Narın qumlar səhrası (qaz. Нарын құмы, rus. Рын-пески, Рыны, Нарын-пески, Нарын) — geniş ərazini əhatə edən və barxanlarla zəngin olan səhra.
Narın qumlar səhrası | |
---|---|
qaz. Нарын құмы, rus. Рын-пески | |
| |
Yerləşməsi | |
48°09′00″ şm. e. 49°27′00″ ş. u. | |
Ölkələr | |
|
|
|
Səhra Xəzərönü çökəklikdə Volqa (İdil) və Ural (Yayıq) çayları arasında yerləşən ərazini əhatə edir. Narın qumlar səhrası 40 min. km² ərazini əhatə edir. Vaxtı ilə göl dibini təşkil etdiyindən narın qumlarla örtülmuşdur[1].
Səhranın bir qismi ot və kollarla örtülür. Qum fırtınaları səhra üçün xarakterikdir. Şirin su mənbələri səhtə yaxındır.
Qumlar Qərbi Qazaxıstan vilayətinin Xan Ordası meşəliyinin daxilinə doğru hərəkət edir. Bəzi hissələrdə barxanlar kiçik təpələr əmələ gətirir. Burada maksimal barxanların hündürlüyü 13 metrdir. Qırmızı-sarı rəngə malik qumlar balıqqulağı ilə zəngindir.
Səhra Batpaysağır, Terektiqum, Jamanqum, Orda, Bozanay, Qosdəulet və Menteke kimi massivlərə bölünür. Şimal-şərqini Qamıs-Samar düzənliyi əhatə edir[2].
İqlimi kontinentaldır. Yanvar ayının orta illik temperaturu −10,4 ; −12,2 °C, iyulda 34,9–34,5 °C təşkil edir. Orta illik yağıntının miqdarı 214–246 mm-dir. Qar örtüyünün qalınlığı 10 sm keçmir. Buxarlanma yağıntıdan 5–6 dəfə çoxdur. Sirin sular 1,5–2 metr dərinlikdə yerləşir. Yaz ayları Sarıözen və Qaraözen çayları səhraya axır.
Səhrada cuzqun, gəvən, yulğun, ayrıqotu, yovşan və digər kol bitkiləri bitir. Nadir hallarda qızılağac, əsməqovaq, qovaq kimi ağaclara rast gəlinir. Burada sünbülqıran, dovşan, ərəbdovşanlar kimi canlılar yaşayır. Narın qumlar səhrasının ərazisində "Orda" geobotanik yasaqlığı təşkil edilmişdir.
Narın qumlar səhrasının ərazisi 19-cu əsrdə Bökey ordasının yerləşdiyi ərazi idi.
1887-ci ildə səhra ərazisində Jasküs və Qandıağaş ayrıqlarından, 16,895 hektar ərazini əhatə edən meşəçilik sahəsi təşkil olunması planlaşdırılmışdı, və qalan yerlərdə oralarda vaxtilə mövcud olan ağaclıq ərazidən qalmış ağaclıq bitki örtüyünün məhv olmasını qabaqcadan xəbərdar etmək üçün nəzarətin güclənməsinə qərar verilmişdi.[3]