Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolo-Kolo FK
"Kolo-Kolo" (isp. Colo-Colo; tam adı: Club Social y Deportivo Colo-Colo) — Çilidə futbol klubu. == Tarixi == 1925-cü ildə Santyaqoda yaranmışdır.
Nijemo Kolo
Nijemo Kolo — Cənubi Xorvatiyada Dalmasiya mənşəli rəqs; 2011-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş rəqs. == Haqqında == Nijemo Kolonu qrup icra edir. Bu rəqs zamanı kişilər tərəfindən qapalı dairə yaradılır və öz qadın partnyorları ilə sürətli, təsadüfi addımlarla rəqs edirlər. O rəqsin ən gözə çarpan aspekti tamamilə musiqisiz həyata keçirilməsidir. Bugün də Nijemo Kolo əvvəlki kimi yerli kəndli kollektivlər tərəfindən icra olunur və bu rəqsin ifasını festivallarda, müsabiqələrdə, yarrnarkalarda, kilsə bayramlarında və toylarda görmək mümkündür.
Tava Kolo
Tava Kolo (22 dekabr 1902 – 1 may 2021, Mamudzu) — Ən yaşlı insanlar arasında olan Mayotten olan Fransız qadın. == Həyatı == Kolo 22 dekabr 1902-ci ildə Mayotte Passamainty şəhərində anadan olub. Eudoxie Baboulun ölümündən sonra, doğulduğu tarixin qeyri-müəyyənliyi səbəbiylə Fransada yaşayan ən yaşlı insan idi. 2017-ci ilin oktyabrında medianın diqqətini çəkən Kolonun doğum qeydləri şübhə doğururdu. Ən yaşlı insan tituluna sahib olan Yapon vətəndaşı Chiyo Miyakonun ölümündən sonra, 22 iyul 2018-ci ildə, 1977-ci ildən əvvəl Mayotte doğum qeydlərinin etibarlı olmadığı hesab edildikdən sonra bu ad Yaponiyanın Kane Tanakaya verildi.Kolo 118 yaşında, Fransanın Mayotte şəhərindəki Mamoudzouda 1 may 2021-ci ildə vəfat etdi.
Oromo
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. == Ədəbiyyat == Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Rokoko
Rokoko (fr. rococo) — XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 meydanın ansamblı, Kral meydanı və s.). == Tarixi == XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. Bu, tamaşaçını təsir etməkdən çox əyləndirən, göz oxşayan amma o ölçüdə səthi bir üslubdur. Resimsel xüsusiyyətlər zəifləmiş, dekorativ, süslemeci bir funksiya ön plana keçmişdir. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir.
Öksökö
Oçoko
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. == Tarixi == Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. == Xüsusiyyətlər == Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər.Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur. Sake süzülərkən tokkurinin ağzının çokoya dəyməməsinə diqqət yetirilir və sake çokonun 80% həcminə qədər doldurulur.
Opodo
Opodo İspan onlayn səyahət agentliyidir. Uçuşlar (müntəzəm, çarter və aşağı qiymətli), otellər, kruizlər, avtomobil icarəsi, paketlər və səyahət sığortası üçün sövdələşmələr təqdim edir. Bu, British Airways, Air France, Alitalia, Iberia, KLM, Lufthansa, Aer Lingus, Austrian Airlines və Finnair daxil olmaqla, Avropa aviaşirkətlərinin konsorsiumu tərəfindən təsis edilmiş ümumavropa müəssisəsidir. 2011-ci ilə qədər Amadeus Opodo-nun 99,4%-nə sahib idi. Bundan sonra şirkəti eDreams ODIGEO şirkəti aldı.Opodo mərkəzi ofisi Madriddə olan on dörd Avropa ölkəsində fəaliyyət göstərir. O, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Avstriya, Belçika, Polşa və İsveçrədə Opodo brendli saytları, eləcə də İsveç, Norveç, Danimarka və Finlandiyada Travellink brendli saytları idarə edir. O, həmçinin bir sıra digər Fransız səyahət saytlarını da idarə edir.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Komo
Komo (it. Como) — İtaliyanın Lombardiya regionunda şəhər.
Koto
Koto (琴 və ya 箏) — Yaponiya mənşəli musiqi aləti. Bu alət əslində Çin mədəniyyətinə mənsubdur. Lakin hal-hazırda Yaponiyada daha çox maraq doğurur. == Tarixi == Koto, çox mənbəyə görə Yaponiyaya VII əsrin sonlarında çinlilər tərəfindən gətirilmişdir. XVII əsrə qədər yalnız kral ailəsi tərəfindən istifadə oluna bilinsə də, bu dövrdən sonra müəyyən insanlar tərəfindən sənətkarlıq sahəsinə çevrilmişdir.
Kovo
Kovo (it. Covo — Berqamo) İtaliyanın Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan kommuna. Əhalisi 3157 sakin, əhali sıxlığı 263 p./km². Sahəsi 12 km² ərazini əhatə edir. Poçt kodu - 24050. Telefon kodu - 0363.
Kozo
Kozo — ad Kozo Kinomoto — Keçmiş peşəkar Yaponiya futbolçusu. Kozo Taşima — keçmiş Yaponiya futbolçusu. Kozo Aray — keçmiş Yaponiya futbolçusu.
Köln
Köln — Almaniyanın dördüncü, Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəridir. Reyn çayının hər iki sahilində yerləşən bu şəhərin ən məşhur binası, iki qülləsinin hündürlüyü 157 metr olan Dom kilsəsidir. Həmçinin, şəhərdə yerləşən Köln Universiteti Avropadakı ən qədim və böyük universitetlərdən biridir. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyat == == Nəqliyyat == == Təhsil == == Məşhur şəxsləri == Konrad Adenauer - 1949-1963-cü illərdə Almaniya Federativ Respublikasının kansleri Henrix Böll - Almaniyalı yazıçı, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972).
Obol
Obol (q.yun. ὀβολός, translit. obolos, həmçinin ὀβελός (translit. obelós), ὀβελλός (translit. obellós), ὀδελός (translit. odelós). hərfi tər. "mismar"; lat. obolus) — Qədim Yunanıstanda yaranan çəki vahidi və valyuta. == Tarixi == Obol Qədim Yunanıstanda ilk öncə çəki vahidi, sonralar isə 1/6 dirhəmə bərabər mis pul kimi istifadə olunurdu.
Aleksandr Sokolov
Aleksandr Alekseyeviç Sokolov (rus. Александр Алексеевич Соколов; 1840, Rusiya imperiyası – 31 iyul (13 avqust) 1913, Rusiya imperiyası) — Rusiya jurnalisti, dramaturq və romançı. == Həyatı == Sankt-Peterburq Teatr Məktəbində oxumuş və aktyor kimi fəaliyyət göstərmişdir. 1854-cü ildə "Rus xalqının fədakarlığı" dramını nəşr etdi və 1850-ci illərin sonlarından etibarən teatr haqqında məqalələr və qısa hekayələr dərc etməyə ("Mənim kim olduğumu soruşma" və "Teatr nihilisti" təxəllüsləri altında) başladı. 1867-ci ildə o, "Teatr bataqlığı" (dörd dəfə nəşr olundu və alman dilinə tərcümə edildi) romanını nəşr etdi, ardınca da "Şəfqət bacısı", "Qansız qətl", "Ozeryalı ata Aleksey", "Ataman Styopka Razinin çay ayağında olan sərbəst adamı", "Böyük Pyotrun xaç oğulluğu", "Çar Baba", "Fərəhləndirici kənd", "Ağ general" (fransız dilinə tərcümə edilmişdir) və s., cəmi 50-dən çox idi. Romanlarla yanaşı, 760 qısa hekayə və povest, 9 dram, 5 komediya və 17 kiçik dramatik əsər və "Nekrylov" təxəllüsü ilə 500-ə qədər nağıl yazmışdır. 1868-ci ildə demək olar ki, abunəçisi olmayan "Peterburqski listok" qəzetinə rəhbərlik etdi və tirajını 10 min nüsxəyə qədər artırdı. 1880-ci illərdə "Peterburqskaya qazeta"da" işə düzəldi, burada hər gün müxtəlif təxəllüslər altında yumoristik qeydlər və şeirlər yerləşdirirdi. Həmçinin, "Suflyor" adlı qəzeti nəşr və redaktə edirdi. 31 iyul (13 avqust) 1913-cü ildə krupoz pnevmoniyası zamanı ağ ciyər şişindən vəfat etdi.
Amaurornis akool
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.
Beşinci kolon
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Boris Sokolov
Boris Sergeyeviç Sokolov 27 mart (9 aprel) 1914, Tver quberniyası – 2 sentyabr 2013, Moskva) – Sovet və Rusiya geoloqu və paleontoloqu, Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı (1984). == Tərcümeyi-halı == Boris Sergeyeviç Sokolov 9 aprel 1914-cü ildə Tver quberniyasında kənd feldşeri Sergey Borisoviç Sokolovun ailəsində anadan olmuşdur. O uşaqlıq illərini Vışnevolotsk rayonunun Beryozka kəndində keçirmişdir. Məktəbi bitirdikdən sonra Leninqradda elektik montyoru işləmişdir. B. Sokolov 1937-ci ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı ildən Mərkəzi Asiyada geoloji ekspedisiyalarda iştirak etmişdir. 1937–1941-ci illərdə o, Leninqrad Dövlət Universitetində paleontologiya kafedrasının assisenti olmuşdur. Müharibədən əvvəl Boris Sergeyeviç Sokolov Çinin Sinszyan əyalətində geoloji ekspedisiyasına rəhbərlik etmişdir. O, 1941–1943-cü illərdə SSRİ-nin Neft Komissarlığının geoloji qrupunun rəhbəri kimi Çində Tyan-Şan bölgəsində Turfan və Cunqar ərazilərində aparılan geoloji tədqiqatlarda iştirak etmişdir. Tədqiqatçı 1943–1958-ci illərdə SSRİ Neft Komissarlığında böyük geoloq, böyük elmi işçi, laboratoriya müdiri olmuşdur.
Cerma Kolon
Cerma Kolon i Domeneç (30 noyabr 1928, Kastelyon vilayəti[d], Valensiya icması[d] – 22 mart 2020[…], Barselona) — ispan dilçi, pedaqoq və filosof. Kolon 30 noyabr 1928-ci ildə İspaniyanın Kastelyon-de-la-Plana şəhərində anadan olub. Roma fəlsəfəsini öyrənmiş və əsərlər yazmışdır. İsveçrənin Bazel Universitetində professor vəzifəsində çalışıb.
Kokolos bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir.Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Masayuki Okano
Masayuki Okano (d. 25 iyul 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib, 2 qol vurub.