Nadejda Sementsova (2 noyabr 1985, Baxmut[d], Donetsk vilayəti) — 2000–2005-ci illərdə Ukraynanı, 2010-2015-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi, 2010 və 2011-ci illərdə Avropa Çempionatlarının qalibi.[1]
Nadejda Sementsova | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Nadejda Sementsova | ||||||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
||||||||||||||||
Doğum tarixi | 2 noyabr 1985 (39 yaş) | ||||||||||||||||
Doğum yeri | Baxmut, Ukrayna SSR | ||||||||||||||||
Boyu | 168 sm. (5 ft 6in) | ||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||
Karyera illəri | 2000—2015 | ||||||||||||||||
Məşqçisi | Sergey Latışev | ||||||||||||||||
Medallar
|
Nadejda Sementsova 2002-ci ildə Albaniyanın Albena şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu.[1] Həmin dönəmdə yığmada rəqabət olduğuna görə Nadejda Sementsova beynəlxalq turnirlərdə mübarizə apara bilmirdi.[1] 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) Nadejda Sementsovanı qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1]
2010-cu ilin aprelində Nadejda Sementsova Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[1] Həmin il Rusiyada baş tutan Dünya Çempionatında isə Nadejda Sementsova turniri beşinici pillədə başa vurdu.[1] Karyerasının ən uğurlu mövsümü 2011-ci ilə təsadüf edən Nadejda Sementsova həmin il əvvəl fevralda Yaşar Doğu Turnirinin, sonra isə martda Klippan Lady Openin qızıl medallarına sahib oldu.[1] Apreldə Nadejda Sementsova Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə Avropa Çempionatının qalibi oldu.[1] Daha sonra Avstriyada Austrian Ladies Openin bürünc medalına sahib olan Nadejda Sementsova həmin il İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[1]
Nadejda Sementsova 2012-ci ilin fevralında Kiyev şəhərində Kiyev Turnirinin qalibi oldu, martda isə Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu.[1] Mayda Nadejda Sementsova Finlandiyada Dünya Olimpiya Təsnifat Turnirində çıxış etsə də, olimpiya lisenziyası əldə edə bilmədi.[1] İyulda Nadejda Sementsova Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirin qızıl medalına sahib oldu.[1]
Analıq məzuniyyətinə görə Nadejda Sementsova bir müddət idmandan uzaqlaşdı.[1] 2014-cü ildən beynəlxalq turnirlərdə mübarizə aparmağa davam edən Nadejda Sementsova həmin il Almaniya Qran-Prisini bürünc medalla başa vurdu.[1] 2015-ci ildə isə Nadejda Sementsova Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini və Polşada Poland Open beynəlxalq turnirinin gümüş medallarına sahib oldu.[1] Nadejda Sementsova 2015-ci ildə 30 yaşında idmanla vidalaşdı.[1]
Yeniyetmələrin Avropa Çempionatı | Türkiyə | |||
Yeniyetmələrin Avropa Çempionatı | Albaniya | |||
Gənclərin Avropa Çempionatı | Polşa | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Rusiya | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Klippan Lady Open | İsveç | |||
Avropa Çempionatı | Almaniya | |||
Austrian Ladies Open | Avstriya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Türkiyə | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Serbiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | Finlandiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Kanada | |||
A. Medved Turniri | Belarus | |||
Avropa Çempionatı | Finlandiya | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Paris Qran-Prisi | Fransa | |||
Klippan Lady Open | İsveç | |||
D. Kolov - N. Petrov Turniri | Bolqarıstan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Poland Open | Polşa | |||
Dünya Çempionatı | ABŞ |