Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
II Oskar
II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu. == Həyatı == 1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı. 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi.
I Oskar
I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot (4 iyul 1799[…], Paris – 8 iyul 1859[…], Stokholm kral sarayı[d], Stokholm leni[d]) — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur. == Adı == Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür. == Gəncliyi == Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı.
L'Eskal
L'Eskal (fr. L'Escale, oks. L'Escala) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1255 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 808 nəfər (15-64 yaş) arasında 551 nəfər iqtisadi fəal, 257 nəfər hərəkətsiz (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 71.1%) idi. Fəal 551 nəfərdən 497 nəfəri (254 kişi və 243 qadın), 54 nəfəri işsiz (19 kişi və 35 qadın) idi.
Novıy Oskol
Novıy Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Oskar Danon
Oskar Danon (serb. Оскар Данон; 7 fevral 1913[…], Sarayevo – 18 dekabr 2009, Belqrad) — Yuqoslaviya bəstəkarı və dirijoru. İkinci dünya müharibəsi davam edərkən 1943-cü ildə Vladimir Nazorun yazdığı yuqoslav partizanlarının marşı olan "Uz marşala Tita"nın (azərb. "Marşal Tito ilə"‎) bəstəkarıdır. Bir boşnak-serb yəhudisi olan Oskar Danon 7 fevral 1913-cü ildə, həmin zaman mövcud olan Avstriya-Macarıstan imperiyasına aid (indiki vaxtda Bosniya və Herseqovinaya aid) Sarayevo şəhərində anadan olmuşdur. Yuqoslaviya Krallığında musiqi təhsili bölməsində oxumuş və Çexoslovakiyanın paytaxtı Praqa şəhərində Musiqişünaslıq sahəsi üzrə doktorluq işini müdafiə etmişdir. Sarayevoda dirijor kimi fəaliyyət göstərmiş və İkinci dünya müharibəsindən sonra, 1944–1965-ci illər arasında Belqrad Operasının dirijoru və rejissoru olmuşdur. 1970–1974-cü illərdə Sloveniya Filarmoniya Orkestrında dirijorluq etmişdir. Həmçinin, o, həmin dövrdə Belqrad Filarmoniya Orkestrınında da dirijor idi. Bu orkestrlarla həm Yuqoslaviyada, həm də ölkə xaricində (Paris, Visbaden, Florensiya və s.
Oskar Kokoşka
Oskar Kokoşka (1 mart 1886[…] – 22 fevral 1980[…], Montrö[d]) — Avstriyalı rəssam, şair və dramaturq. Bir rəssam kimi onun əsərləri ekspressionizm və modernizmin ən yaxşı nümunələrindəndir. 1904-cü ildə Vyanada sənətşünaslığa başladı. 1910-1911-ci illərdə Berlində "Der Sturm" qəzeti üçün rəsmlər çəkirdi. Oskar Kokoşka 1886-cı il martın 1-də Avstriyanın Dunay bölgəsindəki Pöchkarn şəhərində anadan olmuşdur. 1905-ci ildə Vyana Peşə və İncəsənət Məktəbinə daxil oldu və rəssamlığa başladı. 1909-cu ilə qədər bu məktəbdə təhsilini davam etdirdi və rəsm çəkmədiyi vaxtlarda teatra maraq göstərdi və 1908-ci ildə iki əsər yazdı. 1910-cu ildə onun "Xəyalpərəst Uşaqlar" adlı uzun şeiri çapdan çıxdı. Həm rəssamlıqla, həm də ədəbiyyatla maraqlanırdı. Vyananın sənət səhnəsində şöhrəti artdı.
Oskar Lanqe
Oskar Rışard Lanqe (pol. Oskar Ryszard Lange; 27 iyul 1904[…] – 2 oktyabr 1965[…], London) — polşalı iqtisadçı, ekonometrik, siyasi və ictimai xadim. Əsas elmi məsləhətçisi Adam Krzyżanowski idi. 1927-ci ildə Hüquq elmləri üzrə magistr dərəcəsini və 1928-ci ildə Krakov Universitetində hüquq elmləri doktoru dərəcəsini alıb. 1929–30-cu illərdə London İqtisadiyyat Məktəbində oxudu. 1931-ci ildə Krakov Universitetində müəllim oldu. 1935-ci ildə ABŞ-yə getdi və Miçigan Universitetində dərs deməyə başladı. 1938–1945-ci illərdə Çikaqo Universitetində dərs demişdir. 1927–1947-ci illərdə Polşa Sosialist Partiyasının üzvü, 1948-ci ildən PBİP üzvü. 1945-ci ildə Polşaya, 1945–1947-ci illərdə Polşa Xalq Respublikasının ABŞ-dakı səfiri, 1947-ci ilin yanvar-dekabr aylarında Polşa Xalq Respublikasının BMT-də və Təhlükəsizlik Şurasında təmsilçisi oldu.
Oskar Loya
Oskar Loya (12 iyun 1979) — 2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə Almaniya'nı təmsil edən müğənnidir. Müsabiqədə Aleks Kristensen ilə birlikdə Miss Kiss Kiss Bang adlı mahnını səsləndirmişdir.
Oskar Minqueza
Oskar Minqueza Qarsiya (13 may 1999) – İspaniya La Liqasında çıxış edən Selta Viqonun futbolçusu. Barselona 2-də ilk matçına 26 avqust 2018-ci ildə keçirilən Alsoyano-Barselona-2 matçında çıxıb. Matç Alsoyanonun 3–1 hesablı qələbəsi ilə başa çatıb. Barselonada ilk matçına 29 iyul 2018-ci ildə keçirilən Barselona-Tottenhem matçının 46-cı dəqiqəsində çıxıb. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb. Barselonada ilk qolunu isə 16 mart 2021-ci ildə keçirilən Barselona-Hueska matçının 53-cü dəqiqəsində vurub. Matç Barselonanın 4–1 hesablı qələbəsi ilə başa çatıb.
Oskar Montelius
Qustav Oskar Avqust Montelius (isv. Gustav Oscar August Montelius; 9 sentyabr 1843[…], Mariya-Maqdalena[d] – 4 noyabr 1921[…], Mariya-Maqdalena[d]) — İsveç arxeoloqu. Oskar Montelius 9 sentyabr 1843-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. O, hazırladığı tipoloji metod əsasında Avropanın Neolit, Tunc və erkən Dəmir dövrlərinin xronoloji təsnifatını yaratmışdır. Monteliun metodundan müasir arxeoloqlar da istifadə edir, lakin digər evolyusionist arxeoloqlar kimi, Montelius da səhvən cansız əşyaların da canlı orqanizmlər kimi inkişaf etdiyi mülahizəsinin tərəfdarı idi. O, 4 noyabr 1921-ci ildə Stokholm şəhərində vəfat etmişdir. Oscar Montelius. Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011.
Oskar Morqenştern
Oskar Morqenştern (d. 24 yanvar 1902 - ö. 26 iyul 1977) — almaniyalı iqtisadçı. İqtisadi tsikl, beynəlxalq ticarət məsələlərini, siyasi iqtisad problemlərinin statistik və riyazi təhlil metodologiyasını tədqiq etmişdir. Riyaziyyatçı Con fon Neyman ilə birlikdə oyunlar nəzəriyyəsini bazar iqtisadiyyatının təhlilinə təbiq etmişdir (gözlənilən faydalılıq nəzəriyyəsi). Neyman-Morqenştern konsepsiyasının əsas müddəaları 1944-cü ildə "Oyunlar nəzəriyyəsi və iqtisadi davranış" adı ilə dərc edilmişdir.
Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907, Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur. Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.
Oskar Pistorius
Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı. 2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub. Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib. Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur. 14 fevral 2013-cü il tarixində Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb).
Oskar Potiorek
Oskar Potiorek (alm. ‎və sloven. Oskar Potiorek; 20 noyabr 1853 – 17 dekabr 1933, Klaqenfurt) — Avstriya-Macarıstan sərkərdəsi, feldtseyxmeyster (30 oktyabr 1908). 1911-1914-cü illərdə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan qubernatoru, Birinci Dünya müharibəsi iştirakçısı olmuşdur. Oskar Potiorek 1867-ci ildə Texniki Hərbi Akademiya və Avstriya-Macarıstan Baş qərargah Akademiyasını bitirmişdir. 1879-cu ildən Baş qərargah, 1886-cı ildə əməliyyat bürosuna işləməyə başladı və 1892-ci ildə oranın rəis oldu; 1902-ci ildən Baş qərargah rəisinin müavini oldu. 1898-ci ildən 64-cü piyada briqadasına komandalıq edirdi. 1907-ci ildən III Ordu Korpusunun komandiri (Qrats) təyin edildi. 1910-cu ildən ordu müfəttişi, 1911-ci ildən Bosniya və Herseqovinanın torpaq hökumətinin sədri və Sarayevo qərargahlı ordu müfəttişi vəzifələrində işlədi. 28 iyun 1914-cü ildə Potiorek ershersoq Frans Ferdinandın olduğu avtomobildə sərnişin idi və ershersoqun qətli zamanı oradaydı, bununla belə qatil Qavrilo Prinsip söyləmişdir ki, ershersoqun həyat yoldaşı Sofiya Xotekə dəyən qüllə Potiorek üçün nəzərdə tutulmuşdur.
Oskar Qonzalez
Oskar Qonzalez (7 mart 1967) — Argentinanı təmsil edən stolüstü tennisçi. Oskar Qonzalez Argentinanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Oskar Sançes
Oskar Arias Sançez (İspanca tələffüz: [ˈoskaɾ ˈaɾjas]; 13 sentyabr 1941[…], San-Xose) — 1986-1990 və 2006-2010-cu illərdə Kosta Rikanın prezidenti olub. Mərkəzi Amerikadakı maliyyə böhranına son qoyulması istiqamətindəki səylərinə görə 1987-ci ildə Nobel sülh mükafatına layiq görülüb. O, həmçinin Albert Şveytzer Humanitarizm mükafatına da layiq görülüb. 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Qurbanlara Etimad Fondunun İdarə Heyətinə seçildi. Arias hal-hazırda; qorunan ərazidə qızıl hasilatı ilə əlaqədar milli mənfəət fərmanı səbəbiylə cinayət pozuntularına və cinsi təcavüzə görə bir neçə məhkəmə ittihamı ilə qarşı-qarşıyadır. Arias, Herediya əyalətində üst sinif ailədə anadan olmuşdur. Arias orta məktəbini paytaxt San Xosedəki Sent Frankis Kollecində başa vurdu. Daha sonra ABŞ-yə getdi və tibb təhsili almaq məqsədi ilə Boston Universitetinə yazıldı,lakin tezliklə vətəninə döndü və Kosta Rika Universitetində hüquq və iqtisadiyyat üzrə təhsil aldı. 1967-ci ildə Arias İngiltərəyə getdi və London İqtisadiyyat Məktəbində qeydiyyatdan keçdi. 1974-cü ildə Esseks Universitetində siyasi elmlər doktoru dərəcəsi almışdır.
Oskar Uayld
Oskar Vayld (ing. Oscar Fingal O’Flahertie Wills Wilde; 16 oktyabr 1854[…], Dublin, Dublin qraflığı[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 noyabr 1900[…], Paris) — görkəmli irland yazıçısı. Görkəmli İngilis yazıçısı Oskar Vayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir. Onun yazdığı nağıllarla xalq nağılları arasında böyük fərq var. İlk növbədə o, uşaqların qarşısında ciddi problemlər qoymuşdur. Bunlar: xeyrlə şəri ayırmaq və olum ölüm. Onun nağılları iki hissədən ibarətdir: I hissəyə "Xoşbəxt şahzadə və diğər nağıllar", II hissəyə " Nar ev" , " Bülbül və qızılgül" daxildir. Onun bu nağıllarında dostluq və sədaqətdən danışır.
Oskar Vayld
Oskar Vayld (ing. Oscar Fingal O’Flahertie Wills Wilde; 16 oktyabr 1854[…], Dublin, Dublin qraflığı[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 noyabr 1900[…], Paris) — görkəmli irland yazıçısı. Görkəmli İngilis yazıçısı Oskar Vayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir. Onun yazdığı nağıllarla xalq nağılları arasında böyük fərq var. İlk növbədə o, uşaqların qarşısında ciddi problemlər qoymuşdur. Bunlar: xeyrlə şəri ayırmaq və olum ölüm. Onun nağılları iki hissədən ibarətdir: I hissəyə "Xoşbəxt şahzadə və diğər nağıllar", II hissəyə " Nar ev" , " Bülbül və qızılgül" daxildir. Onun bu nağıllarında dostluq və sədaqətdən danışır.
Oskar Vistinq
Oskar Adolf Vistinq (ing. Oscar Adolf Wisting; 6 iyun 1871 – 5 dekabr 1936, Oslo) — Norveçli dəniz zabiti və qütb tədqiqatçısı. Roald Amundsenlə birlikdə həm Şimal həm də Cənub qütbünə çatan ilk insan olaraq tarixə keçmişdir.
Oskar Vizborq
Şahzadə Oskar 1859-cu ildə Stokholmda anadan olmuşdu. O şahzadəlik və hersoqluq titulunu kral ailəsindən biri ilə yox da, sadə bir rəiyyət ilə evləndiyi üçün itirmişdi. Ailəsi əvvəlcə Oskara icazə verməsə də qardaşlarından bir daha belə evlilik etməyəcəklərinə dair müqavilə istəyən atası ona titullarından imtina etməklə evlənməyə imkan verdi. Onlar İngiltərədə evləndi və 5 övladları oldu. Əsilzadə olmasına baxmayaraq titulsuz qaldığını görən dayısı I Adolf Nassau ona Vizborq qrafı titulunu verdi. Bundan sonra bu ənənə bütün rəiyyətlə evlənən şahzadələrdə icra olundu. Onun nəvələri hələ də yaşasa da kral ailəsindən sayılmırlar və təkcə qraf tituluna sahibdirlər.
Oskar mükafatı
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Oskar Çavez
Oskar Çavez (20 mart 1935 – 30 aprel 2020) meksikalı müğənni,yazıçı,bəstəkar və aktyor. Çavez 20 Mart 1935-ci ildə Meksiko şəhərində doğdu. 1960-cı və 1970-ci illərin məşhur sənətkarlarındandır. Meksika Xalq Musiqisinin başda gələn adlarından birisi olaraq "Por Ti" və "Macondo" kimi populyar mahnılar yaratdı. Çavez 30 Aprel 2020-ci ildə COVID-19 səbəbilə doğum yeri Meksiko Şəhərində 85 yaşında öldü. Óscar Chávez.
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.