Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nadejda
Nadejda — Rusiyada qadın adı. Nadejda Aliluyeva — İosif Stalinin həyat yoldaşı. Nadejda İsmayılova — Ssenari müəllifi və kino redaktoru. Nadejda Savçenko — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, Nadejda Yermakova — Belarus Mərkəzi Bankının rəhbəri Nadejda Vendelin — Aktrisa. Nadejda Krupskaya — Leninin arvadı. Nadejda Dırenkova — rus sovet türkoloqu. Nadejda Udaltsova — rus avanqard rəssam Nadejda Rumyanseva — Rusiya aktrisası Nadejda Mandelştam — Rusiya yazıçısı.
Novelda
Novelda (isp. Novelda) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 75,7 km² hissəsini əhatə edir.2010-cu ildə hesablamalara görə əhali 27104 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 24 km uzaqlıqda yerləşir.
Nevada
Nevada (ing. State of Nevada) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Karson şəhəridir.
Amfitrita (nereida)
Amfitrita (yun. Ἀμφιτρίτη) — yunan mifologiyasında personaj, Psevdo-Apollodora görə okeanida, Okean və Tefidanın qızı. Hesioda görə nereida, Poseydonun arvadı, Triton, Rodos və Bentesikimin anası.Əfsanəyə görə Poseydonun onu özünə arvad etmək arzusunu eşidərək dərhal Atlantın yanına qaçır, lakin sonradan Poseydonun göndərmiş olduğu delfinin təkidi ilə geri qayıtmağa məcbur olmuşdur. İncəsənət əsərlərində okeanida Amfitrita bir ilahə və okeanın çariçası kimi, dəniz atları və tritonlar qoşulmuş arabada, dəniz tanrısı Poseydonun yanında təsvir edilir. Teseyə qızıl çələngi məhz Amfitrita bağışlamşdır.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Dinamena (nereida)
Dinamena (yun. Δυναμένη) — yunan mifologiyasında Nerey və Doridanın qızı.
Evdora (nereida)
Evdora — yunan mifologiyasında nereida, Nerey və Doridanınnın.
Evnika (nereida)
Evnika (yun. Εὐνείκη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
FK Nevejis
Nevėžio futbolo klubas – Litvanın Kėdainiai şəhərini təmsil edən futbol klubu. Litvanın "A liqası"nda çıxış edir.
Fetida (nereida)
Fetida (yun. Θέτις, lat. Thetis) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı, Fassaliy əfsanəsinə görə kentavr Xironun qızı. Bədəninin aşağı hissəsi balıq kimi pulla örtülmüşdür.
Nadejda Aliluyeva
Nadejda Sergeyevna Aliluyeva (rus. Надежда Сергеевна Аллилуева; 22 sentyabr 1901, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 9 noyabr 1932, Moskva, RSFSR, SSRİ) — İosif Stalinin həyat yoldaşı. == Həyatı == Nadejda Aliluyeva 1901-ci il sentyabrın 22-də Bakıda anadan olmuşdur. 1917-ci ildə Stalin Sibirdən Petroqrada qayıtdıqdan sonra Nadejda Aliluyeva ilə sevgi münasibətləri olmuşdur. 1918-ci ildə Nadejda Aliluyeva İosif Stalinlə ailə həyatı qurmuşdur. 1921-ci ildə oğlu Vasili, 1926-cı ildə qızı Svetlana anadan olmuşdur. 1926–1929 illərdə Moskva Sənaye Akademiyasında təhsil almışdı. "Революция и культура" jurnalı və "Правда" qəzeti redaksiyaları ilə əməkdaşlıq etmişdir. Nadejda Aliluyeva xəstə idi, güclü baş ağrılarından əziyyət çəkirdi. 1932-ci il noyabrın 9-da tapançadan ürəyinə atəş açaraq intihar etmişdir.
Nadejda Dırenkova
Nadejda Petrovna Dırenkova (31 may 1899 - 28 oktyabr 1941) — rus sovet türkoloqu. == Həyatı == Nadejda Petrovna Dırenkova 1899-cu ildə anadan olmuşdur. Dana çox etnoqrafiya sahəsi ilə çalışmağına baxmayaraq türk dialektlərini tədqiq etmişdir. Türkologiya sahəsində «Grammatika ojrotskogo jazyka» (1940), «Grammatika sorskogo jazyka» (1941), «Grammatika hakasskogo jazyka» (1948) adlı qrammatika kitablarının müəllifi olaraq şöhrət qazanmışdır. «Tofalarskij jazyk» adlı məqaləsi 1963-cü ildə nəşr olunmuşdur. «Sorskij folklor» adlı əsəri dəyərli bir tədqiqatdır (1940). Nadejda Dırenkova 1941-ci ildə Leninqradda vəfat etmişdir.
Nadejda Karpova
Nadejda Karpova (rus.: Наде́жда Алексе́евна Ка́рпова , 9 mart 1995, Yaroslavl) — Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın "Espanyol" klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. == Karyerası == Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli "Uşaq Gənclər İdman Məktəbi" olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan "Rosiyanka" klubuna məxsus olan "Zveniqorod Olimpiya Ehtiyatları Məktəbi"ndən dəvət təklifi alır. 2013-cü ildə "Zorkaya" klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında "Zorki"nin heyətində debütu, 11 may 2014-cü il tarixində "Mordovoçki" ilə oyunda baş tutur.
Nadejda Krupskaya
Nadejda Konstantinovna Krupskaya (rus. Надежда Константиновна Крупская; 14 (26) fevral 1869, Sankt-Peterburq – 27 fevral 1939[…], Moskva) — rus inqilabçısı, sovet dövlət, ictimai və mədəni xadimi, pedaqoji elmlər doktoru, Leninin həyat yoldaşı.
Nadejda Kuçer
Nadejda Kuçer (rus. Надежда Анатольевна Кучер; 18.5.1983, SSRİ, Minsk) — Müğənni (lirik soprano).
Nadejda Mandelştam
Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı. 26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur. Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı: "Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi.
Nadejda Muravyeva
Nadejda Muravyeva (d. 30 iyun 1980) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Nadejda Muravyeva Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Nadejda Neynski
Nadejda Neynski (bolq. Надежда Михайлова, tam adı Надежда Николова Михайлова, ikinci evlilikdən sonrakı soyadı Neynski, 9 avqust 1962, Sofiya[…]) — Bolqar siyasətçi və dövlət xadimi. == Bioqrafiya == 9 avqust 1962-ci ildə Sofiyada dünyaya gəldi. Sofiya şəhərində 127 nömrəli İvan Denkoğlu adına orta məktəbdə oxudu. Sonra 9-cu Fransız dili məktəbində Alphonse de Lamartineʼdə ispan dilinin tədrisinə başladı. 1985-ci ildə Sofiya Universitetinin filologiya fakültəsini bitirmişdir. Bolqarıstanda demokratik dəyişikliklər başlamazdan əvvəl İspan şeiri, İngilis ədəbiyyatı tərcüməçisi və müstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. Həyat yoldaşı ilə evləndikdən sonra, Misirdə həyat yoldaşı Kamen Mixaylov xarici ticarət şirkətinin "Texnoexport" şirkətinin rəhbər köməkçisi vəzifəsində çalışdı. 1989-cu ildə Demokratik Qüvvələr Birliyinin (DQS) koalisiyasının üzvü olan yenidən qurulan Radikal Demokrat Partiyasında siyasi fəaliyyətinə başladı. 1991 seçki kampaniyasında DQS mətbuat mərkəzinə başçılıq etdi və seçkidən sonra Filipp Dimitrov hökumətini təmsil edən mətbuat mərkəzinin rəhbəri oldu.
Nadejda Qlızina
Nadejda Qlızina (20 may 1988) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Nadejda Qlızina, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Nadejda Rumyanseva
Nadejda Vasilyevna Rumyanseva (rus. Наде́жда Васи́льевна Румя́нцева, 9 sentyabr, 1930, Potapovo, Smolensk vilayəti - 8 aprel, 2008, Moskva) — Rusiya aktrisası. == Həyatı == Nadejda Rumyanseva 1930-cu il sentyabrın 9-da Smolensk vilayətinin Potapova kəndində anadan olub, ailələri bir il sonra Javoronki qəsəbəsinə köçüb. Nadya və Volodyanın uşaqlığı burada keçib. Nadejdanın atası qatar bələdçisi işləyirdi, İkinci Dünya müharibəsindən əlil qayıtmışdı. Ailənin kiçiyi olsa da, Nadejda çox diribaş uşaq idi. Orta məktəbdə əlaçı olmaqla yanaşı, gimnastika ilə məşğul olur, xorda oxuyurdu, məktəbi də qızıl medalla bitirmişdi. Sənətə böyük maraq göstərən Nadya əvvəlcə Mərkəzi Uşaq Teatrının nəzdindəki studiyada, sonra Lunaçarski adına Teatr İnstitutunda oxuyur. 1955-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirir. Bir çox rolları ilə tamaşaçı sevgisi qazanan aktrisa, 1959-cu ildə rejissor Yuri Çulyukinin "Təslim olmayanlar" kinokomediyasında Nadya Berestova roluna çəkilir.
Nadejda Samsonova
Nadejda Samsonova (26 aprel 1924, Kiyev, SSRİ – 9 yanvar 2010, Moskva) — sovet kino aktrisası. == Həyatı == Nadejda Vasilyevna Samsonova 26 aprel 1924-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində hərbçi ailəsində anadan olmuşdur. Uşaqlıqdan bütün ölkəni gəzən aktrisa məktəbi Ulan-Udedə bitirmişdir. ÜDKİ-də pedaqoqlar Bibikov və Pijovoydan dərs almışdır. Epizodlar ustası sayılır. Kəskin və qeyri-adi rolların ifaçısıdır. 200-dən çox filmə çəkimişdir. Həmçinin 800-dən artıq filmin dublyajında iştirak etmişdir. 1950-1980-ci illərdə Kinoaktyor Teatr-Studiyasında çalışan aktrisa, həm də M. Qorki adına Kinostudiyanın ştatlı aktrisası idi. 9 yanvar 2010-cu ildə Moskvada vəfat etmişdir.
Nadejda Savçenko
Nadejda Viktorovna Savçenko (ukr. Надія Вікторівна Савченко, 11 may 1981, Kiyev) — Ukrayna silahlı qüvvələrinin baş leytenantı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, 25 dekabr 2014-ci ildən Avropa Şurasının Parlament Assambleyası daimi nümayəndə heyətinin üzvü, Mİ-24 vertolyotunun şturman-operatoru, Ukrayna qəhrəmanı. Ümumrusiya dövlət televiziya və radio verilişləri şirkətinin çəkiliş qrupunun rusiyalı jurnalistinin qətlində əli olduğunu görə 17 iyun 2014-ci ildə Rusiyada 22 il azadlıqdan məhrum edilib.
Nadejda Sementsova
Nadejda Sementsova (2 noyabr 1985; Donetsk, Ukrayna SSR) — 2010-2015-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. 2010 və 2011-ci illərdə Avropa Çempionatının qalibi olub. == Həyatı == Nadejda Sementsova 1985-ci il noyabrın 2-də anadan olub. 2000-ci ildən güləşlə məşğul olur. 2008-ci ildən şəxsi məşqçisi Sergey Latışevdir. Ailəlidir, bir oğlu var. == Karyerası == Nadejda Sementsova beynəlxalq səviyyədə birinci uğurunu 2002-ci ildə Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatında qazandı. Sementsova final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu. Bundan sonra o, bir müddət idmandan uzaqlaşdı. 2010-cu ildə isə Nadejda Sementsova Azərbaycan yığmasının heyətinə cəlb edildi.
Nadejda Sozonova
Nadejda Sozonova (14 avqust 1991, Aksay, Rostov vilayəti) — Rusiyalı qadın reqbiçi. Qadın reqbiçələrdən ibarət Rusiya milli komandasının və Moskvanın "MOİK" qadın reqbi komandasının üzvu. "Reqbi-7" üzrə qadınlardan ibarət Rusiya milli komandasının kapitanı. 2013, 2014 və 2016-cı illərdə Avropa çempionu olub. Rusiyanın əməkdar idman ustasıdır. == Karyerası == Karyerasına 2008-ci ildə Krasnodarın "Yujanka" komandasında başlayıb. 2009-cu ildə Krasnodarın "Kuban" komandasına keçir. Krasnodar təmsilçisinin heyətində 10 il oynadıqdan sonra, 2019-cu ildə Moskvanı təmsil edən "MOİK" komandasına keçir.
Nadejda Udaltsova
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва) (d. 1886 - ö. 1961) — rus avanqard rəssam (suprematist, kubist). == Həyatı == Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb. Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub. Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib. 1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb.