Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaz harada, biz orada (film, 1984)
== Məzmun == Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
Oğruca
Oğruca dağı — Azərbaycanda dağ. Oğruca (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd. == Həmçinin bax == Oğurca — Xəzər dənizinin cənub-şərqində yerləşir.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. == Tarixi == Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Noqrad (medye)
Noqrad (mac. Nógrád, lat. comitatus Neogradiensis, slovak. Novohrad, alm. Neuburg və ya Neograd‎) — Macarıstanın şimalında yerləşən medye. İnzibati mərkəzi — Şalqotaryan. Noqrad medyesi Banska Bistritsa diyarı (Slovakiya) ilə, həmçinin Xeveş, Borşod-Abauy-Zemplen və Peşt. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Oğruca (Göyçə)
Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur. == Tarixi == Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir. Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir. İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir. Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir».
Oğruca dağı
Oğruca dağı — Azərbaycanda dağ.
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. == Həyatı == Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
Simon Qerada
Simon Qerada (20 mart 1981) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Simon Qerada Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Toyokiçi Harada
Toyokiçi Harada (原田豊吉, Harada Toyokiçi, 1 yanvar 1861, Edo[d] – 2 dekabr 1894) – Yaponiya geoloqu və paleontoloqu. O, Yaponiyanın ilk müasir geoloqu hesab olunur. "Yaponiya geologiyasının atası" olan Edmund Naumanın tələbəsi və davamçısı olmuşdur. == Həyatı == Toyokiçi Harada 1859-cu ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1874-cü ildə təhsil almaq məqsədilə Almaniyaya getmiş və Friburq Universitetində geologiya, mineralogiya və paleontologiya dərsləri almışdır. 1880-ci ildə Almaniyanın Heydelberq Universitetində paleontologiya sahəsində ixtisaslaşmışdır. Alp dağlarında geoloji tədqiqatlarla məşğul olduqdan sonra 1883-cü ildə Yaponiyaya qayıtmış və Daxili İşlər Nazirliyinə daxil olmuşdur.Harada Tokio Universitetində geologiya üzrə professor olmuş, eləcə də, fosillər haqqında dərslər demişdir. O, bir çox geoloji tədqiqat aparmış və Yaponiyanın geoloji mənşəyini öyrənməyə çalışmışdır. Edmund Nauman ilə Yaponiyanın geoloji quruluşu haqqında debatlar aparmışdır. 1891-ci ildə növbəti dəfə Avropaya səyahət etmiş, lakin yolda xəstələnərək ölmüşdür.
Yoşito Harada
Yoşito Harada (原田淑人, Harada Yoşito, 5 aprel 1885, Tokio – 23 dekabr 1974) – Yaponiya arxeoloqu və tarixçisi. == Həyatı == Yoşito Harada 1885-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. O, Tokio Universitetində Asiya tarixi sahəsi üzrə dərəcə əldə etmiş və universitetin fakültəsinə qoşulmuşdur. Saytobaru qəbirlərində aparılan qazıntı işlərində iştirak etdikdən sonra 1921–23-cü illərdə ABŞ və Avropada arxeologiya üzrə təhsil almışdır.Harada mədəniyyət tarixi tədqiqatları ilə məşğul olmuş, Uzaq Şərqdə arxeologiya elmini inkişaf etdirmək məqsədilə 1925-ci ildə arxeoloq Kosaku Hamada ilə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. O, Muyan kimi Han sülaləsinə aid qala ərazilərində, Bohay dövlətinin şərq paytaxtında, Çinin Koreya yarımadasında yerləşən Lolan mahalında qazıntı işləri apararaq Mərkəzi Asiya, Han və Tan sülalələri aid geyimləri, eləcə də, aksessuarları tədqiq etmişdir. == Əsərləri == "Kan rikuço no fukuşoku" (1937, "Han və Altı sülalənin geyim və aksessuarları") "Toa kobunka kenkyu" (1940, "Şərqi Asiya mədəniyyəti üzrə tədqiqatlar") == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Orda
Orda (Monqolca və qədim Türk dillərində ordo) köçəri toplumlarda tayfa qarşılığı işlədilən bir termindir. Bu termin Türkcə ordu biçiminə düşmüşdür. Orda və ya ordu, ordugah ilə də bağlı bir termindir. Orda, Tatarcada urda biçimində işlənilir. Ordanın, yurd, çadır terminiylə də bağlantılı olduğu vardır. Ağ Orda, quruluşu 1226. Göy Orda, quruluşu 1227. Qızıl Orda, 1240-cı ildə qurulan Tatar-Monqol dövləti. Noqay Orda, 1390-cı ildə Şimali Qafqazda dövlət quran Tatar boyu. Alaş Orda, 1920-ci ildə Qazaxların elan etdiyi dövlət.
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Aquilegia grata
Aquilegia grata (lat. Aquilegia grata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Ayşən Qruda
Ayşən Qruda (d. 22 avqust 1944, İstanbul — ö. 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. == Həyatı == Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır.
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Mequmi Oqava
Mequmi Oqava (XX əsr, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Naoya Okada
Naoya Okada (10 oktyabr 1990) — Yaponiyalı atıcı. Naoya Okada Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Naoya Okada birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.6 xal toplayaraq 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Praqa Qradı
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. == Tarixi == Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Qorda plitəsi
Qorda plitəsi — okean məşəlli tektonik plitə, Sakit okeanın altında, Kaliforniyanın şimalında yerləşir. Farallon plitəsinin tərkib hissəsidir. Şərq sərhəddi konvergent sərhəddə malikdir və burada Şimali Amerika plitəsi ilə sərhədlənir. Sakit okean plitəsi ilə qərbdən divergent sərhəddə malikdir. Burada Qorda silsiləsi yerləşir. Şimaldan Xuan de Fuka plitəsi ilə sərhədlənir. Hər iki plitə birlikdə Farallon plitəsinin tərkibini təşkil edir.
Qorda silsiləsi
Qorda silsiləsi - Oreqon və Kaliforniya ştatları sahillərinə yaxınlığında yerləşir. Silsilə Sakit okean plitəsi, Farallon plitəsi və Şimali Amerika plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Sakit okeanın daxilində yerləşir.