Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Kollec
Kollec (ing. college, lat. collegium) — orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi. İlk kolleclər Böyük Britaniyada XIII əsrdə, ABŞ-də XVII əsrdə yaranıb. Böyük Britaniya, ABŞ və bəzi ölkələrdə kollec dedikdə orta təhsildən sonrakı üç təhsil forması nəzərdə tutulur: ali məktəb; orta ixtisas təhsili; orta təhsilin yuxarı səviyyəsi. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kollec ilə əlaqəli mediafayllar var.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Omlet
Omlet (fr. omelette) — fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından tavada qızardılmaqla hazırlanır. Fransız omleti heç bir əlavəsiz tavaya tökülmüş yumurta qarışığının bir üzü kərə yağında qızardıldıqdan sonra ortadan iki bölünərək ya da dürüm şəklində süfrəyə verilir. Bu cür yemək demək olar ki beynəlmiləl olub müxtəlif xalqların mətbəxində müxtəlif cür adlandırılır. Məsələn, italyanlarda "it. frittata", yaponlarda "omu-raysu" və "omu-soba", ruslarda süd, un və kartof qarışıqlı rus. дрoчёна, azərbaycanda "qayqanaq" və.s.
Pоreç
Pоreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Xələc
Xələc dili — Türk dillərinin Arqu qrupuna daxil olan dil. Xələclər — İranda, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalq. Xələc yaşayış yeri — Şərur rayonunda arxeoloji abidə. Xələclər sülaləsi — 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Xələc etrapı — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Xələc — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Xələc etrapının inzibati mərkəzi. Xələc (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xələc (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Xələc (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Xələc (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması. Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar.
Poreç
Poreç (xorv. Poreč) — Xorvatiyanın İstriyskaya vilayətində yerləşən bir şəhərdir. Şəhərin əhalisi 2011-ci ildə 16,696 nəfərdir. Şəhərin əsas əlamətdar yeri 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş 6-cı əsr Euphrasian Bazilikasıdır.
Polen
Çiçək tozu və ya polen – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair).
OCLC
OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldcat- dünya kataloq sistemi fəaliyyət göstərir. 6 iyul 1967-ci ildə mənfəət götürməyən Ohayo kollecinin Kitabxana Mərkəzi olaraq qurulmuşdur. 170 ölkədə və ərazidə 72.000-dən çox kitabxana, kitabxana materiallarını axtarmaq, əldə etmək, kataloqlaşdırmaq, borc almaq və qorumaq üçün OCLC xidmətlərindən istifadə edir. Təşkilat Fred Kilqur tərəfindən təsis edilmiş və mərkəzi Dublin, Ohayo, ABŞ-də yerləşir. OCLC biblioqrafik, annotasiya və tam mətnli məlumat əldə etmək imkanı verir. OCLC və üzv kitabxanalar birlikdə dünyanın ən böyük onlayn ictimai giriş kataloqu (OPAC) olan WorldCat — OCLC Onlayn Birlik Kataloqunu yaradır və qoruyurlar. WorldCat dünyanın hər yerindəki dövlət və özəl kitabxanalardan qeydlər aparır. Open WorldCat proqramı kitabxanalara aid materialları İnternet axtarış motorları, biblioqrafik və kitab satış saytları vasitəsilə əldə edilə bilən WorldCat OCLC verilənlər bazasına yazır.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Olea
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Opel
Opel — alman avtomobil şirkəti. 21 yanvar 1862-də Adam Opel tərəfindən qurulub. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Opet
Opet — türk neft şirkəti kommersiya və sənaye yanacaqları, mineral yağlar, pərakəndə satış, anbar və beynəlxalq satışlarla məşğuldur. Opet Petroleum-un kökləri Öztürk ailəsinin qurduğu yanacaq paylama şirkəti Öztürk Petrol-dan qaynaqlanır. 2002-ci ilin sonunda Koç Holdinq Enerji Qrupu ilə ortaqlıqda 50% paya sahib olan Opet, yarandığı gündən əsas diqqətini infrastruktur investisiyalarına yönəldib. 2010-cu ildə şirkətin anbar tutumu 1 076 318 kubmetrə çatıb. Opet Türkiyəyə 98 oktan qurğuşunsuz yanacaq gətirən ilk şirkətdir və Avropa bazarına çıxmazdan əvvəl Ultra Euro dizelini türk istehlakçısına təqdim etdi. Türkiyənin ikinci ən böyük yanacaq mazut paylama şirkəti olan Opet, SUNPET brendi də daxil olmaqla, ölkə daxilində 1500-dən çox yanacaqdoldurma məntəqəsinə malikdir. 2015-ci ildən etibarən Opet 10 il ardıcıl olaraq "Müştəri Məmnuniyyətində Ən Yaxşı" mükafatını almışdır.
Olen
Olen (padşah) — qədim yunan mifologiyasında personaj, Olen şəhərinin eponimi. Olen (Axeya) — Yunanıstanda, qədim Axeyada polis (şəhər-dövlət). Olen (Etoliya) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər.
Gökhan Güləç
Gökhan Güləç (25 sentyabr 1985) — Türkiyəli futbolçu, Xəzər-Lənkəran klubunun hücumçusu. == Karyerası == Peşəkar futbol karyerasına 2003-cü ildə İnegölsporda başlayan 27 yaşlı hücumçu daha sonra Qaziantepspor (2004-05, 17 oyun, 4 qol), Beşiktaş (2005-07, 35 oyun, 8 qol), Dənizlispor (2007-08, 13 oyun, 1 qol), Bursaspor (2008-09, 28 oyun, 6 qol), Kasımpaşa (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu Beşiktaşla 2005 və 2006-cı illərdə Türkiyə kubokunu, 2005-ci ildə isə Türkiyə Superkubokunu qazanıb. 2012-ci ilin sonunda Xəzər-Lənkəran klubuna transfer olunub.
Kristian Dopler
İohann Kristian Andreas Dopler (29 noyabr 1803[…], Zalsburq, Müqəddəs Roma imperiyası – 17 mart 1853[…], Venesiya, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — Avstriyalı riyaziyyatçı və fizik. 1800-cü illərin ortalarında öz adı ilə adlandırıldığı "Dopler effekti" sayəsində məşhurlaşdı. Kristian Dopler radio dalğası yayan hər hansı bir cismin müşahidəçiyə yaxınlaşıb-uzaqlaşdıqca tezliyinin dəyişirmiş kimi müşahidə olunması nəzəriyyəsini fikrini söyləmişdir. == Həyatı == Kristian Dopler Avstriyanın Salzburq kəndində olduqca istedadlı divar ustasının ailəsində anadan olmuşdur. Ancaq vücudu zəif, xüsusilə də xəstə olduğu üçün tez-tez atası ilə birgə çalışa bilməmişdir. Salzburqda lisey təhsilini tamamladıqdan sonra Vyanada astronomiya və riyaziyyatla bağlı ciddi işlər görən Dopler, 1841-ci ildən etibarən Çex Texnik Universitetində riyaziyyat və fizika professoru olaraq çalışmışdır. Bir il sonra, onu dünyaya məşhurlaşdıran Dopler effekti haqda məqalə yazıb, Praqadakı professorluq karyerası boyunca riyaziyyat, fizika və astronomiya mövzularında 50-dən çox elmi iş nəşr etdirmişdir. Praqadakı araşdırmaçılıq karyerası, 1848-ci ildə baş verən inqilablar səbəbindən yarımçıq qalmış və Vyanaya qaçmaq məcburiyyətində qalmışdır. 1850-ci ildə Vyana Universiteti nəzdində olan "Təcrübi Fizika universiteti"nə başçılıq etmişdir. 1853-cü ildə 50 yaşında olarkən Venesiyada ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir.
Küleç məscidi
Küleç məscidi (ukr. Колеч-Мечеть, krımtat. Küleç Meçit, Кулеч-Мечит) — Krım xanlığı dövründə inşa edilmiş bir məscid. Məsciddən yuxarıda, çürük su çayının vadisi üzərindəki eyniadlı kənddə Əziz Əhməd əfəndinin türbəsi yerləşir. Məscidlə birlikdə mədrəsə də inşa edilmişdir. Məscid kompleksi haqqında ilk yazılı qeydlər 17-ci əsrə təsadüf edir, lakin tədqiqatçıların fikrincə, onun qurulma vaxtı daha erkən bir dövrə, ehtimal ki, 15-16-cı əsrlərə aid edilə bilər. Krımda Sovet hakimiyyəti qurulandan sonra məscid bağlandı və 1950-ci illərin əvvəllərində məscid kompleksi tamamilə dağıldı. Memarlıq obyekti olaraq, 1920-ci illərdə memar və bərpaçı Boris Nikolayeviçin başçılıq etdiyi ekspedisiya tərəfindən araşdırılmışdır. Bina 1950-ci illərə qədər qalsada, bundan sonra söküldü. Tədqiqat, çəkiliş, habelə onun ən qiymətli memarlıq və tarixi hissələrinin qorunub saxlanılması həyata keçirilmədi.
Oqled zirvəsi
Oqled zirvəsi (bolq. връх Оглед, ‘Vrah Ogled’ \'vr&h 'o-gled\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Zirvə Luis Filipp yaylasından və Bransfild boğazından şimalda yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Oqled şəhərinin adını daşıyır. Oqled zirvəsi 63°30′20″ c. e. 58°18′18″ q. u. koordinatlarında yerləşmişdir. Tintyava zirvəsindən 3.66 km şimal-qərbdə, Hoçstetter zirvəsindən 12.11 km şimalda, Lardiqo zirvəsindən 10.76 km şimal-şərqdə yerləşmişdir.
Parça Xələc
Parça Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Polen Uslupehlivan
Polen Uslupehlivan (27 avqust 1990, Yüreğir, Adana ili) – Türkiyə milli voleybol komandasında diaqonal mövqedə oynayan voleybolçu. Vakıfbank aşağı yaş qruplarında başladığı voleybolçuluğa adı çəkilən komandanın əsas komandasından davam etmişdir. Oyun təcrübəsi qazansın deyə, 2010–11 sezonunu Nilüfer Belediyesporda icarə əsasında oynamışdır. 2012-ci ildə doğma komandasına geri dönmüşdür. 2012-ci ildə Türkiyə yığması ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hələ ki, voleybolçunun milli komanda da əldə etdiyi ən böyük uğurdur. 2012–13 sezonunu Vakıfbankla möhətşəm şəklində keçirir. Qazanıla biləcək bütün kubokları Polen və komandası həmin sezon aşağıda adı çəkilən turnirlərin qalibi olmuşdur: Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə Qadınlararası Voleybol Kuboku, Türkiyə Superkuboku, CEV Qadınlar Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı".
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi. Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.