Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Nelya Novotorjina
Nelya Nikolayevna Novotorjina (2 aprel 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları” laboratoriyasında aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Nelya Novotorjina 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsinin axşam şöbəsinin 3-cü kursunda oxuduğu müddətdə Aşqarlar Kimyası İnstitutunun «Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları» laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. Sonra o, ardıcıl olaraq 1972-ci ildən mühəndis, 1978-ci ildən böyük mühəndis, 1986-cı ildən kiçik elmi işçi və 2003-cü ildən 2009-cu ilə qədər böyük elmi işçi, 2009-cu ildən indiyə qədər aparıcı elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə o, dosent elmi adını almışdır. N.Novotorjina 1988-ci ildə «Di-,tritiokarbonat və ditiofosfat turşularının metiləvəzli efirlərinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi» mövzusunda dissertasiya işini müdafiə etmiş və 2314.01 – “Neft kimyası” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-cü ildə dosent elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == İnstitutda işlədiyi müddətdə N. Novotorjina tərkibində azot, kükürd, fosfor, bor olan üzvi birləşmələrin sintezi və tədqiqi ilə məşğul olmuşdur. Novotorjina N.N. yüksək keyfiyyətli məlum transmissiya TAD-17ИХП yagının və bu yağda istifadə olunan ИХП-14A və ИХП-14M aşqarlarının müəl-liflərindən biridir. O, həm də bu aşqarların alınma texnologiyası ilə çox sıx məşğul olmuşdur.
Nelya Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). == Həyatı == 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Elza Bəkirova
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. == Həyatı == Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Elza Seyidcahan
Elza Seyidcahan (7 iyul 1968, Siyəzən) — Azərbaycan bəstəkarı; müğənni. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Qasımova Elza Nuru qızı 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977–1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982–1987-ci illərdə S. Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994–2000-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır. 2001-ci ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H. Orucovun "Durnalar qayıdanda", İ. Əfəndiyev "Sən mənim dayımsan", Ə. Əylislinin "Bağdada putyovka var", Q. Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H. Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir. 2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir.
Elza Səmədova
Dr. Elza Səmədova Nizami qızı — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı. == Həyatı == == Elmi Fəaliyyəti == Elza Səmədova Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. Elza Səmədova 1993-2004 tarixləri arasında türk ləhcələri sahəsində Türkiyənin Erciyəs və Səlcuq Universitələrində bakalavr, magistr və doktora təhsili almış və türk ləhcələrinin müqayisəli morfologiyası və semantikası istiqamətində PH.D dərəcəsinə layiq görülmüşdür. Eyni zamanda 1993-1997 tarixləri arasında Türkiyənin Erciyəs universitəsində təhsil pedaqogikası istiqamətində bakalavr pilləsini bitirmişdir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır. Onun, tarixi türk ləhcələri müasir türk ləhcələri arasındakı paralelliklər qurduğu araşdırmaları və müqayisəli qrammatika istiqamətindəki tədqiqatları uğur qazanmışdır. 2004 – 2008 tarixləri arasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi və Türk dünyası işlətmə fakültəsinin təhsil və tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Elza Triole
Elza Triole(Elza Yuryevna Kaqan, 12 (24) sentyabr 1896, Moskva – 16 iyun 1970[…]) — Rus əsilli fransız yazıçısı.
Elza İbrahimova
Elza İmaməddin qızı İbrahimova (10 yanvar 1938, Hacıqabul – 11 fevral 2012, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının (2008) və Dağıstanın xalq artisti, milliyətcə ləzgidir. == Həyatı == Elza İbrahimova 1938-ci ildə Hacıqabul (Qazıməmməd) şəhərində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.. == Yaradıcılığı == Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir, amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə. Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.
Nela Erjişnik
Nela Erjişnik (xorv. Nela Eržišnik 18 iyun 1922, Banya Luka – 14 avqust 2007) — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı. Əsl adı Nevenka Marasdır. İkinci evliliyindən sonra özünə xaç adını götürmüş, soyadını isə ərinin soyadına dəyişmişdir. == Bioqrafiya == Nela Erjişnik 18 iyun 1922-ci ildə Banya Luka şəhərində anadan olmuşdur. İvan və Matildanın övladıdır. Marasın uşaqlığını Qоspiç və Otoçatsda keçirir. Burada ibtidai məktəbi və bir gimnaziyanın üç sinifini bitirir. 1935-ci ildə ailə Zaqrebə köçür, burada qız Qorniqrad gimnaziyasını bitirir. Müstəqil Xorvatiya Dövlətin dövründə şəhərin baş poçt şöbəsində işləyir.
Nela Hasanbegoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Hasanbeqoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Kuburoviç
Nela Kuburoviç (serb-kiril Нела Кубуровић; 7 aprel 1982, Sarayevo) — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. == Həyatı == Nela Kuburoviç 1982-ci il aprelin 7-də Yuqoslaviyanın Sarayevo şəhərində anadan olub. 2005-ci ildə o, Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 2006-cı ildən 2008-ci ilə qədər Nela Kuburoviç, Belqrad şəhərində ədliyyə orqanlarında çalışıb. 2008-ci ildən 2009-cu ilə qədər isə o, Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2014-cü ildən 2016-cı ilə qədər ədliyyə nazirinin yardımçısı olan Nela Kuburoviç, 2016-cı il avqustun 11-dən Serbiyanın ədliyyə naziridir.
Neza Biduan
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Andrey Nedza-Kubiniek
Andrey Nedza-Kubiniek (19 iyun 1991) — Polşalı biatlonçu. Andrey Nedza-Kubiniek Polşanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Nedza-Kubiniek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Nedza-Kubiniek 25:59.2 saniyəlik nəticəsi ilə 87 atlet arasında 67-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Əl Nəhza (qəzet)
"Əl Nəhza" (qəzet)— siyasi və gündəlik qəzet. == Haqqında == Təsisçilik hüququ siyasi və gündəlik olsa da həftədə bir dəfə nəşr oluna bilən ərəb dilli “Əl Nəhza”nın rəhbəri Abduləziz Əl Talibi, məsul baş yazarı 1958-ci ildən Kərkükdə vəkillik edən mosullu Mehmet Siddiq Əl Nəqqaş idi. İlk sayı 1963-cü il martın 12-də çap edilmiş “Əl Nəhza” böyük formatda 4 səhifəlik qəzet olub Bağdadda “Əl Teleqraf” mətbəəsində çap edilirdi. Nüsxəsi 15 filisə satılan qəzetin abunə haqqı İraq üçün 5 dinar, xarici ölkələr üçün isə altı dinar idi. Əsasən sağ yönümlü olan nəşr kommunizm əleyhinə fəaliyyət göstərirdi. 1963-cü il martın 28-i qəzetin üçüncü sayı çap edildikdən sonra onun sahibi “Əl Nəhza”nı Süleymaniyyəyə daşımış, orada bir müddət vəkil Siddiq Abdullah Muxtarın rəhbərliyi ilə çap edilmiş, daha sonra bağlanmışdır.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. == Həyatı == Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır.Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. == Tarixi == 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Neffa
Neffa (əsl adı Covanni Pellino, it. Giovanni Pellino 7 oktyabr 1967, Skafati, Kampaniya) — tanınmış İtalyan müğənnisi. == Həyatı == Neffa 7 oktyabr 1967-ci ildə İtaliyanın Skafati şəhərində doğulub.