Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petar Atsev
Petar Atsev (bolqar: Петър Ацев) — bolqar inqilabçısı, Daxili Makedoniya-Adrianopol İnqilab Təşkilatının (IMARO) Prilep bölgəsi üzrə voyvodası idi.Şimali Makedoniyada o, etnik makedon sayılır. == Bioqrafiya == Petar Atsev 1877-ci ildə Osmanlı İmperiyasının o zamanlar Manastır Vilayətinin tərkibində olan Oreovec kəndində anadan olub. 1897-1901-ci illərdə o, Prilep və Kruşevoda, eləcə də Makedoniyanın bəzi kəndlərində müəllim işləmişdir. Qardaşları Mirçi və Georgi ilə birlikdə İMARO-nun inqilabi fəaliyyətinə qoşuldu. 1901-ci ildə sonralar Şakir voyvodası kimi tanınan Krastyu Germov onun inqilabi qrupunun üzvü olur. 1902-ci ilin əvvəlində Petar da azadlıq döyüşçüsü oldu və 1902-ci ilin mayında Prilep bölgəsi üçün regional voyvoda oldu. Atanas İvanov o zaman onun qrupunun üzvü idi. Petar Atsev Smilevo Konqresində Prilep inqilabi bölgəsinin nümayəndəsi idi, burada İlinden-Preobrajenie üsyanının təşkili və həyata keçirilməsi ideyasının əsas antaqonistlərindən biri idi. Üsyana qarşı çıxmaq üçün o, inqilabi bölgəsində silah-sursatın olmadığını vurğuladı. Petar Atsev Georgi Pophristov və Lazar Poptraykov ilə birlikdə Dame Qruev, Atanas Lozançev və Boris Sarafovun rəhbərlik etdiyi Üsyan Qərargahının ehtiyat üzvü seçildi.
Ltsen
Ltsen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Onsen
Onsen (yap.温泉), Yapon dilində isti bulaq deməkdir. Ancaq bu terminə ümumiyyətlə isti bulaq və ətrafındakı müəssisələri də aid etmək olar. Onsen Yapon ənənələrinə görə formalaşmış bir növ kurortdur. Vulkanik ölkə olduğundan onsenlər ölkənin bir çox yerində var. Onsenlər qədim vaxtlardan ictimai hamam kimi istifadə olunur. Hal-hazırda isə Yaponiya daxili (yerli) turizminin vacib bir hissəsidir. Buralarda yapon geyşaları çalışır. Onsenlerin bir çox növü var. Açıq və ya bağlı, bələdiyyə tərəfindən ya da xüsusi olaraq bir otelin hissəsi və ya pansion olaraq idarə edilən və sair. Sıxlıqla çöl sahələrdə etmələrinə baxmayaraq, böyük şəhərlərdə olanları da vardır.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Öksən
Öskən (əvvəlki adı: Oskən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsi tərkibindəki Oskən kəndi Öskən kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim "geniş yer" mənasındadır. Tədqiqatçılar isə kəndin adını türk dillərindəki öski sözü ilə bağlayaraq "yüksəklikdə yerləşən kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Öpsən
Öpsən (mahnı) — Aygün Kazımovanın mahnısı
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. === İdman === Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
Otel
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
Oşel
Oşel — == Tarixi == Tatarıstanın Tetüş rayonuna aid olan bu qədim yaşayış məntəqəsinin adı rus dilinə adaptasiya nəticəsində taninmaz dərəcədə dəyişmişdir. Belə dəyişmələr Aş çayının adında (indi Oş) və bu çayın üzərindəki Aş adlı üç kəndin adında (İndi Oşa) və Əşnək (indi Oşnyak) Kama çayının sağ qolu və Əştərə (Ştir) Tatarıstanın Arski rayonunda kənd adlarında özünü göstərir. Deməli, qədim tayfa adı olan Aş, sonradan rus sayağı dəyişmə nəticəsində Oş şəklinə çevrilmişdir. Çox şübhəsiz, Aş (As) tayfa adı və ya həmin tayfaya məxsus ölkə adını bildirən bu söz Aşlı (Oşel) ərazisində yaşayan Bulqar qəbiləsinin adı ilə bağlıdır. Tərkibində aş komponentli adlara Tatarıstanın hüdudlarından kənarda da rast gəlinir. Başqırdıstanın Belokatay rayonunda Aşit və Aşinski adında iki başqırd kəndi vardır. Mari Muxtar vilayətində Aşinski qəsəbəsi və Malaya Oşla çayı, eləcə də, Mokşa çayının qolu Oşla, Çını çayının (Oka höfzəsində) qollarından biri Aşlı çayı adları, Çelyabinsk vilayətində Aşinski şəhəri, Zabaykalyedə Onon çayının sol qolu Aşinqa, Xocənd vilayətində Aşit qəsəbəsi, Başqırdıstanda 1781-ci ilə qədər adı Aşkadar olan (indi Sterli Tamaq) şəhər adları Aş (As)larla əlaqədardır. Eşnek adında İrəvan-Talin qəzasında nahiyyə olması sənədlərdə rast gəlinir. Ehtimal etmək olar ki, Krımda Eşkene (indi Serovo), Aştaraq (Ermənistanda) adlarının da tərkibində Aş (As) hissəsi iştirak etmişdir. Türk toponimlərinin böyük bir qismi ruscaya uyğunlaşdırılmışdır ki, bu da yer adlarının mənşəyi və tarixi etimoloji şərhini, işlənməsini, həmçinin linqvistik araşdırmanın aparılması işini çətinləşdirir.
Aletta Ouşen
Aletta Ouşen (ing. Aletta Ocean; 14 dekabr 1987, Budapeşt) — Macarıstan pornoaktrisasıdır. Əsl adı Dora Varqadır (macarca: Dóra Varga). 2006-cı ildə gözəllik müsabiqənin qalibi olduqdan sonra pornoqrafik karyerasına başlamışdır..
Anton Botev
Anton Botev (25 may 1986, Omsk) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Anton Botev 2003-cü ildə Rusiyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu. Daha sonra isə Anton Botev 2005-ci ildə Polşada və 2006-cı ildə Macarıstanda gənclər arasında Avropa Çempionatının final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Rusiya yığmasının heyətində "bir nömrə" olmağı bacarmayan Anton Botev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.2007-ci ildə Dünya Çempionatını 16-cı pillədə başa vuran Anton Botev 2008-ci ildə Avropa Çempionatında da uğursuz çıxış elədi və 17-ci pillədə qərarlaşdı. Həmin ilin mayında İtaliyada Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla Anton Botev olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Anton Botev olimpiada da uğursuz çıxış elədi.Anton Botev olimpiadanın təsnifat mərhələsində 2000-ci il Sidney Olimpiadasının finalçısı Özbəkistan nümayəndəsi David Saldadze ilə üz-üzə gəldi.Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə Botev, növbəti hissəsində isə 2:1 hesabı ilə Saldadze qalib gəldi. Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu. Bu hissədə Anton Botev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Yalmar Sjöberq oldu. Həmin görüşdə Anton Botev rəqibinə 0:2 hesabı ilə məğlub oldu.
Elizabet Olsen
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur. == İlk illəri və təhsili == Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var. Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür.
Kolesovskaya Otmel
Kolesovskaya Otmel — Şərqi Sibir dənizində yerləşən ada. Kolıma körfəzinin qutaracağında yerləşir. Materikdən 3 km aralıda yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Sahil xətti daim dəyişir. Öz adını iş icraçısı Mixail Kolesovun adından götürülmüşdür.
Nikolay Rtişev
Rtişev Nikolay Fyodoroviç(1754 — 8 yanvar 1835)—general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı olmuşdu. == Həyatı == Nikolay Fyodoroviç Rtişev mənşəcə zadəgan ailəsindəndir. 1754-cü ildə anadan olmuşdu. XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir. Bu sahədə ilk addım 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev tərəfindən atılmışdır. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılmışdır. Məbədin tikintisi üçün xristianlardan ianə yığılmış və sadə dindarlar hamılıqla bu işə cəlb olunmuşdur.
Oleq Losev
Oleq Vladimiroviç Losev (rus. Оле́г Влади́мирович Ло́сев) — elektrik birləşmələri sahəsindəki mühüm kəşfləri ilə tanınan rusiyalı alim və ixtiraçıO, heç vaxt formal təhsilini tamamlaya bilməsə də, yarımkeçiricilərdə ilk tədqiqatlarının bəzilərini keçirib. Onun kəşflərinə görə 43 elmi məqalə nəşr edilib və o, 16 "müəlliflik şəhadətnaməsi" (patentlərin sovet variantı) alıb. Losev silisium karbidin kontakt birləşmələrində işıq şüalanmasının olduğunu qeyd edib. Bu işıq diodları üzərində ilk tətqiqat olub. Bu tətqiqatlar elektrolüminessensiya kimi praktiki tətbiqlərdə onların istifadə olunması və işıq diodlarının necə işləməsinin ilk düzgün nəzəriyyəsi idi. O, yarımkeçirici birləşmələrdə mənfi müqaviməti tətqiq etmişdir və tranzistorun kəşfindən 25 il əvvəl ilk bərk vəziyyətli gücləndiricilər, siqnal generatorları və superheterodin radioqəbuledicilərin hazırlanması və gücləndirmə üçün praktiki olaraq onlardan istifadə bir ilk idi. Lakin onun nailiyyətləri diqqətdən kənarda qalıb və XX əsrin sonları XXI əsrin əvvələrində tanınmamışdan əvvəl təxminən yarım əsr müddətində Oleq Losevin bütün bu işləri naməlum qalıb. Rusiya radio həvəskarları ittifaqının Nijni Novqorod bölməsi «O.V.Losev - zamanı qabaqlamış alim!» (rus. О. В. Лосев — учёный, опередивший время!) diplomunu təsis edib..
Otriv (Alye)
Otriv (fr. Hauterive) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03126. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1076 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 687 nəfərin (15-64 yaş arasında) 489 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.2%, 1999-cu ildə 70.2%). Fəal olan 489 nəfərdən 445 nəfər (233 kişi və 212 qadın), 44 nəfəri işsizdir (15 kişi və 29 qadın). 198 hərəkətsiz 46 nəfər arasında şagird və ya tələbə, 92 nəfər təqaüdçü, 60 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Otter adası
Otter adası (ing. Otter Island) — Berinq dənizində, Pribılov adalarına daxil olan ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Müqəddəs Pavel adasının cənub-qərbində yerləşir. Adanın sahəsi 0,6686 km²-dir. Adada ov etmək qadağandır.
Ouşen-Fols
Ouşen-Fols (ing. Ocean Falls) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir.Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil. Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn (ing. Rain People) təxəllüsündən istifadə edirdilər.
Ouşen Fals
Ouşen-Fols (ing. Ocean Falls) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir.Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil. Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn (ing. Rain People) təxəllüsündən istifadə edirdilər.
Oşten dağı
Oşten (adıq Ошъутен) — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü — 2737 metrdir. == Təsviri == Oşten dağı Qafqaz silsiləsinin qərb hissəsindəki dağlardan biridir. Oşten, Pşexa-Su və Fişt böyük bir dağ massivini təşkil edir, yuxarıdan bir neçə hissəyə parçalanaraq, cənub və cənub-şərq istiqamətindən keçən silsilə ilə bir-birindən ayrılmışdır. Oşten, Fişt ilə birlikdə Qafqaz silsiləsinin qərb ucundan qar xəttinin hündürlüyünə yüksələn və yalnız qarla deyil, təxminən 10 ədəd olan kiçik buzlaqlarla örtülmüş ilk zirvələrdir. Oşten, Fiş zirvəsi ilə birlikdə, Qafqaz silsiləsinin qərb ucundan qar xətti yüksəkliyinə qalxan və yalnız qarla deyil, həm də təxminən 10 ədəd olan kiçik buzlaqlarla örtülmüş ilk dağ zirvələrdəndir. Qara dənizdən cəmi 40 mil aralıda yerləşən və güclü təsirə məruz qalan Oşten və Fiş üzərindəki qar xətti çox aşağıya — dəniz səviyyəsindən 2737 metr yüksəkliyə qalxır. Bu zirvələrdə qayalar və aydın şəkildə müəyyən edilmiş alp çəmənlikləri zonası var. Onların qərbində Qafqaz Dağları demək olar ki, heç vaxt meşələrin yuxarı sərhədindən yuxarı qalxmır və demək olar ki, hər yerdə zirvələr onlarla örtülmüşdür. Oşten dağı yalnız əhəng daşından ibarətdir.
Pol Oster
Pol Oster (3 fevral 1947[…], Nyuark, Nyu Cersi) — Amerikalı yazıçı, şair və ssenarist. == Həyatı == Pol Oster 1947-ci ildə ABŞın Nyu Cersi vilayətində doğulub. Kolumbiya Universitetində İngilis, Fransız və İtalyan ədəbiyyatı üzrə təhsil alan 1971–1974-cü illər arasında Fransada yaşayan və ənənəvi kitab mövzularının xaricinə böyük uğurla çıxıb yaradıcılığının sərhədlərini genişləndirə bilən Pol Osterin əsas əsərləri arasında Nyu-York Trilogiyası, Yalnızlığın kəşfi, İlluziyalar Kitabı, Qırmızı Dəftər, Leviathan, Vəhy Gecəsi, Duman, Görünməyən, Yüksəklikdən Qorxma, Yazı Otağında Səfərlər, Qaranlıqdakı Adam vardır. Osterin yazıçılığa ilk başladığı illərdəki çətin günlərində Pol Benjamin imzası ilə nəşr etdirdiyi bir detektiv romanı da var. Bu roman yazıçının avtobioqrafik romanı olan Cibi Cırıq-ın əlavəsi olaraq çap olunmuşdur. == Fəaliyyəti == 2006-cı ildə İspaniyanın mühüm mükafatlarından olan Asturias Mükafatını ədəbiyyat sahəsində Pol Oster qazanmışdır. Yazıçının Tüstü, Gömgöy Üz adlı ssenariləri məşhur rejissor Uayne Uanq tərəfindən filmə çəkilmişdir. Daha sonra Lulu Körpüdə adlı kitabını da özü filmə çəkmiş, həm ssenarist, həm də rejissor olaraq yaradıcılığın bütün sahələrində özünə yer etmişdir. Film haqqında bir çıxışında öz yazma metodu barədə danışarkən Piter Brukun bir reportajından sitat gətirərək işlərində miflərin uzaqlığı ilə gündəlik həyatın sadəliyini birləşdirməyə çalışdığını bildirmişdir. == Mükafatları == • 1989 Prix France Culture de Littérature Étrangère Nyu-York Trilogiyası üçün • 1990 Morton Dauwen Zabel Award American Academy of Arts and Letters–dən • 1991 PEN/Faulkner Award for Fiction Şans Musiqisi üçün • 1993 Prix Médicis Étranger Leviathan üçün • 1996 Bodil Awards – Ən Yaxşı Amerika Filmi: Tüstü • 1996 Independent Spirit Award – Ən Yaxşı Ekran Oyunu: Tüstü • 1996 John William Corrington Award for Literary Excellence • 2001 IMPAC Award Timbuktu üçün • 2003 American Academy of Arts and Sciences ardıcılı • 2004 IMPAC Award İlluziyalar kitabı üçün • 2005 IMPAC Award Məbəd Gecəsi üçün • 2006 Ədəbiyyat üzrə Prince of Asturias Mükafatı • 2006 American Academy of Arts and Letters-də ədəbiyyat üzrə seçilmişdir • 2007 Honorary doctor University of Liège-dən • 2007 IMPAC Award The Brooklyn Follies üçün • 2007 Commandeur de l'Ordre des Arts et des Lettres • 2008 IMPAC Award Travels in the Scriptorium üçün • 2009 Premio Leteo (León, Spain).
Posev (nəşriyyat)
"Posev" azad rus nəşriyyatı — Almaniyada RHXHİ-dən olan rus mühacirləri tərəfindən təsis edilmiş nəşriyyat. Nəşriyyat rus dilində kitablar (o cümlədən bədii ədəbiyyat), həmçinin "Posev" və "Qrani" jurnallarını etmişdir. == Tarixi == "Posev" nəşriyyatı 1945-ci ildə Almaniyanın ABŞ işğal zonasında məcburi köçkünlər üçün Mönxenhof düşərgəsində təsis edilmişdir. 1947-ci ildə nəşriyyat Limburq-an-der-Landa, yanvarda isə Frankfurt-Mayn şəhərinə köçmüşdür. 1992-ci ildə Moskvada filialı açılmışdır. == Əlavə ədəbiyyat == Посев. Менкендорф, Лимбург-на-Лане, Франкфурт-на-Майне, Москва: Possev-Verlag. 1945—. Издательство «Посев»: 1945—1985. Франкфурт-на-Майне: Possev-Verlag.
Qusev (Əbyəlil)
Qusev (başq. Гусев) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Qusev kəndinin milli tərkibi: başqırdlar (69 %), ruslar (27 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 21 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 45 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Roman Katsev
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.