Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Niau
Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir. == Coğrafiya == Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Azusena Diaz
Azusena Diaz (19 dekabr 1982) — İspaniyalı marafonçu. Azusena Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Azusena Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 2 saniyəyə qət edərək 157 marafonçu sırasında 34-cü yeri tutdu.
Brahim Diaz
Brahim Abdelkader Diaz (3 avqust 1999, Malaqa, İspaniya) - daha çox Brahim Diaz kimi tanınan Mərakeş əsilli İspaniyalı peşəkar futbolçu, La Liqada çıxıs edən Real Madrid klubunun 10 nömrə mövqeyində oynayan hücumameyilli yarımmüdafiəçisi və ya sağ vingerdir. İspaniya yığmasında çıxış etmişdir. == Karyerası == === Mançester Siti === Brahim Diaz karyerasına, 2015-ci ildə 16 yaşında "Mançester Sitiyə" 200.000 funt sterlinq qarşılığında keçməzdən əvvəl doğma klubu Malaqada başlayıb. Peşəkar karyerasına 21 sentyabr 2016-cı ildə "Mançester Siti" klubunda debüt edib. İngiltərə Futbol Liqasının Kubokunda (EFL) "Svonsi Siti" ilə matçda 80-ci dəqiqədə Keleçi İheanaçonu əvəz edib. Beş gün sonra, "Man Siti" ilə ilk peşəkar müqaviləsini üç il müddətinə imzalayıb. 21 noyabr 2017-ci ildə Brahimin Çempionlar Liqasında debütü " Feyenoorda" qarşı oldu. Həmin oyunda o, Rahim Sterlinqi əvəz etdi. İlk dəfə "Man Sitinin" start heyətində 19 dekabr 2017-ci ildə Liqa Kubokunda Lester Siti ilə 88 dəqiqə oynamaqla yer aldı. Premyer Liqada debütü 20 yanvar 2018-ci ildə, Nyukasl Yunayted üzərində komandasının 3–1 hesabı ilə qalib gəldiyi oyunda oldu.
Kameron Diaz
Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. == Həyatı == Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi. Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər.
Karla Diaz
Karla Diaz (isp. Carla Díaz; 19 iyul 1998, Madrid) — ispaniyalı aktrisa və rəqqasə. == Bioqrafiya == Diaz 19 iyul 1998-ci ildə Madrid şəhərində anadan olmuşdur. Ailəsi uşaqlığından bəri rəqs məktəbi işlədir. Diazın rəqsə olan marağı da bu məktəbdən yaranmışdır. Diaz aktrisalıq fəaliyyətinə 2007-ci ildə - 9 yaşında televiziya reklamına çəkilərək başladı. İlk böyük televiziya rolunu 2011-ci ildə yayımlanan "Punta Escarlata" serialında Patrisia Rozas olaraq aldı. Həmçinin "Tierra de lobos" (2010-2014) serialında dörd bacının ən kiçiyi olaraq, "El Príncipe" (2014-2016) serialında Ben Barek bacılarının ən kiçiyi olaraq, "Seis hermanas" (2015-2017) serialında isə altı bacının ən kiçiyi olaraq rol aldı. 2020-ci ilin iyul ayında gənc dram janrında "Elite" serialının dördüncü mövsümündə Ari rolunu canlandırdı.
Nate Diaz
Neyt Dias — 1985-ci ildə Amerikanın Koliforniya ştatında dünyaya gələn Neyt ilk təhsilini Tokay Orta Məktəbində alır.Sonralar qardaşı Nik Dias ilə birlikdə Sezar Qarsiyanın rəhbərliyi altında Braziliya ciu-citsusu ilə məşğul olmuş və qara kəmərə sahib olmuşdur. 2004-cü ildə MMA üzrə peşəkar döyüşlərə qoşulan Nate elədə güclü nəticə əldə etməmişdir, beləki o 27 döyüşün 10-nu rinqi məğlub tərk etməklə barışmışdır.
Nias adası
Nias adası (ind. Nias) — Hind okeanının şərq hissəsində yerləşən İndoneziya adasıdır. == Coğrafiyası == Ada təxminən Sumatra adasından 125 kilometr qərbdə yerləşmişdir. Simolue adasından 140 kilometr şimal-qərbdə və Bata arxipelaqından 80 kilometr cənub-şərqdə yerləşmişdir. Adanın ümumi sahəsi 4772 km² təşkil edir. Nias adasının təxmini uzunluğu 40 kilometr, eni isə 125 kilometr təşkil edir. Relyefi əsasən dağlıqdır. Təpələr və vulkan məşəli dağlar üstünlük təşkil edir. Onlardan ən hündürü dəniz səviyyəsindən 886 m yüksəklikdə yerləşmişdir. Adada bitən bitkilərə laterit torpaqlarda bitən Ekvator həmişəyaşıl meşələrini misal göstərmək olar.
Nik Diaz
Nikolas Diaz (tam adı: Nikolas Robert Diaz, ing. Nickolas Robert Diaz; 2 avqust 1983 və ya 3 avqust 1983, Stokton, Kaliforniya) — Meksika əsilli ABŞ UFC döyüşçüsü. Nikolas Diaz özünə verdiyi "Nik Diaz" (ing. Nick Diaz) ləqəbiylə məşhurdur.
Nikolas Diaz
Nikolas Diaz (tam adı: Nikolas Robert Diaz, ing. Nickolas Robert Diaz; 2 avqust 1983 və ya 3 avqust 1983, Stokton, Kaliforniya) — Meksika əsilli ABŞ UFC döyüşçüsü. Nikolas Diaz özünə verdiyi "Nik Diaz" (ing. Nick Diaz) ləqəbiylə məşhurdur.
Nilz Şmid
Nilz Şmid (alm. Nils Schmid‎; 11 iyul 1973, Trir, Reynland-Pfalts) — Almaniya hüquqşünası və siyasətçisi. O, Sosial Demokrat Partiyasının (SPD) üzvüdür. Şmid 2018-ci ildən SPD parlament qrupunun Almaniya Bundestaqında xarici işlər üzrə sözçüsüdür. == Siyasi mövqeyi == Nilz Şmidə görə, Avropa Parlamentinin üzvləri, alimlər və Çində insan haqları şərtlərini tənqid edən dörd tanınmış təşkilat daxil olmaqla on nəfərə qarşı tətbiq edilən sanksiyalar qəbuledilməzdir. O, sanksiyaya məruz qalan şəxslərlə həmrəylik nümayiş etdirmişdir.
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. == Bioqrafiyası == BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). == Həyatı == Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Xorxe Diaz
Xorxe Diaz (26 noyabr 1985) — İspaniyalı atıcı. Xorxe Diaz İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xorxe Diaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.9 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
İsmael Diaz
İsmael Diaz de Leon (12 may 1997-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Portu B klubunda hücumçu kimi çıxış edən peşəkar Panama futbolçusudur. == Klub karyerası == Diaz öz peşəkar karyerasında debütünü Tauro klubu ilə 2 sentyabr 2012-ci ildə Alianza klubuna qarşı oyunda etmişdir. Görüşə çıxarkən Diaz 15 il 2 aylığında idi. O, 2014-cü ilin yayında Niderland nəhənglərindən sayılan PSV Eyndhoven FK klubunda yoxlanışdan keçmişdir. 2015-ci ilin avqust ayında isə Portuqaliya nəhənglərindən olan Portu FK klubuna transfer olunmuşdur. === Milli karyerası === Diaz Birləşmiş Ərəb Əmirliklərində keçirilən 2013 FİFA U-17 Dünya Kubokunda və Yeni Zelandiyada keçirilən 2015 FİFA U-20 Dünya Kubokunda iştirak etmişdir. Diaz Panama milli komandası ilə peşəkar debütünü 2014-cü ilin avqust ayında yoldaşlıq oyununda Kuba komandası ilə görüşdə etmişdir. 2015-ci ilin iyun ayına qədər 2 oyuna çıxmış və 1 qol vurmuşdur. === Milli qolları === Nəticələr və hesablar Panamanın vurduğu qolların siyahısındadır.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (oktyabr 1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. == Həyatı == Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir. Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir. 1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Marko Diaz
Marko Diaz — "Star şər qüvvələrə qarşı" cizgi serialının əsas personajlarından biri. Adam Makartur tərəfindən səsləndirilib. Star Batterflayın ən yaxşı dostudur. == Haqqında == Marko Diaz 15 yaşlı latınamerikalı oğlandır. O, səliqəli və başqalarına dəstək olan xeyirxah və mehriban bir insandır.
Niyaz Hacıyev
Niyaz Adil (Ədil) oğlu Hacıyev (7 noyabr 1941, Hoğa, Qaryagin rayonu – 31 avqust 2023) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsinin birinci katibi (1980–1988). == Həyatı == Niyaz Ədil oğlu Hacıyev 1941-ci ildə hazırkı Füzuli rayonunun Üçbulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini bitirmiş və Şuşa rayonuna işləməyə təyinat almışdır. Bir ilə yaxın rayonun Malıbəyli kənd baytarlıq məntəqəsinin müdiri işləmiş, 1971–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon Komitəsində şöbə müdiri, 1973–1978-ci illərdə isə rayon və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) partiya komitələrində təlimatçı vəzifələrində çalışmışdır. Niyaz Hacıyev 1978-ci ildə Azərbaycan KP Mardakert Rayon Komitəsinin ikinci katibi, 1980-ci ildə isə Şuşa Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1981–1985-ci illərdə qiyabi olaraq Ali Partiya Məktəbində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin büro üzvlüyünə namizəd olan Niyaz Hacıyev Qarabağ hadisələri zamanı fəal çalışmışdır. 1988-ci ilin iyun ayında o, bir qrup azərbaycanlı deputatdan imza toplayaraq DQMV-nin ləğv edilməsi məsələsini ilk dəfə rəsmən Azərbaycan SSR Ali Soveti qarşısında qaldırmışdır. Həmin il Ermənistandan deportasiya edilmiş azərbaycanlıları Şuşa rayonunda yerləşdirdiyinə görə DQMV Partiya Komitəsi bürosunda onun məsələsinə baxılmış, Arkadi Volskinin tələbi ilə 1988-ci ilin avqust ayında Əbdürrəhman Vəzirov tərəfindən Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Şuşa rayonunun rəhbəri vəzifəsindən azad edilərək Bakıya göndərildikdən sonra Niyaz Hacıyev uzun illər Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışmışdır.
Niyaz (ad)
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).