüdrət narı
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki. Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar. Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.
Narın qumlar (səhra)
Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra. Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur. Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Azərbaycan mədəniyyətində narın rolu
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Tənha Narın Nağılı (1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Azərbaycan narı (film, 1978)
"Azərbaycan narı" — qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycanda yetişdirilən narın xüsusiyyətləri, onun bənzərsiz keyfiyyəti, nardan alınan müxtəlif məhsullar və bu məhsulların tətbiq edilməsindən danışır. == Məzmun == Sənədli televiziya filmi Azərbaycanda yetişdirilən narın xüsusiyyətləri, onun bənzərsiz keyfiyyəti, nardan alınan müxtəlif məhsullar və bu məhsulların tətbiq edilməsindən danışır.
Tənha narın nağılı (film, 1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki “arkheon” sözündən törəyib, latın dilindəki “archivum” sözünə keçmişdir. Məna etibarı ilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız

Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.