Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Böyük ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Kiçik ağ vağ
Kiçik ağ vağ (lat. Egretta garzetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin ağ vağ cinsinə aid heyvan növü.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Paqo-Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Paqo Paqo
Paqo Paqo — Amerika Samoasının paytaxtı.
Bağ
Bağ (anatomiya)
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur.TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. == Yaranması == Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. == İnternetdə == "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir. ARPANET-in SPACE poçt siyahısında, arxivlənmiş keçmiş mesajların yeni istifadəçilər tərəfindən FTP (Faylların ötürülmə protokolları) vasitəsilə yükləyəcəyi ehtimal olundu.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. == Texniki xüsusiyyətlər == Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
PNG
PNG (ing. Portable Network Graphics) — "Daşınan Şəbəkə Qrafiki" mənasında, itkisiz sıxışdıraraq görünüş saxlamaq üçün istifadə edilən bir saxlama formasıdır. PNG formasında palitralı ya da gerçək rəngdə görünüşlər seçimlik bir şəffaflıq kanalı saxlanıla bilər. Hazırda GIF kimi qəbul edilə bilən və məşhur bir itkisiz sıxıştırma alqoritmi varkən PNG'nin inkişaf etdirilməsini motivasiya edən şey, Unisys 'in GIF'də istifadə edilən LZW alqoritmi üstündəki patent hüququnun pozuntularını təqib edəcəyini eşitdirməsi oldu . İnkişaf edən və yayılan təchizat texnologiyasıyla birlikdə GIF forması qeyri-kafi qalmağa da başlamışdı. PNG, bir W3C tövsiyəsi olaraq 1.0 distributiviylə 1 İyul 1996-cı ildə nümayiş olundu. 1.1 və 1.2 distributivləriylə yeni genişlənmə təyin olundu və 1.2 versiyası kiçik dəyişikliklərlə ISO / IEC 15948:2003 adıyla bir ISO standartı oldu. PNG'nin qəbulu Unisys'in Avqust 1999-cu ildə qeyri-kommersiya və ya azad proqram üçün müəllif ödənişlərində azad LZW lisenziyasını qaldırmasıyla daha da sürətləndi.
Pab
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev‎) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.
Pad
Pad (rus. падь, ing. pad) /Dərin dərə/- dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Paj
Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.
Pak
Pak (və ya pak buzu) — dəniz buzunun bir növü olub, Şimal Buzlu okeanın mərkəz hissəsini örtən, çoxillik buz yığınına deyilir. Pak çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gəlir. Pakın orta qalınlığı 5 m, ayrı-ayrı çıxıntıların hündürlüyü isə 10 m-ə çatır. Pak buzunun tərkibində duz və hava boşluqları olmadığından mavi rəngdədir. Pak Şimal Buzlu okeanında ümumi buz sahəsinin 70–80%-ni təşkil edir. Cənub okeanda Pak buzu yoxdur. Pak adi buzqıran gəmilər üçün keçilməzdir.
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi. == Cinsləri == === Yarımfəsilə Tigrisomatinae === ==== Cins Cochlearius ==== Qayıq dimdikli vağ (Cochlearius cochlearius)Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) ==== Cins Tigriornis ==== Afrika pələng vağı (Tigriornis leucopha) ==== Cins Zonerodius ==== Zonerodius heliosylus === Yarımfəsilə Botaurinae === ==== Cins Zebrilus ==== Zebrilus undulatus ==== Cins Ixobrychus ==== Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis ==== Cins Botaurus ==== Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus === Yarımfəsilə Ardeinae === ==== Cins Nycticorax ==== Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) ==== Cins Nyctanassa ==== Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) ==== Cins Gorsachius ==== Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus ==== Cins Butorides ==== Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) ==== Cins Agamia ==== Agamia agami ==== Cins Pilherodius ==== Pilherodius pileatus ==== Cins Ardeola ==== Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris ==== Cins Bubulcus ==== Misir vağı (Bubulcus ibis) ==== Cins Ardea ==== Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata ==== Cins Syrigma ==== Fit çalan vağ (Syrigma sibilatrix) ==== Cins Egretta ==== Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes ==== Cins Mesophoyx ==== Mesophoyx intermedia == Azərbaycanda yayılması == Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris)2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Yağ
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı)Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Apache Pig
Apache Pig — böyük verilənlərin idarə olunmasında verilənlərin analizi üçün yüksək səviyyəli proqramlaşdırmadan ibarət platformadır. Piq həmçinin proqramların qiymətləndirilməsi üçün infrastrukturdan ibarətdir. Pig proqramlaşdırmanın üstünlüyü çox böyük həcmli verilənləri idarə etmək üçün paralel prosesləri asanlıqla emal edə bilməsidir. Bu platformada proqramlaşdırma, əsasən, Pig Latin mətn dilindən istifadə etməklə yerinə yetirilir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.