Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ödəm
Şiş (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Şiş uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. Şiş yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. Yerli şişdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda şiş toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların şişinə nümunələr: Periferik şiş — (ayaqların şişi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Oze
Oze (fr. Auzet, oks. Auset) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04017. 2008-ci ildə əhalinin sayı 81 nəfər təşkil edirdi. 2007-ci ildə 60 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi fəal, 16 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 67.3%). Fəal olan 44 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi.
Zəm-zəm suyu
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Necdət Özəl
Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi. O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir. Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb. Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.
Nikola Orem
Nikola Orem (ing. Nicole Oresme; təq. 1320[…], güm. , Fransa krallığı – 11 iyul 1382[…], Lizyö, Fransa krallığı) — Fransa iqtisadçısı, riyaziyyatçısı və fiziki; kəsr üstlü qüvvət anlayışını daxil etmişdir; ilk düzxətli koordinat sistemini qurmaq cəhdi onun adı ilə bağlıdır; "Sfera haqqında traktat" əsərinin müəllifidir.
Yeliz Özəl
Yeliz Özəl (d. 6 mart 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Özəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Yeliz Özəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Özer Yurteri
Özer Yurteri (28 dekabr 1949, İzmir) — Türkiyə futbolçusu. 1968–1977-ci illərdə Göztəpədə oynamışdır. 1978–1981-ci illərdə isə Bursasporda oynamışdır. Türkiyənin müxtəlif milli komandalarında 27 dəfə meydana çıxmışdır.
Özgür Özəl
Özgür Özəl (21 sentyabr 1974, Manisa) — Türkiyə Böyük Millət Məclisi 24, 25, 26, 27 və 28-ci çağırışlarında Manisa millət vəkili, 24 iyun 2015-ci ildən 2023-cü il 3 iyuna qədar TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavini, 3 iyun 2023-cü il tarixindən fraksiyasının sədri, 5 noyabr 2023-cü il etibarilə isə Cümhuriyyət Xalq Partiyasının 8-ci sədri, Türkiyə ana müxalifət partiyasının lideri, türk siyasətçi və əczaçı. Özgür Özəl 21 sentyabr 1974-cü ildə Talat və Şükran cütlüyünün uşağı olaraq Manisada anadan olub. İbtidai təhsilini Manisa Mərkəz Qazi məktəbində başa vurub. Orta və lisey təhsilini İzmirdəki Bornova Anadolu Liseyində başlayıb, sonuncu ildə Manisa Liseyinə gedib və oranı bitirib. Bornova Anadolu Liseyi alman bölməsini və Manisa Liseyini bitirdikdən sonra 1997-ci ildə Egey Universiteti Əczaçılıq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 2011-ci ildə keçirilən seçkilərdə millət vəkili seçilənə qədər əczaçı peşəsini icra etmişdir. 2007-ci ildən sonra Türk Əczaçılar Birliyinin İdarə Heyətinin üzvü, xəzinədarı və iki dönəmlik baş katib vəzifələrində çalışmışdır. Beynəlxalq Əczaçılıq Federasiyasının, Avropa İttifaqı Əczaçılıq Qrupunun və Avropa Əczaçılıq Forumunun üzvüdür. Evlidir və bir övladı var. Özgür Özəl alman və ingilis dillərini yaxşı bilir.
Özlem Yılmaz
Özlem Yılmaz (17 iyul 1986, İstanbul), Türk kino və teleserial aktyoru. Əslən Rizəli olan Özlem Yılmaz İstanbulda doğulub və böyüyüb. Özlem Yılmaz ilk təhsilini "Kartaltepe İlköğretim Okulu"nda keçirib və ilk təhsildən sonra kollecdə oxumağa başlayıb. Aktyor "Kültür Kolleci"ndə təhsilini davam etdirmişdir.
Özləm Conker
Özləm Conker — Türkiyə aktrisası.
Özləm Türeci
Özləm Türeci (6 mart 1967-ci il, Lastrup, Almaniya) — türk mənşəli Almaniya həkimi, elm adamı, sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarəçisi. 2020-ci ildə COVID-19 əleyhinə peyvəndin yaradıcılarından biri. Türeci 2018-ci ildən bəri "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru idi. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur. 1967-ci ildə Almaniyanın Lastrup şəhərində İstanbuldan gələn mühacir bir ailənin övladı olaraq anadan olub. Rizə ilinin, Fındıqlı kökənli atası, Katolik xəstəxanasında cərrah olaraq işləyirdi. Atasının çalışdığı xəstəxanada tibb bacısı rahibələrə heyranlıq duyan Türeci, çox mədəni bir mühitdə böyüyür. Reportajlarının birində özünü "Prussiya türkü" kimi xarakterizə edir.
Özəl detektiv
Özəl detektiv — tədqiqat xarakterli hüquqi xidmətlər göstərməsi üçün fərdlər və ya qruplar tərəfindən işə götürülən şəxs, detektiv. Azərbaycan Respublikasının qanunvericiliyində özəl detektivlərin fəaliyyəti haqqında heç bir məlumat verilmir. Buna baxmayaraq, ölkədə qeyri-qanuni fəaliyyət göstərən özəl detektivlər mövcuddur. Onlar adətən keçmiş polis işçiləri və hüquqşünaslardır. Edqar Allan Ponun 1841-ci ildə yazdığı "Morq küçəsində qətl" hekayəsində təsvir etdiyi Ogüst Düpen personajı ədəbiyyatda ilk özəl detektivlərdən biri olaraq hesab edilir. Böyük ehtimalla, ədəbiyyatdakı ən tanınmış özəl detektiv Şerlok Holmsdur. Personaj ilk dəfə 1887-ci ildə "Al-qırmızı etüd" povestində peyda olmuşdur. Digər popolyar özəl detektivə isə ilk dəfə 1920-ci ildəki "Staylzda müəmmalı hadisə" romanında təsvir edilmiş Erkül Puaronu aid etmək olar. Çingiz Abdullayevin yaratdığı Dronqo, Elxan Elatlının Qanbay Qasımlı personajı da bu kateqoriyaya aiddir. Vikianbarda Özəl detektiv ilə əlaqəli mediafayllar var.
İzem (Şaran)
İzem (başq. Изем, rus. Изимка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 30 km, ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 35 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (75 %) üstünlük təşkil edir.
Şehmus Özer
Şehmus Özer — Türkiyənin Diyarbəkir bölgəsini təmsil edən "Amed" İK-nın sabiq kapitanı Karyerası əsasən Türkiyə 1-ci Liqası ilə bağlı olub. Vəfatından 6 gün əvvəl keçirilən kubok qarşılaşmasında "Fənərbaxça"nın qapısına cavab qolunu vurmuşdu. Bu qol sayəsində "Amed" İK öz meydanında "Fənərbaxça"yla 1:1 hesablı bərabərlik əldə etmişdi. O, Türkiyədə baş verən terror hadisəsindən sonra "Göztəpə" ilə oyunda rəqib qapısına vurduğu qoldan sonra polis əməkdaşlarıyla qucaqlaşmasıyla da diqqət mərkəzinə düşmüşdü. 21 dekabr 2016-cı ildə onun idarə etdiyi maşının Elazığ yolunda uçuruma yuvarlanması nəticəsində həlak olub.
Mahmud Özər
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Özlem Conker
Özləm Conker — Türkiyə aktrisası.
Özəl sektor
Özəl sektor — iqtisadiyyatın fərdlərin və ya şirkətlərin mənfəət əldə etmək üçün sahib olduğu və idarə etdiyi hissəsi. Bu, istehsal, maliyyə, pərakəndə satış və xidmətlər də daxil olmaqla, geniş sənaye sahələrini əhatə edir. Dövlətin sahib olduğu və idarə etdiyi dövlət sektorundan fərqli olaraq, özəl sektor bazar qüvvələri və rəqabət tərəfindən idarə olunur. Özəl sektor iş yerlərinin yaradılmasında, sərvətin formalaşmasında və innovasiyaların idarə edilməsində mühüm rol oynayır. Bununla belə, bu, həm də iqtisadi tənəzzüllər, bazar dəyişkənliyi və tənzimləyici dəyişikliklər kimi çətinliklərə məruz qalır. Özəl sektorun uğuru çox vaxt iqtisadiyyatın sağlamlığının və sabitliyinin əsas göstəricisi kimi qəbul edilir. ABŞ kimi azad sahibkarlığın bərqərar olduğu ölkələrdə özəl sektor daha genişdir və dövlət firmalara daha az məhdudiyyətlər qoyur. ÇXR kimi daha çox hökumət səlahiyyətinə malik ölkələrdə dövlət sektoru iqtisadiyyatın böyük hissəsini təşkil edir. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2013-cü ildə aparılan bir araşdırmada müəyyən edilmişdir ki, inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizi özəl sektordadır.
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Özəl mülkiyyət

Özəl mülkiyət

Özəl şəbəkə
Özəl şəbəkə və ya şəxsi şəbəkə — internet şəbəkəsində IP-ünvanların şəxsi ünvan məkanından istifadə edən kompüter şəbəkəsi. Bu ünvanlar adətən yaşayış, ofis və müəssisə mühitlərində yerli şəbəkələr (LAN) üçün istifadə olunur. Həm IPv4, həm də IPv6 spesifikasiyası şəxsi IP-ünvan diapazonlarını müəyyən edir. Özəl şəbəkə ünvanları heç bir xüsusi təşkilata verilmir. Hər kəs bu ünvanlardan regional və ya lokal internet reyestrlərinin təsdiqi olmadan istifadə edə bilər. Özəl IP-ünvan boşluqları əvvəlcə IPv4 ünvan tükənməsini gecikdirməyə kömək etmək üçün müəyyən edilmişdir. Özəl IP-ünvanından gələn və ya ona ünvanlanan IP paketləri ictimai internet vasitəsilə yönləndirilə bilməz. İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiya (IETF) İnternet Nömrələrinin Verilməsi Mərkəzinə (IANA) şəxsi şəbəkələr üçün aşağıdakı IPv4 ünvan diapazonlarını ehtiyatda saxlamağı tapşırmışdır: Praktikada bu diapazonları daha kiçik subnetlərə bölmək adi haldır.
İsmi-əzəm
İsmi-əzəm (ərəb. الاسم الأعظم‎, hərf. ali ad) və ya ismi-allahu-əkbər ( ərəb. اسم الله الأکبر‎; hərf. Allahın ali adı) islamda Allahın yalnız peyğəmbərlərə məlum olan ali adı. Bəzi islam hədislərinə görə, kim ismi-əzəm istifadə edərək Allaha dua edərsə, onun duası qəbul olar. Şiə islamında ismi-əzəmin xeyir-dua aktında güclü təsirə malik olduğuna inanılır. İslamda tanrının adları What is Ism Al-Azam?
Vəziri-əzəm
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.