Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otena
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Athena
Athena (ing. Athena) — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holigan albomunun eyniadlı mahnısı futbol matçlarının dəyişməz sloganı oldu; eyni zamanda A Milli Basketbol komandası üçün yazıldığı "12 Dev Adam" mahnısı isə basketbol komandasının simvoludur. Bir çox rok musiqi dinləyicilərin fikrincə, Athena Türkiyənin ən yaxşı rok qruplarındandır. == Tarix == === Yaranma və One Last Breath (1987-1997) === Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studia və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar.
Ottana
Ottana (sardin: Otzàna) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhərdir. Sahəsi 45,07 km²-dir. Kommunanın əhalisi 2307 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 51 nəfərdir. == Qonşu kommunalar == Ottana kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Bolotana, Noragugume, Olzai, Orani, Sarule və Sedilo.
Omega
Omega (şirkət) — Omega markası altında lüks saatlar istehsal edən İsveçrə saat şirkəti.
Omeqa
Omeqa (Ω ω) (yun: Ωμέγα, Omeqa) iyirmi dörd hərfli yunan əlifbasının sonuncu hərfidir. Azərbaycan dilindəki O səsi kimidir, lakin adətən Ö səsinə yaxın səs verir.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Arabis armena
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Bellis armena
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Ralf Rotmen
Ralf Rotman (10 may 1953[…], Şlezviq[d], Şlezviq-Holşteyn) — alman yazıçı və dramaturq. == Həyatı və fəaliyyəti == Ralf Rotman 10 may 1953-cü ildə Almaniyanın şimal-şərqində yerləşən Şlezviq şəhərində doğulmuşdur. Orta məktəbdən sonra qısamüddətlik ticarət məktəbinə getmiş, ardınca isə tikintidə çalışmışdır. 1976-cı ilə Berlinə köçmüş və 1986-cı ildə "Bıçağın Ucu" adlı ilk əsərini nəşr etdirmişdir. Müxtəlif dillərə tərcümə edilmiş çoxsaylı əsərləri mövcuddur. 2004-cü ildə "Gənc İşıq" adlı əsərini dərc etdirmişdir. Kitabda, 12 yaşlı yeniyetmənin 1960-cı illərin sənayə bölgəsi olan Almaniyanın Ruhr şəhərindəki yaşayışı psixoloji detallarla oxuculara təqdim olunmuşdur. "Gənc İşıq" əsəri 2016-cı ildə "Junges Licht" adı ilə filmləşdirilmişdir. == Mükafatları == 2017-ci ilə Almaniyanın "Kleist Preis" mükafatına layiq görülmüşdür.
Robert Oltmen
Robert Oltmen (20 fevral 1925[…], Kanzas Siti, Missuri – 20 noyabr 2006[…], Los-Anceles, Kaliforniya) — üç vacib festivalın mükafatını - "Qızıl Palma budağı", "Qızıl şir", "Qızıl ayı" mükafatlarını alan yeganə ABŞ rejissoru. == Təhsili == Anadan olduğu Kanzas Sitidə yezuit məktəbində təhsil almışdır. Missuri Universitetində mühəndis ixtisasına yiyələnmişdir. == Karyerası == Hələ gənc yaşlarında ikən boş vaxtlarında ssenari yazır. 1948-ci ildə nuar üslubunda yazdığı "Cangüdən" ssenarisini rejissor Riçard Fleyşer ekranlaşdırır. Bu uğurundan sonra Nyu-Yorka gedir və bursda yazıçılıqla pul qazanmağa başlayır. 1950-ci illərdə Kanzas Sitiyə qayıdaraq, "Kalvin" korporasiyasının sifarişi ilə 65 sənədli film lentə alır. "Qanunu pozanlar" adlı ilk bədii filmini 1955-ci ildə çəkir. Lakin bu filmi uğur qazanmır. Bundan sonra Oltmen televiziyada fəaliyyətə başlayır; telefilmlər üzərində çalışır.
İrmena Çiçikova
İrmena Çiçikova (bolq. Ирмена Чичикова; 22 may 1984, Plovdiv) — Bolqarıstan kino və teatr aktrisası. == Uşaqlıq və təhsil == İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir. Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur. == Karyera == 2012-ci ildə "Mən — sən" filminə çəkilir.
Crataegus × armena
Erməni yemişanı (lat. Crataegus × armena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını (Zəngəzur və Meğri) əhatə edir. == Botaniki təsviri == Endemikdir. Hündürlüyü təxminən 2–2,5 m olan koldur. Cavan zoğları tükcüklüdür; illik zoğları çılpaq, tünd albalı rəngli; qoca budaqların qabığı boz xallı və ya boz-qonurdur. Qoltuq tikanları azsaylı, uzunluğu 7–15 mm, yarpaq tikanları nazik, azsaylıdır. Çiçəkləyən zoğların aşağı yarpaqları çox vaxt ensiz, ucunda üç pərli və ya üç yerə bölünmüş, itihissəli, iri dişlidir. Yuxarı pərləri bəzən enli, kənarları bütöv və ya ucuna yaxın 1–3 dişlidir. Steril zoğların yarpaqları daha dərin bölünmüş, enli, kəsikli pərlidir.
Pastinaca armena
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir. == Yayılması == Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.
Sidney Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. == Bioqrafiyası == Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Sidni Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. == Bioqrafiyası == Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Kolesovskaya Otmel
Kolesovskaya Otmel — Şərqi Sibir dənizində yerləşən ada. Kolıma körfəzinin qutaracağında yerləşir. Materikdən 3 km aralıda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Sahil xətti daim dəyişir. Öz adını iş icraçısı Mixail Kolesovun adından götürülmüşdür.
Olena Dmitraş
Olena Dmitraş (1 dekabr 1991, Bila Çerkva, Kiyev vilayəti) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dmitraş 2008, 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Dmitraş həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Olena Dmitraş birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. Pekin şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 31.100 xal topladı və sonuncu, 8-ci yeri tutdu. Olena Dmitraş ikinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Olena Dmitraş 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yevgeniya Qomon, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Olena Dziubçuk
Olena Dziubçuk (d. 19 may 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dziubçuk 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Olena Dziubçuk 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Olena Teliqa
Olena İvanovna Teliqa (ukr. Олена Іванівна Теліга, 21 iyul 1906, Moskva vilayəti – 21 fevral 1942 və ya 22 fevral 1942, Kiyev) — Ukrayna şairi və ədəbi tənqidçisi, Ukraynalı millətçilər təşkilatının üzvü. == Haqqında == 1906-cı il iyulun 21-də valideynlərinin yaz tətilini keçirdiyi Moskva yaxınlığındakı İlinskoe kəndində, ukraynalı-belaruslu ailədə anadan olmuşdur. Olena Teliqanın doğum haqqında şəhadətnaməsi itirildikdən bu günədək Moskvaya yaxın "İlinskoe" adlanan bir neçə yerdən hansı hadisənin baş vermədiyi müəyyənləşdirilməyib. Onun atası mülki mühəndis idi. Anası isə Rusiya Ortodoks kahinləri ailəsindən gəlirdi. 1918-ci ildə onun atası yeni Ukrayna Xalq Respublikasında nazir təyin edildikdə, o ailəsi ilə birliktə Kiyevə köçdü. Orada Ukrayna İstiqlaliyyət müharibəsi dövründə yaşadılar. Bolşeviklər hakimiyyətə keçdikdə, atası Çexoslovakiyaya köçdü və qalan ailə 1923-cü ildə onu təqib etdi.Ukrayna Xalq Respublikasının yüksəlməsi və düşməsi ilə yaşayan Olena, Ukrayn dilinə və ədəbiyyatına böyük maraq göstərdi. Praqada o, tarix və filologiyanı öyrənən ukraynalı müəllim kollecində iştirak etdi.
Olena Zelenska
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. == Ailəsi == Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. == Şəxsi həyatı == Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.
Omega (qrup)
Omega ― Macarıstan rok qrupu.
Omeqa 3
Doymamış yağ olan Omeqa 3 (linolenik) qoz, balıq, bütün yaşıl yarpaqlı bitkilərin tərkibində mövcuddur və insan üçün əsas yağlardan biridir. Orqanizm bu yağı istehsal etmədiyi üçün qidalanma yolu ilə qəbul edilməsi lazımdır. Normal qidalanmada ən idealı həftədə 2 və ya 3 dəfə balıq, zeytun yağı, bol-bol qoz və əncir yeməkdir. Tədqiqatçılar Omeqa 3 yağ asidinin hüceyrə pərdəsinə keçərək metabolizmaya təsir etdiyini müəyyənləşdirmişlər. Orqanizm üçün vacib olan Omeqa 6 və Omeqa 3 yağları müvazinətli şəkildə qəbul edilməsinin faydaları aşağıdakı kimi göstərilir: ‘’Yaşlanmağı gecıkdirir, dərini gözəlləşdirir. Şaça parlaqlıq verir və qırışıqlıqları azaldır. Həmçinin əgər ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı inkişaf edir. Həftədə ən az 3 dəfə balıq yediymiz vaxt ağıl və zehin sağlamlığı daha yaxşı olur. Şizofreniya, depressiya kimi xəstəliklər az müşahidə edilir.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Sezer Özmen
Sezer Özmen (7 iyul 1992, Bakırköy, İstanbul ili və ya İstanbul) — sol müdafiəçi və libero kimi çıxış edən türk futbolçu. O, 2-ci Liqa komandalarından olan “Turqutluspor”da çıxış edir. == Peşəkar karyera == Futbolçu karyerasına 2005-ci ildə "Bakırköyspor"da başlayıb.