Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ornon
Ornon (fr. Ornon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38285. Kommunanın 1999-cu il üçün əhalisi 138 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 799 ilə 2856 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Öznəl
Subyektiv, bir mühakiməni şəxsdən asılı olaraq qiymətləndirmək (qazanmaq) üçün deyilir. Təyin olunmuş (müəyyənləşdirilmiş) dəyər nöqteyi-nəzərindən baxdıqda, hər kəs üçün fərqli, insandan insana fərqlənən bir dəyərdir. Pozitiv elmlər insandan insana görə dəyişməyən dəyərlərin mövcudluğunu müdafiə edir. Subyektiv dəyərlərin isə obyektiv biliklərdən fərqli olaraq fərdi biliklər vasitəsilə əldə edildiyini bildirirlər. Müasir dövrün pozitiv elm nəzəriyyələri həm obyektiv, həm də subyektiv məlumatları bilik kimi qəbul edirlər.
Ozon
Ozon — Atmosferin təxminən 25-30 km-də günəşin ultrabənövşəyi şüalarından alınır. Ozon ultrabənövşəyi şüaları udaraq yer səthindəki canlıları qoruyur. Oksigen molekulyar oksigenlə birləşir və ozona çevrilir: O²+O------>O Ozon açıq mavi rəngli,xoşiyli,dadsız molekulyar quruluşlu qazdır.Troposfer və stratosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12–17 km-ə qədər, stratosfer ozonu isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi stratosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir. Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin karbohidrogenlərlə fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen mənşəlidir (ən çox avtomobillərin yaratdığı). Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, stratosferdə ozonunun azalması ekoloji fəlakətlərə gətirib çıxara bilər.
Zxob
Zxob (urdu ژوب) — Appozay adı ilə tanınmış Bəlucistan əyalətinin Zxob rayonun inzibati-mərkəzi..Şəhər, Zxob çayı üzərində, Kvetta şəhərindən 337 km uzaqlıqda yerləşir.Britaniya racı dövründə adı Fort Sandceman idi, daha sonra Zülfüqar Əli Bhutto baş nazir seçilən zaman şəhər adını Zxob olaraq dəyişdi.
Neriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.
Nəriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.
Əznab (Əbhər)
Əznab (fars. ازناب‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (58 ailə).
Küplücəli Öznur
Küplücəli Öznur (كوپلوجلي) (1628-1526) — Osmanlı türk divan şairi və xəttatı. Öznur Üsküdarda anadan olub və əvvəlcə elmə həvəsi olub, lakin sonradan şeirə üz tutub. Öznur şair Bakidən təsirlənmişdir. Öznur şeir yazarkən xəttatlıq, o cümlədən Quranın bir nüsxəsini də yazmışdır.
Öznur Bartin
Öznur Bartin (1985, Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Öznur Bartin 1985-ci ildə Hakkari ilidə anadan olub. Pamukkale Universiteti Fəlsəfə Bölməsindən və Anadolu Universiteti Ədliyyə Bölməsindən məzun olub. Anadolu Universiteti Maliyyə Bölməsində təhsil alır. HDP İpəyyol ilçə şöbəsinin həmsədri və Van il şöbəsinin həmsədri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Öznur Cürə
Öznur Cürə Girdi (1 oktyabr 1997, Kağıthane, İstanbul ili) — qadınlar arasında makaralı oxatma idman növündə W2 kateqoriyasında mübarizə aparan türk para-oxatan. O, Paralimpiya, dünya və Avropa çempionu və bəzi dünya rekordlarının sahibidir. == İdman karyerası == Cürə evdən uzaq olduğu, iflic səbəbi ilə xəstəxanalarda fiziki müalicə aldığı vaxtlarda oturaraq voleybol oynamağa başlayıb. Lakin o, bu idman növünə davam etməyib. Fiziki müalicəsi bitdikdən sonra İstanbula qayıdıb və 2019-cu ildə onu "Okçuluk Vakfı" idman klubuna dəvət edən para-oxatan Bahattin Həkimoğlu ilə tanış olduqdan sonra para-oxatma üzrə idman karyerasına başlayıb. O, makaralı oxatma yarışlarında W2 kateqoriyası üzrə mübarizə aparır. Məşqçiləri Elanur Karakoç və Hasan Basri Hancıdır. === 2024 === Cürə Fransanın Paris şəhərində keçirilən 2024 Yay Paralimpiya Oyunlarında qadınlar arasında fərdi makaralı oxatma yarışının sıralama mərhələsində 704 xal toplayaraq yeni bir dünya rekordu təyin edib. O, daha sonra həmin yarışda iranlı Fatimə Həmmatini məğlub edərək qızıl medalın sahibi olub. == Şəxsi həyatı == Öznur Cürə 1 oktyabr 1997-ci ildə İstanbulun Kağıthanə səmtində anadan olub.
Onon çayı
Onо́n (monq. Онон гол, rus. Оно́н)- Monqolustanın şimal şərqində, Rusiyanın isə Zabaykal diyarında axan çaydı Çayın uzunluğu 1031 km (298 km Monqolustan ərazisində yerləşir). Çayın mənbəyi Monqolsutanın Xentey dağlığının şərq tərəfində, Xan-Xentey-Nuruu milli parkın ərazisində, Xenteyn-Nuruu və İx-Xenetey silsiləsinin birləşdiyi yerdədi. Çay Xenetey-Çikoy dağlığına axaraq, Moqoytuy və Borşov silsilələrin arasına axır. İnqoda çayı ilə birləşərək, Şilka çayını əmələ gətirir. Çayın əsas qolları: soldan - Aqutsa, Kıra, İlya, Aqa; sağdan - Xurax-Qol, Borzya, Unda Yuxarı Onon Çingiz Xanın doğulduğu və böyüdüyü yer olduğu iddia edilir. "Monqolların gizli tarixi" belə başlayır: "Orada "Borte Chono" (göyümtül rəngdə canavar) dünyaya gəldi, onun talehi Göylərin iradəsi ilə yazılmışdı. Onun həyat yoldaşı "Gua Maral" (gözəl bərə maralı) idi. Onlar daxili dəniz üzərindən səyahət edirdilər, sonra isə onlar Onon dənizində, "Burkhan Khaldun" mənzərəsi tərəfdə düşərgə salanda, onların ilk oğlu dünyaya göz açdı, onun adını Bat Tsagaan qoydular." Qidalanma əsasən qarlıdı.
Ozon dəliyi
Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K. F. Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur. Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır.
Ozon qatı
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Ozon təbəqəsi
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Zxob rayonu
Zxob rayonu — Pakistanın Bəlucistan əyalətində rayon .Əhalisi 354 mln nəfərdir (2017).Zxob çayı buradan keçir..Rayonda əsas dil puştun dilidir.
Onoe Umeo
VI Kancuri Fucima (藤間勘十郎6世, 8 oktyabr 1900, Tokio – 5 dekabr 1990) və ya doğum adı ilə Hideo Fucima (藤間 秀雄) – Yaponiya rəqqası və xoreoqrafı. O, yapon rəqsinin Fucima məktəbinin rəhbəri olmuşdur. Karyerasını başa vurduqdan sonra II Kanso Fucima (藤間勘祖2世) adını götürmüşdür. Kancuro Fucima 1781-ci ildə əsası qoyulmuş Fucima məktəbinə başçılıq edən şəxslərə verilən, nəsildən nəsilə ötürülən səhnə adıdır. Bu təxəllüs ilk dəfə Kanbey Fucima tərəfindən istifadə olunmuşdur. Hideo Fucima 1900-cü ildə Tokio şəhərində doğulmuşdur. O, əvvəlcə özünə Onoe Umeo səhnə adını götürsə də, daha sonra Fucima məktəbinə qəbul olunmuş və 1927-ci ildə VI Kancuro Fucima adını qəbul etmişdir. 1927-ci ildə kabuki aktyoru VI Onoe Kikuqoro üçün rəqs xoreoqrafiyası təşkil edərək Kabukizanın xoreoqrafı olmuşdur. "Yamauba" və "Oymatsu" kimi işlərin müəllifi olmuşdur. O, kostyumsuz və maskasız ifa olunan suodori rəqsinin ustası kimi tanınmışdır.
Snob effekti
Snob effekti — mikroiqtisadiyyatda bir fenomen, digər istehlakçıların tələbinin miqdarının dəyişməsinə cavab olaraq bir istehlakçı tərəfindən mallara olan tələbin miqdarının əks istiqamətdə dəyişməsini əks etdirir. Gəlir səviyyəsi daha yüksək olan snob, aşağı gəlir səviyyəsi olan başqalarının almadığını almağa çalışır. Onun vəzifəsi kütlədən fərqlənmək, özünəməxsusluğunu vurğulamaqdır. Hər hansı bir məhsul kateqoriyasına tələbat nə qədər çox olarsa, belə bir alıcının onu almaq ehtimalı bir o qədər azdır. Snob effekti digər mikroiqtisadi modellərin əksəriyyəti ilə ziddiyyət təşkil edir, çünki tələb əyrisi adi malların tipik mənfi yamacından daha çox müsbət meylə malik ola bilər. Öz mənasında bu təsir “imitasiya effektinin” əksidir. Belə istehlakçıların (snobların) zövqləri digər insanların bu kütləvi mallara olan tələbindən tərs asılıdır. Snoblar istehlak mallarından istifadə etmək istəmirlər, lakin qeyri-adi, bahalı və ya unikal mallara sahib olmaq istəyirlər. Bu məhsullar adətən yüksək iqtisadi dəyərə malikdir, lakin praktiki dəyəri azdır. Məhsul nə qədər az olsa, onun snob dəyəri bir o qədər yüksək olar.
Ozon (şirkət)
Ozon — Rusiyanın ilk e-ticarət şirkətlərindən biridir və bəzən “Rusiyanın Amazon-u” adlandırılır. 1998-ci ildə onlayn kitab mağazası kimi təsis edilən Ozon, 2019-cu ilə qədər ölkədəki ən böyük üç onlayn pərakəndə platformadan biri olmuşdur. 2020-ci ildə Forbes tərəfindən Rusiyanın ən qiymətli üçüncü internet şirkəti seçilmişdir. Ozon həmçinin Ozon Group-un bir hissəsidir, hansı ki, Ozon Travel kimi onlayn səyahət bronlama platformasına və Rusiyanın ən böyük rəqəmsal kitab mağazası olan Litres-ə sahibdir. Ozon-un hazırkı baş icraçı direktoru Yandex-in keçmiş maliyyə direktoru və əməliyyatlar üzrə baş direktoru olan Aleksandr Şulgin-dir. 2020-ci ilin oktyabr ayında məlum oldu ki, Ozon ABŞ-da IPO keçirməyi planlaşdırır və bu, şirkəti 3-5 milyard dollar arasında dəyərləndirə bilər. 2020-ci ilin noyabr ayında Ozon Nasdaq birjasında IPO vasitəsilə ictimaiyyətə açıldı və şirkətin dəyəri 6,2 milyard dollar kimi qiymətləndirildi. Rusiyanın Ukraynaya təcavüzündən sonra, Nasdaq Ozon-un qiymətli kağızlarının ticarətini dayandırdı və şirkət siyahıdan çıxmaq niyyətini bildirdi. Ozon iki dəfə uğursuz apellyasiya etdi və 2023-cü ilin oktyabrında könüllü siyahıdan çıxmaq barədə qərarını elan etdi. == Tarix == Ozon.ru 1998-ci ildə Rusiyanın proqram təminatı şirkəti Reksoft tərəfindən onlayn kitab satıcısı kimi təsis edilmişdir.
Əznab-i Süfla (Hurand)
Əznab-i Süfla (fars. ازناب سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 395 nəfər yaşayır (85 ailə).
Əznab-i Süfla (Nəmin)
Əznab-i Süfla (fars. انزاب سفلي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 704 nəfər yaşayır (168 ailə).
Əznab-i Xaləsə (Hurand)
Əznab-i Xaləsə (fars. ازنابخالصه‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 178 nəfər yaşayır (35 ailə).
Əznab-i Ülya (Hurand)
Əznab-i Ülya (fars. ازناب عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (43 ailə).
Labudovo okno qoruğu
Labudovo okno (serb. Labudovo okno) — Serbiyada xüsusi qorunan qoruq ərazi. Qoruq Ramsar konvensiyasının su-bataqlıq hövzəsi kateqoriyasına daxildir. == Yerləşməsi == Labudovo okno Belqrad şəhərindən 75 km şərqdə yerləşir. Qoruq Dunay çayının Jilave adasından serb-rumın sərhəddinə qədər uzanır. Dunayın sağ sahilində yerləşən kiçik sahə istisna olmaq şərti ilə bütün qoruq Voyevodina muxtar vilayətinin ərazisinə aiddir. Ərazi həm də şimaldan Banatom və cənubdan Braniçevo ilə sərhəd funksiyasını daşıyır. Serb dilində qoruğun adı qu quşlarının toplaşdığı məkan mənasını verir. == Coğrafiyası == Qoruq Ortadunay düzənliyinin cənub silsiləsində, şimaldan Deliblatsk qumluğu ilə cənubdan Dunayın bir hissəsi olan — Ram gölü arasında yerləşir. Serdap I SES tikildikdən sonra Dunayın suyu yaxın düzənlik əraziləri tutmuşdur.
Püi-Sent-Özeb
Püi-Sent-Özeb (fr. Puy-Saint-Eusèbe, oks. Puei Sant Eusebi) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05108. 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 76 nəfər (15-64 yaş) arasında 53 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,7%, 1999-cu ildə 73.4%). Fəal olan 53 nəfərdən 49 nəfər (31 kişi və 18 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi.
Sent-Özeb-an-Şansor
Sent-Özeb-an-Şansor (fr. Saint-Eusèbe-en-Champsaur, oks. Sant Esèbe de Champsaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05141. 2008-ci ildə əhalinin sayı 138 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 82 nəfərin (15-64 yaş) 56 nəfəri iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68.3%, 1999-cu ildə 72.3%). Fəal olan 56 nəfərdən 46 nəfər (24 kişi və 22 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi.