Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Otto
Otto — Almaniyada yayılmış ad.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Ovod
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
Thud
Thud — 2017-ci ildə Ben Berkli, Kol Bolton və İlon Mask tərəfindən qurulan satirik media şirkəti idi. Şirkət satirik veb-saytları və məhsullar istehsal etmişdir. Mask maliyyə ayırmadıqdan sonra şirkət 2019-cu ilin may ayında iflas etdi. TacStorm — davamlı atəş açan silahın reklamını edən satirik veb-saytı. 6 Minute Test — onlayn şəxsiyyət testlərinin satirikası. DNA Friend — ağız şəkillərindən istifadə edərək bir adamın soyununun izini izləyə biləcəyini iddia edən evdə istifadə olunanan DNT parodiyası. Ploog — "universal orifis adapteri" reklamı edən satirik məhsul veb-saytı. 833-GET-THUD — seçimlər labirintinə səbəb olan telefon əsaslı müştəri xidməti menyularının parodiyası. Mampfen — Los-Ancelesdəki restoranlara aid satirik turist rəhbəri.
Otyön Yevfroni
Otyön Yevfroni (453) — 450–490-cı illərdə Otyön yepiskopu. Yevfroni V əsrdə "Qalliyanın ən böyük yepiskoplarından biri idi". Turlu Qriqori bildirmişdir ki, o, Otyön şəhərində Müqəddəs Simforiana həsr olunmuş kilsə tikdirmişdir. Truva yepiskopu Lupun dostu idi.
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[…], Kaments[d] – 15 fevral 1781[…], Braunşveyq) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
I Otto
I Otto, I Otton və ya I Böyük Otto (alm. Otto I der Große‎; d. 23 noyabr 912 – 7 may 973) — Almaniya kralı (936–973). Müqəddəs Roma imperiyasının banisi (962). == Həyatı və fəaliyyəti == I Böyük Otto 912-ci ildə Saksoniya vilayətinin Vallhauzen şəhərində anadan olmuşdur. 24 yaşından — 936-cı ildən Almaniya kralı olmuşdur. Sakson sülaləsindən olan I Otto kral hakimiyyətini möhkəmləndirmək yeritmiş, tayfa hersoqlarının separatizminə qarşı mübarizədə geniş imtiyazlar verdiyi yepiskoplara və abbatlara arxalanmışdı. Polab (Lababoyu) slavyanları torpaqlarının işğalını davam etdirmiş, onları xristianlaşdırmaq üçün 968-ci ildə Maqdeburq arxiyepiskopluğunun əsasını qoymuşdur. 955-ci ildə Lex çayı sahilində macarları darmadağın etmiş, onların qərbə yürüşünü dayandırmışdır. 951-ci ildə Lombardiyanı tutmuş, İtaliya kralı titulunu qəbul etmişdi.
Nikolaus Otto
Nikolaus Otto (alm. Nicolaus August Otto‎; 10 iyun 1832[…] – 26 yanvar 1891[…], Köln, Prussiya, Almaniya imperiyası) — alman mühəndisi və ixtiraçısı olmuşdur. Öz məşhur ixtirası Otto mühərriki ilə dünyada tanınmışdır. Heç bir ali təhsili olmasına baxmayaraq ona fəxri doktor adı verilmişdir. Otto kəndli ailəsində anadan olmuşdur. Atası kəndə poçt xidmətində çalışırdı. O ticarətçi peşəsinə yiyələnir və çörək pulunu Frankfurt am Main və Kölndə yardımçı işi ilə qazanır. Otto Anna Qosi ilə evli olur. Onun oğlu Qustav Otto sonralar təyyarə mühəndisi olur. 1862-ci ildə Otto ilk dəfə olaraq dördtaktlı mühərrik üzərində sınaqlar aparmağa başlayır.
Otto Binsvanger
Otto Binsvanger (14.10.1852, İsveçrə, Münsterlingen – 15.7.1929, Kroyslingen) — alman psixiatrı. L. Binsvangerin atası. Tibb təhsilini Haydelberq, Strasburq, Sürix Universitetlərində almışdır (1875). Vyanada T. Meynertin və Höttin gendə L. Mayerin (1827–1900) yanında psixiatriya üzrə ixtisaslaşmış və burada non-restraint (xəstənin sıxılmaması) sistemi ilə tanış olmuşdur. 1882–1921-ci illərdə Yena Universitetinin psixiatriya klinikasının professoru və direktoru işləmişdi. Psixi pozuntuların əsasını təşkil edən baş beyin funksiyalarının anatomik-fizioloji pozuntuları elmi fəaliyyətinin başlıca istiqaməti idi. 1895-ci ildə aterosklerotik ensefalopatiyanı (B. xəstəliyi) təsvir etmişdir. Əsərləri proqressiv iflic (1893), nevrasteniya (1896), epilepsiya (1899), isteriya (1904) və s. xəstəliklərə həsr edilmişdir. Populyar psixiatriya dərsliyinin (1904; 6-cı nəşr, 1923, E. Zimerinqlə birlikdə) müəllifidir.
Otto Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.
Otto Diks
Vilhelm Henrix Otto Diks (alm. Wilhelm Heinrich Otto Dix‎; 2 dekabr 1891[…] – 25 iyul 1969[…]) — Alman rəssamı və estampçısı. Otto Diks Almaniyanın indiki Gera şəhərinin bir hissəsi olan Untermhaus şəhərində anadan olmuşdur. Franz and Luiz Diksin ən böyük oğlu olmuşdur. Dəmir tökmə sənətində işləyərkən şeir yazmağa başlamışdır. Rəssam olan Fritz Amannın əmisi oğlunun studiyasında keçirdiyi saatlar gənc Otto-nun bir sənətkar olma ehtirasının formalaşmasında həlledici idi. İlk ibtidai sinif müəllimindəndə əlavə təşviq almışdır. 1906 və 1910-cu illər arasında rəssam Karl Şenffə şagirdlik etdiyi zaman ilk şəkillərini çəkməyə başladı. 1910-cu ildə Drezdendəki Kunstgewerbeschule-ə girdi, Drezden Gözəl Sənətlər Akademiyasında, Riçard Qur onun müəllimləri arasında idi. O dövrdə məktəb gözəl incəsənət üçün deyil, əksinə, tətbiqi sənət və sənətkarlığa həsr olunmuş bir akademiya idi.
Otto Dils
Otto Dils (alm. Otto Paul Herrmann Diels‎; 23 yanvar 1876, Hamburq — 7 mart 1954, Kil) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1950). Otto Dils 1876-cı ilin yanvarın 23-də Almaniyanın Hamburq şəhərində anadan olmuşdur. 1899-cu ildə Berlin universitetini bitirmiş və 1916-cı ilə qədər həmin universitetdə işləmişdir. 1916-cı ildən Kil universitetinin professoru olmuşdir. Əsas elmi istiqaməti struktur üzvi kimyası olmuşdur. 1906-cı ildə C3O2 sintez etmişdir. Xolesterin və xol turşusunun quruluşunu müəyyən etmək üçün tədqiqat işləri aparmışdır ki, bu da “Dils turşusu”, “Dils karbohidrogeni”, “selen ilə Dilsə görə dehidrogenləşmə” adlarında öz əksini tapmışdır. 1911-ci ildə Alder ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu işlər Birinci Dünya Müharibəsinin başlanması ilə dayandırılmış və yalnız 1920-ci ildə yenidən bərpa olunmuşdur.
Otto Funke
Otto Funke — alman fizioloqu 1828 oktyabrın 27-də Xemnitsdə doğulmuşdur. O, təhsilini Leypsiq və Haydelberqdə almışdır. 1852-ci ildə Leypsiq Universitetində fiziologiya müəllimliyi vəzifəsində çalışmağa başladı. 1853-cü ildə Leypsiqdəki tibb fakültəsinə dosent, 1860-cı ildə Frayburq Universitetində fiziologiya professoru oldu. Fizioloq Evald Hering in (1834–1918) Leypsiqdəki tanınmış şagirdlərindən biri idi. 1851-ci ildə Otto Funke ilk olaraq "Blutfarbstoff" adını verən hemoglobin (Alman dilində: "Hämoglobinkristalle") kristallaşdıran ilk alim idi.
Otto Han
Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası – 28 iyul 1968[…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır. Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır.
Otto Henri
Otto Henri (Pfals kürfürstü)
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Otto Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Otto Libinq
Otto Libinq (alm. Otto Liebing‎; d. 31 mart 1891, Berlin - ö. 7 noyabr 1967) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır.
Otto Liliental
Karl-Vilhelm Otto Liliental (23 may 1848, Anklam — 10 avqust 1896, Berlin) — alman mühəndisi, aviasiya sahəsinin pionerlərindən olmuş, ilk dəfə olaraq quşların uçma mexanizmini izah etmişdir. Otto Liliental 23 may 1848-ci ildə Almaniyanın Pomeran əyalətinin Anklam şəhərində anadan olmuşdur. Alman mühəndisi və təyyarəçi sınaqçı kimi o 11-ə yaxın uçuş apparatı düzəldib sınaqdan keçirmişdir. Quşların qanad çalmasının elmi əsaslandırılması aviasiya elminin əsasını qoymuşdur. Bir çox başqa pionerlər kimi Liliental bir başa uçmağa cəhd etməmiş, uzin müddət üçüş zamanı ağırlıq mərkəzini təyin etməklə məşğul olmuşdur. Birinci uçuşunu sadəcə olaraq ayaqlarını bir-birinə sıxmaqla yerinə yetirir. Onun fikrincə uçuş zamanı əsası havanın dəyişməsini hiss edib reaksiya verməkdən ibarətdir. Bu təcrübəni isə bir sıra sınaqlar vasitəsilə qazanmaq olar. İlk dəfə olaraq o biplanı hazırlayır. 1866-cı ildə Otto Şvarçkopf (alm.
Otto Lyaş
Otto Lyaş (alm. Otto Lasch‎) — II Dünya Müharibəsi illərində Vermaxtın 64-cü Ordu Korpusuna komandanlıq edən alman generalı. O, həmçinin palıd yarpaqlı Dəmir Xaçlı Cəngavər Xaçı ilə təltif olunub. Birinci Dünya Müharibəsindən sonra Lyaş Şərqi Prussiyanın Lyuk şəhərində yerləşən Freykorpsda xidmət etmişdi. 1935-ci ildə Vermaxta qatıldı və daha sonra 1941-ci ilin iyununda Riqanın tutulmasında əsas rol oynayaraq Barbarossa əməliyyatında iştirak etdi. Piyada generalı rütbəsinə yüksəldi və 1944-cü ilin noyabr ayından etibarən Şərqi Prussiyada Köniqsberq komandiri olaraq fəaliyyət göstərdi. Köniqsberq qala komendantı olaraq şəhərin qorunması və irəliləyən Qızıl Ordunun hücumundan qaçan qaçqın seli arasında nizamın qorunması üçün məsuliyyət daşıyırdı. İvan Çernyaxovskinin rəhbərliyindəki 36 divizyadan ibarət olan 3-cü Belorusiya Cəbhəsi tərəfindən Köniqsberq döyüşü zamanı ağır döyüşlərdən və üç aylıq şəhər mühasirəsindən sonra Lyaş Hitlerin əmrlərinə itaət etmədən Köniqsberqi 9 aprel 1945-ci ildə Qırmızı Orduya təslim etdi. Bu təslimdən sonra Hitler onun asılaraq edam olunmasına əmr verdi, ailəsi o vaxt Danimarka və Berlində həbs edildi. Laş Sovet əsirliyinə keçdi və Sovet İttifaqında müharibə cinayətkarı olaraq məhkum edildi və iyirmi beş il islah əmək düşərgəsində cəzaya məhkum edildi.
Otto Oktavius
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.