Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
Hu Çao imperiyası
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
.nu
.nu — Niue adalarının internet kodu. Buna baxmayaraq, İsveç və Danimarkada populyardır, çünki həmin ölkələrdə "nu" sözü "indi" deməkdir.] == İstinadlar == == Xarici keçidlər == IANA WHOIS record for .nu IUSN Foundation IUSN's WiFi Nation Internet Niue Niue is dead.
Co Nq
Co Nq (15 noyabr 1963) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Co Nq Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Co Nq Kanadanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Co Nq Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
J
J — Latın qrafikalı Azərbaycan əlifbasında 15-ci hərf. 23 samitdən biri. Cingiltili samitdir.
J.J.Sm.
İohann Yakob Smit (nid. Johannes Jacobus Smith, 1867 — 1947) — Niderland botaniki. == Təsnif etdiyi bitkilər == Aerides reversum J.J.Sm. (1912) Bulbophyllum borneense (Schltr.) J.J.Sm. (1912) Bulbophyllum brunendijkii J.J.Sm. (1906). Bulbophyllum echinolabium J.J.Sm. (1934). Calanthe veratrifolia var. dupliciloba J.J.Sm.
J.J. Sm.
İohann Yakob Smit (nid. Johannes Jacobus Smith, 1867 — 1947) — Niderland botaniki. == Təsnif etdiyi bitkilər == Aerides reversum J.J.Sm. (1912) Bulbophyllum borneense (Schltr.) J.J.Sm. (1912) Bulbophyllum brunendijkii J.J.Sm. (1906). Bulbophyllum echinolabium J.J.Sm. (1934). Calanthe veratrifolia var. dupliciloba J.J.Sm.
J. J. Thomson
Cozef Con Tomson (ing. Joseph John Thomson (18 dekabr 1856[…] – 30 avqust 1940[…], Kembric) — britaniyalı fizik. O, elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə 1906-cı ildə fizika üzrə Nobel mükafatı almışdır. == Həyatı == C. C. Tomson 18 dekabr, 1856-cı ildə İngiltərədə (Mançester ətrafında) doğulmuşdur. Tomson uşaqlıqda təhsilə həvəsli idi. 14 yaşında o, Ouen Kollecinə (indiki Mançester Universiteti) daxil oldu. Valideynlərinin məsləhəti ilə Tomson bu kolleci bitirdikdən sonra mühəndis firmasında çalışmağı planlaşdırırdı. Lakin 16 yaşında ikən atasını itirməsi mühəndis firmasında işə düzəlmək üçün lazım olan ödənişin yığılmasına mane oldu. 1876-cı ildə Tomson müsabıqədə qalib gələrək sonrakı təhsil üçün təqaüd aldı və Kembric Universitetinə (Triniti Kollec) daxil oldu və ömrünün sonuna qədər bu universitetin üzvü oldu. 1880-ci ildə o, Kavendiş Laboratoriyasında çalışmağa başladı.
Du Fu
Du Fu(Çincə:杜甫, 712[…], Quni[d] – 770[…], Tanzhou[d]) — Tan dönəminin Çin şairi.
Nu Persey
Nu Persey (ν Per, ν Persey) — F5 sinfinə daxil olan və Persey bürcündə yerləşən dördüncü böyük ulduz. Nu Persey Yerdən təxminən 555 işıq ili uzaqlıqda yerləşən sarı-ağ rəngli nəhəng parlaq ulduzdur. Bu ulduzun ətrafında bir neçə kiçik törəmə ulduz da aşkar edilmişdir. B, 12.1 böyüklükdə və 31.6" ayrılması olan ulduzdur. Onun da öz kiçik törəmə ulduzu var. E adlanan bu ulduz 14.3 böyüklüyə və 7.7" ayrılmaya malikdir. Bundan əlavə C ulduzu 13.2 böyüklüyə və 55.7" ayrılmaya və D ulduzu 13.8 böyüklüyə və 22.8" ayrılmaya malikdir.
Nu metal
Nu metal – 1990-cı ilin əvvəlində yaranan törəmə musiqi tərzi. Heavy metalın törəməsi kimi yaranmışdır. Nu metal musiqi tərzində daha çox musiqi qrupları fəaliyyət göstərir. Nu metalda bir, iki və daha çox vokal ifa edən musiqiçi, iki və daha artıq gitaraçı, zərb alətçi, və DJ fəaliyyət göstərir. Nu metalın metaldan fərqi elə DJ effektlərini olmasıdır. Nu metalın tarixi o qədər də qədim deyildir. 1990-ci illərin əvvəlində bəzi qruplar (Korn, Deftones və s.) yaranan gündən daha dəyişik musiqi tərzlərini axtarmaq qərarına gəldilər. Bunun nəticəsində ortaya qulağa daha yaxşı gələn bir musiqi tərzi NU METAL çıxdı. Nu metalın atası Ross Robinsondur. Çünki nu metal qruplarının ilk albomlarının prodüserliyini o etmişdir.
Nü (janr)
Nü (fr. nudite - çılpaqlıq) - bu incəsənət janrı insanın çılpaq bədəninin gözəlliyini göstərir.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Kanako İto
Naoci İto
Naoci İto (1 iyul 1959, Mie prefekturası) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Oto Nemsadze
Oto Nemsadze (gürc. ოთო ნემსაძე; 18 iyun 1989, Qori) — Gürcüstan müğənnisi. O, "Sul tsin iare" mahnısı ilə Gürcüstanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Nemsadze Gürcüstanda əsasən 2010-cu ildə Geostar yarışmasının qalibi kimi tanınır. O 2013-cü ildə Ukraynanın Holos Krainy (ukr. Голос країни) səs yarışmasında iştirak edərək, nəticədə ikinci yeri qazanmışdır. 2017-ci ildə isə Nemsadze "Dear God" mahnısı ilə Limbo qrupunun üzvü kimi Gürcüstanın Avroviziya milli seçim turunda iştirak etmişdir.
Masatoşi İto
Masatoşi İto (伊藤 雅俊, İto Masatoşi, 30 aprel 1924, Tokio – 10 mart 2023) – Yaponiya biznesmeni. ABŞ-nin "7-Eleven" mağazalar şəbəkəsini Yaponiyada tanıtmış və bir çox filialını açdıraraq Yaponiyada öz pərakəndə satış imperiyasını qurmuşdur. "Seven & I" pərakəndə satış şirkətinin qurucusudur. == İlk illəri == Masatoşi İto 30 aprel 1924-cü ildə Yaponiyanın Tokio şəhərində Senzo və Yuki İto cütlüyünün ailəsində doğulmuşdur. Ailəsi "Yokado" adlı quru mallar dükkanı işlədirdi. 1944-cü ildə liseydən məzun olduqdan sonra qısa müddət Yaponiya ordusunda xidmət göstərmişdir. Daha sonra "Yokado"ya qoşulmuş, 1956-cı ildə böyük qardaşının ölümündən sonra mağazanın sahibi olmuşdur. == Karyerası == 1958-ci ildə "Ito-Yokado" mağazalar şəbəkəsini qurmuşdur. 1961-ci ildə ABŞ-yə səyahət etmiş və Amerikanın istehlak mədəniyyətindən təsirlənmişdir. ABŞ-yə mütəmadi ziyarətlər etməyə davam etmişdir.
Eto Şimpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
E.ə. 717
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Rem və Romul — Qədim Romanın ilk çarı.
E.ə. 718
== Hadisələr == Mannada Aza (e.ə.718-716) hakimiyyətə gəldi.
E.ə. 719
== Hadisələr == Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdılar. Assuriya hökmdarı II Sarqon (e.ə.722-706) Manna ilə ittifaqa sadiq qalaraq bu üsyanı yatırdı. == Doğumlar == == Vəfatlar == İranzu - Manna hökmdarı.
E.ə. 72
== Hadisələr ==
E.ə. 722
== Hadisələr == Assuriyada II Sarqon (e.ə.722–706) hakimiyyətə gəldi.
E.ə. 727
== Hadisələr == == Doğumlar == == Vəfatlar == III Tiqlatpalasar (? — E.ə.
E.ə. 728
== Hadisələr == Midiya, Mada və ya Maday (yun. Μηδία) — e.ə. 728-ci ildən e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
E.ə. 731
== Hadisələr ==
E.ə. 735
== Hadisələr == == Doğumlar == == Vəfatlar == II Sarduri — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
E.ə. 738
== Hadisələr ==
E.ə. 74
== Hadisələr == Romada Spartakın başçılığı ilə qullar üsyanı (e.ə.74-71) baş verdi.
E.ə. 740
== Hadisələr == Mannada İranzu (e.ə.740–719) hakimiyyətə gəldi.
E.ə. 743
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasarın hakimiyyəti sona çatmışdır.
E.ə. 745
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasar hakimiyyətə gəlmişdir. Urartu hökmdarı II Sarduri Mannanın cənub torpaqlarına basqın etdi. Mannanın bir hissəsini işğal edə bildi. Assuriya ilə Urartu arasındakı mübarizədən istifadə edən mannalılar işğal olunmuş torpaqlar uğrunda mübarizəyə qalxdılar.
E.ə. 750
== Hadisələr == Urartu hökmdarı II Sarduri Mannaya basqın etdi. Bütün ölkə ərazisindən keçib 45 şəhər, 21 qala ələ keçirdi.