Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oferta
Oferta - razılaşdırmanın əsas şərtlərini özündə əks etdirən formal təklif. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsində ofertanın anlayışı və onunla bağlı normalar əksini tapmışdır. Həmin Məcəllənin 408.1-ci maddəsində qeyd olunmuşdur ki, "müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin". Ofertanın verildiyini müəyyənləşdirməyə kömək edən bir neçə qayda mövcuddur. Oferta o zaman etibarlı hesab olunur ki, o: oferent vasitəsilə ünvan sahibinə verilməlidir; ayrıca şəxsə, şəxslər qrupuna və ya bütün dünyaya ünvanlana bilər; aydın və birmənalı olmalıdır; "qeyri-ciddi sözlərdən", əlavə məlumat almaq üçün sorğudan fərqləndirilməlidir. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır. == Mənbə == SEC FAQ on tender offers Essential Contract Law, Geoff Monahan.
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Açerra
Açerra (it. Acerra) — İtaliyanın Kampaniya regionunda şəhər.
Lacerta
Yaşıl kərtənkələ (lat. Lacerta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. İri kərtənkələlər olararaq 70–160 mm uzunluğa malik olurlar. Yetkin fərdlərin bel nahiyyəsində parlaq yaşıl fon olur. Qarın nahiyyəsi sarı, cavan kərtənkələlərdə isə ağ olur. == Təsnifat == Hal-hazırda bu cinsə 9 növ daxildir: Lacerta agilis — Adi kərtənkələ Lacerta bilineata — Qərbi yaşıl kərtənkələ Lacerta media — Aralıq kərtənkələsi Lacerta mostoufii Lacerta pamphylica Lacerta schreiberi — İberiya kərtənkələsi Lacerta strigata — Zolaqlı kərtənkələ Lacerta trilineata — Üçzolaqlı kərtənkələ Lacerta viridis — Yaşıl kərtənkələ (növ) Lacerta cinsi "tarixi" terin olaraq, müxtəlif vaxtlarda bura 200 müasir növ kərtənkələ daxil edilirdi. XX əsrdə bu cinsdən üç yeni cins təşkil edilmişdir: Qayalıq kərtənkələləri Darevskia, Iberolacerta, Timon və b.
Oberna
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Orçeta
Orçeta (rus. Orcheta) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 24.06 km² hissəsini əhatə edir. 2010-cu ildə siyahıya alınmasına görə əhali 875 nəfərə çatmışdır.
Icerya
Icerya (lat. Icerya) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin monophlebidae fəsiləsinə aid heyvan cinsi.
Coreta
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Tolosu
Tolosu xaqan - Uyğurların beşinci xaqanıdır. Onun dövründə Çindən asılılıq və üsyanlar artmağa başladı. Cəmi bir il hakimiyyətdə qalan Tolosu həyat yoldaşı E tərəfindən zəhərləndi. Yerinə oğlu Aço gəldi.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. == Haqqında == Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Oxera
Oxera (lat. Oxera) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Oxera:The Plant List saytında takson barədə məlumat.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Aceria macrochela
Aceria macrochela (lat. Aceria macrochela) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin eriophyidae fəsiləsinin aceria cinsinə aid heyvan növü. Bostanlarda tərəvəz bitkiləri, otlardansa yonca olan hər yerdə rast gəlir. Yarpaqların səthində kisəyə bənzər fırlar əmələ gətirir. Fırların sayı o qədər də çox olmur. Müəyyən müddətdən sonra tədricən artaraq, 50-60-a çatır. Rəngləri qırmızımtıl və ya sarımtıl olur. == Azərbaycanda rast gəlinməsi == Azərbaycanda Ağstafa rayonunun Köçəsgər, Aşağı Kəsəmən, Həsənsu, Qaçaq Kərəm kəndlərində və Səməd Vurğun qəsəbəsində əkilmiş bostan – tərəvəz bitkiləri üzərində rast gəlinmişdir.
Aceria tristriata
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.
Arbutus acerba
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Barbus lacerta
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Blerta Başoli
Blerta Başoli (alb. Blerta Basholli) — Kosovo yazıçısı, rejissoru və prodüseri. Onun debüt bədii filmi olan Pətək (2021) böyük uğur qazanır, Sandens Film Festivalı rekordlarını qırır və Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyasında Oskar üçün qısa siyahıya düşən ilk Kosovo filmi olur. == Şəxsi həyat == Başoli Nyu-York Universitetini bitirib. O, dörd il Nyu-Yorkda yaşayır, tələbə ikən bir sıra layihələrdə, o cümlədən beynəlxalq və Kosovo festivallarında mükafatlar qazanan “Lena və mən” qısametrajlı filmi üzərində çalışıb. 2008-ci ildə Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində Kino Proqramı üçün Dekan Təqaüdünə layiq görülür. Başoli daha sonra Priştinaya qayıdır. Tanınmış kosovalı fotoqraf Artan Korenitsa ilə evlidir və iki övladı var. == Karyera == 2006-cı ildə Başoli ilk sənədli filmi olan “Güzgü, Güzgü....” çəkir. O, 2006-cı ildə bir sıra kinofestivalların – Sarayevo Film Festivalı, Tirana Beynəlxalq Film Festivalı, Balkan Qara Qutu Festivalı, Berlin və Nyu-York Beynəlxalq Film Festivalı və Video festivalları.
Grevillea acerata
Grevillea acerata (lat. Grevillea acerata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea acerata (McGill.) Christenh.
Helix aperta
Cantareus apertus (lat. Cantareus apertus) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin cantareus cinsinə aid heyvan növü.